Tələbə: Kafedra


«Azərbaycanlı fəhlələr bir nəfər kimi Müsavatın ardınca gedirmişlər»



Yüklə 88,25 Kb.
səhifə4/4
tarix31.12.2021
ölçüsü88,25 Kb.
#81492
1   2   3   4
natiq AXC

***Buna da bax-Rəsulzadə: 'Onlar yarasa kimidirlər, günəşdən qaçarlar'

«Azərbaycanlı fəhlələr bir nəfər kimi Müsavatın ardınca gedirmişlər»


M.B.Məmmədzadə o zaman Bakıdakı durum barədə məlumat verərkən, bolşeviklərin rəsmi açıqlamasına əsaslanır: «Azərbaycan İnqilab Komitəsinin baş katibi Lominadzenin bəyanatına görə, 1920-ci ilin yanvarında Bakı fəhlələri menşevik və eserlərin təsirinə qapılıblarmış. Türk, yəni yerli azərbaycanlı fəhlələrə gəlincə, onlar bir nəfər kimi «Müsavat» partiyasının ardınca gedirmişlər və Bakı fəhlə deputatları soveti türk fraksiyasının başında həmin partiyanın lideri M.Ə.Rəsulzadə dururmuş».

«Kommunistlər arasında türklər az idi!»


Lominadze maraqlı bir fakt da dilə gətirib: «Onun sözlərinə görə, gizli fəaliyyət göstərən kommunistlər arasında türklərin sayı olduqca az idi, Bakıda kommunist hərəkatı rəhbərləri arasında tək bir türk, yəni yerli azərbaycanlı yox idi. Rusiya Kommunist bolşeviklər Partiyasının Bakı Komitəsi o vaxtlar 3 ermənidən, 2 rusdan və 1 gürcüdən oluşdurulmuşdu».

«Qara qızıl və ağ pambıq! Bax, bu üzdən sovetləşdirilib Azərbaycan!»


M.B.Məmmədzadə ayrıca bir məsələni də vurğulayır: «Səciyyəvi haldır ki, Stalinin «Azərbaycandakı üsyan»a rəhbərlik edən əməkdaşları arasında da bir nəfər də azərbaycanlı yox idi. İşğalçılardan ötrü utancverici örtük rolunu oynayan, qırmızı ordunun süngülərində... hakimiyyətə gələn yerli kommunistlərsə sovet Azərbaycanının rəsmi tarixində heç bir iz buraxmadan artıq çoxdan unudulublar... Qara qızıl və ağ pambıq!.. Bax, bu üzdən «sovetləşdirilib» Azərbaycan!».

«Qızıl Ordu Azərbaycan əsgərindən müqavimət görmədən...»


Xəlil paşa: «Qızıl Ordu Azərbaycan əsgəri tərəfindən müqavimət görmədən Xaçmaz stansiyasını keçmiş, kimsə qarşı çıxmadığı üçün irəli yürüşünə davam etməkdədir. Qan tökülməmişdir… Qızıl Ordu Azərbaycanı xalqının müstəqil Azərbaycan Cümhuriyyətini elan edəcəkdir. Təlaş və qorxuya ehtiyac yoxdur. Hər yerdə sakit oturmaq lazımdır. Müsəlman düşmanı olan Antanta (İngiltərə, Fransa….) müsəlmanlarla Sovet Rusiyası Qızıl Ordusu arasında qan tökülməsini istəyir. Bunların altında ingilislərin nə qədər müsəlmanlara düşmən olduğunu İstanbulun, İzmirin qanlı hadisələri göstərməkdədir. Yaşasın Rusiya, Azərbaycan, Türkiyə Müttəfiq Sovet Cümhuriyyətləri və Qızıl Orduları» (Türk Kommunist Fraksiyası adından Xəlil Paşa 1920-ci il aprelin 27-si).

Ədəbiyyat siyahısı

Azərbaycan Xalq Cümhuriyyəti – 100: biblioqrafiya / Tərt. ed.: M.Vəliyeva, Z.Əhmədova, A.Hüseynova; elmi red. K.Tahirov; red. G.Səfərəliyeva.- Bakı, 2018.- 560 s.



İsgəndərov A. Azərbaycan Xalq Cümhuriyyəti. B., 2003.

İsgəndərov A. Azərbaycan həqiqətləri. B.: Elm və təhsil, 2012, 226 s
Yüklə 88,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə