Tərt ed. N. Tahirova; red və bur məs. Ş. Qəmbərova; F. Köçərli adına Respublika Uşaq Kitabxanası. Bakı, 2016. 38s



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#56898
1   2   3   4   5   6   7

 

Giriş 



 

Dünyanın  qabaqcıl  ölkələrinin  mədəniyyət  siyasəti  sahəsində 

təcrübələri  nəzərə  alınmaqla,  Mədəniyyət  və  Turizm  Nazirliyi 

tərəfindən 

Azərbaycanın 

qeyri-maddi 

mədəni 

irsinin 


(diyarşünaslıq,  folklor,  sənətkarlıq)  qorunması  və  dəstəklənməsi 

istiqamətində islahatlar aparılır. 

Bu  məqsədlə  yeni  "Xalq  yaradıcılığı  paytaxtları"  proqramı 

təsdiq olunub. Proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri 

"Azərbaycanın  ədəbiyyat  paytaxtı"  və  Qax  şəhəri  "Azərbaycanın 

milli mətbəx paytaxtı" elan edilib. 

Layihə  bölgələrdə  mədəniyyətin,  incəsənətin,  sənətkarlığın  və 

turizmin  inkişafına  böyük  töhfə  verib,  respublika  və  beynəlxalq 

səviyyəli  tədbirlər  təşkil  edilib.  Layihənin  həyata  keçirilməsi 

bölgələrimizin mədəni həyatına yenilik gətirib. 

“Xalq  yaradıcılığı  paytaxtları”nda  keçirilən  bir  sıra  tədbirlər 

artıq  ənənə  halını  alıb.  Masallıda  «Folklor  festivalı»,  Qəbələdə 

«Mürəbbə  festivalı»,  Şəkidə  «Şirniyyat  festivalı»  belə 

tədbirlərdəndir. 

Bütün  bunları  nəzərə  alaraq  proqram  bu  dəfə  “ədəbiyyat  və 

milli mətbəx” nominasiyaları ilə həyata keçiriləcək.  

Bu  münasibətlə  martın  4-də  Azərbaycan  Xalça  Muzeyində 

2015-ci  ilin  “Xalq  yaradıcılığı paytaxtları”nın təqdimat  mərasimi 

keçiriləcək. Şamaxı və Qax rayonlarında il ərzində nominasiyalara 

uyğun  olaraq  təntənəli  mərasimlərin,  konfrans,  dəyirmi  masa, 

konsert, festival, sərgi,  yarmarka,  infrotur və s. tədbirlərin təşkili 

nəzərdə tutulub. 



 

 

 

 

 

 


 

Ədəbiyyatı 



 

 

“Şirvan  ədəbi  mühiti”-  dedikdə,  onu  əlahiddə  bir  ada  kimi 



deyil,  Şimallı-Cənublu  Ümumazərbaycan  kontekstində,  özünə-

məxsus  keyfiyyətləri  üzə  çıxarmaq  istəmişik.  Şirvan  tarix  boyu 

özünün Söz sərvətilə tanınıb. Şirvan ərazicə o qədər geniş olmasa 

da,  dünyaya  verdiyi  ruh  və  fikir  nəhənglərinin  sayı  və 

keyfiyyətinə  görə  lider  olaraq  qalır.  Yetirdiyi  dahi  şairlər 

baxımından, söz sərrafları, Şamaxını ancaq İranın Şiraz vilayətilə 

müqayisə edirlər. 

XI  əsrdə  Şamaxıda  dünyaya  gəlmiş  şairlərdən  Şeyx 

Məhəmmədəli Əbu Əbdullah Baba Kuhi (931-1051), Pir Hüseyn 

Şirvani  (954-1054),  Əbu  Nasir  Şirvani  (993-1079)  yazıb-

yaratmışlar. 

XII  əsrdə  Şamaxıda  doğulmuş  şairlərdən



 

Əcəmi  Xaqani 

Şirvani

 (1126-1199), İmam Şəhabəddin oğlu İbn Cəhl Şəhabəddin 



(1063-1138), İzzəddin  Əmir Şirvani  (1120-1165), Fərrux  Şirvani 

(1125-1176),  Xoca  İmadəddin  Şirvani  (1164-1192),  Fəthəli 

Şirvani  (1111-1174),  Vəhidəddin  Kafiyəddin  oğlu  (1149-1178), 

Sənan Şirvani (1076-1167), Əsirəddin Şirvani (1170-1200) yazıb-

yaratmışlar. 

            

 

 



 

 



XII  -  XIII  əsrlərdə  Ümumislam  mədəniyyəti  qanunları  ilə 

yanaşı,  milli  kökənli  üsul  və  üslublardan  da  istifadə  etmək  bu 

dövrdə yaşayıb-yaradan Şirvan şairləri üçün xas cəhət idi. Səlcuq-

Türk dövlətlərinin meydana gəlməsi anadilli ədəbiyyatın sıçrayışlı 

inkişafına  böyük  şərait  yaratsa  da,  hələ  ki,  Şirvanda  inersiya  ilə 

farsca  yazırdılar.  Musiqinin  müşaiyətilə  oxumalarda  şairlərin 

qəzəllərindən  istifadə  edirdilər.  Xanəndələrə  “xuniyəqər” 

(oxuyan)  deyirdilər.  Oxunan  şeirlərə  küll  halında  “qaul”  adı 

vermişdilər. İlk baxışdan sevgini tərənnüm kimi görünən şeirlərin 

çoxu  gizli  rəmzi  anlamlarla  dini-mənqəbəvi,  fəlsəfi,  sosial 

mövzuları  da  əhatə  edirdi.  Bu  dövrdə  qəzəldən  başqa  qəsidənin 

Mədhiyyə  (hər  hansı  şəxsin  tərifi),  Həcviyyə  (fərdin  söyülüb 

yamanlanması),  Fəxriyyə  (özünütərif),  Sövgəndnamə  (andiçmə), 

Şikayətnamə və ya “bass əş-şəkvə”, Həbsiyyə, Xamriyyə (içkinin 

tərifi),  Əxavaniyyə  (qardaşlıq),  Saqinamə  kimi  janrlardan  geniş 

istifadə  olunurdu.  Ancaq  axirəti  düşünməklə  irfani  şeirlər,  bu 

dünyanın  iztirablarını  təsvir  etməklə  “nigarani  əz  zindəgi” 

(həyatdan nigaran nəzm) ərsəyə gəlirdi. Oxucunun beynini məşğul 

etmək üçün tapmaca xarakterli Lüqəz, Müəmma, əbcəd hesabı ilə 

hər  hansı  bir  hadisənin  tarixini  gizli  söyləyən  Maddi  -tarix  kimi 

şeir janrlarından da istifadə edirdilər. Saraylarda baş şair vəzifəsi 

“məlik  əş-şüəra”  adlanırdı.  Bu  daimi  bir  vəzifə  deyildi,  şahların 

zövqünə  uyğun  olaraq  tez-tez  dəyişdirilə  bilinirdi.  Şairlərin 

deyişməsi  “münazirə”  adlanır.  Yüksək  əda  ilə  şeir  yaratmaq 

“müfaxirə”,  təbiətin  təsvirləri  “vəsfi-təbiət”,  şəhərlərin  təsviri 

“vəsfi-şəhrha”,  xarabalıqların  təsviri  “ətlal”  və  ya  “diman”, 

dəvələrin  təsviri  “şuturiyyə”,  atların  təsviri  “əsbiyyə”  adlanaraq 

müxtəlif  şeir  şəkillərində:  rübai,  qitə,  müfrəd,  dübeyti,  qəsidə, 

qəzəl,  tərci-bənd,  tərkib-bənd,  müsəmmət,  müstəzad  və  məsnəvi 

kimi  janrlarda  mövzular öz təzahürünü tapırdı. Əgər təsvir şairin 

fərdi  keyfiyyətləri,  müsbət  cəhətləri,  əsil-nəcabəti  haqqında 

olardısa,  şeir  “mufaxirə”  adlanırdı.  Aşiqlərarası  münasibətləri 

qəzəllə deyirdilər.Yaxın adamın itkisini “mərsiyə”, (“risa” ərəbcə, 



 

ağlamaq  deməkdir)  və  ya  “driğa”  (farsca,  təəssüf  deməkdir)  ilə 



bildirirdilər. Gecə namazlarından sonra dua etmək vaxtı oxunmaq 

üçün  şairlər  “münacat”  yazırdı.  O  zamanlar  mətbuat  olmadığı 

üçün yerini şeirlər tuturdu. “Şəhraşub” deyilən şeir janrı da vardı, 

şəhərə vəlvələ sala  biləcək təsvirləri (konkret bir gözəlin, qayda-

qanunu  pozan  quldurun,  rüşvətxorun,  cinayətkar  əməl  törədən 

bazar adamının) əyani, ünvanlı şəkildə deyilir, oxucu bu mənzum 

felyetonu (həcmcə kiçik rübai də ola bilər) oxuyub məsələdən hali 

olurdu. Şairlər  haqq sözün daşıyıcısı,  ədalətin tələbkarı  missiyası 

daşıyırdı.  Bu  zaman  kəsiyində  yaşayan  şairlərin  demək  olar  ki, 

hamısı ölkənin ictimai-siyasi həyatında görkəmli rol oynamışlar. 

XIII  əsrdə  Şamaxıda  fars  və  ərəbcə  yazıb  yaradanlar  sırasında 

Qiyasəddin  Şirvani  (1176-1261),  Zeyfun  Şirvani  (1211-1275), 

Seyid Zülfiqar Şirvani (1192-1305), Hüseynəli İbn Əbdullah Diri 

Baba  (1208-1276),  Mühəzzəb  Dain  Şirvani  (1226-1294), 

Fəxrəddin Əl-Məstəri (1241-1298) nümunə göstərilə bilər.

 

XIV əsrdə yaşamış şairlərdən Seyid İmadəddin Nəsimi (1369-



1417)  Asif  Şirvani  (1342-1396),  Molla  Qasim  Şirvani  (1230-

1335),  Şah  Xəndan  Julidə  Mu  (1367-1446),  Məhəmməd    Saleh  

Bakuvi Şirvani (1332-1390) yazıb-yaratmışlar. 

XV  əsrdə  yaşamış  şairlərdən  Aşiq    Köçər  (1420-1480), 

Şəmsəddin  Məhəmməd  oğlu  Bədr  Şirvani  (1387-1450),  Həzini 

Şirvani (1428-1479), Əbu Bəkr Şirvani (1398-1468), Əbu Həmid 

Şirvani  (1428-1479),  Əbu  Tahir  Şirvani  (1397-1465),  Şəms 

Şirvani  (1403-1478),  Mirzə  Ərsəl  Şirvani  (1421-1450), 

Kəmaləddin 

Məsud 


Şirvani 

(1431-1499), 

Əbdürrəhim 

Kəmaləddin  Şirvani  (1442-1479),  Əbdülməcid  Şirvani  (1418-

1498) yazıb-yaratmışlar. 

XVI  əsrdə  yaşamış  şairlərdən  Asəf    Şirvani  (1552-1599), 

Həlimi  Şirvani  (1520-1586),  Mir  Qədr  Şirvani  (1511-1654),  Mir 

İlahiyi  Şirvani  (1542-1583),  Şəmsi  Şirvani  (1442-1599),  Nitqi 

Şirvani  (1522-1584),  Xəzani  Şirvani  (1527-1580),  Abbas  Bayat 

(1522-1564),  Əmir  Cəmaləddin  Şirvani  (1513-1587),  Mir  Qədir 

Şirvani  (1532-1576),  Mirzə  Əsrük  Şirvani  (1502-1567),  Səhli 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə