T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə6/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Sürgüqolu--
(şəkil2.19)-norşeni dirsəkli valla birləşdirir.


Sürgüqolu yuxarı başllqdan,aşağı başlıqdan və mildən ibarətdir. Sürgüqoluna isə 
dəyişən güclü dartıcı və sıxıcı, həmçinin də əks yüklənmə təsir edir. Sürgüqolunun
yuxarı başlığına porşen barmağı yerləşdirilir. Sürgüqolunun aşağı başlığı,onun
qapağı və hər içlik dirsəkli valın sürgüqolu boynuna yerləşdirilir.Sürgüqolu ştamplama 
və ya döymə üsulu yüksək keyfiyyğtli poladdan hazırlanır və sonra tablama yolu ilə
möhkəmlədilir.Kiçik mühərriklərdə alüminium ərinrili sürgüqoldan istifadə olunur. 
Dirsəkli
val
-porşen tərəfindən ötürülən qüvvıni sürgüqolu vasitəsi ilə qəbul edib,onu 
burucu momentlə çevirir və transmissiyaya ötürür.Dirsəkli va isti ştamplama yolu ilə
xromvanadium və molibdenlə legirlənmiş poladdan və ya yüksək möhkəmlikli qrafitli 
çuqundan tökmə üsulu ilə hazırlanır.Əksər müasir dirsəkli vallar mexaniki emaldan 
sonra əlavə möhkəmlənməyə uğradılır.Yastıqların yerləşmə sahəsi (sürgüqolu və əsas 
boyunları)səthi möhkəmlənməyə uğradılır və cilalanır.Dirsəkli val aşağıdakı hissələrdən
ibarətdir, əsas boyunlar 5,sürgüqolu boyunları,əks-yüklər 2,yanaqlar 3,flanslı arxa uc
sonluq.Bütün müasir avt-rin dirsəkli valları tam dayaqlı hazırlanır -yəni,silindrlər
arasında əsas yastıq olur.Dirsəkli val silindrlərin blokunda dayaqlar üzərində
yerləşdirilir. Mühərrikin tipi və silindrlərin sayı dirsəkli valın dayaqlarının sayını və 
formasını müəyyən edir.Əsas boyunlar bir ox üzərində yerləşir.Onlar dirsəkli valın 
silindrlər blokundakı dayaqlarıdır. Sürgüqolu boyunları sürgüqolunu birləşdirmək
üçündür,onlar müxtəlif bucaqlar altında yerləşir.Xüsusi deşiklərdən dirsəkli valın 
sürgüqolu və əsas boyunlarına yağ verilir.Dirsəkli vallar sökülə bilməyən və 
qərarlaşmış konstruksiyalı olur.Minik avtomobillərində əsasən sökülə bilməyən dirsəkli 
val istifadə edilir.Fırlanma zamanı mərkəzdənqaçma qüvvələrini tarazlaşdırmaq üçün 
sürgüqolu boyunun əksi istiqamətdə çıxıntılar olur, bunlar əks-yüklər adlanır.“Tam 


müvazinətləşmiş” dirsəkli valda sürgüqolu boyunun hər çıxıntısının əks tərəfində əks-
yük olur. Dirsəkli valın hər iki ucu müxtəlif qurğuların hərəkətə gətirilməsi üçün
xüsusi əhəmiyyətlidir.Arxa ucluqda nazimçarx yerləşdirilir.Ön ucdan qazpaylama 
mexanizmi,yağ nasosu ,pompa,generator ,hidrogücləndiricinin nasosu, kondisionerin 
kompressoru vəs.hərəkətə gətirilir (əlbəttə ki,köməkçi aqreqatlar üçün intiqalın 
başqa variantları da mümkündür).

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə