TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   2   3   4   5   6   7   8   9   ...   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 

20 



 

lələsi oldu və otuz ilə yaxın Heratda hakimlik etdi və o Şəhərdə dünyadan köçdü. 

Onun  oğlu  Qazaq  xan  Herat  hakimi  oldu,  qoşununun  sayı  on  minə  çatdı  və  şah 

Təhmasibə  qarşı  çıxdı.  Əmirlər  Herata  gedib  onu  həbs  etdilər  və  o,  (9)72-ci  ildə 

(9.VIII.1564 

– 

28.VII.1565) vəfat etdi. 



 

Bu  tayfanın  əmirlərindən  biri  Çərkəs  Həsənin  oğlu  Qazi  xandır.  Atası 

Urmi  (Urmiya)  hakimi  idi  və  Div  Sultanın  əmri  ilə  öldürülmüşdü.  (Qazi  xan) 

Hüseyn xandan sonra Herat hakimi və Bəhram Mirzanın lələsi oldu, axırda Ruma 

getdi. Sultan Süleyman İraq hakimliyini ona əta etdi və (9)47-ci ildə (8.V.1540 

– 

26.IV.1541) beş min nəfərlə  o diyardan qaçıb Şah Təhmasibin hüzuruna  gəldi və 



Şirvanın  Bakı,  Salyan  və  Mahmudabad  (Şəhərlərinin)  hakimi  oldu  və  Alkas 

Mirzanın təhriki, Şah Təhmasibin fərmanı ilə öldürüldü. 

 

Burun  Sultan  uzun  illər  Şah  İsmayılın  adından  Məşhəd  hakimi  idi  və 



Sultan  Hüseyn  Mirzanın  nəvəsi  Məhəmməd  Zaman  Mirzanı  məğlub  edib  axırda 

Səksəncəkdə ustaclular tərəfindən öldürüldü. 

 

Və bu tayfanın başqa bir əmiri Əli Sultandır ki, uzun illər I Şah İsmayılın 



adından  Qəzvin  hakimi  idi.  Axırda  Bistamda  özbək  Übeyd  xanla  vuruşda 

öldürüldü. 



 

 

TÜRKMAN TAYFALARI 

 

Onlar iki qola ayrılırlar: Qaraqoyunlu və Ağqoyunlu; və uzun illər İranda 



hökmranlıq etmişlər. 

 

QARAQOYUNLU TAYFALARI



121

 

 

Onlar Ərciş



122

 

ətrafında yaşayırdılar və onlara «barani» də deyirlər. 



 

Qara  Yusif  ibn  Qara  Məhəmməd:  Son  dərəcə  cəsur,  mərd  və  güclü 

olmuşdur. Belə ki, Əmir Teymurla (Teymurlənglə) dəfələrlə vuruşmuşdu və Sultan 

Əhməd  Cəlairlə

123


 

birgə  Ruma,  oradan  isə  Şama  getdi.  Oranın  (Şamın)  padşahı 

Məlik Əşrəf Teymurun xoşuna gəlmək üçün hər ikisini həbs etdi. O vaxt onun bir 

oğlu oldu, adını Pirbudaq qoydular və Sultan Əhməd onu oğulluğa götürdü. 

 

Əmir  Teymurun  ölümündən  sonra



124

 

(Qara  Yusif)  həbsdən  azad  oldu. 



Onunla  o  vilayətə  getmiş  və  dağılışmış  min  atlı  yenidən  toplaşdı  və  (Qara  Yusif)  

oradan qaçıb Fərat çayının sahillərinə qədər sərhəd tayfaları və keşikçiləri ilə 180 

döyüş edib qalib çıxdı. 809-cu il cumadiüləvvəl ayının 1-də (14.X.1406) Naxçıvan 



vivo 

TARİX-İ QEZELBAŞAN 

 

21 



 

yaxınlığında  Mirza  Əbabəkr

125

 

ilə  vuruşub  qələbə  çaldı.  Və  ikinci  dəfə  Təbriz 



yaxınlığındakı  Sərdrudda  810-cu  ildə  (8.VI.1407 

– 

26.V.1408)  Mirza  Əbabəkrlə 



döyüşdükdən və onun atası Mirza Miranşahı

126


 

öldürdükdən sonra bütün Azərbay-

cana, İraqi-Ərəbə və İraqi-Əcəmin bir hissəsinə hakim oldu. Axırda Mirza Şahrux 

onun qarşısını almaq üçün iki yüz min süvari ilə Reyə gəldi və paytaxtın mühafizə-

çiləri düşməni məhv etmək üçün on iki min dəfə «İnna fəthəna»

127 


oxudular. 

 

Qara  Yusif  ağır  xəstə  olmasına  baxmayaraq,  qeyrət  göstərib  Təbrizdən 



Ucana

128


 

getdi  və orada (8)23-cü il ziqədə ayının 7-də (13.XI.1420) cümə axşamı 

vəfat etdi. Bu vaxt oğlanlarından heç biri yanında deyildi. Ordu elə qarışdı ki, heç 

kəs  qalmadı.  Onu  (...)  qoyub  dağılışdılar,  (...)  dəstəsi  ora  gəlib  onun  geyimini 

çıxardılar  və  daş-qaşla  bəzədilmiş  sırğalarına  tamah  saldılar,  çıxarmağa  imkan 

tapmayıb qulağı ilə birlikdə (kəsib) apardılar. 

 

Onun (Qara Yusifin) altı oğlu var idi: 



 

Birincisi,  Pirbudaqdır  ki,  onu  padşah  edib  qarşısında  qızıl  dəyənəklə 

dayanırdı, bu əsasla ki, sultan oğludur. O, atasının sağlığında vəfat etdi və bundan 

sonra Qara Yusif öz adından sultanlıq etməyə başladı

129



 



İkincisi, Şahməhəmməddir ki, iyirmi üç il Bağdad hakimi olmuşdu. 836-cı 

il zihiccə ayının 18-də (5.VIII.1433) Baba Hacı Həmədani

130

 

tərəfindən öldürüldü. 



 

Üçüncüsü, Əmir İsfahandır ki, Bağdadı qardaşı Şahməhəmməddən zor ilə 

aldı və on iki illik hakimiyyətdən sonra (8)48-ci il ziqədə ayının 28-də (8.III.1445) 

çərşənbə axşamı vəfat etdi. 

 

Dördüncüsü,  Əbu  Səiddir  ki,  (8)38-ci  ildə  (7.VIII.1434 



– 

26.VII.1435) 

qardaşı İskəndər tərəfindən öldürüldü

131


 

(Beşincisi),  Qara  İskəndər  ibn  Qara  Yusif:  son  dərəcə  Şücaətli  və  cəsur 



idi.  Atasının  ölümündən  sonra  taxta  çıxdı.  824-cü  il  rəcəb  ayının  27-də  (28.VII. 

1421) bazar ertəsi Ələşkerddə

132

 

Mirza Şahruxla iki gün döyüşüb böyük Şücaət və 



qəhrəmanlıq  göstərdi.  Axırda  əldən  düşdüyü  üçün  qaçıb  Ruma  getdi  və  Mirza 

(Şahrux) qayıtdıqdan sonra Azərbaycana gəlib taxta oturdu. 

 

İkinci  dəfə  Mirza  Şahrux onun üstünə  qoşun çəkdi və  (8)32-ci  il zihiccə 



ayının  17-də  (17.IX.1429)  şənbə  günü  Səlmas  yaxınlığındakı  Zahir  (kəndində) 

döyüş oldu. İskəndər iki gün qəhrəmancasına vuruşdu, amma bəxti müsaid olmadı-

ğından yenə məğlub olub Ruma yollandı və Mirza (Şahrux) getdikdən sonra yenə 

Azərbaycana  hakim  oldu.  Və  (8)39-cu  ildə  (27.VII.  1435 

– 

15.VII.1436)  Mirza 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə