Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
Birinci dünya müharibəsi dövründə (1914-1918) "dostluq sazişi" (Antanta) dövlətlərinə qarşı olan
Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperiyalarının hərbi-siyasi bloku. İttifaq dövlətlərinin
müttəfiqləri 1916-cı ildə Britaniya ağalığına qarşı üsyan qaldırmış İrlandiya azadlıq hərəkatı ("Pasxa
üsyanı"), eləcə də keçmiş Rusiya İmperiyasının ərazisində yaranmış bəzi dövlətlər idi.
İzoqalin
coğrafi
Eyni duzluluğa malik əraziləri
birləşdirən xətt
Jurnalistika
siyasi
KİV işçilərinin fəaliyyət sahəsi. Jurnalistika növləri: Qəzet, Televiziya, Radio-jurnalistika, İnternet-
jurnalistika, Foto-jurnalistika
Kapitulyasiya
tarixi
Hərbi əməliyyatlarının dayandırılması barədə razılaşma müqaviləsi
Kardinal
tarixi
Katolik kilsədə papadan sonra 2-ci yüksək şəxsiyyət
Kargüzarlıq
hüquqi
Təşkilatların sənədlərlə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir.
Sənədlərin tərtib olunması, çap edilib çoxaldılması, əldə edilməsi, əldə edilməsinin
rəsmiləşdirilməsi, qeydə alınması, arxivə təhvil vermək üçün hazırlanması, arxivə təhvil verilməsi və
saxlanması prosesi kargüzarlığa aiddir.
Kassasiya
hüquqi
(latinca “cassatio” – “rədd etmə”, “ləgv etmə”) Qanuni qüvvəyə minmiş məhkəmə qərarının
qanuniliyini daha yuxarı məhkəmə hakimləri tərəfindən müəyyən etmək üçün müraciətdir. Kassasiya
2 formada olur:
1. Məhkəmə qərar və hökmlərindən yuxarı məhkəməyə şikayət verilməsi, yaxud onlara yenidən
baxılması qaydası;
2. Konstitusiyanın və ya seçki qanunun pozulması ilə əlaqədar seçkilərin etibarsız sayılması və ləğv
olunması
Appelyasiyadan fərqli olaraq kasasiyada fakt yox, hüquq məsələsi həll olunur. Yəni cəzanın
dəyişdirilməsi deyil, işə yenidən baxılması ilə bağlı müraciətdir.
Kasta (Varna)
tarixi
Portuqalca nəsil və qəbilə mənasındadır. Qəti müəyyənləşmiş hüquq və vəzifələri olan insan
hüquqları
Kioto Protokolu
hüquqi
1997-ci ilin dekabrında Yaponiyada BMT-nin “İqlim dəyişmələri haqqında” çərçivə konvensiyasına
əlavə olaraq qəbul edilmiş beynəlxalq razılaşmadır. Bu protokol İE və İEO ölkələr qarşısında
atmosferə buraxılan parnik qazlarının azaldılması və tənzimlənməsi tələbi qoyur.
Klivlinq
iqtisadi
Banklar arasında nağdsız hesablaşma; Bir dövlət çərçivəsində qəbzlər əsasında qarşılıqlı ödəmələr
Koalisiya
siyasi
İttifaq
Kommunikasiya
siyasi
Siyasi sistemlə mühit arasında qarşılıqlı
fəaliyyət
Kompromis
siyasi
Güzəşt. Əsl mənası qarşılıqlı məğlubiyyət olmasına baxmayaraq, bu söz hal-hazırda sülh bağlamaq
üçün razılığa gəlmək anlamında işlədilir.
Konfederasiya
coğrafi
Müstəqil qurumlar və təşkilatlar tərəfindən, suverenliklərini mühafizə etmək şərtiylə, ortaq və
məhdud mənfəətlərini təmin etmək məqsədilə müəyyən andlaşma ilə qurulan birliklərdir.
Konfrontasiya
tarixi
Üz-üzə toqquşma, qarşıdurma-sosializm-kapitalizm
Konkordat
siyasi
Latınca “razılıqlı olmaq” mənasındadır. Məsələn Vatikanla başqa bir dövlət arasında həmin ölkədə
katolik kilsənin fəaliyyətinin müəyyən edən razılaşmalı müqavilə buna aiddir.
Konsaltinq
iqtisadi
İdarəçilik üzrə məsləhətvermə
Konsensus
iqtisadi
Kollegial qərar qəbul edilmə forması. Bu qərar o zaman qəbul edilmiş hesab olur ki, səsvermənin
bütün iştirakçıları heç bir istisna olmadan buna razılıq vermiş olsunlar.
Konservativ
siyasi
Mühafizəkar
Konservatizm
tarixi
Yeniliyə düşmən bəsləyən köhnə, mürtece təfəkkür cərəyanı
Konsolidasiya
coğrafi
Bir nsçə qohum etnosun (tayfa, xalq) böyük bir xalqa çevrilməsinə, ya da sosial-iqtisadi, mədənı
inkişaf nəticəsində formalaşmış xalqın daha da mütəşəkkilləşməsinə deyilir.
Konsorsium
iqtisadi
Xüsusi təsərrüfat kompaniyalarının müvəqqəti ittifaqı; konsorsiumun tərkibində ticarət istehsal-satış
koopersiyasının bir növüdür; Qarşılıqlı işgüzar əməliyyatları icra etmək məqsədilə firmalar və ya
banklar arasında(o cümlədən müxtəlif ölkələrdə) bağlanan saziş.
Konstitusiya
hüquqi
(lat. constitutio — «quruluş») Dövlətin ali
qanunudur, ali hüquqi
qüvvəyə malikdir və həmin
dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və
azadlıqlarını elan edir və zəmanət verir.
Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir.
Konstitusiya – Dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə
orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı
münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir.
Bir qayda olaraq Konstitusiyaları iki əsas növə təsnif edirlər: yazılı və tarixdən irəli gələn şifahi
hüquqi qaydalar.
Dünyada konstitusinalizmin vətəni İngiltərə sayılır, orada ilk konstitusiya aktı Azadlıqların Böyük
Toplusu (Magna Carta 1215-ci il) olmuşdur. İlk yazılı konstitusiya ABŞ Konstitusiyasıdır kı, çoxlu
dəyişiklilərlə bü gün də qüvvədədir.
Bəzi ölkələrin Konstitusiyalarının qəbulu:
San-Marino, 1600-cü il, Konstitusiyalı respublika
ABŞ, 1789-cu il, Konstitusiyalı federativ respublika
Norveç, 1814-cü il, Konstitusiyalı monarxiya
Niderland, 1815, Konstitusiyalı monarxiya
Kosta-Rika, 1838, demokratik respublika