TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   2   3   4   5   6   7   8   9   ...   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 

11 



 

sülhdən  əl  çəkdi,  Ağqoyunlu  bahadırları  onun  (Əbu  Səidin)  qoşununun  yan-

yörəsinə  hücumlar edib qətl və qarətə başladılar, Sultanın təchizatı hansı tərəfdən 

gəlirdisə, ələ keçirirdilər. 

 

Həmin  vaxt  Həsən  bəy  Şirvan  valisi  Fərrux  Yasara



47

 

bir  neçə  məktub 



göndərdi.  Şirvanlılar  da  tərəddüdü  bir  kənara  qoydular.  Cığatay  ordusunda  elə 

qıtlıq başladı ki, Sultanın xüsusi atları on iki gün yemsiz qaldı və məcbur olub geri 

döndülər. 

 

Sultanın  əmir  əl-ümərası  Əmir  Məzid  Ərğun  qaravulda  tutuldu.  Sultan 



Əbu Səid anasını sülh bağlamaq üçün göndərdi, lakin (o), ümidsiz geri qayıtdı. Bir 

anda o əzəmətdə qoşun darmadağın oldu. O, (Əbu Səid) övladları ilə qaçdı. Həsən 

bəyin  oğlu  Zeynal  bəy  onu  təqib  edib  tutdu.  Həsən  bəy  onu  Yadigar  Məhəmməd 

Mirzaya  verdi,  (o  da)  xeyirli  işlər  görmüş  Gövhərşad  bəyimin  intiqamını  almaq 

üçün onu qətlə yetirdi

48



 

Bu  hadisə  873-cü  il  rəcəb  ayının  22-də  (7.II.1469)  baş  verdi  və  Əllamə 

Dəvani

49

 



onun tarixini belə deyib: 

 

 



 

 

Sultan Əbu Səid ki, şahlıq fərrində 



 

 

 

Qoca fələyin gözü onun tək cavan görməyib; 

 

 

 

Ölümünə necə inanmayasan ki, öldürülmüşdür 



 

 

 

 

Qətlinin tarixi: «məqtəl-e Sultan Əbu Səid»

50

 

 



Və Həsən bəy o qışı Muğanda qışlayıb bütün İraqa və Azərbaycana darğa-

lar  göndərdi  və  yazda  Həmədana  gəldi,  Uğurlu  Məhəmmədi  o  vaxt  Farsa  hücum 

etmiş  Əbu  Yusifin  üstünə  göndərdi

51

 



və  özü  də  ardınca  getdi.  Əbu  Yusif  Uğurlu 

Məhəmməd  tərəfindən  öldürüldü.  881-ci  ildə  (26.IV.1476 

– 

14.IV.1477)  (Həsən 



bəy)  Gürcüstana  qoşun  çəkib  Tiflisi  tutdu  və  elə  o  vaxt  da  qayıdası  oldu,  yolda 

xəstələndi  və  xəstəlik  uzun  çəkdikdə,  Sultan  Xəlilin  anası  Səlcuq  bəyim  Şiraza 

təcili  çapar  göndərdi  və  onu  Təbrizə  çağırdı.  Atası  onu  görüb  vəsiyyətini  etdi  və 

882-ci  ilin  ramazan  bayramı  gecəsi  (5.I.1478)  vəfat  etdi.  Təvəllüdü  828-ci  ildə 

(23.XI.1424 

– 

12.XI.1425)  olmuşdu.  Özünün  saldırdığı  «Nəsriyyə»  bağında  dəfn 



edildi. O, son dərəcə ədalətli, siyasətcil və rəiyyətə mərhəmətli idi. Onun vəfatının 

tarixi barədə demişlər: 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

12 



 

 

 



 

Vəfatının tarixi üçün hər kəs 

 

 

 

 

 

«Şəh-e dinpərvər-e adil» dedi

52

 

 



Sultan Xəlil ibn Həsən bəy: Atasından sonra padşahlıq (taxtına) oturub, 

ilk  növbədə,  Təbrizdə  «Məqsudiyyə»  (məscidini)  tikdirmiş  qardaşı  Məqsud  bəyi 

öldürtdü  və  bu  hərəkət  başqa  qardaşlarını,  xüsusən  Yaqub  bəyi  qorxuya  saldı. 

Yaqub bəy iqtası hesab olunan Diyarbəkrə getməyə icazə aldı və 883-cü ilin (1478) 

yazında  Diyarbəkrdə  qardaşına  qarşı  qiyam  qaldırdı;  qonşu  əmirlər  də  ona 

qoşuldular. 

 

Bu  xəbər  Xərrəqanda



53

 

Sultana  çatdı  və  o,  Azərbaycana  getdi.  883-cü  il 



rəbi'ülaxir  ayının  14-də  (15.VII.1478)  çərşənbə  günü  nahar  çağı  Xoy  çayının 

sahilində  iki  qardaş  arasında  döyüş  oldu,  Əvvəl  Yaqubun  tərəfdarları  məğlub 

olurdular  və  Sultan  Xəlilin  böyük  əmirlərindən  biri  olan  Osman  bəy  Miranşahi 

Yaqub bəyin ordusundan (olan) Bayandur bəyin evini tutub talan etdi. Bir anda tale 

əksinə döndü və  Sultanı atın üstündəcə parça-parça etdilər və qələbə Yaqub bəyə 

nəsib oldu. 



 

Yaqub  bəy  ibn  Həsən  bəy:  Onun  hakimiyyətinin  əvvəllərində  Sultan 

Xəlilin oğlu Əlvənd bəy Şirazda və Kosa Hacı 

– 

o da bayanduri əyanlarından idi 



– 

İsfahanda  üsyan  etdi.  Yaqub  bəy  Bayandur  bəyi  İraqa  göndərdi  və  Kosa  Hacını 

tədbirlə əsir aldı, (həmçinin) Əlvəndi ram etdi. 

 

885-ci  ildə  (13.III.1480 



– 

1.III.1481)  Misir  padşahı  Qansuhun  davatdarı 

Pəşəng Ərəbistan qoşunu ilə Diyarbəkrə gəldi

54

. Yaqub bəy özü müdafiəyə getmək 



istədi, əmirlər qoymadılar. Ona görə Yaqub bəy Bayandur (bəyi), Süleyman Bijəni 

və  Sufi  Xəlil  Mosullunu  onun  üstünə  göndərdi.  Qoşunlar  Ruha  qalası

55

 

ətrafında 



üz-üzə  gəldilər  və  özünü  «Baş»  adlandıran Pəşəng digər  əmirləri ilə  birlikdə  əsir 

düşüb öldürüldü. 

 

Yaqub bəy bu qələbənin şərəfinə İsfahan əyalətini Bayandura verdi. Lakin 



o, bundan daha böyük (mükafat) gözləyirdi və buna görə də 886-cı ilin sonlarında 

(1482-ci ilin əvvəllərində) qiyam qaldırdı. Yaqub bəy onu yatırmağa tələsdi və Sufi 

Xəlil  (Mosullu)  Savə

56

 



yaxınlığındakı  Zahir  (kəndində)  onu  (Bayandur  bəyi) 

öldürdü. 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

13 



 

 

Yaqub bəy Qumda qışlayıb 887-ci ildə (20. II.1482 



– 

 8.II.1483) Gürcü-

stanı tutmağa getdi. Əxiska və Xatun

57

 qalalarını



 

tutdu və 888-ci ildə (9.II.1483 

– 

29.I.1484) «Həşt behişt»i tikməyə başladı



58

 



Əksər  vaxt  yaylağı  Səhənd,  qışlağı  Təbriz  idi  və  gününü  eyş-işrətdə 

keçirərdi, şair və alimlərə böyük meyli var idi. Axırda Qarabağ qışlağına getdi və 

orada  xəstələndi.  Elə  ki,  ondan  əllərini  üzdülər,  onun  oğlu  Baysunqurun  lələsi  və 

mürəbbisi  Sufi  Xəlil  (Mosullu)  padşahlığa  əsl  namizəd  olan  Sultan  Xəlilin  oğlu 

Sultan  Əli  Mirzanı  Yaqub  bəyin  keçindiyi  gecə

59

 



öldürdü  və  müxalifətdə  olan 

dəstəni aradan götürdü, o cümlədən, Qazi İsa Sədri (896-cı il) rəbi'üləvvəl ayının 8-

də (19.I.1491) həbs edib (həmin ayın) 13-də (24.1.1491) bazar ertəsi ordubazarda 

asdı


60



 



Baysunqur Mirza ibn Yaqub:  Sufi Xəlilin  və (digər) Mosullu  əmirləri-

nin  səyi  ilə  taxta  çıxdı.  Bayandurilər  arasında  ciddi  ixtilaf  düşdü.  Bəzi  əmirlər  və 

şahzadələr  Həsən  padşahın  oğlu  Məsih  bəyi  sultan  hesab  etməyə  başladılar  və 

onlarla  Sufi  Xəlil  arasında  döyüş  oldu.  Məsih  bəy  öldürüldü  və  Rüstəm  bəy  ibn 

Məqsud bəy ibn Həsən bəy tutulub Əlincəq (Əlincə) qalasına aparıldı. 

 

Bir müddət sonra Süleyman Bijən Diyarbəkrdə Sufi Xəlilə qarşı çıxdı və 



Van

61

 yaxınlığında iki tərəf arasında döyüş oldu. 897-ci ilin axırında (1492-ci ilin 



payızında) Sufi Xəlil öldürüldü və Süleyman (Bijən) onun əvəzinə Mirza Baysun-

qurun lələsi oldu. 



 

Rüstəm bəy ibn Məsud bəy: Əlincəq qalasında həbsdə idi. İbrahim bəy 

Eybə Sultanın qardaşı Yaqubcanı Fars hakimi təyin edib özü İraqa getdi. 

 

908-ci il səfər ayının 3-də (8.VIII.1502) şənbə günü Hacı bəy Bayandurun 



qardaşı oğlu, Kerman  hakimi  Əbülfəth bəy Şiraza  hücum etdi. Yaqubcan Beyza

62 


tərəfdən  çıxıb  getdi  və  Əbülfəth  son  dərəcə  gücləndi.  Elə  o  dövrdə  Firuzabad

63 


dağlarında ov edərkən uca dağ qülləsinə çıxdı və təsadüfən 908-ci il şəban ayının 

8-də (7.II.1503) şənbə günü dağdan yıxılıb öldü. 



 

Sultan Murad ibn Yaqub: 908-ci il ziqədə ayının 4-də (1.V.1503) bazar 

ertəsi  I  Şah  İsmayıl  tərəfindən  məğlub  edilib  Şiraza,  oradan  Dizfula,  sonra  isə 

Bağdada getdi və təxminən beş il yarım orada sultanlıq etdi. Nəhayət, 914-cü ildə 

(2.V.1508—20.IV.1509)  I  Şah  İsmayılın  yaxınlaşmasından  xəbər  tutub  illərlə 

İraqi-Ərəbin mütləq hakimi olmuş Barik bəy Pornak ilə birlikdə Diyarbəkrə qaçdı, 

oradan Əlaüd-dövlə Zülqədrin yanına getdi və onun qızını istədi. O qızdan iki oğlu 

oldu: biri Yaqub, o biri Həsən. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə