TəHSİl tariXİMİZDƏN



Yüklə 282,17 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix21.05.2022
ölçüsü282,17 Kb.
#87608
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   18
Orta əsrlər Azərbaycanında təhsil

Dərs ilinin açılışı 
Məktəb və mədrəsələrdə tədris ilinin açılışı
XI əsrdə təkmilləşdirilmişdir. Açılışlar, əsasən,
təntənəli şəkildə gerçəkləşdirilirdi. Buna səbəb
hakim dairələrin belə açılışları özləri üçün
hörmət əlaməti saymaları idi. Açılış dərsləri
sadəcə müdərrislər üçün deyil, həmin bölgənin
qazıları, qadıl-qudatları (baş qazı, qazılar
qazısı), elm mənsubları və alimləri üçün də
əhəmiyyət kəsb edirdi. Açılış dərsində ilk dəfə
müdərrisliyə başlayan müəllimlər böyük
kütlənin hüzurunda kürsüyə çıxır və ilk dərsini
keçirdi. Demək olar ki, şəhərin bütün
təbəqəsindən insanlar onun dərsinə qulaq
asıb qiymət verirdilər [Makdisi G., s.235].
Məktəb və ya mədrəsəyə təyin olunan alim
açılış dərsində müxtəlif mövzulara və ya bir
mövzu içərsində bir neçə məsələyə toxuna
bilərdi. Buna görə də müəllimin istədiyi
mövzunu seçib, həmin mövzuda mühazirə
oxumağa ixtiyarı var idi. Təhsil ilinin açılışı
təntənəli mərasim halında qeyd edildiyindən
mədrəsə, məscid və camilərin həyətində
müxtəlif növ şirniyyatlar bişirilir və bunlar
şəhərin bütün təhsil məkanlarına və xeyriyyə
ocaqlarına paylanırdı. Açılış dərsində iştirak
edənlərin sayı, eyni zamanda, o müdərrisə
verilən ümumxalq qiymətinin ölçüsü sayılırdı.
Əgər iştirak edənlər çoxdursa, bu həmin alimin
elmi savadına və böyüklüyünüə dəlalət edirdi.
Açılışa gələnlərin azlığı müdərrisin alimliyinə
xalqın etinasız yanaşdığını ifadə edirdi. Əgər
açılışda kifayət qədər adam yoxdursa, bu,
TƏHSİL TARİXİMİZDƏN
112
AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2


müdərrisin müəllimlik fəaliyyətinin sona
çatdığını xəbər verirdi. Onun ya yerini
dəyişdirir, ya müdərrislikdən uzaqlaşdırır, ya
da öz üzərində işləməsi üçün əlavə vaxt və
imkan tanınırdı [Makdisi G., s. 238].
Açılış dərsləri müəllimlərin öz bacarıqlarını,
təhsil səviyyələrini, suallara necə yanaşdıqlarını
və elmi məsələləri necə təhlil etdiklərini
nümayiş etdirirdi. Burada əsas məsələ alimin
öz fikrini ifadə etmək bacarığının olub-
olmadığını, hər hansı bir məsələyə yeni
yanaşma gətirib-gətirmədiyini xalqın hüzu-
runda aşkarlamaq idi. Təhsil sisteminin başlıca
xüsusiyyətlərindən biri, bəlkə də ən mühümü
«kitaba əsaslanan fikirlərə tənqidi yanaşma»
metodu idi [Makdisi G., s. 247]. Müəllim və ya
alim oxuduqlarını təkrar etməməli və onların
təbliğatçısına çevrilməməli idi. Bir növ, alimin
elminin xalq tərəfindən təsdiqləndiyi bir
sistemdə insanlar öz uşaqlarını həmin
müəllimə etibar etmələrinin imtahanını
keçirirdilər. Nəzərə alsaq ki, açılış dərslərində
mədrəsələrin olduğu bölgə və şəhərlərin bütün
elm adamları, fəqihləri, dövlət məmurları,
katibləri, hökumət üzvləri iştirak edirdi, o za-
man müdərrislər üçün bu imtahanların elə
də rahat keçmədiyi ortaya çıxır. Bəzi
müdərrislərin açılış dərslərinə rəğbət o
dərəcədə böyük olurdu ki, hətta ətraf
ölkələrdən və şəhərlərdən alimlər və
müdərrislər də bu məclislərdə iştirak edirdilər.
İnsanların kütləvi şəkildə təhsil mərkəzlərində
toplanması üçün ən uyğun zaman isə Həcc
mərasimlərinin başladığı zamanlar idi. Bu da
bizə, tədris ilinin açılış tarixinin Həcc
mərasimlərinin başladığı aylarda olduğunu
deməyə əsas verir [Keleş M., 2016, 4 (8),
s. 158-159].
Bəzi idarəçilər müdərrislikdə şöhrət sahibi
olan alimləri öz mədrəsələrinə dəvət edirdilər.
Həmin alimin bu təklifi qəbul edib, o mədrəsəyə
gəlməsi, o şəhərin etibar qazanmasına yol
açırdı. Məsələn, Anadolu Səlcuqlu dövlətinin
vəziri Pərvanə 1273-cü ildə Kayseridə tikdirdiyi
mədrəsəyə Elxanlı dövrünün böyük alim-
lərindən olan Qütbəddin Şirazini dəvət etmişdi.
Vəzir Pərvanə bu alimin elmi istedadına və
əxlaqi böyüklüyünə Sədrəddin Konəvinin
«Cami əl-üsul» dərslərində şahid olmuşdu
[Kaymaz N., Pervae M., 1970, s. 185].
Bu, mədrəsələr, şəhərlər, hətta idarəçilər
arasında rəqabətə səbəb olurdu. Belə ki,
alimlikdə ad çıxarmış bir müdərrisin hansısa
şəhərə gəlib oradakı mədrəsədə müəllimlik
fəaliyyətinə başlaması o bölgə və şəhərdə
güclü sosial, mədəni, insani təsir yaradırdı.
Bir alimin yer dəyişdirməsi onunla birlikdə
ciddi bir elmi gücün yerini dəyişdirməsi
mənasına gəlirdi. Bir anda adi bir şəhər elm
mərkəzinə çevrilə bilərdi. Bu öz növbəsində
həmin şəhərin ticari imkanlarına təsir edir,
dini ziyarətlər sırasında böyük karvanların
öz istiqamətini o şəhərdən salmasına yol
açırdı. 
Açılış mərasimlərinin bu qədər təntənəli
keçirilməsindəki məqsədlərdən biri də
müdərrislə birlikdə həmin şəhərin və ida-
rəçilərin öz təbliğatını aparmaq fürsəti əldə
etmələri idi. Buna görə də bir çox idarəçilər
tanınmış alimlərin öz mədrəsələrini də-
yişdirməsini istəmir və lazım gəlsə, onun üçün
əlavə maddi-mənəvi imkanlar yaradırdılar.
Orta əsrlərin müəllifləri, xüsusilə də avto-
bioqrafiya yazan elm adamları ölkələr
arasındakı səyahətlərini şöhrətini eşitdikləri
alimlərin dərslərinə və bu dərslərdəki
məharətlərinə şahid olmaq üçün planlayırdılar.
Əgər İbn Məqkulə, Səmani, Yaqut əl-Həməvi
alimlərin həyat hekayəsini yazmaq və
hazırlamaq üçün Azərbaycana gəlmişsə, bunda
onların dərslərində iştirak etdikləri
mühəddislərin rolu böyükdür. Artıq XI əsrdə
Gəncəni ziyarət edən alimlərin sayında artım
dövrün mənbələrində də əks olunmağa
başlayır. N.Əliyeva yazır ki, «ərəbdilli
müəlliflərdən bəziləri şəhərə səfər edərək
onun məscidi, kitabxanası, tədris müəssisələri,
burada təşkil olunan hədis məclisləri, yerli
alimlərlə görüş və müzakirə apardıqları
məclislər və s. haqqında bilgi vermişlər»
[Əliyeva N., s. 31]. Oxşar mənzərəyə Təbriz,
Şamaxı, Ərdəbil və digər şəhərlərdə də rast
gəlmək mümkündür.
Əkbər N. Nəcəf

Yüklə 282,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə