Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi «Gənclik» nəşriyyatı
Azərbaycanın
İlk polİqrafçı alİmİ
şəddat cəfərov
Biblioqrafiya
Bakı, «Gənclik», 2011
Az
Ş 40
BBK 45.2.2
Tərtib edən: Adil Abdullayev
Respublikanın Əməkdar Mədəniyyət İşçisi
Ş.40. Ş.Cəfərov. Biblioqrafiya. Bakı, «Gənclik», 2011. 104 səh.
Kitabda tanınmış poliqrafçı alim, naşir, poliqrafiya üzrə fəlsəfə doktoru Şəddat Muğdat oğlu Cəfərovun əsərlərinin və onun haqqında yazılan əsər və məqalələrin biblioqrafik göstəricisi verilmişdir. Biblioqrafiya Ş.Cəfərovun həyatının 1968-ci ildən bu günə qədər olan əsas dövrlərinin qısa xarakteristikasını əhatə edir və xronoloji ardıcıllıqla tərtib edilmişdir.
Kitab poliqrafçılar, naşirlər, tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Ş 47020600202 Qrifli nəşr
M – 653 (07) – 2011
İSBN S – 8002 – 1588 – 18
® Ş.Cəfərov, 2011.
® «Gənclik», 2011.
Respublİkanın İlk polİqrafçı alİmİ haqqında
tarİxİ özündə əks etdİrən faydalı vəsaİt
İnsana başucalığı, üzağlığı gətirən, ailəsində və cəmiyyətdə hörmət qazandıran cəhətlərdən biri öz sənətinin ustası olmasıdır. Poliqrafiya elminin ilk qaranquşu saydığımız Şəddat Cəfərov nəinki sənətinin ustası, həm də görkəmli alimdir.
Ömrümün qırx ili poliqrafçıların, naşirlərin, mətbəə işçilərinin, jurnalistlərin arasında keçib. Bu müddət ərzində bir-birindən maraqlı çox adamla tanış olmuşam. Kitab anbarlarında işləyənlərdən tutmuş nəşriyyat direktorlarına qədər ürəyimdə hər kəsin öz yeri, xatirəsi var.
Şəddat Cəfərovla ilk tanışlığımız zamanı hər ikimiz çox cavan idik. O, indiki 1 saylı mətbəədə işləyirdi, mən isə «Ədəbiyyat və incəsənət» qəzetində. Mənə elə gəlir ki, bizim dostluq münasibətimiz elə ilk tanışlıqdan yarandı. Məni Şəddata bağlayan cəhətlərdən biri onun zəhmətsevərliyi, ağlı, içindəki mədəniyyət duyğusu, poliqrafiya işinə ciddi münasibəti və bu sahəni elmi araşdırma mövzusu kimi öyrənməsi idi.
Azərbaycanda poliqrafiyaçı çox olsa da, bu sahə ilə bağlı elmi iş yazan, müdafiə edən mütəxəssislərimiz yox idi.
Bu baxımdan şəddat Cəfərov poliqrafiya elminin ilk alimidir və bununla bütün Azərbaycan fəxr edə bilər.
şəddat Cəfərov alim və mütəxəssis kimi öz istedadı, əməksevərliyi, təşkilatçılıq bacarığı ilə tezliklə Azərbaycan və Rusiya poliqrafiyasının sevilən nümayəndələrindən və başçılarından birinə çevrildi. İstedadı və təşkilatçılıq qabiliyyəti, quruculuq təfəkkürü, standart, köhnəlmiş iş metodlarından imtina edib, başçılıq etdiyi sahəyə yaradıcı münasibəti öz nəticəsini verdi. Təəssüf ki, onun bu qabiliyyəti Azərbaycan üçün xarakterik olan başqa «nəticələr» verdi. Bürokratiya, məhdud təfəkkür, qısqanclıq, tərəfkeşlik... ona Bakıda rahat işləməyə imkan vermədi. Bir müddət Bakıdan kənarda yaşayıb işləməli oldu.
Tale elə gətirdi ki, mən onu «Ulyanovskaya pravda» nəşriyyatına rəhbərlik edəndə gördüm. Ulyanovskda keçirilən Ümumittifaq tədbirləri zamanı zəng vurub Şəddatla görüşdüm, iş yerinə getdim. Bakıda olarkən onun Ulyanovskda necə uğurlar əldə etdiyini, hörmət qazandığını eşitmişdim. Görüşümüz zamanı bunun şahidi oldum. Başçılıq etdiyi Rusiyanın ən böyük poliqrafiya bazalarından olan «Ulyanovskaya pravda» saat mexanizmi kimi işləyirdi. Adamlarla görüşəndə gördüm ki, burada hamının ona böyük ehtiramı var. Diqqətimi çəkən cəhətlərdən biri də bu idi ki, bir dəstə azərbaycanlı gənci öz ətrafına yığıb onları öyrədirdi. Hətta aralarında sex rəisliyinə kimi yüksələnlər də vardı. Onun vətəndaşlıq təəssübü ilə fəxr edirdim.
Şəddat bəy keçmiş SSRİ-nin poliqrafçıları arasında böyük ehtirama malik idi. SSRİ Mətbuat Komitəsinin sədri Boris Stukalin onu şəxsən tanıyır, işgüzarlığını, peşəkarlığını yüksək qiymətləndirirdi. O zamanlar üçün dəbdə olan Keçici Qırmızı Bayrağı Azərbaycanda ilk dəfə şəddat Cəfərovun direktor işlədiyi «Yeni Kitab mətbəəsi»nə vermişdilər. Komitə sədri özü Bakıya gələrək bayrağı şəxsən təqdim etmişdi.
şəddat Cəfərovun Rusiyada nüfuzlu təşkilatların rəhbərləri ilə dostluğu Azərbaycan mətbəələrinin ən çətin günlərində sıxıntılı vəziyyətdən çıxmasına yardımçı oldu. Xeyirxah əlaqələr bu gün də davam edir və lazımdır. Çünki Azərbaycan yenə də poliqrafiya materiallarının çoxunu Rusiyadan alır.
Meydan hadisələri zamanı şəddat Cəfərovun da adı tez-tez hallanırdı. Xalq onun da Vətənə qayıtmasını tələb edirdi. Yanvar hadisələrindən sonra Vətənə məhəbbət naminə yüksək vəzifə postunu təhvil verib Azərbaycana qayıtdı. O, Mətbuat Komitəsinin sədri, ya da müavini olmalı idi. Lakin «köhnə xəstəliklər» yenə də onun halal haqqının verilməsinə mane oldu.
Bir müddət sonra Komitə sədrliyi, sonralar Mətbuat və İnformasiya Nazirliyi mənə tapşırılanda ilk axtardığım şəddat Cəfərov oldu. Bilirdim ki, bu sahəni yalnız onun kimi mütəxəssislərin köməyilə inkişaf etdirmək olar. Komitə sədri, sonra isə nazir işlədiyim dörd il yarımda, doğrudan da güvəndiyim, etibar etdiyim, tez-tez məsləhətləşdiyim, xüsusi diqqətlə yanaşdığım adamlardan biri də şəddat Cəfərov oldu.
Şübhəsiz, bu yaxınlığın kökündə onun ağlı, təcrübəsi, peşəkarlığı dayanırdı. İşi bilməyən, peşəkar olmayan adam dostun olsa da, ondan xeyirdən çox ziyan gələr.
Mənim işlədiyim vaxtlarda şəddat Cəfərovu «Azərbaycan» nəşriyyatına baş direktor təyin etdik, kollegiya üzvü seçdik. Ona nazir müavinliyi də təklif etdim. Lakin, işin çətinindən yapışmağa hazır olan şəddat bəy nəşriyyatı seçdi. Həmin vaxtlar nəşriyyat ağır vəziyyətdə idi.
Elə adamlar var ki, onlara laqeydlik göstərməkdə cəmiyyət özü uduzur, həmin adam yox. şəddat Cəfərov mənim gözümdə belə adamlardandır. Yenə də poliqrafiya sahəsindədir, mətbəə direktorudur. Lakin hər hansı böyük sahəyə səriştə ilə başçılıq edər, əvəzsiz bir təşkilatçı olduğunu göstərə bilər.
şəddat Cəfərov həssas, səmimi insandır. İndi vəzifələrimiz, ictimai mövqeyimiz dəyişib. Amma münasibətlərimiz dəyişməyib. Şöhrət zirvəsində olanda da, təqib ediləndə də onun münasibətlərini eyni səviyyədə görmüşəm.
şəddat Cəfərovun ədəbi mühitdə, qələm sahibləri arasında nüfuzu böyükdür. Onun haqqında çox yazıblar, yenə də yazacaqlar. Bütün həyatını kitaba həsr etmiş, poliqrafiyaya yeni-yeni töhfələr bəxş etmiş bir insan haqqında kitab yazmaq, əslində savab işdir.
Artıq, yaşımızın elə bir dövrüdür ki, sıralarımız seyrəlir. Şəddatın poliqrafçı dostları arasında çoxları dünyasını dəyişib. Qalanlar isə onunla çiyin-çiyinə işləyir, onun zəngin təcrübəsinə güvənir, məsləhət alırlar. Bu baxımdan, kitab təkcə şəddat Cəfərov haqqında deyil, şəddatı sevən, şəddatin sevdiyi insanlar, onun haqqında yazanlar, bütöv bir poliqrafiya nəslinin nümayəndələrinin tərcümeyi-halıdır.
Bir məqamı da qeyd edim ki, kitab qəhrəmanı olmaq üçün nazir, alim, şair olmaq vacib deyil. Kitab qəhrəmanlarını əsasən torpaqda, əkin-biçində, zavodda, fabrikdə, neft buruqlarında axtarmışıq. Poliqrafiyanın da öz fəhlələri var. Şəddat da bu işə adi fəhlə kimi başlayıb. Şəddatın uğurlarının önündə ilk gündən məsuliyyət hissi, yalnız öz zəhməti sayəsində yüksəlmək həvəsi dayanır. Odur ki, fəhləlikdən başlayan peşəsinin alimliyinədək yüksəldi, vəzifə etibarilə böyük nəşriyyatlarda baş direktor kreslolarında oturdu.
Hesab edirəm ki, unikal, çox da böyük olmayan bir sahənin zəhmət adamına sözdən abidə ucaltmaq onun layiqli və halal haqqıdır. Bu sahədə onun kimi adamları saysam, barmaqlarım sona qədər qatlanmaz.
İnsanlar kimi, hər kitabın da öz taleyi var. İnanıram ki, şəddat Cəfərovun həyat və yaradıcılığı ilə daha yaxından tanış olmaq istəyən tədqiqatçılar, naşirlər, tələbələr və geniş oxucu kütləsi üçün bu kitab olduqca faydalı bir vəsaitdir.
şəddat Cəfərovun biblioqrafiya göstəricisi ilk dəfədir ki, işıq üzü görür və bu nəşr uğurlu bir ömür yaşayaraq nəsilgən nəslə əmanət kimi ötürüləcək.
Sabir Rüstəmxanlı
Millət vəkili, xalq şairi
Tərtİbçİdən
Azərbaycan Respublikasının ilk poliqrafçı alimi Şəddat Muğdat oğlu Cəfərovun əsərlərinin və onun haqqında yazılanların biblioqrafik göstəricisi 1967-ci ildən 2011-ci ilin sentyabr ayına qədər olan dövrü əhatə edir. Bu göstəriciyə onun kitabları, dövri mətbuatda, məcmuələrdə, habelə respublika və beynəlxalq əhəmiyyətli konfrans və seminarlarda və başqa materiallarda azərbaycan, rus və digər dillərdə dərc olunmuş məqalələri daxil edilmişdir.
Ş.Cəfərovun biblioqrafiyası onun həyatının əsas dövrlərini, əmək fəaliyyətinin təhlili, elmi-tədqiqat və ictimai fəaliyyətinin qısa xarakteristikasını əhatə edir.
Biblioqrafik göstəriciyə təqdim olunan materiallar xronoloji ardıcıllıqla sistemləşdirilmiş, kitablarda, jurnal və qəzetlərdə dərc olunmuş məqalələr əlifba sırası ilə verilmişdir. Göstəricidə Ş.Cəfərovun həyat və fəaliyyəti haqqında ədəbiyyat ayrıca bölmədə verilmişdir.
Biblioqrafiyada Ş.Cəfərovun əsərlərinin, müştərək müəlliflərin, alimin haqqında yazan müəlliflərin əlifba göstəricisi də verilmişdir.
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədi ilə sonda «Şəddat Cəfərovun yazdığı əsər və məqalələrin əlifba göstəricisi» və «Şəddat Cəfərov haqqında yazan müəlliflərin əlifba göstəricisi» də verilmişdir.
Biblioqrafiyada ilk poliqrafçı alimin həyat və yaradıcılığını tam əks etdirməyə çalışmışıq. Amma məlumdur ki, çoxşaxəli və zəngin həyata malik bir şəxsiyyətin haqqında tam əhatəli vəsait tərtib etmək cəfəngdir. Ona görə də göstəriciyə düşməyən materiallara görə müəllifdən və oxuculardan üzr istəyirik.
Onu da qeyd edək ki, Şəddat Cəfərov haqqında istədiyiniz vaxt məlumat almaq üçün internet səhifəsində www.shaddat.3dn.ru ünvanlı sayta və 0503246921 nömrəli mobil telefona müraciət edə bilərsiniz.
Şəddat Muğdat oğlu Cəfərovun həyatı, elmi-ictimai fəaliyyətinin əsas tarixləri
Şəddat Muğdat oğlu Cəfərov – 14 yanvar 1940-cı ildə Bakı şəhərində anadan olub
1955-ci il
1954 – 1962
1955 – 1956
1956-cı il
1957 – 1959
1958-ci il
1958 – 1959
1959 – 1962
1959 – 1960
1961 – 1962
1962 – 1964
1962 – 1965
1962 – 1991
1964 – 1966
1964 – 1969
1966-cı il
1966 – 1975
1967-ci il
1969 – 1971
1971 – 1975
1975 – 1977
1977 – 1978
1978 – 1979
1978 – 1979
1979 – 1985
1985 – 1990
1986 – 1989
1987 – 1990
1987 – hal-hazıra qədər
1988 – 1990
1989 – 1990
1990 – 1991
1991 – 1992
1992 – 1994
1992 – 1994
1992 – 1994
1993-cü il
1993-cü il
1994-cü il
1994 – 1997
1997 – 1998
1998 – 1999
1999 – 2000
1999 – hal-hazıra qədər
2000-ci il
2002 – 2007
2002-ci ildən hal-hazıra qədər
2007 – h/h
2010-cu il
2011
2011
|
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
–
|
44 saylı orta məktəbin 7-ci sinfini bitirmişdir
Azərbaycan Lenin kommunist-Gənclər İttifaqının üzvü
Tikinti trestində suvaqçı
26 Bakı Komissarı adına mətbəədə sinkoqrafiya sexində şagird
sinkoqrafçı
«Neftçi» könüllü idman cəmiyyətinin mərkəzi şurasının plenum üzvü seçilmişdir
Eyni zamanda Komsomol Komitəsinin katibi
Sovet Silahlı Qüvvələrində əsgər
Hərbi xidmətdə serjantlıq məktəbində kursant
Hərbi xidmətdə zabitlər məktəbində kursant
26 Bakı Komissarı adına mətbəədə sinkoqrafçı
Bakı Sovet ticarəti texnikumu «Soyuducu kompressor maşınları və qurğuları» ixtisası üzrə tələbə
Kommunist Partiyasının üzvü
26 Bakı Komissarı adına mətbəədə cildçi
V.İ.Lenin adına APU-nun riyaziyyat fakültəsində tələbə
Sinkoqrafiya sexində texnoloq
26 Bakı Komissarı adına mətbəədə baş mühəndis
İlk məqaləsi çap edilmişdir
Moskva şəhərində ikillik
Poliqrafiya İnstitutu, tələbə
Moskva Poliqrafiya İnstitutunun aspiranturasında aspirant
«Yeni Kitab mətbəəsi»nin direktoru
Nəsimi Rayon Sosial Təminat şöbəsində müdir
Nazirlər Soveti Dövlət Plan Komitəsinin ETİİ şöbə müdiri
Eyni zamanda Nəsimi rayon Xalq Deputatları Sovetində deputat
«Kommunist» nəşriyyatında direktor müavini
«Ulyanovskaya Pravda» nəşriyyatında direktor
Kuybışev Plan İnstitutunun Ulyanovsk filialı «Sənaye-nin idarə edilməsi» fənni üzrə müəllim
Eyni zamanda Dövlət nəşriyyat-poliqrafiya və kitab ticarəti Ulyanovsk vilayəti idarəsinin kollegiya üzvü
SSRİ Jurnalistlər Birliyinin üzvü
Eyni zamanda Ulyanovsk şəhər Lenin rayonu Sovetində deputat
Eyni zamanda Ulyanovsk Vilayət Həmkarlar təşkilatı rəyasət heyətinin üzvü
Dövlət nəşriyyat-poliqrafiya və kitab ticarəti işləri komitəsində sədrin köməkçisi
3 nömrəli mətbəədə direktor
«Azərbaycan» nəşriyyatında baş direktor
Eyni zamanda Azərbaycan Respublikası Mətbuat Fondunun Rəyasət heyətinin üzvü
Mətbuat və İnformasiya Nazirliyinin kollegiya üzvü
Hacı Zeynalabdin Tağıyev cənabları adına 2-li Sponsor Fəxriyyə diplomu ilə təltif edilib
«Qızıl Qələm» kamil sənətkar diplomu ilə təltif edilib
Azərbaycan Ensiklopediyasının Nəşriyyat-Poliqrafiya birliyində Baş direktorun müavini
Ofset çap kombinatında direktor
«Səadət» firmasında direktor müavini
DKK «azərkontrakt» SC-də baş mühəndis
«Şans» Nəşriyyat-Poliqrafıya Mərkəzində direktor
Respublika veteranlar Şurasının «Vətən» nəşriyyatının direktoru
Fəxri «Vətən» şərəf mükafatı laureatı diplomu ilə təltif edilmişdir
Bakı Avrasiya Universiteti (əvvəlki Bakı Diplomatiya Universiteti) KUB-un texnika-texnologiya fənni üzrə müəllim
«3 saylı Bakı mətbəəsi» ASC-nin direktoru
Respublika veteranlar Şurasının büro, Rəyasət heyəti və Plenum üzvü
Uzunmüddətli əmək fəaliyyəti, poliqrafiyanın inkişafında şəxsi səyinə görə və anadan olmasının 70 illiyi münasibəti ilə Ulyanovsk şəhər merinin Fəxri Fərmanı ilə təlıtif edilmişdir
Azərbaycan mediasının inkişafında uzunmüddətli xidmətinə görə diplomu ilə təltif edilmişdir
«İnam» şərəf diplomu ilə təltif edilmişdir
|
ŞƏDDAT CƏFƏROVUN
əsərlərİnİn və məqalələrİnİn
bİblİoqrafİyası
İşi görmək istəyən vasitə axtarar, görmək istəməyən – bəhanə.
Şəddat Cəfərov
Кто хочет выполнить работу ищет средство, кто не хочет выполнить работу ищет причину.
Шаддат джафаров
AZƏRBAYCAN DİLİNDƏ
1992
-
Hər şey cəbhə üçün. «Xalq Ordusu» qəzeti № 41. 3 iyul 1992, səh.1.
-
«Oxucularımızı sevindirəcəyik». «Səhər» qəzeti № 213, 6 noyabr 1992.
-
minnətdarlıq. «Səhər» qəzeti № 233. 5 dekabr 1992.
1993
-
«Şənbə günü də işləyəcəyik». «Səhər» qəzeti № 10, 16 yanvar 1993.
-
«Gərək adam vəzifəni seçməsin, vəzifə adamı seçsin» (müsahibəni qələmə aldı: Kəramət). «Həyat» qəzeti, 20 fevral 1993.
-
«Mən intizamdan başlamışam». «Səhər» qəzeti № 109, 3 iyun 1993.
-
«Ad günün mübarək». «Səhər» qəzeti № 145, 3 avqust 1993.
-
«Hələ çox işlər görməliyik». «Səhər» qəzeti № 101, 13 oktyabr 1993.
-
«Qəzetlərin fəaliyyəti müharibə dövrünün qanunlarına uyğunlaşdırılmalıdır». «Səhər» qəzeti № 219, 25 noyabr 1993.
-
Təbrik. «Mozalan» qəzeti № 36, 37 (42). 23 noyabr 1993, səh.2.
-
«Azərbaycan» nəşriyyatı «Kadilak» maşınlarının yığımı ilə məşğul olacaq. «Ayna» qəzeti № 1. 6 yanvar 1993.
-
İki miniatür: 1.Mədəni adam, 2.Qovaq ağacı. «Turan» jurnalı № 4, 1993, səh. 98-99.
-
«Təbrik». «Söz» jurnalı № 3-4, 1993.
-
Yumoreska. «Yaxşısı budur dözək, Hayıf deyildi əyalət, Biz dəniz sahilində yaşayırıq; Belə baltalar.». «Söz» jurnalı № 2, 1993.
-
Yumoreska. «Mən yazdım, sən sübut et; İmtahan; Mənə nə?». «Söz» jurnalı № 3-4, 1993.
-
«Hadisələrin fövqündə durmaqla». «Naxçıvan» qəzeti. 29 sentyabr 1993.
-
«Balamirzə yazandır», səh. 34-35. «Mədəni adam», səh. 35-36. «Qovaq ağacı», səh. 36-37. «Yaxşısı budur dözək» (yumoreska), səh. 37-38. «Həbib dayı və müdir bəy» (kiçik hekayə), səh. 38-39. «Arayış» (satirik hekayə), səh. 39-40. «İmtahan», səh. 40-42. «Bəs təhqir olunmuş qalaq» (yumoristik hekayə), səh. 42-43. «Üçüncü adam», səh. 43. «Bəy», səh. 44-45. «Şəfəq» jurnalı № 3-4 (9-10), 1993.
-
İdmansız yaşaya bilmərəm (müsahibəni apardı: Arif Şərifzadə). «İdman» qəzeti № 6 (6131). 11 fevral 1993. səh. 1-2.
1994
-
«Yaxşısı budur dözək» (yumoreska). «İnsan hüquqları» № 4. 9 aprel 1994.
1996
-
Səmimi qəlbdən təbrik. «Hakimiyyət» qəzeti № 21. 21-28 dekabr 1996.
1999
-
«Şans»ın kitabları göz oxşayır. «Xalq» qəzeti № 214. 4 sentyabr 1999.
-
«Möhtərəm Şeyx Həzrətləri!!!». «Yeni ERA» qəzeti № 32. 12-19 oktyabr 1999.
-
«Reportyora arzularım». «Reportyor» qəzeti № 1. 12 iyun 1999.
2000
-
«Söz» jurnalının xüsusi buraxılışı № 1. 14 yanvar 2000-ci il.
2002
-
«Bəşirsiz qalan dünyam» kitabı. «Sumqa-yıt» nəşriyyatı, 2002, 360 səh. «Öz peşəsinin vurğunu», səh. 285-288.
-
«Böyük rumın diplomatı Nikolac Titulesku». «Azərbaycan» qəzeti № 249(3261) 29 oktyabr 2002-ci il, səh. 8.
-
Jurnalistlərin məlumat kitabı. Şəddat Cəfərovun redaktəsi ilə. Bakı, 2002, «Yeni ERA» MMC, səh. 143.
2004
-
Latın qrafikası ilə çap olunan «General». «Azərbaycan ordusu» № 85 (1084). 6 oktyabr 2004, səh.4.
-
Latın qrafikası ilə çap olunan «General». «İnsan hüquqları» № 08. 15 oktyabr 2004.
-
Qoy tanıyıb hamı bilsinlər onu. «Zəfər qalası» qəzeti № 05. 20 mart 2004.
-
Latın qrafikası ilə çap olunan «General». «İki sahil» qəzeti № 201. 10 oktyabr 2004.
2006
-
Zəhmətdən güc alan insan. «Təhsil problemləri» qəzeti № 71-72. 21-31 dekabr 2006.
-
Filoloq – pedaqoqun 70 illik işığında. «Azadlıq fədaisi» qəzeti № 62. 28 dekabr 2006.
2007
-
Uşaqları unutmayın. «Təhsil problemləri» qəzeti № 39-40. 11-20 iyul 2007.
-
Qobustanın qədim tarixinə bir nəzər. «Çağ» qəzeti № 21(052). 08-15 iyul 2007.
-
Ömrün ilk izləri. «Zəfər qalası» qəzeti № 03-04. 8 mart 2007.
-
Sənətlə ucalan insan. «Zəfər qalası» qəzeti № 23. 10 avqust 2007.
-
«Qabusnamənin yazarına salam olsun!». «Zəfər qalası» qəzeti № 10. 15 – 30 iyun 2007.
2008
-
«Hadisələr..., düşüncələr». Bakı, «Gənclik» nəşriyyatı, 2008. 60 səh.
«Hadisələr.., düşüncələr» toplusu azərbaycanın ilk poliqrafçı alimi şəddat Cəfərovun seçilmiş hekayələri əsasında hazırlanmışdır. Hekayələrdə cərəyan edən hadisələr ətrafında oxucuları düşündürmək üçün maraqlı motivasiyalı suallar, tapşırıqlar və test nümunələri kitabda yer almışdır. Kitab məktəblilər, müəllimlər, tələbələr və geniş oxucu auditoriyası üçün faydalı vəsaitdir.
-
Balalara töhfələr (tərtibçi: Adil Qurbanov) «Qovaq ağacı» hekayəsi. Bakı, «Gənclik», 2008. 144 səh. səh. 136 – 138.
-
Ömrün mənalı anları. Hacı Mehman feyzullayev – 60. «Söz» jurnalı № 41. 2008-ci il.
2009
-
Mənalı ömrün səhifələrindən. «Azad Azərbaycan» qəzeti № 144 (1636). 7 oktyabr 2009.
-
Molla pul verən deyil, alandır. «Mühakimə» qəzeti № 43. 12-18 noyabr 2009.
-
Heydər Əliyevin Ulyanovska gəlişini tez-tez xatırlayıram. «Xalq Hakimiyyəti» qəzeti (xüsusi buraxılış). 10 may 2009.
-
Onları unutmaq olarmı? «Yeni təfəkkür» qəzeti № 39. 6 noyabr 2009.
-
«Söz» Şəkər Aslan ömrünün davamıdır. «Söz» jurnalı № 1, 2009, səh. 7.
-
«Xoş təsadüflər». Bəybala Xankişiyev. «Ömrün izləri». Bakı, «Gənclik» nəşriyyatı, 2009, 220 səh., s. 108-110.
2010
-
Azərbaycan poliqrafiya müəssisələri ağır vəziyyətdədir. (müsahibəni hazırladılar: İbrahim Quliyev, Dəyanət Səlimxanlı). «Vətəndaş həmrəyliyi» qəzeti № 03 (738). 22-28 yanvar 2010.
-
«Mədəni adam», «balamirzə yazandır», «Qovaq ağacı». «Sənət» qəzeti № 2 (082). 16 fevral – 15 mart 2010, səh.19.
-
«Qovaq ağacı». «Yeni təfəkkür» qəzeti № 02. 15 yanvar 2010.
-
«Qeyri-adi insan», «Əhməd Elbrus dünyası» kitabı. Bakı, «Gənclik» nəşriyyatı, 2010. 200 səh., səh. 133.
-
«Mənalı ömrün bəzi anları». Hacı Etibar Əhədov – Böyük həyat yolu (sənədli povest). Bakı, «Adiloğlu» nəşriyyatı, 2010. 387 səh. səh.113-117.
-
Bakalavr pilləsi üçün «Nəşriyyat işinin əsasları» fənnindən proqrama rəy (Tərtibçi: respublikanın Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Adil Abdullayev). Bakı, 2010. 30 səh.
-
Magistr pilləsi üçün «Nəşriyyat işinin əsasları» fənnindən proqrama rəy (Tərtibçi: respublikanın Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Adil Abdullayev). Bakı, 2010. 20 səh.
2011
-
Sadiq insan. «Dövlət və qanun» qəzeti № 13-14 (299-300). 23-25 avqust 2011, səh.2.
RUS DİLİNDƏ
1968
-
Обязанность – творить красоту. Газета «Бакинский рабочий». 22 февраля 1968 год.
1972
-
Специализация–резерв повышения рентабельности. Журнал «Полиграфия» № 7, 1972 (Москва) стр.. 14-15.
1974
-
Повышения еффективности производственных фондов. Журнал «Полигра-фия» № 1, 1974 г.
1975
-
Режим экономии – важный фактор повышения рентабельности производства. Журнал «Полиграфия» № 2, 1975 г. (Москва).
-
Рентабельность полиграфических предприятий Азербайджанской ССР и пути ее повышения. (Диссертация) 1975 г. 181 стр.
-
Рентабельность полиграфических предприятий и пути ее повышения. Автореферат. Москва – 1975. 20 стр..
-
Резервы повышения рентабельности. ИСБНТИ по печати экспресс-информация, 1975, № 5.
-
Рентабельность и резервы ее повышения. Москва, из-во «Книга», 1975 г. 40 стр..
1979
-
Проблемы совершенствования планирования региональной экономики и повышения эффективности общественного производства. Тезис докладов Закавказская научная конференция по региональной экономике. Баку, 1979 г.
1980
-
Использование производственных фондов (опыт полиграфических предприятий Аз. ССР). Изд-во «Книга», 1980 г. 24 стр.
1983
-
Основные направления роста производительности труда в полиграфической промышленности. 28 стр. Программа республиканской научно-практической конференции; Баку – 1983 г. 48 стр.
1986
-
Я написал, а ты доказывай! Газета «Ульяновская правда» № 275, 28 ноябрь 1986 г.
-
Такая вот история. Тополь. Газета «Ульяновская правда» № 158, 11 июль 1986 г.
1987
-
В обкоме КПСС «Ульяновская правда». Ноябрь 1987 года (Специальный юбилейный выпуск)
-
Уверенный шаг полиграфистов. Газета «Ульяновская правда» № 280, 6 декабрь 1987 г.
-
Юмореска. Настоящий экзамен. Газета «Ульяновская правда» № 19. 23 января 1987 г.
-
Без свидетелей. Газета «Ульяновская правда» № 290, 18 декабря 1987 г.
1989
-
Некоторые аспекты повышения эффективности производства работающих на полном хозрасчете и самофинансиро-вании. Тезис докладов областной научно-практической конференции. Ульяновск, 1989 г.
-
Каждому – свое. Газета «Ульяновская правда». 26 марта 1989 г.
-
Копейка рубль бережет. Газета «Ульяновская правда». 26 февраля 1989 г.
1990
-
Начинающему коммерсанту справочное пособие. Серия: «В помощь руководителю». Выпуск 3, Ульяновск, 1990 г.
-
Практические советы управленцам. Серия: «В помощь руководителю». Выпуск 5, Ульяновск, 1990 г.
-
«Экзамен». «Ульяновский комсомолец», 28 мая 1990 года.
-
Без свидетелей. «Ульяновский комсомолец», 26 мая 1990 года.
1992
-
«Я начал с дисциплины». Газета «Республика» № 24, 12-16 июня 1992.
1993
-
«Приостановлен выпуск 142 газет». Газета «Зеркало» № 68, 22 июня 1993.
1994
-
«Долг платежом красен». «Бакинский рабочий» № 10. 3 мая 1994.
2008
-
Юмористические рассказы. Баку, «Гянджлик», 2008. 60 стр.
В настоящую книгу включены юмористические рассказы Шаддата Джафарова написанные им в разные годы и опубликованным в различных периодических изданиях России и Азербайджана. Автор со свойственном ему юмором, мягко, незаметливо повествует о различных сторонах жизни общества характерных для недавней в прошлом советской эпохи нашей истории.
Книга представляет интерес для широкого круга читателей.
Türk dİlİndə
-
«Zaman» (Türkiyə) qəzeti. «Şərqi ermeni vahşetini dünyaya duyuruyor» (müsahibəni yazdı: Sadulla Özcan. Ankara, «Zaman» 11.08.1992. səh. 13.
Dostları ilə paylaş: |