TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

İtaliya, 1947, İtaliya Konstitusiyası 

Yaponiya, 1947, Yaponiya Konstitusiyası 

ÇXR, 1949, Çin Xalq Respublikası Konstitusiyası 

Almaniya, 1949, 

Hindistan, 1950, Hindistan Konstitusiyası 

Türkiyə, 1982 

Rusiya, 1993, Rusiya Federasiyası Konstitusiyası 

Azərbaycan, 1995, AR-ın Konstitusiyası 

Ekvador, 2008 

Boliviya, 2009 



Konstitusiya 

qanunları 

hüquqi 


Ali  hüquqi  qüvvəyə  malikdir.  Onların  içərisində  ilk  növbədə  əsas  insan  və  vətəndaş  hüquq  və 

azadlıqlarını  təsbit  edən,  ictimai  quruluşun  əsaslarını,  dövlətin  formasını  tənzimləyən,  dövlət 

orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək 

lazımdır.  Bəzən  onu  əsas  qanun  adlandırırlar.  Konstitusiya  qanunları  Konstitusiyanın  ayrılmaz 

hissəsidir və Konstitusiyənın əsas mətninə zidd olmamalıdır. 

Konstitusiya 

prosesinin 

subyektləri 

hüquqi 


AR-ın  Konstitusiyasına  dəyişikliklərin  və  əlavələrin  edilməsini  təklif  etmək  haqqına  malik  olan 

şəxslər – MM deputatları və Prezident konstitusiya prosesinin subyektləri adlanır. 



Konstitusiyaya 

dəyişikliklər 

hüquqi 


AR-ın  Konstutusiyasına  dəyişikliklər  yalnız  MM  və  ya  Prezidentin  təklifi  və  Konstitusiya 

Məhkəməsinin  rəyi  ilə  referendum  yolu  ilə  həyata  keçirilir.  Konstitusiyanın  mətnində  dəyişikliklər 

yalnız referendumla qəbul edilə bilər. 

Konstitusiyaya 

əlavələr 

hüquqi 


AR-ın  Konstitusiyasına  əlavələr  edilməsi  Konstitusiyada  yeni  normaların  müəyyən  edilməsidir.  Bu 

xüsusiyyəti ilə o, Konstitusiyaya dəyişikliklər edilməsindən fərqlənir.  

Konstitusiyaya əlavələr MM-də 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir. 

Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunları MM-də 2 dəfə səsə qoyulur. 2-ci səsvermə 

1-ci səsvermədən 6 ay sonra keçirilir. 

Konstitusiyaya  əlavələr  haqqında  Konstitusiya  qanunları  həm  1-ci,  həm  də  2-ci  səsvermədən  sonra 

bu konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada (qanunlar qəbul edildiyi gündən 14 gün 

müddətində,  təcili  elan  edilibsə,  24  saat  ərzində)  Prezidentə  imzalanmaq  üçün  təqdim  edilir) 

Prezidentə imzalanmaq üçün təqdim olunur. 

Konstitusiyaya  əlavələr  haqqında  Konstitusiya  qanunları  Prezident  tərəfindən  2-ci  səsvermədən 

sonra imzalandıqda qüvvəyə minir. 

Konstitusiyaya əlavələr edilməsini təklif etmək hüququ iki kateqoriya subyektə məxsusdur: 

MM-in 63 deputatına və Prezidentə 

Konsul 

siyasi 


Dövlətin vəzifəli şəxsi, başqa dövlətdə vətəndaşlarını təmsil edir 

Konvensiya 

iqtisadi 

(lat.  conventio  —  müqavilə,  saziş)  Hər  hansı  bir  məsələ  barəsində  dövlətlər  arasında  bağlanan 

müqavilə, sazişdir. Beynəlxalq hüquqi sənəddir. 

Bəyannamə  və  ya  müraciətnamədən  fərqli  olaraq,  konvensiya  qanun  statusuna  malikdir  və  onu 

imzalayan və ratifikasiya edən dövlətlər tərəfindən (müvafıq beynəlxalq strukturların üzvləri) icrası 

məcburidir. 

Sənayenin  və  iqtisadiyyatın  digər  sahələrinin  hərbi  istehsalından  mülki  istehsala  və  ya  əksinə 

keçirilməsi;  Bir  ölkənin  valyutasının  digər  xarici  valyuta  ilə  mübadiləsi,  azad  konversiya  edilən 

valyuta heç bir məhdudiyyət qoyulmadan beynəlxalq sazişlərdə istənilən digər valyuta ilə dəyişdirilə 

bilər. 

Korrespondensiya 

hüquqi 


Poçt  rabitəsi  vasitəsilə  daxil  olan  və  ya  göndərilən  iş,  material,  məktub,  teleqram,  bildiriş  və  s. 

sənədlərdir. 



Kosmopolitizm 

siyasi 


Bütün dünyanı özünə vətən hesab edən, milli adət və mədəniyyətdən imtina edən təlim forması. 

Kotirovka 

sorğusu 

iqtisadi 

 

Krater 

coğrafi 


Vulkan boğazındakı çökəklik və ya meteor düşəndə yaranan iz. 

Krik çaylar 

coğrafi 


Dövri axara malik, az sulu, yayda quruyan çaylardır. Əsasən Avstraliyada geniş yayılıb. 

Kulturologiya 

tarixi 


Ümumbəşəri  və  milli  mədəni  proseslərin  obyektiv  qanunauyğunluqlarını,  insanların  maddi  və 

mənəvi  həyatının  mühüm  hadisələrini  özündə  ehtiva  edən  elm.  Bu  elm  insanların  maddi  maraq  və 

tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və 

gələcək  nəsillərə  ötürülməsini  həyata  keçirir.  Kulturologiya  –  mədəniyyəti,  sivilizasiyanı,  onun 

tarixini,  insanla  mədəniyyətin  qarşılıqlı  əlaqəsini  və  qarşılıqlı  təsirini  öyrənir,  insanın  həyatda  öz 

yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, 

insanla  mədəniyyətin  qarşılıqlı  əlaqəsini,  digər  tərəfdən  isə  insanın  ona  təsirini  və  əks-təsirini 

öyrənir. 

Bir  çox  dünyəvi  elmləri,  o  cümlədən,  tarix,  fəlsəfə,  sosiologiya,  etnoqrafiya,  arxeologiya,  etika, 

estetika  və  s.  özündə  birləşdirən  kulturologiya  təbii  ki,  bu  elmləri  zaman-zaman  öz  süzgəcindən 

keçirmiş, müxtəlif dövrlərdə onlardan lazımınca faydalanmışdır. Kulturologiya özündə çox mühüm 

olan həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin əsas komponentlərini özündə əks 

etdirən və insanşünaslığa xidmət edən nəhəng bir elm sahəsidir. 

Kurator 

hüquqi 


Müəyyən işin gedişinə nəzarət edən 

Kvota 

iqtisadi 

Hər  hansı  bir  iqtisadi  birlik  iştirakçısının  məhsul  istehsalında  və  satışında  iştirak  etmə  həddi;  İdxal 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə