T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə44/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   38   39   40   41   42   43   44   45   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
133 
hesabına  uğurlu  tərcümə  mümkün  deyildir.  “Füyuzat”  məktə-
binin  tərcümə  prinsipləri  gördüyümüz  kimi,  ən  yüksək  tələb-
lərlə müəyyənləşirdi. 
Bədii  tərcümənin  ədəbiyyatımızın  inkişafının  bu  yeni 
mərhələsində  son  dərəcə  zəruri  olduğu  bir  məqamda  çox  diq-
qətəlayiq bir hal idi ki, bədii tərcümə praktikası ilə yanaşı, çap 
olunmuş  tərcümələrə  ədəbi-tənqidi  münasibət  ifadə  olunur,  
deməli, milli tərcümə nəzəriyyəsi də yaranır və inkişaf edirdi. 
Əhməd  bəy  Ağaoğlunun  da  bədii  tərcüməyə,  ümu-
miyyətlə,  tərcüməyə  xüsusi  əhəmiyyət  verməsi,  şübhəsiz  ki, 
çox təqdirəlayiq idi. Yuxarıda qeyd etmişdik ki, o bəzən hətta 
bir  sıra  yazıçılara  bədii  ədəbiyyatdan  əl  çəkib  tərcümə  ilə 
məşğul  olmağı  məsləhət  görürdü.  “N.Nərimanovun  Qoqolun 
“Müfəttiş”indən  etdiyi  tərcümə”  adlı  məqaləsində  Ə.Ağaoğlu 
həm məqaləsini həsr etdiyi konkret tərcümə haqqında, həm də 
ümumiyyətlə, ədəbiyyatımızda çox ciddi şəkildə mövcud olan, 
müasir  səviyyədə  elmi  təhlillərə,  qiymətləndirmələrə  kəskin 
ehtiyacı  olan  tərcümə  problemi  haqqında  maraqlı,  dəyərli 
mülahizələr söyləyirdi. 
Ə.Ağaoğlunun bütövlükdə “kifayət qədər uğurlu” saydığı 
tərcümə  haqqında  məqaləsi  əslində  əsrin  əvvəllərində  tərcü-
mənin  tənqidi  və  nəzəriyyəsi  sahəsində  mövcud  olan  boşluğu 
doldurmaq  yolunda  atılan  ilk  ciddi  addımlardan  biri  idi.  İstər 
Qərb  dillərindən,  istərsə  də  müxtəlif  Şərq  dillərindən  edilən 
tərcümələrin çox böyük əksəriyyəti, ümumiyyətlə, təhlilə cəlb 
olunmurdu,  ədəbi-tənqidin  diqqətindən  kənarda  qalırdı  və  bu 
da  çox  zaman  ədəbi-tənqidin  onlara  maraq  göstərməməsi  ilə 
deyil, əsasən tərcümənin təhlil meyarlarının olmaması ilə bağlı 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
134 
olduğunu  nəzərə  alsaq,  onda  Əhməd  bəy  Ağaoğlunun  bu 
sahədəki fəaliyyətinin əhəmiyyəti daha da aydın olar. 
Əgər  Əhməd  bəy  Ağaoğluna  qədər  tərcümənin  qiymət-
ləndirlməsində  əsas  meyar  orijinalın  mətninə  ciddi  riayət 
etmək  idisə  və  bu  zaman  çox  məqamlarda  başqa  qiymətlən-
dirmə, təhlil meyarları əsassız olaraq diqqətdən kənarda qalır-
dısa,  artıq  onun  özü  N.Nərimanovun  “Müfəttiş”i  tərcümə  et-
məsi  ilə  bağlı  yazırdı:  “Tərcümə  çox  uğurlu  edilmişdir,  hər-
çənd bizim fikrimizcə, cənab Nərimanov hər iki dilin, Qoqolun 
hekayələrində  xüsusən,  rus  dilinin  xüsusiyyətlərini  nəzərdən 
qaçırdığından,  mətnə  həddən  artıq  tabe  olmuşdur  və  bunun 
nəticəsində orijinalda komizmin-kulminasiya nöqtəsinə çatdığı 
yerlər  tərcümədə  güclə  gülüş  doğurur:  tatar  (Azərbaycan  – 
T.A.)  və  rus  dillərinin  komizmi,  gülməli  vəziyyətləri  ifadə 
etmələri  həmişə  uyğun  gəlmir.  Buna  baxmayaraq,  cənab 
Nərimanovun  əməyi  diqqətəlayiqdir  və  arzu  edərdik  ki, 
müəllif  onu  yeni  tərcümələrlə  zənginləşdirsin  və  bunun  üçün 
klassik  pyesləri  deyil,  ümumbəşəri  və  müasir  pyesləri  seçsin” 
(39, 67). 
Göründüyü kimi, Ağaoğlu tərcümə ilə bağlı məqaləsində 
bir neçə mühüm məsələyə toxunur: 
– tərcüməçinin mətnə həddindən artıq tabe olmaması; 
–  tərcümə  dillərinin,  xüsusilə  tərcümə  edilən  dilin 
xüsusiyyətlərinin nəzərə alınması; 
– tərcümə əsərlərinin düzgün seçilməsi; 
Ə.Ağaoğlunun  tərcümə  olunan  əsərlərin  klassik  ədə-
biyyatdan deyil, müasir, ümumbəşəri ədəbiyyatdan seçilməsini 
tövsiyə  etməsi,  görünür,  onun  oxucuların  müasirləri  olduğu 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
135 
dünya  ilə  tanış  olmaq  imkanı  əldə  etmək  arzusu  ilə  bağlı  idi. 
Lakin başqa bir məqaləsində Əhməd bəy Ağaoğlu özünün irəli 
sürdüyü bu prinsipə zidd çıxır, “müasir romançılar”ın, xüsusilə 
“realist” adlandırılanların çox darıxdırıcı, yeknəsəq olduqlarını 
söyləyir  və  “onların  əsərlərini  axıra  kimi  oxumaq  üçün  öz 
üzərində çox səy etmək, özünü məcbur etmək” lazım olduğunu 
söyləyirdi (39, 68). 
Beləliklə,  aydın  olur  ki,  XX  əsrin  əvvəllərində  fəaliyyət 
göstərmiş  Azərbaycan  şair,  yazıçı,  publisist  və  mütəfəkkir-
lərinin  bədii  tərcüməyə  xüsusi  önəm  verməsi  onların  milli 
ədəbiyyatı  zənginləşdirmək  arzuları  ilə  yanaşı,  həm  də  azər-
baycanlı oxucunu Qərb ədəbiyyatı və mədəniyyəti ilə tanış et-
mək,  ona  dünyanı  tanıtmaq  yolu  ilə  maarifləndirmək,  milləti 
yüksək  mədəni  tərəqqiyə  çatdırmaq  arzuları  ilə  bağlı  olmuş-
dur.    


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
136 
N Ə T İ C Ə 
 
XX əsrin əvvəllərində Çar Rusiyasının müstəmləkəsi olan 
Azərbaycanda  milli-azadlıq  hərəkatının  yeni  bir  dövrə  qədəm 
qoyması milli mədəniyyətimizin də öz inkişafında keyfiyyətcə 
yeni  mərhələyə  yüksəlməsinə  şərait  yaratdı.  Dövrün  özü  çox 
mürəkkəb,  qaynar,  ziddiyyətli  olduğu  üçün  bu  dövrü  əks 
etdirən  ədəbi-mədəni  salnamə  də  eyni  məzmunda  idi.  Bunun 
nəticəsi  olaraq  XX  əsrin  əvvəllərindəki  ədəbi-mədəni  gerçək-
liyin  birtərəfli  öyrənilməsi  qabaqcadan  hər  cür  araşdırmaların 
obyektivliyinə  xələl  gətirir,  dövrün  ədəbi-mədəni  mənzərəsini 
düzgün əks etdirməkdə çətinlik yaradır. 
XX əsrin əvvəllərində Azərbaycandakı geniş xalq kütləsi, 
daha  doğrusu,  əyalətlərdə  yaşayan  əhalinin  ictimai  şüuru  ilə, 
həmin  yüzilliyin  qabaqcıl  meyillərinin  təsiri  altında  forma-
laşmış, dünyanın qabaqcıl sənaye mərkəzlərindən birinə çevril-
miş  və  bu  zəmində  maddi  və  mənəvi  mədəniyyətin  sürətlə 
inkişaf  etdiyi  mərkəzdə  –  Bakıda  yaşayan  ziyalıların  ictimai 
şüuru  arasında  böyük  fərq,  əslində  dərin  uçurum  var  idi. 
Əyalətdəki ictimai şüurda az qala orta əsr ətaləti davam etdiyi 
halda,  sənaye  və  mədəniyyət  mərkəzlərində,  xüsusilə,  Bakıda 
yaradıcı  ziyalıların  milli  tərəqqi  prosesinə  güclü  təkanverici 
fəaliyyəti,  milli-tarixi  inkişafı  yeni  mərhələyə  hazırlayan 
ideallar  işığında  fədakarlığı  meydana  çıxırdı.  Belə  bir 
mürəkkəb  ictimai-tarixi  şəraitdə  yaradıcı  ziyalılarda  Qərbə, 
Avropaya  mədəni  və  ədəbi  məzmun  kəsb  edən  meyillər 
təşəkkül  tapırdı.  XX  əsrin  əvvəllərində  rus  və  Qərb 
mədəniyyətlərinə xüsusi rəğbət və meyil dünya sivilizasiyasına 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə