Tələbə: Kafedra



Yüklə 88,25 Kb.
səhifə3/4
tarix31.12.2021
ölçüsü88,25 Kb.
#81492
1   2   3   4
natiq AXC

***Buna da bax- Rəsulzadə: 'Dini faciəmiz Aşuradır, milli faciəmiz – 31 mart'

«Yalandır! Gələn ordu rus ordusudur! İstila ordusudur!»


Müsavatın görkəmli xadimlərindən biri Mirzə Bala Məmmədzadə mühacirətdə yazdığı «Milli Azərbaycan hərəkatı» kitabında həmin qara gündə parlamentdə Rəsulzadənin çıxışına yer verib. Çıxışdan parça: «Əfəndilər! Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır. Bizi iğfal edirlər. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı türk olsa da, genə rusdur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qonmaqdır». Mirzə Bala yazır: «Lojaları və salonu dolu olan böyük bir dinləyici kütləsinin sürəkli alqışlarla qarşıladığı bu nitqə baxmayaraq, parlament inqilabı sırf bir daxili kabinə təhvili şəklinə salan bir şəraitdə hökuməti Azərbaycan kommunist firqəsinə tərkə zərurət hiss etdi. Ultimatumu müdafiə edən müxalif firqələrin nəzərində də təslim deyil, kabinə dəyişməsi baş verirdi».

«İsmailiyə»nin yeni sahibləri


Təslim aktını Azərbaycan Cümhuriyyəti hökuməti adından parlament sədrinin müavini M.Y.Cəfərov və dəftərxana müdiri M.B.Vəkilov imzaladı. Parlamentin təslim qərarının əleyhinə 1 nəfər səs verdi, 3 nəfər bitərəf qaldı, 3 nəfərsə səsverməyə qatılmadı. Gecə saat 2-də Azərbaycan Cümhuriyyəti Parlamenti öz işinə xitam verdi və yenicə yaradılmış Azərbaycan İnqilab Komitəsi «İsmailiyə» binasına yiyələndi...

Qızıl ordu. 1920




«Böyük faciə»


Üstündən 7 il keçəndən sonra mühacirətdə yaşayan Rəsulzadə «Yeni Qafqasiya» dərgisində çıxan bir yazısında 1920-ci il 27 Apreldə baş verənləri xatırladıb yazırdı: «Böyük faciə! İştə türk tarixçisinin bundan tam 7 il əvvəl Bakıda baş verən hadisəyə verəcəyi ən müvafiq bir ad!».

Tarixdə 1 gün xırda yalan sayılır?


Mühacirətdə «Azeri» imzasıyla da yazan Mirzə Bala Məmmədzadə 1937-ci ildə «Şimali Kafkasiya-Severnıy Kavkaz» dərgisinin 36-cı sayında yazırdı (ruscadan tərcümə-red.): ​«Qırmızı ordu hissələri Bakını 1920-ci il aprelin 27-də işğal etdi. Azərbaycan İnqilab Komitəsinin «üsyana qalxan kəndli və fəhlələri dəstəkləmək üçün» qırmızı ordu hissələri yollamaq barədə Leninə ünvanladığı teleqram aprelin 28-də göndərilib».


Yüklə 88,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə