Tələbə: Kafedra


«Qızıl Ordu əsla Bakıya gəlməyəcək»



Yüklə 88,25 Kb.
səhifə2/4
tarix31.12.2021
ölçüsü88,25 Kb.
#81492
1   2   3   4
natiq AXC

***Buna da bax-Ordu bu səbəbdən cümhuriyyəti qoruya bilmədi

«Qızıl Ordu əsla Bakıya gəlməyəcək»


Digər partiyalarla müzakirə aparan komissiyanın sədri kimi parlamentə izahat verən Məhəmməd Həsən Hacınski (o dönəmdə Məhəmməd Həsən Hacınskiyə baş nazir kimi hökuməti təşkil etmək tapşırılmışdı. Amma o bu işi yerinə yetirmədi-red.) «Azərbaycan kommunistləri»ndən gələn rusca məktubu oxuyub və tərcümə edib: «Mərkəzi Azərbaycan kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-dək hökuməti onlara təslim edək. Bununla belə, əmin edirlər ki, onların şərtlərini qəbul etsək, Qızıl Ordu əsla Bakıya gəlməyəcək və Qızıl Ordunun Bakıya gəlməməsi üçün onlar əllərindən gələni edəcəklər. Onlar deyirlər ki, hökumət Azərbaycan kommunistlərinin əlində olarsa, Qızıl Ordu heç bir vədə buraya gəlməyəcək. Hökumət mexaniki surətdə təslim edilməlidir. Nə kimi məmurlar varsa, hamı öz yerlərində qalacaqlar. Yalnız hökumət başında olanlar kənar edilib yerlərinə Azərbaycan kommunistləri keçir və müsəlmanlardan başqa orada kimsə yoxdur...».

«Millətin qurtuluşu naminə» çıxarılacaq qərar


Çıxışının sonunda Hacınski parlamenti «millətin qurtuluşu naminə» düzgün qərar verməyə səsləyir. Və özü üçün də «düzgün qərar» verir. Həmin gün bolşevik partiyasına yazılır. Kürsüyə çıxanların fikirləri haçalanır. Hakimiyyəti bolşeviklərə qeyd-şərtsiz vermək istəyən də var, əlacsız vermək istəyən də, müqavimət göstərməyə çağıran da, hətta bu səs-küyün, qarğaşanın içində ağlayan da... Sonuncu parlamentin ən gənc deputatı Şəfi bəy Rüstəmbəylidir...

«Fraksiyamız təslim olmağın əleyhinədir»


Rəsulzadə: «Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bugünkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq, bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq»,-dedi.

7 şərt


Beləliklə, parlament səs çoxluğu ilə 7 şərtlə hakimiyyəti kommunistlərə təhvil vermək haqqında qərar qəbul edir:

1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir;



Azərbaycan parlamenti. 1918

2. Azərbaycan Kommunist Firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;

3.Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir;

4. Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;

5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlament və Hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;

6. Qırmızı Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək;

7. Yeni hökumət, haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir.




Yüklə 88,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə