TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   2   3   4   5   6   7   8   9   ...   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 

14 



 

 

Sultan  Səlim  (Yavuz)



64

  I  Şah  İsmayılla  vuruşmağa  gələndə  (Sultan 

Murad)  onunla  idi  və  qayıdarkən  Diyarbəkri  tutmaq  ona  tapşırıldı.  Urfədə

65

 



qorçibaşı

66 


Durmuş bəy Şamlu ilə döyüşdə öldürüldü, onun başını 924-cü il şəvval 

ayının  12-də  (17.X.1518)  Təbrizə  I  Şah  İsmayılın  hüzuruna  gətirdilər.  (Sultan 

Murad)  895-ci  il  ramazan  ayının  13-də  şənbə  gecəsi  (31.VII.1490)  anadan 

olmuşdu. 

 

Barik  (bəy  Pornak)  xandqarın



67

  xidmətində  idi.  Axırda  cismən  zəifləyib 

Məkkədə mücavir oldu və orada vəfat etdi. 

 

Sultan Muradın ölümü ilə Ağqoyunlu xanədanı tamamilə dağıldı



68

 



Həsən bəyin nəslindən olan bu üç uşağın çəkişdiyi vaxtlarda məmləkətdə 

hərc-mərclik  bərqərar  oldu,  Allahın  məxluqatına  cürbəcür  bəlalar  üz  verdi:  taun, 

vəba fəlakətinə, qıtlıq və bahalıq müsibətinə düçar oldular. 

 

Fəsil:  Həsən  padşahdan  (əvvəl)  dörd  nəfər  bu  ardıcıllıqla  Diyarbəkrdə 



sultanlıq etmişdir: Qara Osman, Sultan Həmzə, Əli bəy, Cahangir Mirza

69



 

Bayanduri (tayfası) 

 

Bu tayfanın böyük əmiri Bayandur bəy ibn Rüstəm bəy ibn Murad bəy ibn 



Qara Osmandır. Yaqub padşahın vaxtında əmir əlüməra idi və Diyarbəkrdə Misir 

padşahı Sultan Qansuhun qoşununu  məğlub etdi və Baş bəyi qətlə  yetirdi. Axırda 

Savə yaxınlığında Yaqub padşahla vuruşdu və Sultan (Sufi) Xəlil Mosullu tərəfin-

dən öldürüldü. 

 

Başqa birisi Eybə Sultandır



70

 ki, Əhməd paşanı öldürdü və Əzizkəndində

71 

Məhəmmədi Mirza ilə vuruşub həlak oldu. 



 

Bu tayfanın daha bir böyük əmiri Əbülfəth bəydir ki, bir il Farsda hakim-

lik edib axırda dağdan yıxılıb öldü. 

 

Və biri də Murad bəydir ki, uzun  müddət Yaqub padşahın  adından Yəzd 



hakimi idi və Sultan Muradın ölümündən sonra Xorasana gedib illərlə Sultan Əbu 

Səidin xidmətində oldu. 



 

Mosullu tayfası 

 

Onların böyük əmiri (Bək) Taş bəyin oğlu Əmir bəydir ki, Həsən padşahın 



əmir əl-ümərası idi. Sultan Əbu Səidin əmirləri ilə mühüm döyüşlər etmiş, Tokatı 

yandırmışdı və onun oğlu Gülabi bəy də böyük əmir idi. 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

15 



 

 

Başqa  biri  Əmir  bəyin  qohumu  Sufi  Xəlildir.  Yaqub  padşahın  vaxtında 



böyük  əmir  idi.  Padşahın  vəfatından  sonra  əksər  bayanduri  şahzadələrini  öldürdü 

və axırda Van qalası ətrafında Süleyman bəy Bijən tərəfindən qətlə yetirildi.  

 

Bu  tayfanın  böyük  əmirlərindən  biri  də  Əmir  xandır.  Şah  Təhmasibin 



adından Bağdad valisi idi və Zülfüqar bəy onu öldürdü. 

 

Başqa  birisi  Zülfüqar  bəy  ibn  Noxud  Sultandır  ki,  Əmir  xandan  sonra 



Bağdad valisi oldu, Şah Təhmasibin əleyhinə çıxdı və axırda öz mülazimi Əli bəy 

tərəfindən öldürüldü

72



 



Başqa  biri  Əmir  xan  ibn  Məhəmmədi  bəy  ibn  Gülabi  bəy  ibn  Əmir  bəy 

ibn Bəktaş bəydir ki, Təbrizin əmir əl-ümərası idi. 

 

Bu tayfanın böyük əmirlərindən biri Məhəmməd xandır ki, Kaşan hakim-



liyi ona tapşırılmışdı və oğlu Dəlican xan da bacarıqlı əmir idi. 

 

Və  bu  tayfanın  böyük  əmirlərindən  biri  Heydər  Sultandır  ki,  uzun  illər 



Qum hakimi idi. Oğlanları İbrahim xan və Ədhəm Sultan da o çiçəklənən şəhərin 

hakimi olmaqla şərəflənmişdilər. Şah Təhmasib İbrahim xanı Ruma səfir göndərdi. 

 

Əmirlərdən biri də Sultan Məsum xandır ki, Savə əyaləti ona mənsub idi. 



 

Pornak tayfası 

 

Bu  tayfanın  böyük  əmiri  Şahəli  bəy  olub.  O,  Həsən  padşahın  vaxtında 



böyük qüdrətə malik idi. Sufi Xəlil Mosullu ilə vuruşda öldürüldü

73



 

Başqa  biri  Mənsur  bəydir  ki,  Yaqub  padşah  vaxtında  Şiraz  əmirliyi  ona 

mənsub idi. 

 

Digəri Qasım bəydir ki, Mənsur bəydən sonra Şiraz hakimi oldu. 



 

Bu  tayfanın  böyük  əmirlərindən  biri  Mürtəzaqulu  xandır  ki,  Məşhədin 

əmir əl-ümərası idi. O, Mənsur bəyin oğludur. 

 

Və  əmirlərdən  biri  Bağdad  hakimi  Barik  bəy  olub  ki,  I  Şah  İsmayılın 



zühuru zamanı İraqi-Ərəbin hökmdarı idi. 

 

Başqa birisi Həsən bəy Şəkəroğludur ki, Rüstəm padşah vaxtında Muğan 



və  Qaracadağın  əmir  əl-ümərası  idi.  Əlvənd  zamanında  başqa  əmirlərə  başçılıq 

edərək  Gərmazərdə

74

 

I  Şah  İsmayılın  yolunu  kəsmişdi,  (lakin)  məğlub  oldu  və 



qaçıb  canını  qurtardı

75

.  Onun  oğlu  İsfahan  Sultan  I  Şah  İsmayıl  dövründə  Mərv 



hakimi idi və Əmir Nəcmlə

76

 



döyüşdə öldürüldü. 

 

Digər  əmirlər  Mürtəzaqulu  xanın  qardaşları  Kazım  xan  və  Fərrux  xandır 



ki, Damğan və Hezarcəribin

77

 



hakimliyi onların əllərində idi. 


vivo 

TARİX-İ QEZELBAŞAN 

 

16 



 

 

(Əmirlərdən  biri  də)  Mürtəzaqulu  xanın  oğlu  Məhəmmədqulu  xandır  ki, 



Şəbankarə

78

 



əyalətinin idarəsi ona tapşırılmışdı. 

 

Və başqa biri Pirbudaq xandır ki, hazırda Təbriz hakimidir. 



 

Şeyxavənd tayfası 

 

Onlar Həzrət Sultan Şeyx Səfi əl-həqq və-d-dinin nəslindəndirlər



79

. Onla-


rın  böyük  əmiri  Məsum  bəy  Səfəvidir.  (O),  Şah  Təhmasibin  hakimiyyətinin 

əvvəllərində  qorçi

80

 

idi,  sonra  bir  müddət  yüzbaşılıq  etdi,  ondan  sonra  Ərdəbil 



vəqflərinin mütəvəllisi oldu, daha sonra isə Şah Təhmasibin vəkili oldu və 976-cı 

ildə (26.VI.1568 

– 

15.VI.1569) Həccə gedərkən yolda Sultan Səlimin göstərişi ilə 



öldürüldü

81



 

Başqa birisi Zeynalabdin bəydir ki, I Şah İsmayıl vaxtında böyük əmir idi 

və  918-ci  ildə  (19.III.1512 

– 

8.III.1513)  Nəcm-i  Sani  ilə  birlikdə  Qicduvan  şəhə-



rində həlak oldu

82



 

Çəpni tayfası 

 

Bu tayfa Trabzon ətrafındakı Yuxarı Canik və Aşağı Canikdəndir (Canik-i 



ə'la  və  Canik-i  süfla)

83.


 

Onlar  Oğuz  xanın  oğlu  Gün  xanın  nəslindəndirlər

84

.  Bu 


tayfadan böyük əmir az çıxmışdır. 

 

(Bu  tayfadan  olan)  Şahəli  Sultan  əvvəlcə  Süleyman  Sultan  Rumlunun 



mülazimi idi, axırda Van qalasının hakimi oldu. 955-ci ildə (11.II.1548

29.I.1549) 



Sultan Süleyman Alkas Mirza ilə birlikdə İrana gələndə

85

 



(o), Van qalasını Sultan 

Süleymana təslim etdi. Buna görə Şah Təhmasib onu inək dərisinə çəkdirdi (və o), 

dünyadan köçdü və (Şah) onun qoşununu Süleyman bəy Çəpniyə tapşırdı. 

 

Və  bu  tayfanın  başqa  bir  əmiri  Məhəmməd  bəy  Cəlaloğludur  ki,  Gürcü-



stan padşahı Ləvasanı

86

 



qətlə yetirdi və axırda Şirvanda özünü öldürdü. 

 

Bayat və Bozçalu tayfası 

 

«Bayat» 



– 

yəni «dövlətli» və «nemətli». Bu tayfa Oğuz xanın oğlu Gün 

xanın övladlarındandır. Bu tayfada böyük əmirlər az olmuşdur. 

 

(Onlardan)  Süleyman  bəy  Şah  Təhmasibin  yanında  böyük  nüfuza  malik 



idi, axırda o həzrətin əmri ilə kor edildi. 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə