Tərt ed. N. Tahirova; red və bur məs. Ş. Qəmbərova; F. Köçərli adına Respublika Uşaq Kitabxanası. Bakı, 2016. 38s



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#56898
1   2   3   4   5   6   7

10 

 

Kəmaləddin  Mir  Hüseyn  oğlu  (1516-1594),  Əbdüllətif  Şirvani  



(1556-1602) yazıb-yaratmışlar. 

XVII  əsrdə  yaşamış  şairlərdən  Dusti  Şirvani(1587-1643), 

Nişani  Şirvani    (1608-1667),  Mirzə  Ağa  Hüseyn  Zülali  (1687- 

1739),  Ağabağır  Hacı  Səfəralı  oğlu  Şirvani  (1666-1701),  Kərim 

Bəy  Lütfi  (1613-1667),  Ətiqi  Şirvani  (1587-1669),  Əbu    Tahir 

Şirvani (1635-1683), Müzəffər Şirvani   (1610-1687), Mir Yəhya 

Mir  Qulu oğlu Yəqni (1575-1658), Molla Mirzə  Şirvani (1591-

1679),  Mir  Haşım  Şirvani  (1606-1670),  Məhbub  Şirvani  (1603-

1658), Abdulla Mahir Şirvani (1676-1723) yazıb-yaratmışlar. 

XVIII  əsrdə  yaşamış  şairlərdən  Ağa  Məsih  Məhəmməd  oğlu 

Şirvani(1687-1765),  Məcruh  Şirvani    (1692-1785),  Bidil  Şirvani 

(1696-1764),  Nişat  Şirvani(1673-1759),  Baba  Şirvani  (1732-

1785),  Cəlal  Şirvani  (1767-1827),  Cəhli  Şirvani  (1743-1789), 

Əsgər    Şirvani  (1768-1811),  Əhməd  Şirvani  (1785-1840)  Vaiz 

Əfəndi Şirvani (1744-1803), yaşayıb yaratmışdır. 

XIX əsrdə  yaşamış Şirvan şairləri:  Bu dövrdə  yaşamış Şirvan 

şairlərinin  yaradıcılığına  xas  əsas  cəhət  odur  ki,  ictimai-siyasi 

hadisələrin  yüzilliklər  boyu  formalaşan  strukturu  dəyişmiş,  söz 

əhlinə  diqqət  və  qayğı  azalmış,  şeirlərin  ümumi  mövzusunda  ya 

rəmzi,  ya  da  müstəqil  şəkildə  ifadə  olunan  həyatdan  narazılıq 

motivləri güclənmişdi. Xanzadələr, bəylər artıq özlərini öz evinin 

küll  ixtiyar  sahibi  kimi  apara  bilmir,  əsl  ağanın  Rus  imperatoru 

olduğunu hər addımda dərk edirdilər. Şairlərin mədhlərinə tələbat 

azalmış, şairlər ən zəruri məişət tələbatından ötrü ağalara mənzum 

xahişnamələr  göndərirdi.  İqtisadi  vəziyyətin  necə  tənəzzülə 

uğradığını onunla bilmək olar ki, qışda geymək üçün kürk… hətta 

bir  neçə  çanaq  buğda  istəməyi  şairlər  özlərinə  ayıb  bilmir,  bunu 

mənzum  şəkildə  ifadə  edirdi.  Böyük  ənamlardan,  yüksək 

qələmiyyələrdən  heç  söz  belə  gedə  bilməzdi.  Bəylərin  özü 

İmperator  xəzinəsinə  ödədikləri  vergiyə  müvafiq  hökumətdən 

məvacib  alırdı.  Ona  görə  də,  şairlərin  həcv  deyən  dillərinə 

düşməməkçün  az  miqdar  hədiyyə  verməklə  mədhnamələrdən 

imtina  etmirdilər.  Rus  çarizmi  bərqərar  olandan  sonra, 



11 

 

Azərbaycanda  ədəbi  məclislər  yaratdı.  Təsadüfi  deyil  ki, 



quberniya  mərkəzinə  yaxın  Gəncədə  1820  ildə  “Divani  -hikmət” 

(“Hikmət evi”) Azərbaycanda qurulan ilk ədəbi məclis oldu. 

Mirzə  Ələkbər  Sabir  “pula  pərəstiş  edən  şair”i  ən  pis  sözlə 

damğalayır. 

  

Onu  da  deyək  ki,  ədəbi  məclisləri  təşkil  edənlər  çar 



xəzinəsindən  ayrıca  məvacib  alırdı.  Şamaxıdakı  “Beyt  üs-Səfa” 

(Saflıq evi)  ədəbi  məclisi də  bu  mənada  istisna deyil. Məclis elə 

yarandığı  gündən  nüfuzlu  şairlər  hesabına  cərgələrini  sürətlə 

artırdı  və  başqa  ədəbi  məclislərimizə  nisbətən daha  çox  istedadlı 

şair yetişdirərək diqqət mərkəzində oldu. 

Ənənə  üzrə  şaha  farsca  mədhlər  yazan  şairlər  rusca 

bilmədikləri  üçün,  yenə  də  farsca,  ancaq  indi  Rus  imperatoruna 

ünvanlandırdıqları mədhlərdən gözlənilən cavabı almırdı. Bu janr 

XIX  əsrdə  öz  gərəkliliyini  itirdiyi  üçün  qəzəl  və  qoşma  ilə 

müqayisədə  daha  az  istifadədə  qaldı.  Həcvlərin  sayı  çoxaldı.  Bu 

janrda  nadir  halda  sənətkarlıq  nümunələri  meydana  gəlirdi. 

İctimai mahiyyətdən çox, fərdi münaqişə zəminində çoxmərtəbəli 

söyüş  və  təhqirlər,  effemizmlər  poetik  sözü  əvəz  edirdi.  Kimin 

kimdən bir balaca narazılığı olurdusa, bunu qafiyə və ritmə salıb 

xoşagəlməz söz yığını ilə “nəzm” nümunəsi yaradıb özünə şairlik 

imici qazandırmaq istəyirdi. 

XIX  əsrdə  Şirvanda  Ələkbər  Zeynalabdin  oğlu  Tahirzadə

 

(



Sabir)

 

(1862-1911),



 

Seyid  Əzim  Şirvani  (1835-1888),  Mirzə 

Nəsrullah  Hacı  Əbdülqasim  oğlu  Bahar  Şirvani  (1834-1883), 

Kərbalayi Qurban Məhəmməd oğlu (1832 – 1899), Nadim Mirzə 

Baxiş  (1785-1880),  Naseh  Ağaəli  bəy  Əfəndizadə  (1856-1918), 

Əliəkbər Qafil (1828-1891), Sədrəddin Şirvani (1777-1835), Didə 

Mövlanə  Mirzə  Nəsrullah  bəy  Qurbanbəy  oğlu  Qurbanbəyov 

(1797-1870),  Hacı  Məhəmmədəli  Axund  İskəndər  oğlu  Şirvani 

(1783-1859),  Haci  Zeynalabdin  Axund  İskəndər  oğlu  Şirvani 

(1780-1838),  Əsgər  Şirvani  (1827-1875),  Ağababa  Zühuri 

Məşhədi  Əbdullah  oğlu  (1848-1911),  Azay  Səfəralı  oğlu  (1844-

1918),  Allahverdi  Rəfi  oğlu  (1810-1896),  Kərbəlayi  Arif  Allahi 




12 

 

(1786-1866), Huşyar Xınıslı (1829-1914), Asi Molla İbrahim oğlu 



(1826-1888), Axundzadə Ağacavad (1875-1921), Kərbəlayi Molla 

Pənah  oğlu  Fəqir  (1842-1914),  Əza  Məşhədi  Ağa  HacıI  Rəsul 

oğlu (1870-1912), Əsir  Zakir Əliabbas oğlu Şirvani (1882-1940) 

yaşayıb- yaratmışlar.



 

 

 



           

 

 



 


13 

 

 



Yaxın  Şərqdə  inqilabi  satiranın  banisi  kimi  böyük  missiyanın 

daşıyıcısı  M.Ə.Sabir  Azərbaycan  ədəbiyyatında  intermediya, 

mənzum  siyasi  pamflet,  mənzum  felyeton  janrlarının  da 

yaradıcısıdır.  Millətin  ruhi  keşiyində  öz  ifşaedici  güclü  sözü  ilə 

güzəştsiz  xidmətdə  dayanan  Seyid  Əzim  Şirvani,  bu  missiyanı 

şagirdi Mirzə Ələkbər Sabir Tahirzadəyə ötürüb, hətta öz kitabını 

görmək  kimi  kiçik  bir  sevinclə  də  fərəhlənmədən  bu  dünyanın 

əziyyətlərindən qurtardı. Seyid Əzim Şirvaninin məktəbində həm 

dini, həm də dünyəvi elmləri ən yüksək dərəcədə öyrənmiş Sabir 

xalqını,  Vətənini,  dinini  bütün  hüceyrələrinə  qədər  nurlu  bir 

məhəbbətlə  sevib  onun  tərəqqisi  yolunda  varından,  ailəsinin 

rifahından,  əsəblərindən,  canından  hər  an  keçməyi  bacarırdı. 

Sabirin HOPHOPNAMƏsi zamanın ruhi ensiklopediyasıdır. Sabir 

camaatın hansı fikir və etiqadla yaşadığını sadə, olduqca təsiredici 

və bir kəlmə artıq söz işlətməyən yüksək sənətkarlıqla söyləyirdi. 

Sabir millətin genetik yaddaşında olan ən yüksək poetik rəmzləri, 

deyim tərzlərini satirası üçün üslub seçməklə ən təsiredici məqamı 

tuta bildi. Millətin irəliləməsinə yönələn elə bir məqam yoxdur ki, 

Sabir  ona  özünün  mərdanə  münasibətini  bildirməmiş  olsun.  Yüz 

ildən  artıqdır  ki,  “Allah  Sabirə  rəhmət  eləsin,  gör  nə  gözəl 

deyib…”-  deyə  millətlə  bağlı  hər  məsələyə  dair  onun  sözü  sitat 

gətirilməkdədir. 



Məhəmməd  Hadi  (1879-1920),  Abbas  Səhhət  Mehdizadə 

(1874-11  iyul  1918)  Şamaxının  son  dövr  klassiklərindəndir. 

Şamaxıdan  çıxan  əsl  ziyalılar  kimi  Abbas  Səhhətin,  Məhəmməd 

Hadinin  yaradıcılığının  mahiyyətini  əgər  bir  sözlə  ifadə  etməli 

olsaydıq, ancaq “Vətən yanğısı” ifadəsini işlədərdik. 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə