T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə41/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   38   39   40   41   42   43   44   45   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
124 
müəyyən bir mövzu belə bir-birindən zaman və məkanca ayrı 
olan  bir  çox  millətlərin  arasında  dolaşıb  durmaqdadır”  (121, 
28). 
B.Abdullayev Yusif Vəzirə həsr etdiyi tədqiqatının ayrıca 
bir  bölməsini  –  “Avropa  folklorşünaslığı  haqqında”  adlandır-
mışdır.  Müəllif  Yusif  Vəzirin  rus  və  Qərb  folklorşünaslarına, 
tədqiqatçı  və  alimlərinə,  onların  ideya  və  nəzəriyyələrinə 
yaradıcı-tənqidi münasibətini təhlil edərək göstərir ki, görkəm-
li ədib-alimə görə, “xalq ədəbiyyatını bilmək istəyən şəxs, hər 
şeydən əvvəl, bir çox tarixi məlumatlar əldə etməli, xalq adət, 
ayinlərini  bilməli,  əsatir  qismini  öyrənməli  və  onu  başqa 
xalqlara  mənsub  əsatirlərlə  müqayisə  etməyi  bacarmalıdır.  O, 
Avropa  alimlərinin  bu  baxımdan  yaratdıqları  nəzəriyyələrlə 
tanış olmağı zəruri hesab etmiş və Azərbaycan mətbuatında bu 
haqda ilk dəfə məqalə ilə çıxış etmişdir” (1, 31). 
Həqiqətən,  Y.V.Çəmənzəminli  Qrimm  qardaşlarının 
yaratdığı “mifoloji məktəb”ə, Adalbeot Kun və Vilhelm Şvarts 
kimi  tədqiqatçılara,  Maks  Müllerin  “Günəş  nəzəriyyəsi”nə, 
H.Spenser,  E.Teylor,  Lebbak  kimi  filosof  və  antropoloqlara, 
Avropada geniş yayılmış iqtibas, yaxud Benfey nəzəriyyəsinə, 
V.Stasov, A.Şifner, A.Veselovski, V.Potebnya, V.Müller kimi 
rus  alimlərinə  göstərdliyi  rəğbətli  münasibətdə  eyni  zamanda, 
dərin  və  hərtərəfli  biliyi,  habelə  geniş  erudisiyası  ilə  tənqidi 
mövqedə  durmağı  bacarmışdır.  Yusif  Vəzir  özünəməxsus 
tədqiqatçı-alim  səriştəsi  ilə  heç  bir  Qərb  və  rus  avtoritetinin 
qarşısında  çəkinməmiş,  yeri  gəldikcə  elmi  polemikaya 
girmişdir (1, 32-40). 
Yusif Vəzir göstərirdi ki, Qrimm qardaşları, Şvarts, Kun, 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
125 
Potebnya,  Afanesyev  kimi  tədqiqatçılar  tərəfindən  işlənib 
hazırlanmış “əsatirçilər” - “mifoloji məktəb” nəzəriyyəsinə gö-
rə folklorun nağıl, dastan, əfsanə kimi epik janrları  məhz əsa-
tirlərdən  törəyərək  yayılmışdır.  Avropa  və  Asiya  xalqlarının 
nağıl  və  əfsanələrindəki  bənzəyiş  və  səsləşmələr  də  buradan 
irəli gəlir. 
Ədib bu  doğru  mülahizəni  müdafiə etsə də belə bir fikir 
ilə  qəti  razılaşmır  ki,  guya  əsatirləri  dünyaya  ali  irqə  mənsub 
edilən xalqlar yaymışlar. O, tutarlı bir əks məntiq irəli sürərək 
“Xalq ədəbiyyatının təhlili” adlı məqaləsində  yazırdı: “İbtidai 
əsatir əsrlərdən bəri inkişaf edərək mürəkkəb mövzular şəklinə 
düşməli  idi.  Bir-birindən  məkanca  ayrı,  başqa-başqa  coğrafi-
iqtisadi  və  ictimai  mühitdə  yaşayan  xalqların  “əcdadı” 
əsatirləri  hərə  öz  mühitinə  görə  təkamül  etdirməli  idilər. 
Həqiqəti-hal isə, bunun əksini göstərir, bir çox xalqların şifahi 
ədəbiyyatı  bir-birinə  müsahibdir”  (122,  34).  “Əsatirçilərin” 
irqçilik  qoxuyan  “adi  xalqlar”  anlayışına  qarşı  çıxan  müəllif 
daha  sonra  həmin  müddəanı  birbaşa  tənqidə  cəlb  edirdi: 
“Tarixdən  əvvəl  bir-birindən  ayrılmış  xalqlar  bu  mövzuları 
bütün  təfsilatı  ilə  saxlaya  bilməzdi.  Sonra  müəyyən  və  bir-
birinə  bənzər  mövzuları  yalnız  ari  irqinə  mənsub  qövmlərdə 
deyil, başqa irqlərə məxsus olanlarda da görmək olar” (16, 67). 
Əsası  T.Benfey  tərəfindən  qoyulmuş  və  V.Müller, 
Veselovski,  Stasov  tərəfindən  inkişaf  etdirilmiş  “iqtibas” 
nəzəriyyəsi  barədə  də  ədib  maraqlı  mülahizələr  yürüdür. 
Dünya  folklorundakı  süjet,  mövzu  və  kompozisiya  bənzəyiş-
lərinin  səbəblərini  xalqların  tarixi-mədəni  əlaqələrində  görən 
həmin  nəzəriyyə  tərəfdarlarının  fikricə,  Avropa  folklor 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
126 
süjetləri  Şərqdən  alınmış,  əsasən  və  əksərən  Hindistandan 
iqtibas  olunmuşdur.  Ədib  həmin  nəzəriyyələrin  əhəmiyyətini 
onun  xalq  ədəbiyyatının  tədqiqinə  böyük  yardım  etməsində 
görür.  Məsələn,  müəllif  əfsanəvi  Süleyman  şah  motivi 
üzərində dayanır. Qeyd edir ki, bir əfsanə başqa bir əfsanənin 
də  yaranmasına  təkan  verir.  Əfsanə  öz  doğulduğu  məkanın 
hüdudlarını aşaraq başqa ölkələr və xalqlar arasına yayılır. Bu 
gün  Süleyman  adına  bağlanan  əfsanə  sabah  Cəmşid  adıyla, 
başqa  vaxt  isə  İlyas  adıyla  təzahür  edir.  Həmin  məqalədə 
müəllif  T.Benfey  ilə  polemikaya  girərək,  onun  Şərqin  Qərbə 
təsirini  eramızdan  əvvəl  X  əsrlə  hüdudlandıran  mülahizəsi  ilə 
razılaşmır. O yazır: “Şərqin Qərbə təsiri Benfeyin qeyd etdiyi 
zamandan  daha  əvvəl  olmalıdır.  Təsirdə  şübhəsiz  Zərdüşt-
lüyün  rolu  böyük  olmuşdur.  Mədəniyyət  yayan,  həyatın  və 
yaradılışın əsasını mübarizədə görən bu din xristianlıqdan on-
on beş əsr əvvəl yaxın Şərqdə böyük bir mövqe qazanmışdır... 
Bunların təsiri o qədər böyük idi ki, Pompey ordusu  (xristian-
lığa  bir  əsr  qalmış)  Zərdüştlüyə  qapılmış  və  Mitra  (Mehr) 
allahını mənimsəmişdi” (118, 72). 
Göründüyü  kimi,  Yusif  Vəzir  folklorun  ümumdünya 
təşəkkülü  və  yayılması  ilə  bağlı  nəzəriyyələrdən  danışanda 
belə qədim mədəniyyətin banilərindən olan vətəni ilə fəxr edir, 
onun  insanlığın  tarixinə  bəxş  etdiyi  töhfələrin  nəzəri 
mülahizələrdə nəzərə alınmasını təkidlə vurğulayırdı. 
Rus  və  fransız  dillərini  mükəmməl  bilməsi  sayəsində 
Yusif  Vəzir  hələ  gənc  yaşlarından  geniş  mütaliə  imkanı 
qazanmış,  Qərb  və  dünya  ədəbiyyatı  klassiklərinin  yaradıcı-
lığına  dərindən  bələd  olmuşdu.  O,  bu  klassikləri  mütaliə 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə