T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə38/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
115 
bətində  hansı  meyarları  əsas  götürdüyü  haqda  tam  təsəvvür 
yaradır. O da müasirləri M.Ə.Rəsulzadə, Əli bəy Hüseynzadə, 
Əhməd  bəy  Ağaoğlu  və  b.  kimi  mədəniyyətimizin  tərəqqisi 
naminə  Qərb  mədəniyyətinin  öyrənilməsi  ideyasının  aparıcı 
simalarından  idi.  O,  hər  cür  qərbpərəst  heyrançılıqdan  uzaq 
olmuş, dünya mədəniyyətinə, o cümlədən Qərb mədəniyyətinə 
qovuşmağın  ədəbiyyatımızın,  mədəniyyətimizin  zənginləş-
məsi,  inkişafı  yollarından  biri  olduğunu  dərk  edərək  bu  isti-
qamətdə, bu yöndə böyük işlər görmüşdür. Dərin ensiklopedik 
biliyə  və  universal  zəkaya  malik  olan  Yusif  Vəzir  gözəl 
hekayələr  və  romanlar  müəllifi  kimi  tanınmaqla  yanaşı,  həm 
də  tariximizin,  folklorumuzun,  etnogenezisimizin  öz  vaxtına 
görə  azsaylı  mötəbər  araşdırıcılarından  biri  kimi  də  Qərb 
mədəniyyətinə  münasibətində  özünəməxsusluqları  var  idi. 
Din,  dil  və  irqi  fərqlərdən  asılı  olmayaraq,  bəşəri  sərvətlərin 
ortaqlığı  ideyasını  dəstəkləyən  Yusif  Vəzir  Azərbaycanın 
ümumdünya  mədəniyyətində şərəfli  yeri olduğunu öz araşdır-
maları  ilə  sübut  edirdi.  Görkəmli  yazıçı  və  alim  olan  Y.V. 
Çəmənzəminlinin  həyat yolu, yaradıcılığının inkişafı üzərində 
aparılan  araşdırmalar  göstərir  ki,  onun  vətənpərvərliyi,  millət 
sevgisi  elə  yeniyetməlik  çağlarından  bəşəri  meyarlar  və 
dünyəvi  prinsiplər  əsasında  təşəkkül  tapmış,  sonradan  dünya-
görüşünün  formalaşmasında  həlledici  rol  oynamışdır.  Ədibin 
yaradıcılığında,  əməli  fəaliyyətində  qərbçilik  meyillərindən 
bəhs  edərkən,  şübhəsiz,  bu  cəhətə  ciddi  diqqət  verilməlidir. 
Əgər  nəzərə  alsaq  ki,  onun  Qərb,  o  cümlədən  rus  mənəvi 
mühitinə,  sivilizasiyasına  meyli  yaşadığı  sosial  mühitin  dərin 
mənəvi  böhranları,  sıxıntı  və  sarsıntıları  zəminində  baş 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
116 
vermişdir,  o  zaman  mənzərə  bir  daha  tamamlanmış  olar.  XX 
əsrin  əvvəllərində  bir  sıra  görkəmli  yazıçıların,  ədəbiyyat  və 
incəsənət  xadimlərinin  yetişdiyi,  Azərbaycanın  ən  mühüm 
mədəniyyət  mərkəzlərindən  olan  Şuşa  şəhəri  bir  tərəfdən, 
“Azərbaycan  şəhərləri  içərisində  yenə  də  ən  mədənilərindən 
idi. Şuşada ticarət köhnə dəbdəbəsini saxlayır, Təbriz, Tehran, 
İsfahan,  İstanbul,  Leyspiq,  London,  Paris,  Marsel,  Mançestr, 
Varşava, Moskva, Peterburq kimi dünyanın məşhur şəhərlərinə 
mal-qara,  ipək,  yun,  xalça,  at  və  s.  ixrac  edilir,  əvəzində 
əhalinin ehtiyacını ödəyən müxtəlif mallar gətirilirdi” (44, 10). 
Lakin bununla belə, Şuşa həm də dərin təzadlar, mövhumatın, 
mənəvi  əsarətin,  idrak  korluğunun  meydan  suladığı  ziddiy-
yətlər  şəhəri  idi.  “İştə  cocuqluğumun  bu  dövrünü  əhatə  edən 
insan  həyatı!  Əksərən  səfil,  ac,  avam,  sənətsiz-savadsız”    – 
ədib  həyatının  bu  dövrünü  sonradan  “Həyatımın  iyirmi  ili” 
əsərində  (14)  təsvir  edirdi.  Yusif  Vəzirdə  ilk  şüur  intibah-
larının,  dünyəvi  duyğuların  təşəkkülündə  ailənin  də  müsbət 
rolu  olmuşdur.  Anasından  eşitdiyi  çoxlu  nağıllar,  atasının 
dünyəvi  təhsilə  rəğbəti,  övladlarına  bu  istiqamətdə  təhsil 
vermək  səyi,  təbii  ki,  yeniyetmə  Yusifin  açıqgözlüyündə, 
özünün  bir  çox  həmyaşıdlarından  fərqli  olaraq  dünyagörü-
şünün real aləm əsasında təşəkkül tapmasında az rol oynama-
mışdır. Kitab onların evində əziz sərvət hesab olunurdu. 1887-
ci ildə gənc Yusifin Şuşanın realını məktəbinə daxil olması ilə 
onun  həyatında  yeni  bir  mərhələ  başlanır.  O,  dövrünün 
qabaqcıl  ziyalı  və  maarifpərvərləri:  Haşım  bəy  Vəzirov  və 
Əhməd  bəy  Ağayevlə  tanış  olur.  Əziz  qardaşının  ölümündən 
sonra  onun  zəngin  kitabxanasının  Yusif  Vəzirə  verilməsi, 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
117 
yeniyetmənin ədəbi-ictimai şüurunun formalaşması üçün geniş 
üfüqlər  açır:  “Qardaşımın  kitabxanasının  açarı  mənə  verildi. 
Rus və əcnəbi klassikləri ilə tanış olmağa başladım. Bayron və 
Lermontovu  yaxın  dost  kimi  qəbul  etdim.  Sanki  həyat  yeni 
yoluna girdi” (16, 295). 
Ədibin  xatirələri  –  “Bir  gəncin  dəftəri,  “Həyatımın  20 
ili”,  “Həyatım”  adlı  memuar  səpgili  yazıları  göstərir  ki,  o, 
Qərb  və  rus  ədəbiyyatı  ilə  bağlı  mükəmməl  və  sistemli 
tanışlığa  da  elə  realını  məktəbdə  təhsil  aldığı  illərdən  və  ailə 
kitabxanasındakı  kitabları  mütaliədən  başlamışdır.  Burada  bir 
daha qeyd etməyə ehtiyac var ki, Yusif Vəzirin Qərbə və Qərb 
mədəniyyətinə  münasibəti  hər  cür  heyranlıqdan  uzaq  bir 
münasibətdir.  Qərbin  bir  sıra  hallarda  bəşər  mədəniyyətinə 
pozucu,  diqqətedici  münasibətini  də  kifayət  qədər  hiss  edən, 
xüsusilə sonradan bunu canlı müşahidələri ilə yaxından duyan 
Çəmənzəminli  Qərbə  üz  tutarkən  həmişə,  hər  yerdə  milli 
başlanğıca,  mənsub  olduğu  xalqın  mənafeyinə  istinad  edirdi. 
Qərbin  bugünkü  inkişafında  məhz  Şərqin,  o  cümlədən  Azər-
baycanın  və  Ümumtürk  dünyasının,  onun  mədəniyyətinin 
mühüm oriyentir olduğu mövqeyində duran ədibi narahat edən 
əsas məsələ budur ki, öz keçmişi ilə  yerli-yersiz öyünən Şərq 
müasir mərhələdə tam bir ətalətə uğramışdır; ona görə də belə 
yalançı  qürur  sahiblərinə,  boşboğazlara  üz  tutaraq  kinayə  ilə 
yazırdı:  “Müsəlman  yazıçıları  o  qədər  yazacaqlar  ki,  “biz 
mədəni  olanda  Avropa  vəhşi  idi”,  bir  gün  Avropa  üzünü 
bunlara  çevirib  deyəcək:  “Dədəmlə-dədəni  deyincə,  özünlə-
özümü de” (15, 240). 
1910-cu  ildə  22  yaşlı  Yusif  Vəzirin  Kiyev  İmperator 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə