Tərt ed. N. Tahirova; red və bur məs. Ş. Qəmbərova; F. Köçərli adına Respublika Uşaq Kitabxanası. Bakı, 2016. 38s



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#56898
1   2   3   4   5   6   7

21 

 

hazırlayırdı. İ.Ori 1701-ci il iyulun 25-də I Pyotra rus qoşunlarını 



Cənubi  Qafqaza  yürüşə  həvəsləndirmək  məqsədi  ilə  18  bənddən 

ibarət  xüsusi  hərbi  müdaxilə  planını  göndərmişdi.  O,  öz 

məktubunda  I  Pyotrdan  Cənubi  Qafqaza  yürüş  zamanı  Şamaxı 

şəhərini xüsusi nəzarət altında saxlamağı xahiş edirdi. 

“Şamaxının  tutulması  Armeniya  torpağına  girmək  üçün  ilk 

açardır” –  ifadəsini  işlədən İ.Orinin planına görə 5  min atlı  və 5 

min  piyadadan  ibarət  olan  rus  qoşunu  gəmilərlə  Niyazabada 

gəlməli,  oradan  quru  yolla  Şamaxı  istiqamətində  irəliləməli  və 

xristian süvarisinin köməyi ilə Şamaxı şəhəri 2 saat müddətinə ələ 

keçirilməli idi. 

Rusiya imperatorunun Şərq siyasətində şimal-şərqi Azərbaycan 

mühüm  əhəmiyyət  kəsb  edirdi.  Hətta  Şirvan  üsyanından  əvvəl 

Peterburqda  qarşıda  duran  yürüş  barədə  tərtib  olunan  sənədlərdə 

bu yürüş “Şamaxı ekspedisiyası” adlandırılırdı. 

Xanlıqlar dövründə Şamaxı şəhəri xanlığın mərkəzi kimi yenə 

də  iqtisadi  və  siyasi  əhəmiyyətini  saxlamışdı.  XVIII  əsrin 

əvvəllərində Şamaxıda olmuş  ingilis  səyyahı  Con Bel şəhəri dağ 

döşündə amfiteatr şəklində tikilmiş şəhər kimi xatırlayırdı. Lakin 

Şamaxı şəhəri Nadir xan Əfşar tərəfindən 1734-cü ildə dağıdıldığı 

üçün əhalinin Yeni Şamaxıya köçürülməsi ilə əlaqədar Şamaxının 

adı tarixi ədəbiyyatda Köhnə Şamaxı kimi çəkilir. XVIII əsrin 70-

ci illərində Şamaxıda 1000-ə yaxın evdə 5-6 min adam yaşayırdı. 

Şəhərlər  inzibati  cəhətdən  məhəllələrə  bölünürdü.  S.Qmelinin 

verdiyi  məlumata  görə,  Köhnə  Şamaxı  doqquz  məhəlləyə 

bölünürdü:  Yuxarı qala, Sarı¬torpaq, Qala  bazar, Yəhudi, İmam, 

Meydan, Şahpəri, Gilandibli, Nar ağacı məhəllələri. 

Xanlığın  paytaxtı  kimi  özünün  çiçəklənmə  dövrünü  yaşayan 

Köhnə Şamaxı sənətkarlıq mərkəzi olmaqla yanaşı, həm də böyük 

ticarət  mərkəzi  idi.  S.Solovyovun  təbirincə  desək,  Şamaxı 

şəhərinin əhalisi sanki ticarət üçün yaranmışdır. 

1768-ci  ildə  Şamaxı  xanlığı  qubalı  Fətəli  xan  tərəfindən  tabe 

edilərkən,  Fətəli  xan  Dərbənd,  Quba  və  Salyandan  Köhnə 




22 

 

Şamaxıya 1000 ailə köçürür. 1769-cu ilin  iyulunda Yeni Şamaxı 



dağıdılır və əhalisi Köhnə Şamaxıya köçürülür. 

1789-cu  ildə  qubalı  Fətəli  xanın  ölümündən  sonra,  Şamaxı 

xanlığında hakimiyyət uğrunda daxili çəkişmələr  baş verir. 1792-

ci  ildə  həmin  mübarizədə  Mustafa  xan  qalib  gəlir.  Mustafa  xan 

mərkəz  kimi  Köhnə  Şamaxını  yox,  Yeni  Şamaxını  seçir.  Lakin 

əsrin  sonunda  bütün  əhali  Köhnə  Şamaxıya  qayıdır.  Beləliklə, 

1775-ci ildən xaraba vəziyyətində qalan Şamaxı şəhəri yenidən öz 

əvvəlki yerində bərpa edilib tikilməyə başladı. 

Bu  qədər  dağıntı  və  zorakı  köçürmələrə  baxmayaraq,  Şamaxı 

şəhəri xanlıqlar dövründə də sənətkarlıq mərkəzi kimi öz əvvəlki 

şöhrətini  qoruyub  saxlaya  bilmişdi.  XVIII  əsrin  sonlarında 

Azərbaycanda  olmuş  S.Bronevskinin  təbirincə  desək,  «ticarət  və 

sənətin qədim ruhu Şamaxıda hələ tamamilə sönməmişdi». 

Rusiyadan  İrana  və  Hindistana,  yaxud  əks  istiqamətə  mal 

aparan tacirlər çox zaman Bakı və Niyazabad limanları vasitəsilə 

Şamaxıya  gəlir,  burada  mal  mübadiləsi  aparırdılar.  Bakıdan 

Tiflisə  gedən  yol  Şamaxıdan  keçdiyi  üçün  Şamaxının  ticarət 

dövriyyəsində oynadığı rol inkaredilməzdir. S.Zevakin Şamaxının 

hələ  XVI-XVII  əsrlərdə  Rusiyanın  Səfəvi  dövləti  ilə  ticarət 

əlaqəsinin  mərkəzi  olduğunu  göstərirdi.  1721-ci  ildə  isə  Fransa 

sarayına  xarici  və  Rusiya  ticarətində  Şamaxı  ipəyinin  əsas  rol 

oynadığı haqqında məlumatlar çatırdı. 

1805-ci  ilin  sonlarında  xeyli  müqavimətdən  sonra  Şamaxı 

xanlığı  daxili  müstəqilliyi  saxlanılmaqla  Rusiya  imperiyasının 

tərkibinə  qatılır.  1820-ci  ildə  isə  çar  Rusiyası  Şamaxı  xanlığını 

tamamilə  ləğv  edir.  1846-cı  ildə  Şamaxı  şəhəri  quberniya 

mərkəzinə çevrilir. 

1917-ci  il  fevral  inqilabı  nəticəsində  çarizmin  devrilməsi 

Azərbaycanın  ictimai-siyasi  həyatında  ciddi  dəyişikliklərə  səbəb 

oldu. Şamaxıda da Müsəlman Milli Şurası yaradıldı. Şuranın əsas 

məqsədi Şamaxının azərbaycanlı əhalisini  milli  ideallar  ətrafında 

birləşdirmək,  onun  maraq  və  mənafelərini  müdafiə  etməkdən 

ibarət idi. 



23 

 

Lakin  1917-ci  ilin  sonları  -  1918-ci  ilin  əvvəllərində  Cənubi 



Qafqazda,  o  cümlədən  Bakıda  formalaşmış  hərbi-siyasi  şərait 

Şamaxıya  da  təsirsiz  ötüşmədi.  1918-ci  ildə  S.Şaumyanın  fitvası 

ilə  erməni  silahlı  dəstələri,  Şamaxıda  Sovet  hakimiyyəti  qurmaq 

adı  altında,  Bakıda  törədikləri  dəhşətli  qırğından  sonra  ikinci 

qırğını  Şamaxı  qəzasında  törətmişdilər.  Şaumyan  1918-ci  ilin 

aprelin  13-də  Sovet  Rusiyası  Xalq  Komissarlar  Sovetinə 

göndərdiyi  məktubda  Şamaxıya  artilleriya  və  pulemyotları  olan 

«yeni dəstələr» göndərdiyini etiraf edirdi. S.Şaumyanın rəhbərlik 

etdiyi  Bakı Soveti  erməni  hərbi  hissələrini  Şamaxıya göndərərək 

yerli azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətdilər. 

Ermənilər Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard 

manatlıqdan  yuxarı  dəyəri  olan  əmlakı  qarət  etmiş,  şəhərin 

azərbaycanlılara məxsus bütün evlərini yandıraraq məhv etmişlər. 

Şəhərdə  13  məscid,  o  cümlədən  böyük  tarixi  abidə  olan  «Cümə 

məscidi»  yandırılmışdır.  M.Ə.Rəsulzadə  qeyd  edirdi  ki,  əski 

Şirvanşahların  bu  qədim  paytaxtı  bir  həmlədə  atəşə  verilib, 

məşhur  tarixi  camiyə  varıncaya  qədər  yaxıldı.  Yalnız  erməni 

məhləsi salamat buraxıldı. 

    Şamaxı şəhəri və Şamaxı qəzası 1918-ci ilin  iyul ayının 18-də 

Qafqaz İslam Ordusu və Azərbaycan korpusunun birgə apardıqları 

uğurlu döyüş əməliyyatları nəticəsində azad edilənə qədər daşnak-

bolşevik qüvvələrinin işğalı altında qaldı. 

Şamaxı şəhəri düşmənlərdən azad edildikdən sonra sağ qalmış 

əhali yavaş-yavaş geri dönməyə başladı. Şəhərdə həyat tədricən öz 

axarına  düşürdü.  Az  müddət  ərzində  qəddi-qamətini  düzəldən 

Şamaxı Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi, mədəni 

həyatında mühüm rol oynamış mərkəzə çevrildi. 

1969-cu  ildə  Heydər  Əliyevin  siyasi  hakimiyyətə  gəlişi  ilə 

Şamaxının  yenidən  inkişafı  və  tərəqqisi  başlamışdı.  Onun  şəxsi 

tapşırığı  ilə  hazırlanmış  «Şamaxı  rayonunun  iqtisadiyyatının  və 

mədəniyyətinin  daha  da  inkişaf  etdirilməsi  tədbirləri  haqqında» 

Azərbaycan  KP  MK  və  Nazirlər  Sovetinin  1978-ci  il  21  yanvar 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə