TəHSİl tariXİMİZDƏN


Orta əsrlər Azərbaycanında təhsil anlayışı, strukturu, metodologiyası və tədris vasitələri (X-XVI əsrlər)



Yüklə 282,17 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix21.05.2022
ölçüsü282,17 Kb.
#87608
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   18
Orta əsrlər Azərbaycanında təhsil

Orta əsrlər Azərbaycanında təhsil anlayışı, strukturu, metodologiyası və tədris vasitələri (X-XVI əsrlər)
111
http://journal.edu.az
...............................................................................................
2
Bu əsər «Muşkətul-məsahib» adlı əsərlə birlikdə
1898-1899-cu ildə Peterburqda rus dilində nəşr
olunub.


böyük üstünlük verildiyi də qeyd edilir. X
əsrdə yaşamış Əbu Cəfər ibn Şirzad 20 yaşına
çatdığı halda divan məktəblərində təhsilinə
davam etdiyini xəbər verir. Hətta Şirzad
özündən böyük qardaşının da eyni məktəbdə
oxuduğunu yazır [Makdisi G., s. 76].
Saray və ya divan məktəbində təhsil almaq
dövlət sistemində çalışmaq və yüksəlmək
üçün əsas vasitə idi. Məsələn, Fatimilər dövrünə
aid bir məlumatda həmin vəziyyət belə izah
edilir: «O zamanlar hər divan məmurunun
ədəb sahəsində bir az dərs almış oğlunu
katiblik sənətini öyrənməsi üçün divana
gətirməsi adətə çevrilmişdi. Tələbə burada
təhsil alır, ədəb elmlərinə maraq göstərib,
öyrənirdi». Bu məlumatın Əyyubilər dövlətinin
vəziri olmuş Qazi Fazil əl-Beysani tərəfindən
qeyd edilməsi olduqca mühümdür. Çünki
Beysani özü həmin təhsil sistemində yetişərək
əvvəlcə Fatimilər dövlətində yüksək rütbəli
dövlət məmuru, sonra isə Əyyubilər dövründə
baş vəzir olmuşdur [İbn Xəllikan, 1948-1949,
s. 219]. Belə ki, Beysaninin özünü də divan
məktəbinə Fatimilər dövründə divan rəisi
olan İbn əl-Xəllal imtahanla qəbul etmişdi
[İbn Xəllikan, 1948-1949, s. 220]. İbn Xəlliqanın
verdiyi məlumatlardan aydın olur ki, məmur
övladları olmasına baxmayaraq, divan
məktəbinə qəbulda şagirdlərə güzəşt edilmirdi.
Belə qəbul imtahanları xeyli çətin və ciddi
elmi mühakimələr aparılaraq keçirilirdi.
Beysaninin özü həmin qəbul imtahanında
«Hamasə»də yer alan iki hadisəni təhlil etdiyini,
verilən nəzm parçalarını nəsr halına gətirdiyini,
hətta lazım gələrsə, əvvəldən axıra bütün
kitabın bu şəkildə təhil edilməli olduğunu
qeyd edir [İbn Xəllikan, 1948-1949, s. 220].
Yeri gəlmişkən, onu da qeyd edək ki, Beysaninin
atası Fələstin qazısı olub, dövlət sistemində
məmurlardan da yüksək mövqeyə sahib idi
[İbn Xəllikan, 1948-1949, s. 224].
Bu qeyd etdiklərimiz orta əsrlərdə təhsil
sisteminin əsas iki dərəcəli olduğunu deməyə
əsas verir:
• Birinci dərəcə — 
təlim
adlandırılan təməl
təhsil, bir növ, günümüzdəki orta və ali məktəb
təhsili idi. Buradan məzun olanlar məmur,
aşağı səviyyədə katib, müxtəlif dini vəzifələrə
sahib olduqları kimi, elmin müxtəlif sahələrində
də fəaliyyət göstərə bilərdilər.
• İkinci dərəcə isə 
suhbə
adlandırılırdı,
hazırkı dövrün magistratura və doktorantura
təhsilinə bərabər hesab olunan təhsil idi.
İxtisaslı kadr hesab olunan suhbə təhsilli
məzunlar vəzirlikdən qazılığa, divan rəis-
liyindən müdərrisliyə, həkimlikdən fəqihliyə,
kitabxanaçılıqdan elçiliyə qədər bütün rəsmi
(saray) və qeyri-rəsmi (vəqflərdə) üst səviyyəli
vəzifələrdə çalışa bilərdilər.

Yüklə 282,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə