T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə2/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Qaz mühərrikləri –
mayeləşmiş
və sıxılmış qazla işləyir.Mayeləşmiş qaz propan -butan qarşığından, sıxılmış qaz isə 
əsasən təbii metan qazından ibarətdir. Mayeləşmiş qaz neft emalı zavodlarında neftin
emalı prosesində alınır.Qaz mühərrikin silindrlərinə verilməzdən qabaq qaz
qarışdırıcısında hava ilə qarışdırılır.İş prinsipinə görə belə mühərriklər karbüratorlu
və ya benzin püskürmə mühərriklərinə oxşardır. Qaz –dizel rejimində işləyən
mühərriklər də mövcuddur. Daxili yanma mühərriki işlədikdə istifadə olunan
yanacağın enerjisinin yalnız bir hissəsi səmərəli işə çevrilir ,qalan hissə ətraf
mühitin “qızdırılmasına” sərf olunur. Hazırda buraxılan mühərriklərin faydalı iş 
əmsalı 40 -50 % təşkil edir. Daxili yanma mühərriklərinin f.i.ə.-nın artırılması 
sahəsində son zamanlar çox ciddi tədqiqatlar aparılır və yaxşı nailiyyətlər əldə
edilib.bu iş hazırda da davam etdirilir.
Porşenli benzin mühərrikləri
Porşenli benzin mühərriklərinin əsas mexanizmi və sistemlərinə aşağıdakılar aiddir: 
çarxqolu –sürgüqollu mexanizmi;qazpaylama mexanizmi;qida sistemi işlənmiş qazların 
çıxış sistemi;alışdırma sistemi; soyutma sistemi;yağlama sistemi; elektrik işəsalma
sistemi.Başlanğıc kimi dörd taktlı sikl üzrə işləyən bir silindrli sadə benzin 
mühərrikinə baxaq (şəkil 2.1) və onun iş prinsipini aydınlaşdıraq.
 


Bu mühərrikin əsas hissəsi
silindr 1 və onun başlığıdır 2. Silindr başlığı üstdən silindri örtür və sancaqlarda
ona birləşdirilir. Silindrin içərsində porşen 4 yerləşir. Porşendə,xüsusi qanovcuqlarda
porşen üzüklər yerləşdirilir.Mühərrikdə kompressiya yağsıyırıcı üzüklər olur. 
Kompressiya üzüklər silindrin daxili səthinin güzgüsü ,boyu sürüşərək mühərrikin
işi zamanı yaranan qazların aşağı karterə keçməsinin qarşısını alır ,yağsıyırıcı
üzüklər isə silindr divarlarından yağları sıyıraq işçi taktda onların silindrdə 
yanmasının qarşısını alır. Porşen sürgüqolu 5 vasitəsi ilə dirsəkli valın sürgüqolu
boynu ilə birləşir. Dirsəkli valın sonuna böyük kütləli nazimçarx bərkidilir.Daxilolma 
klapanı 14 açıq olduqda daxilolma kanalı vasitəsi ilə silindrə yanıcı qarışıq
benzin - hava qarışığı (birbaşa püskürməli mühərriklərdə silindrə hava daxil olur 
,benzin isə birbaşa silindrə püskürülür) daxil olur, xaricetmə klapanından isə
işlənmiş qazlar kənar olunur. Paylayıcı val fırlandıqda yumruqcuq 9 (ekssentrik)
klapanları 14 və 11 açır. Yumrucuq klapanın ucluğu üstündən dikdə güclü yayların
təsiri nəticəsində onlar kip bağlanır.Paylayıcı val mühərrikin valından 6 hərəkətə
gətirilir.Benzin mühərriklərində işçi qarışıq alışdırma şamı 15 ilə olur.Alışdırma
şamı silindrlər başlığının 2 deşiyə bağlanır. Alışdırma şamının odları arasında
yaranan elektrik qığılcımı işçi alışdırır.İşçi qarışıq, silindrə daxil olan yanıcı qarışıqla
silindrin daxilində qalan qalıq geniş qazların qarışığıdır.Dizel mühərriklərində 
forsunka yerləşdirilir,onun vasitəsi ilə yanacaq püskürülür.Porşen silindr daxilində 
irəli- geri hərəkət edir, irəli-geri hərəkətli çarxqolu sürgüqolu -mexanizminin köməyi
ilə dirsəkli valın fırlanma hərəkətinə çevrilir.Bu çevrilməni nəzərdə alaq.Porşen 
barmaq vasitəsilə sürgüqoluna birləşir, sürgüqolu isə dirsəkli vala bağlanır. Beləliklə
porşen dirsəkli vala qolu vasitəsi ilə birləşir,silindrdə işçi yanmasından yaranan və
genişlənən təzyiq qüvvəsi sürgüqolu vasitəsi ilə vala ötürülür.Sürgüqolu silindrdə 


mürəkkəb hərəkət olur,onun yuxarı başlığı irəli, aşağı başlığı isə fırlanma hərəkəti
edir.Şəkil 2.2-də bu və ya digər mühərrikin qiymətləndirmək üçün silindr və
porşenin parametrləri (
V

və 
V
h
- yanma kamerasının silindrin işçi həcmi,S –
porşenin gedişi) göstərilmişdir. 
Porşenin dirsəkli valın oxundan ən çox kənarlaşdığı və ya yaxınlaşdığı vəziyyətləri
müvafiq olaraq yuxarı və aşağı “ölü” nöqtələr adlanır (YÖN və AÖN).Porşenin bir 
“ölü” nöqtədən digər ölü nöqtəyə getdiyi zaman keçdiyi yol porşenin gedişi -S
adlanır.YÖN-də yerləşən porşendən yuxarıda qalan həcm yanma kamerasının 
həcmi -
V
c
,porşenin YÖN-dən AÖN-ə hərəkəti zamanı boşaltdığı və ya “ölü”
nöqtələr arasında qalan həcm isə silindrin işçi həcmi -
V
h
adlanır.Yanma kamerasının 
və silindrin işçi həcmlərinin cəmi silindrin tam həcmi adlanır: 
V

=V
h
+ V
c
Müərrikin işçi həcmi bütün silindrlərin işçi həcmlərinin cəmidir və sm
3
və ya litrlə
ölçülür. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə