TəHSİl tariXİMİZDƏN


Orta əsrlər Azərbaycanında təhsil anlayışı, strukturu, metodologiyası və tədris vasitələri (X-XVI əsrlər)



Yüklə 282,17 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix21.05.2022
ölçüsü282,17 Kb.
#87608
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   18
Orta əsrlər Azərbaycanında təhsil

Orta əsrlər Azərbaycanında təhsil anlayışı, strukturu, metodologiyası və tədris vasitələri (X-XVI əsrlər)
109
http://journal.edu.az


Təhsil müddəti və səviyyəsi 
Məktəblərin təhsil anlayışı, zənn edildiyi
kimi, şagirdlərə ibtidai təhsil verməklə
məhdudlaşmırdı. Məktəb və ya küttab təhsili
alan şəxs əsər yazacaq dərəcədə savada
yiyələnirdi. Məsələn, 
Zahiriyyə
məzhəbinin
banisi olan Davud ibn Əli əz-Zahirinin oğlu
Məhəmməd küttab təhsili alsa da, «Kitab üz-
zəhra» adlı məşhur əsərini ərsəyə gətirmişdi.
1
O, bu əsəri yazdığı vaxt 15 yaşında idi. Yenə
XI əsrdə Vasıt şəhərindən olan bir şairin mək-
təb təhsilini bitirdikdən sonra dövlət idarəsində
katibliyə başladığı qeyd edilir. Rum mənşəli
olan və «Kitab əl-buldan» adlı ensiklopedik
bir əsər ərsəyə gətirən Yaqut əl-Həməvi kölə
həyatı yaşadığı halda, tacir olan sahibindən
oxumağı və yazmağı öyrənmiş və onun
tərəfindən məktəbə göndərilmişdir. Yaqut
əvvəlcə sahibi üçün, onun vəfatından sonra
isə özü həm tacir, həm də sahaf (kitab satıcısı)
olaraq fəaliyyət göstərmişdir. O aldığı ibtidai
təhsillə içində Azərbaycan haqqında da mühüm
məlumatların yer aldığı çoxcildli və qiymətli
bir əsəri bizə miras qoymuşdur [Brockelmann
Carl.1942, s. 249-250]. Bu nümunələrdə
məqsəd, məktəb və küttablarda verilən təhsilin
yüksək səviyyəsini vurğulamaqdır.
Məktəblər şagirdi, əsasən, 
ədəb
elmləri
sahəsində 
ustad
hesab edilən bir alimin
nəzarətində, bir növ, ali təhsilə hazırlayırdı.
Bu elm ocaqlarında təhsil 10 ildən az davam
etmirdi. Xəlifə Məmun nəslindən olan Əhməd
ibn Əli əz-Zəvvalın (1115-1190) on illik
təhsildən sonra məktəbdən 14 yaşında
ayrıldığını nəzərə alsaq, bir müsəlman üçün
ibtidai təhsilin 4-5 yaşından başladığı, bu yaş
həddinin 7-8-i keçmədiyi məlum olur [Makdisi,
s. 59]. Lakin oxumaq və yazmaq arzusunda
olan və bu istəyini uşaq və gənclik yaşlarında
həyata keçirmək imkanı əldə etməyənlər də
istədikləri yaşda ibtidai təhsil üçün məktəblərə
müraciət edə bilərdilər. Belə ki, Yaqut əl-
Həməvi böyük yaşlarında məktəbə getmişdi.
Orta əsrlərdə Azərbaycanın da daxil olduğu
Şərqi İslam coğrafiyasında təhsilin müddətini
və təhsil səviyyəsini tam dəqiqləşdirmək üçün
Yaqut əl-Həməvinin Qəznəvi sultanlığının
(962-1187) məşhur tarixçisi Beyhakinin
avtobioqrafiyasında verdiyi məlumatlara
müraciət etmək olar. Həməviyə görə, Əbül-
fəzl Beyhaki 15 yaşına çatana qədər məktəbdə
nəhv, lüğət
və ədəb-şeir təhsili almış və bu
dərsləri 11 kitabdan keçmişdir. Həmin əsərlər
arasında fiqh (hüquq-şəriət), canlılar (təbiət),
səmavi cisimlər (astronomiya) və ərzi varlıqlar
haqqında məlumat verən ərəbcə-farsca lüğət
də yer alırdı [Makdisi G., s. 59]. Bu son məlumat
məktəbdə şagirdlərə elmlərin təməl
terminologiyasının öyrədildiyini deməyə əsas
verir.
Məktəbi tamamlayanlar əlavə 10-11 illik
ali təhsilə davam edə bilərdi. Ali təhsil, əsasən,
hüquq 
(fiqh),
tibb 
(təbabət)
kimi yüksək
peşəkarlıq tələb olunan sahələrdə çalışmaq
üçün vacib idi. XII əsrdə yaşamış Orta Asiya
tarixçisi, mühəddis, ilahiyyatçı və filoloqu Əbu
Səad Əbdülkərim ibn Məhəmməd əs-Səmani
ət-Təmimi əl-Mərvəzi (1113-1167) içində
yüzdən çox Azərbaycan alimi haqqında da
məlumatın yer aldığı «Kitab əl-ənsab» (Nisbələr
kitabı) adlı əsərində İslam dünyasında təhsilin
mükəmməlliyi haqqında qiymətli məlumatlar
verir. Onun əsərində adını zikr etdiyi Urmiyə,
Xoy, Ərdəbil, Maku, Naxçıvan, Şamaxı, Gəncə,
Beyləqan və s. şəhərlərdən çıxmış yüzlərlə
alimin 10 il məktəb və 10-11 illik mədrəsə
təhsili aldıqdan sonra Misir Qahirəsindən Orta
Asiyanın Şaşına qədər geniş coğrafiyada ka-
tiblik, təbiblik, qazılıq və müdərrislik (mədrəsə
müəllimliyi) etdikləri xəbər verilir
[N.Əliyeva.2010, s. 91-133].
Təhsilin səviyyəsinə və dərəcəsinə görə
Azərbaycan məktəbləri və mədrəsələrinin,
vəqfiyyə və saraylarının digər böyük İslam
şəhərlərindəkindən heç də geri qalmadığını
XI əsrdə Azərbaycanda olmuş görkəmli ərəb
alimi İbn Makulanın (1030-1082) Gəncə
məscidi, mədrəsəsi və kitabxanası haqqında

Yüklə 282,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə