TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

üçün hakimiyyət nümayəndələrinə qeyri-qanuni təzyiq edilməsi, rüşvət və korrupsiyadır. 

Lokal 

siyasi 


Yerli 

Lüğət (Sözlük) 

hüquqi 


Müəyyən  üslubla  düzülən,  mənası  və  ya  tərcüməsi  verilən  və  tələffüzü  göstərilən  sözlərin 

toplusudur.  Müasir  lüğətlər  adətən  əlifba  sırası  ilə  düzülür.  Lüğətlər  praktik  xarakter  daşısa  da, 

onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz əksini tapır və elmin normativ vəziyyətini əks edən 

mənbəyə çevrilir. İlk türk dilli lüğət Mahmud Kaşğarinin yazdığı "Divani lüğat it-türk"-dür. 



Lüteranlıq 

tarixi 


Xristianlıqda protestantizm cərəyanlarından biri. Banisi Martin Lüter 

Madrid 

prinsipləri 

siyasi 


Azərbaycanla  Ermənistan  arasında  Dağlıq  Qarabağ  münaqişəsinin  həll  edilməsi  üçün  ATƏT-in 

Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modeli. Madrid prinsipləri münaqişənin həll 

edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal 

edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon Azərbaycana qaytarılmalı, daha 

sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. Bundan sonra regionda 

bütün  kommunikasiyalar  açılacaq,  azad  edilmiş  torpaqların  reabilitasiyası  üzrə  donor  konfransı 

keçiriləcək.  Regionda  sülhməramlı  müşahidəçilər  yerləşdiriləcək,  evlərinə  qayıdan  köçkünlərin 

təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, 

azərbaycanlı  icma  Dağlıq  Qarabağa  qayıdır,  bundan  sonra  Azərbaycanın  ərazi  bütövlüyü 

çərçivəsində  Dağlıq Qarabağın  hüquqi statusu  müəyyən edilir. Bu zaman  Dağlıq Qarabağa  Rusiya 

Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir. 

Magna Carta 

tarixi 


Dünyada  ilk  konstitusiya  aktı  olan  Azadlıqların  Böyük  Toplusu  1215-ci  ildə  İngiltərədə  qəbul 

olunmuşdur. 



Maxnoçuluq 

tarixi 


1918-1921-də Ukraynada sovet hakimiyyətinə qarşı əksinqilabi anarxist qolçomaq hərəkat. Başçısı: 

N. Maxno 



Majoritar 

seçki 

sistemi 

hüquqi 


(fransızca “majorite” “çoxluq” deməkdir) Majoritar seçki sistemində kim çoxluğun səsini qazanarsa 

o  da  seçilir.  Azərbaycan  Respublikasında  seçki  sistemi  majoritar  sistemə  əsaslanır.Çox  geniş 

yayılmış  seçki  sistemlərindən  biri  majoritar  seçki  sistemidir.  Bu  seçki  sisteminə  uyğun  olaraq, 

deputatlığa (lat. «deputatus» - «göndərilmiş») namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və 

o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə digər namizədlərə nisbətdə daha çox səs 

toplamalıdır.  Səs  çoxluğunun  sayından  asılı  olaraq  majoritar  seçki  sisteminin  iki  növü  müəyyən 

edilir:  mütləq  səs  çoxluqlu  majorilar  seçki  sistemi  və  nisbi  səs  çoxluqlu  majoritar  seçki  sistemi. 

Mütləq səs çoxluqlu majoritar seçki sistemi seçki dairesi üzrə seçicilərin səslərinin yarıdan çoxunun, 

yəni  50%+l  sesin  toplanmasını  tələb  edir.  Bu  seçki  sistemində  qalib  gəlməsi  üçün  namizəd  seçki 

dairəsində  çox  böyük  nüfuza  malik  olmalıdır.  Sistemin  əhəmiyyəti  ondan  ibarətdir  ki,  deputat 

Məclisdə  seçicilərin  yarıdan  çoxunun  iradəsini  təmsil  etmək  imkanına  malik  olacaqdır. 

Namizədlərdən  heç  biri  tələb  olunan  səs  çoxluğunu  (50%+1)  toplamadıqda,  bir  qayda  olaraq,  daha 

çox səs toplamış  iki namizədin iştirakı ilə  səsvermənin ikinci dövrəsi  keçirilir. Səsvermənin ikinci 

dövrəsində  daha  çox  səs  toplayan  namizəd  parlamentə  deputat  seçilir.  Sesvermənin  bu  dövrəsində 

nisbi səs çoxluqlu majoritar seçki sisteminin şərtləri tətbiq edilir. 

Makroiqtisadiyyat  iqtisadi 

Milli  iqtisadiyyatın  strukturunu  və  fəaliyyətini,  eləcə  də  dövlətin  həyata  keçirdiyi  siyasətin  bu 

fəaliyyətə  necə  təsir  etdiyini  öyrənən  elm  sahəsidir.  İqtisadiyyatın  bu  qolu  fərdi  bazarlar 

səviyyəsində  deyil,  iqtisadiyyatdakı  fəaliyyəti,  strukturu,  davranışı  və  qərarverməni  ümumilikdə 

öyrənir.  Bura  milli,  regional  və  qlobal  iqtisadiyyat  daxildir.  Mikroiqtisadiyyatla  birlikdə, 

makroiqtisadiyyat  iqtisadiyyat  elminin  ən  ümumi  iki  sahəsini  formalaşdırır.  Makroiqtisadiyyat  əsas 

göstəricilər:  Ümumi  Daxili  Məhsul  (ÜDM)  (Ümumi  Milli  Məhsul  (ÜMM)),  işsizlik 

dərəcəsini,Qiymət  İndeksləridir  (İnflyasiya,  ÜDM  deflyatoru)  ki,  bununla  da  iqtisadi  vəziyyət 

haqqında  ümumi  məlumatı  verir.  Həmçinin  makroiqtisadiyyatda  bir  çox  iqtisadi  amillər  (gəlir, 

istehsal,  istehlak,  işsizlik,  inflyasiya,  yığım,  investisiya,  beynəlxalq  ticarət  və  beynəlxalq  maliyyə) 

arasında  qarşılıqlı  əlaqəni  və  təsiri  göstərmək  üçün  bir  çox  modellər  mövcüddür.  Əksinə, 

mikroiqtisadiyyat isə, fərdi agentlər: istehsalçılar, istehlakçılar, satıcılar və alıcılar üzərinə fokuslanır 

və onların bazarda qiyməti və miqdarı necə müəyyən etdiyini öyrənir. 

Maltusçuluq 

tarixi 


İnsana nifrət təbliğ edən burjua nəzəriyyəsi 

Manifest 

tarixi 


Müəyyən  mühüm  siyasi  hadisələr  münasibəti  ilə  ali  hakimiyyətin  ahaliyə  yazılı  şəkildə  təntənəli 

müraciəti 



Manufaktura 

tarixi 


Əl əməyinə və əmək bölgüsünə əsaslanan kapitalist müəssisəsi 

Marşal planı 

tarixi 


Avropanı bərpa proqramı, Soyuq müharibənin başlanması üçün real addım 

1947-ci  il  iyunun  5-də  dövlət  katibi  Corc  Marşall  özünün  Harvard  Universitetindəki  çıxışında 

sonradan "Marşall planı" kimi məşhurlaşan planın konturlarını cızdı. 

Bu plan Avropanı dirçəltməklə, kommunizmin qabağına keçilməz bir sədd çəkdi. 



Mayn 

Dorf 

Bəyannaməsi 

(Moskva 

Bəyannaməsi) 

 

siyasi 


2008-ci  il  noyabrın  2-də  Rusiya  dövləti  başçısının  “Mayn  Dorf”  iqamətgahında,  üçtərəfli  formatda 

görüş  başa  çatdıqdan  sonra  Azərbaycan  Prezidenti  İlham  Əliyev,  Ermənistan  Prezidenti  Serj 

Sarkisyan və Rusiya Prezidenti Dmitri Medvedev Bəyannamə imzalamışlar. 

Bəyannamənin imzalanmasında ATƏT-in Minsk qrupunun həmsədrləri iştirak etmişlər. 

Rusiya  Federasiyası  Prezidentinin  dəvəti  ilə  Azərbaycan  Respublikasının,  Ermənistan 

Respublikasının  və  Rusiya  Federasiyasının  prezidentləri  2008-ci  il  noyabrın  2-də  Moskvada 

görüşərək,  Dağlıq  Qarabağ  münaqişəsinin  vəziyyətini  və  onun  siyasi  vasitələrlə,  ATƏT-in  Minsk 

qrupunun  həmsədrləri  kimi  Rusiyanın,  ABŞ-ın  və  Fransanın  vasitəçiliyi  ilə  Azərbaycan  və 

Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi yolu ilə həlli perspektivlərini konstruktivlik 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə