TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

idarəetmə  orqanları  tərəfindən  qəbul  olunmuş  qətnamələr,  normativ  olmaqla  bütün  müəssisə  və 

təşkilatlar tərəfindən yerinə yetirilməsi məcburi xarakter daşıyır. 



Qış müharibəsi 

tarixi 


II  Dünya  Müharibəsinin  gedişində  SSRİ  Finlandiyaya  müharibə  elan  edir.  Müharibə  (30  noyabr 

1940–15 mart 1941) nəticəsində ruslar çox böyük itkilər versələr də, Finlandiyaya məxsus ərazilərin 

10%-ni işğal edirlər. 

Qiyam 

tarixi 


Tam tutmayan dövlət çevrilişi cəhdi 

Qiymətqoyma 

iqtisadi 

Xarici valyutaların, qiymətli kağızların (səhm,istiqraz) məzənnəsinin, birjalarda malların topdan satış 

qiymətlərinin təyin edilməsi. 



Qlobal 

coğrafi 


Ümumbəşəri 

Qoelro 

tarixi 


Rusiyanı elektrikləşdirən Dövlət komissiyası 

Qolçomaqlar 

tarixi 


Kənd burjuaziyası 

Qondarma 

siyasi 


Tanınmayan 

Qordi düyünü 

tarixi 


Son  dərəcə  dolaşıq  düyün.  Qədim  yunan  rəvayətinə  görə  indiki  Türkiyənin  mərkəzində  Qordiya 

şəhəri yaxınlığındakı məbəddə aşılması çətin olan bir düyün arabaya bağlanmış olur. M. İsgəndər bu 

düyünü açmaq əvəzinə onu qılıncla parçaladı. Mənası: dolaşıq məsələ barəsində cəsarətli qərar 

Qoşulmamaq 

Hərəkatı 

tarixi 


Dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq 

təşkilatdır.  Bu  hərəkat  1961-ci  ilin  sentyabrında  25  ölkənin  iştirakı  ilə  Belqradda  yaradılıb.  İndiyə 

qədər Azərbaycan bu hərəkatda müşahidəçi qismində iştirak edib. 

Qriqori təqvimi 

tarixi 


Hazırda  dünyanın  əksər  ölkələrinin,  o  cümlədən  Azərbaycan  Respublikasının  rəsmi  təqvimi.  Papa 

XIII  Qriqorinin  göstərişi  ilə  tərtib  olunmuşdur.  Daha  əvvəlki  Yuli  təqviminin  islah  edilmiş 

variantıdır.  4  oktyabr  1582-ci  ildən  tətbiq  olunsa  da  ayrı-ayrı  ölkələrdə  bu  təqvimə  müxtəlif 

vaxtlarda keçilmişdir. Qriqori təqvimi də Yuli təqvimi kimi 12 aydan ibarətdir: yanvar, fevral, mart, 

aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr 

Yuli təvimi hər 400 ildə təxminən 3 gün qabağa qaçırdı. Məsələn, əgər eranın başlanğıcında - İusus 

Xristosun  doğulduğu  illərdə,  gecə-gündüz  bərabərliyi  (başqa  sözlə,  Novruz  bayramı)  martın  23-nə 

düşübsə,  1600-cü  ildə  martın  11-nə  təsadüf  etməli  idi  (23-((1600:400)Х3)).  Ona  görə  də  Papa 

Qriqori təqvimdə islahat etməyə məcbur oldu və 4 oktyabr 1582-ci il tarixdən sonra İspaniya, İtaliya, 

Portuqaliya  ərazisində  elan  edildi  ki,  heç  də  oktyabrın  5-i  yox,  əslində  15  oktyabrdır!  Lakin 

provoslav məzhəbli xristianlar Papa Qriqorinin islahatını dərhal tanımadılar. Məsələn, Rusiya 1918-

ci ilə qədər Qriqori təqviminə keçmədi və yalnız göstərilən ildə, Leninin dekreti ilə 31 yanvar 1918-

ci il tarixdə Rusiyada elan edildi ki, bəs sabah heç də fevralın 1-i yox, əslində fevralın 13-üdür. 

Qrinviç meridianı 

coğrafi 


Böyük  Britaniyanın  paytaxtı  Londondakı  Qrinviç  qəsəbəsində  yerləşən  Qrinviç  rəssədxanasından 

keçən  meridiana  deyilir.  Bu  meridian  sıfırıncı  meridian  adlanır.  Əvvəllər  sıfırıncı  meridian 

İngiltərədə  "Qrinviç  meridianı"  ,  Fransada  "Paris  meridianı"  və  Rusiyada  "Pulkov  meridianı" 

adlanırdı. 1884-cü ildə ABŞ konqresində sıfırıncı meridian "Qrinviç meridianı" qəbul olunmuşdur. 



Qrivna 

iqtisadi 

Qədim slavyanlarda boyunbağı, Ukraynada pul vahidi 

Qrossbauer 

tarixi 


Prusiyada varlı kəndli 

Qrossmeyster 

siyasi 


Almanca qros – böyük, meyster - ağa. Məsələn alman hərbi rahiblər ordenində böyük magistr 

Quberniya 

tarixi 


Çar  Rusiyası  dövründə  inzibati-ərazi  vahidi.  Quberniya  inzibati-ərazi  vahidi  1708-ci  ildə  yaranıb, 

1917-ci ildə oktyabr çevrilişi zamanı ləğv olundu. 

Qəzalar isə 1929-30-cu illərdə ləğv olundu və rayonlaşma sistemi tətbiq olundu. 

Qul 

tarixi 


Bir insanın başqa birinin malı və mülkü olmasıdır . 

Quldarlıq 

tarixi 


İctimai-iqtisadi  formasiya,  sinfi  cəmiyyətin  ilk  forması.  Quldarlar  sinfinin  qullar  sinfini  istismar 

etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar 

hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. 

Qütb parıltısı 

coğrafi 


Yalnız yuxarı enliklərdə  müşahidə olunan təbiətin gözəl optiki hadisələrdən biridir. Əksər hallarda 

qütb  parıltısı  mavi-ağ  olur  və  yalnız  nadir  hallarda  çoxrəngli  parıltıya  təsadüf  etmək  olar.  Qütb 

parıltısı Yer kürəsinə yerətrafı kosmik mühitdən geomaqnit sahənin güc xətləri istiqamətində hərəkət 

edən  yüklü  hissəciklərin  atmosferin  yuxarı  qatların  bombalaması  nəticəsində  yaranır.  Qütb  parıltısı 

bir neçə saatdan bir neçə günə qədər davam edir və öz qeyri adi gözəlliyi ilə insanları valeh edir. 

Leqal 

hüquqi 


Qanuni, qanunla icazə (yol) verilən, açıq 

Lend-Liz 

haqqında qanun 

tarixi 


II Dünya müharibəsində ABŞ-ın öz müttəfiqlərinə döyüş sursatı, texnika, xammal, neft məhsulları və 

s.  verilməsini  həyata  keçirən  1941-ci  ildə  qəbul  edilmiş  dövlət  proqramı  idi.    Ən  çox  yardım  alan 

dövlətlər: B.Britaniya, SSRİ, Fransa, Çin 

Letal 

tarixi 


Ölümcül 

Leyboristlər 

tarixi 


Böyük Britaniyada "fəhlə" partiyası deyilən sağ sosialist partiyanın üzvləri 

Ləyaqət 

hüquqi 


Şəxsin özünün mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə verdiyi qiymətdir 

Liberal 

siyasi 


Azad düşüncəli, güzəştə gedən 

Liberlizm 

siyasi 


Cəryan  fransız  maarifçiləri  və  filosofları  (J.J.Russo,  Didro,  Lametri),  ingilis  filosofları  (C.Lokk, 

T.Hobbs) və utopik sosialistlərin yaradıcılığında yer almış " təbii hüquq " nəzəriyyəsinə və dövlətin 

yaradılması  haqqındakı  "  ictimai  müqavilə  "  təliminə  əsaslanır.  Əsas  fikir  bundan  ibarətdir  ki, 

insanlar dünyaya gələrkən hamısı bərabər təbii hüquqlara malik olurlar. 



Lobbiçilik 

siyasi 


("Lobbi"  –  ingilis  parlamentinin  dəhlizi  belə  adlanır,  buraya  insanlar  deputatlara  qeyri-rəsmi  təsir 

göstərmək  üçün  gəlirdilər)  İctimai  şüurda  birmənalı  qarşılanmır,  həm  pozitiv,  həm  neqativ  məna 

daşıyır.  Lobbiçiliyin  ifrat  neqativ  ifadəsi  müəyyən  qrup  və  şəxslərin  maraqlarının  təmin  olunması 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə