T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə9/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

İTƏLƏYİCİ
.--- İtələyicinin əsas vəzifəsi
yumruqcuqdan klapana oxboyu qüvvəni ötürməkdir. Mühərrikin kohstruksiyasından asılı
olaraq o, qüvvəni birbaşa özü ötürür və ya ötürmə klapan lingi və ya ştanq – çiyinli 
ling ilə baş verir. İtələyicinin digər vəzifəsi yumruqcuqdan yan qüvvəni qəbul
etməkdir( yəni klapan bu ya qevvədən ”qorumaqdır”). Mexaniki(sadə) hidravlik 
itələyicilər mövcuddur.Klapanın istilik araboşluğu.-Mühərrikin işləyən zamanı
temperaturun artması və hazırlanan materiallarının xüsusiyyətindən asılı olaraq
daxilolma və xaricetmə klapanlarının uzunluqları dəyişir. Bununla bərabər, vaxr 
keçdikcə yeyimə nəticəsində klapan intiqalının detallarının ölçüsüdə dəyişir.Buna
görə də, mühərrikin istənilən vəziyyətində və iş rejimində klapanın etibarlı
bağlanmasını təmin ermək üçün klapanın intiqal mexanizmi detalları arasında
araboşluğu nəzərdə tutulur(şəkil 2.31) 


Bir qayda olaraq soyuq mühərrikdə araboşluğu qızıdırılmış mühərrikdəkindən
çoxdur.Xaricetmə klapanlarının araboşluğu isə, adətən , daxilolma klapanlarınkından
çoxdur. Bu xaricetmə klapanlarının temperaturunun daha yüksək olması ilə bağlıdır.
KLAPANIN-
istilik araboşluğu çox kiçikdir.-Klapan tez açılır və gec bağlanır.Klapan
nimçəsinin öz yəhəri ilə kontakt vaxtı azaldığı üçün isrilik kənarlaşdırılması azalır 
və xaricetmə klapanı çox qızğın olur, nəticədə nimçənin haşiyısinin yəhəri yanır. 
Bundan başqa, istilik araboşluğu çox kiçik olduqda xaricetmə və ya daxilolma klapan
tam bağlanmaya bilər. Kip olmayan bağlanma zamanı yaranan aralıqdan yanma
kamerasını işlənmiş qazlar sorulur, daxilolma klapanı üçün bir hal daxilolma
kollektorunda alışmalara nəticələnir.Yanma kamerası hermetikliyini itir mühərrik lazımı 
gücü əldə edə bilmir. Klapanın istilik araboşluğu çox böyükdür.Klapan gec açılır və 
tez bağlanır.Buna görə də onun açılma vaxtı qısalır və klapanın keçid sahəsi
azalır, bu dolmanın pisləşməsinə və gücün azalmasına səbəb olur. Klapana düşən 
mexaniki yükləmə artır və klapanın işindən yaranan səs-küy güclənir.İstilik 
araboşluğunun nizamlanması – bu prosedura müxtəlif mühərriklər üçün fərqli ola
bilər. Göstərişdən asılı olaraq o,soyuq və ya qızdırılmış mühərrikdə, həmçinin
dayandırılmış və boş işləmə gedişində aparıla bilər.Birbaşa itələyici ilə klapana 
təsir edən mexanizmdə nizamlama nizamlayıcı şaybaların seçilməsi ilə aparılır. 
Hazırda istifadə olunan materialların keyfiyyətinin yüksək olması adi texniki
qulluqda klapanların araboşluğunun nizamlanmasının aparılmasına imkan verir. 
Təmir zamanı onların nizamlanması ehtiyac yarada bilər.Hidravlik itələyicilər -standart 
funksiyanı yerinə yetirməklə bərabər klapan araboşluqlarını kompensasiya edir.Buna
görə də,klapanların nizamlanmasına ehtiyac aradan qalxır. Kompensatorun həcmi
mühərrikin yağlama sistemi ilə birləşir. İtələyicinin gövdəsinin dibi dərinləşdirilir və 
kompensatorun elementləri burada yerləşdirilir. İtələyicinin gövdəsində olan keşikdən


7 yağ plunjer üstü həcmə 9 daxil olur. Paylayıcı valın yumruqcuğu arxa tərəfi ilə
döndükdə itələyiciyə qüvvə ötürmür və plunjerin payı plunjeri 1 yuxarı itələyir
və araboşluğunun aradan qaldırır.Beləliklə,itələyici daim yumruqcuğun səthinə söykənir. 
Plunjer yuxarıya hərəkət etdikdə plunjer altı (işçi) həcmdə 3 seyrəkləşmə yaranır. 
Onun təsiri ilə kürəvi klapan 8 açılır.Yağ plunjer altı (işçi) həcmə 3 keçə bilir. 
Yumruqcuq fırlandıqda itələyicini sıxırsa,onda bir qüvvə plunjerə ötürülür –plunjer 
altı(işçi) həcmdə 3 təzyiqartır və kürəvi klapan 8 bağlanır. Bağlı həcmdə yağ
(istənilən maye kimi) praktiki olaraq sıxılmır.Buna görə də yükləmə altında praktiki 
olaraq, bütöv deformasiya olmayan detal işləyir. Yumrucuqların forması(profili) – 
klapanın açılma vaxtını, onun gedişini ,açılma və bağlanma zamanı klapanın
yerdəyişmə prosesinin xarakteristikasını təyin edir.İti profili yumrucuq klapanı tədricən
açır və bağlayır.Bu halda klapanın tam açıq qalma vaxtı nisbətən kiçik olur. 
Profili kəskin qalxan yumrucuq klapanı tez açır və bağlayır və tam açıq vəziyyətdə 
daha çox saxlayır.Profili kəskin qalxan yumrucuq qaz mübadiləsini yaxşı təmin
edir,onlar iti profilli yumrucuqlara nəzərən daha böyük yüklənmələrə məruz qalır. Çox 
hallarda yumrucuqların profili asimmetrik olur.Belə yumrucuqlarda klapanın açılmasını
təmin edən profilin bir hissəsi yastı formalı (klapanın ləng açılması üçün), klapanın 
bağlanmasını təmin edən profilin bir hissəsi isə kəskin qalxan formalı olur(klapanın 
daha uzun sürən tam açılma və tez bağlanması üçün). Silindrin dolması dedikdə 
daxilolma taktında silindrə daxil olmuş qazların (yanacaq - hava qarışığının və ya 
havanın )kütləsi nəzərdə tutulur. Mühərrikin gücü silindrlərin dolmasından
əhəmiyyətli dərəcədə asılıdır. Silindrlərin optimal dolmasını əldə etmək üçün
daxilolma klapanı (klapanları) xaricetmə taktına dirsəkli valın dönməsi üzrə bir
neçə dərəcə qalmış açılır və daxilolma taktından bir neçə dərəcə qalmış açılır və 
daxilolma taktından bir neçə dərəcə keçmiş bağlanır (yəni sıxma tsktında). Xaricetmə
taktının sonunda yanma kamerasıdan böyük sürətlə çıxan işlənmiş qazlar seyrəklik 
yaradır.Daxilolma klapanı açıldıqda porşenin qarşıdan hərəkət etməsinə baxmayaraq
artıq xaricetmə taktında hava və ya yanacaq-hava qarışı seyrəkliyin hesabına
yanma kamerasına daxil olur.Sıxma taktının əvvəlində əlavə dolma silindrə daxil
olan hava axının ətaləti hesabına mümkün olur.Bu porşenin sıxlığı qazların
təzyiqi silindrə daxil olan təzə qazları saxlayana qədər davam edir.Bu andan gec
olmayaraq daxilolma klapanı bağlanmalıdır. Xarici qalıq qazlar-resikulyasiya sistemi
ilə daxilolma kollektoruna qaytarılan (uyğun olaraq geri silindrə düşən) işlənmiş
qazlardır.Xarici qalıq qazların miqdarı EGR(islənmiş qazlarınım resirkulyasiyası) 
klapanının keçid sahəsinin dəyişməsi ilə nizamlanır.Qalıq qazların tərkibinə neytral
qazlar(artıq yanma prosesində iştiraketmək- yəni onlarda nə yanacaq, nə də 
oksidləşdirici yoxdur)daxildir.Qaz mübadiləsi. Qaz mübadiləsi dedikdə işlənmiş
qazların yanacaq—hava qarışığı və ya hava ilə əvəz edilməsi başa düşülür.Qaz


mübadiləsinə və bununla da qalıq qazların miqdarına təsir edən əsas daxilolma və
xaricetmə klapanlarının qazpaylama fazaları, həmçinində klapanların qalxmasıdır. 
Optimal qazpaylama fazaları təyin etməklə və həmçinin də silindrlərin dolmasının
idarə olunmasını uyğun qaydada nizamlamaqla daxili qalıq qazlarının miqdarını
maksimal azaltmaq .Silindrlərin dolmasının idarə olunması.Silindrlər blokunun 
başlığında daha çox sayda klapanlar yerləşdirməklə (hər silindrdə iki daxilolma və iki 
xaricetmə klapanlı konstruksiya geniş yayılıb) silindrlərin dolmasını xeyli yüksəltmək 
olar. Bundan başqa ,yaxşı qarışıq hazırlanmas üçün daxilolma kollektorunun , 
kanallarının və yanma kamerasının qazodinamik parametrləri vacib rol oynayır.Yeni
kütlənin qarışdırılma intensivliyi yanacaq-hava qarışığının ıpıoyaxşı qarışdırılması üçün 
həlledici rol oynayır və bununla da yanmanın keyfiyətini (tamlığını) təyin edir,bundan 
isə öz növbəsində işlənmiş qazların zərərliliyi və yanacaq sərfi asılıdır. Yeni
yanacaq miqdarının və ya hava axınının (uyğun olaraq silindrlərin dolmasının )
idarə olunması çox saylı üsullarla yerinə yetirilə bilər,məs,daxilolma klapanlarının 
qapaqları ilə.-

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə