T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə45/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   38   39   40   41   42   43   44   45   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
137 
inteqrasiya olmaq zərurətinin dərkindən irəli gəlirdi. O dövrün 
maarifçilik  hərəkatında  qərbçilik  meyillərini  təmsil  edən 
ictimai  məfkurə  sahibləri  Həsən  bəy  Zərdabi,  Nəcəf  bəy 
Vəzirov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd 
Əmin Rəsulzadə, Nəriman Nərimanov, Yusif Vəzir Çəmənzə-
minli,  Əlimərdan  bəy  Topçubaşov,  Üzeyir  Hacıbəyov,  Haşım 
bəy  Vəzirov,  Hüseyn  Cavid,  Abbas  Səhhət,  Abdulla  Sur, 
Məhəmməd  Hadi,  Firidun  bəy  Köçərli,  Abdulla  Şaiq,  Ömər 
Faiq,  Cəlil  Məmmədquluzadə,  Ələkbər  Sabir,  Əhməd 
Cəfəroğlu,  Məhəmməd  ağa  Şahtaxtlı,  Əhməd  Cavad,  Nigar 
xanım,  İbrahim  Tahir,  Səid  Səlmasi,  Axund  Yusif  Talıbzadə, 
Həsən  Səbri  və  b.  görkəmli  mütəfəkkir  ziyalıların  son  dərəcə 
fədakar,  qaynar  fəaliyyəti  Azərbaycanda  sənəti,  ədəbiyyatı, 
mədəniyyəti,  milli  şüuru  ümumbəşəri  tərəqqi  idealı  işığında 
sürətlə  inkişaf  etdirirdi.  Belə  çox  geniş  fəaliyyət  spektrində 
təbii  olaraq,  müxtəlif  fikirlər,  ideyalar,  qütblər  arasında, 
məfkurələr  daxilində  mübarizələr,  çəkişmələr  də  gedir  və  son 
nəticədə  bütün  bunlar  dövrün  ictimai-siyasi,  ədəbi-mədəni 
gerçəkliyinin dialektik panoramını təşkil edirdi. 
Böyük,  qlobal  bir  maarifçilik  məfkurəsindən  irəli  gələn 
hərəkatda  iki  ədəbi-mətbu  orqanın  ətrafında  birləşmiş 
“Füyuzat”çılar  və  “Molla  Nəsrəddin”çilərin  müəyyən  prob-
lemlərə münasibətlərində fikir ayrılığı olsa da, onları qərbçilik 
meylləri  birləşdirirdi.  Zamanın,  dövrün  özündən  gələn  bir 
qaynarlıq, tələsiklik, milləti və xalqı çox tez bir zamanda şüur 
ətalətindən  çıxarmaq  arzusu  və  bu  arzunu  ən  qısa  bir  zaman 
kəsiyində  gerçəkliyə  çevirmək  ehtirası,  milli  istiqlaliyyət 
ideallarının  gündəlik  əməli  işlərlə  həyata  keçirilməyə  başlan-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
138 
ması,  habelə  Azərbaycanın  sivil  dünyaya  qovuşması  prose-
sinin  intensiv  olaraq  yüksələn  xətlə  getməsi  gözəl  bir 
gələcəkdən  xəbər  verirdi.  Tənqid,  teatr,  publisistika,  bədii 
yaradıcılıq,  elm,  təhsil,  məktəbdarlıq,  tərcümə  sənəti  –  bütün 
bunlar  xalqın  xidmətinə,  onun  dünya  mədəniyyətinə  inteq-
rasiya olunmasına tabe etdirilmişdi. Azərbaycanın bir müstəm-
ləkə  kimi  daxil  olduğu  Rusiya  imperiyasının  mərkəzi  şəhər-
lərində və əyalətlərində də böyük siyasi dəyişikliklər baş verir, 
dünyanın yenidən bölünməsi prosesi gedirdi. 
XX  əsrin  əvvəllərində  milli  ziyalıların,  maarifpərvər 
yazıçıların  Qərb  və  dünya  mədəniyyətinə  qovuşmaq  isti-
qamətində  irəli  sürdükləri  azadlıq  yönlü  fikir  və  düşüncələr, 
göstərdikləri  səylər,  vətənpərvər  əməllər,  çox  təəssüf  ki, 
xalqımızı yalnız qısa bir zamanda – Azərbaycan Xalq Cümhu-
riyyətinin timsalında (1918-1920) istiqlala gətirib çıxara bildi. 
Dünyanın  yenidən  bölüşdürülməsi  nəticəsində  1920-ci  ilin 
aprelində  Azərbaycan  bolşevik-kommunist    Rusiyası  tərəfin-
dən  yenidən  işğal  olundu  və  sovet  imperiyasının  tərkibinə 
qatıldı.  Bu  dəfəki  işğal  70  ildən  artıq  bir  müddətdə  XX  əsrin 
sonlarına – 1991-ci il 18 oktyabr tarixinə qədər davam etdi. 
Həmin  tarixdə  yenidən  istiqlaliyyət  qazanmış  Azər-
baycan  Respublikası,  XX  əsrin  əvvəllərində  müsəlman 
Şərqində  yaradılmış  ilk  respublikanın  –  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  varisidir.  İndi  müstəqil  dövlətimizin  ölkə 
daxilində  və  xaricdə  apardığı  siyasət,    sosial-iqtisadi  və  elmi-
mədəni  quruculuq  işlərinin  müstəvisində  hər  cür  ideoloji  dik-
tatdan  azad,  yeni  baxışla  XX  əsrin  əvvəllərindəki  Azərbay-
canımızda  ədəbi-bədii  fikrin,  publisistikanın  mədəni  gerçək-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
139 
liklərin  obyektiv  elmi  araşdırılması  bir  zərurətə  çevrilmişdir. 
Məhz  bu  zərurətə  cavab  olaraq  ədəbiyyatımızın  həmin  dövrü 
son illərdə elmi-nəzəri fikirdə intensiv olaraq öyrənilməkdədir 
və  təqdim  olunan  əsər  də  bu  istiqamətdə  atılan  addımlardan 
biridir. 
 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
140 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 
1. Kitablar 
1.
 
Abdullayev  B.  Yusif  Vəzir  Çəmənzəminli  və  folklor. 
Bakı: Elm, 1981. 
2.
 
Ağayev İ.M. Satirik “Zənbur” jurnalı. Bakı:  Azərb. EA-
nın nəşriyyatı, 1969. 
3.
 
Ağayev  İ.M.  Əlabbas  Müznib  (həyatı,  yaradıcılığı, 
əsərlərindən seçmələr). Bakı:  Elm, 2003. 
4.
 
Axundov M.F. Əsərləri. 3 cilddə, II c.,  Bakı: Azərb. EA 
Nəşriyyatı, 1961. 
5.
 
Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, II c., Bakı: Azərb. 
EA Nəşriyyatı, 1960. 
6.
 
Azərbaycan  Xalq  Cümhuriyyəti 
(Ədəbiyyat,  Dil, 
Mədəniyyət quruculuğu). Bakı: Elm, 1998. 
7.
 
Azərbaycan tarixi üzrə qaynaqlar (Professor S.S.Əliyarov 
və  dosent  Y.M.Mahmudovun  redaktəsi  ilə).  Bakı: 
Azərbaycan Universiteti Nəşriyyatı, 1989. 
8.
 
Брандес  Г.  Литература  XIX  века  в  ее  главных 
течениях. Санк-Петербург, 1895, 370 с. 
9.
 
Buzuzu Mahmud, Sonuncu Peyğəmbər, Bakı, 1990. 
10.
 
Cavid H. Əsərləri, 4 cilddə, IV c., Bakı: Yazıçı, 1985. 
11.
 
Cəfər  M.  Azərbaycan  ədəbiyyatında  romantizm,  Bakı: 
Azərbaycan EA  Nəşriyyatı,  1963. 
12.
 
Cəfərov N. Azərbaycanşünaslığa giriş. Bakı, 2002. 
13.
 
Çəmənzəminli  Y.V.  Azərbaycan  ədəbiyyatına  bir  nəzər. 
İstanbul, 1919. 
14.
 
Çəmənzəminli  Y.V.  Bir  cavanın  dəftəri.  Bakı:  Azərnəşr, 
1966. 
15.
 
Çəmənzəminli Y.V. Son bahar. Bakı: Gənclik, 1968. 
16.
 
Çəmənzəminli Y.V. Əsərləri. 3 cilddə, III c., Bakı: Elm, 
1977. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə