Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   15   16   17   18   19   20   21   22   23

hamımız bilirik, amma düĢüncədə bilmək baĢqa, ürəkdə bilmək bambaĢqadır, təmamilə fərqlidir. 

Anan bütün qüruru ilə qarĢımda dik duranda ona deyirdim: «Ürəyini incidirsən». Mənə gülürdü: 

«Gülünc olma,- deyə cavab verirdi, - ürək bir əzələ deyil, qaçmasan canına əzab verməsin». 

Hər Ģeyi anladığı zaman onunla söhbət etməyə, məni ondan uzaqlaĢdıran Ģeyi ona anlatmağa 

çalıĢdım. Ona «doğru, -deyirdim, - sən uĢaq ikən bir müddət sənə qarĢı səhlənkarlıq etdim, ağır 

bir xəstəlik keçirtdim. Xəstə-xəstə səninlə məĢğul olsaydım bəlkə də səhhətim daha ağır 

olacaqdı. Ġndi isə yaxĢıyam, səninlə danıĢa, mübahisə edə, hər Ģeyi baĢdan baĢlaya bilərik». 

Amma bunlar onun vecinə belə deyildi. «Ġndi özümü yaxĢı hiss etməyən mənəm»- deyirdi və 

danıĢmağa razı olmurdu. Mənim düĢdüyüm o çətin vəziyyətə nifrət edirdi. Bunu pozmaq, məni 

öz kiçik cəhənnəmə bənzər dünyasına sürükləmək üçün əlindən gələni edirdi. Öz vəziyyətinin 

bədbəxtlik olduğuna qərar vermiĢdi. Öz içinə çəkilmiĢdi və istəmirdi ki, həyatı haqqında 

yaratdığı düĢüncəsini kimsə kölgə salsın. Məntiqi olaraq xoĢbəxt olmağı arzuladığını söyləyirdi, 

amma reallıqdaysa on altı, on yeddi yaĢında ürəyinin qapılarını hər cür qismətinə bağlamıĢdı. 

Mən yavaĢ-yavaĢ özümə bir nizam yaradarkən o, əlləri baĢının üstündə tərpənmədən durur və 

dünya baĢına uçsun deyə gözləyirdi. Mənim vəziyyətim onu narahat edirdi, kamodun üstündə 

Ġncili gördüyü zaman: «təsəlli axtaracaq nəyin var ki?» -deyirdi. 

Avqusto öləndə cənazəsini götürməyə belə gəlmək istəmədi. Ərim son illərdə çox da yüngül 

olmayan bir damar sərtliyindən evdə uĢaq kimi danıĢa-danıĢa gəzirdi. Ġlaria buna dözmürdü. 

Avqusto bir otağın qapısında görünəndə: «bu bəy nə istəyir?» -deyə bağırırdı. O öləndə anan on 

altı yaĢındaydı, on dörd yaĢındaykən ona ata deməyi tərgitmiĢdi. Avqusto noyabr günlərinin 

birində nahardan sonra xəstəxanada öldü. Bir gün əvvəl ürək iflici keçirdiyi üçün xəstəxanaya 

aparmıĢdıq. Otaqda, yanındaydım, pirjama yerinə bəyaz, arxadan bağlanan bir köynək 

geyindirmiĢdilər. Həkimlərə görə təhlükəni adlamıĢdı. 

Tibb bacısı yenicə yeməyini gətirmiĢdi ki, Avqusto dəli kimi qəfldən ayağa qalxdı və pəncərəyə 

doğru üç addım atdı. «Ġlarianın əlləri, - donuq bir baxıĢla, -ailədən heç kimə oxĢamır»-dedi. 

Sonra yatağına döndü və öldü. Pəncərədən bayıra baxdım, yumĢaq yağıĢ yağırdı. BaĢını 

oxĢadım. 

On yeddi il boyunca heç bir Ģey büruzə vermədən bu sirri ürəyində saxlamıĢdı. 

48 

Günorta oldu, gün açıldı, qar əriyir. Evin önündəki bağçada qarın arasından saralan otlar 



görünür, ağacların budaqlarından su damcılayır. Qəribədir, Avqusto öləndə eyni əzabı 

duymamıĢdım. Ani bir boĢluq var – boĢluq elə eynidir- amma əzabın rəngarəngliyi bu boĢluğun 

içində nizamlanır. Söylənilməyən nə varsa bu boĢluğun içində müəyyənləĢir, geniĢlənir, 

geniĢlənir. Bu, qapısı, pəncərəsi, çıxıĢ yolu olmayan bir boĢluqdur, orda asılı qalan sona qədər 

qalır, bu boĢluq baĢının üstünü, səni, ətrafını bürüyür və davamlı bir səs kimi səni dolaĢdırır. 

Avqustonun Ġlaria haqqında həqiqəti bilməsi və bunu heç zaman mənə söyləməməsi məni də 

sonsuz bir narahatçılıq yaratdı. O anda onunla Ernsto mövzusunda danıĢmaq, mənim üçün onun 

necə bir məna kəsb etməsini söyləyə bilmək, ona Ġlaria barəsində söz açmaq, onunla daha baĢqa 

Ģeylər barəsində mübahisə etmək istəyirdim, amma artıq çox gecdi. 

Bəlkə indi əvvəllər sənə nə söylədiyimi anlaya bilərsən: ölülər yoxluqlarıyla deyil, daha çox 

onlarla bizim aramızda söylənilməyənlər üzündən bizə əzab verirlər. 

Ernestonun ölümündən sonra olduğu kimi Avqustonu itirdikdən sonra da təsəllini dində 

axtardım. Bir az əvvəl bir alman kiĢiylə tanıĢ olmuĢdum, məndən bir neçə yaĢ böyük idi. Mənim 

dini ayinlərdən xoĢlanmadığımı hiss edəndə mənə bir neçə görüĢdən sonra kilsədən kənar yerdə 

görüĢməyi təklif etdi. 

Hər ikimiz də ayaqla gəzməyi xoĢladığımız üçün birlikdə gəzintilərə çıxmaq qərarına gəldik. Hər 

çərĢənbə günü nahardan sonra ayağında pastalları və köhnə bir bel çantasıyla məni götürməyə 

gəlirdi, üzü çox xoĢuma gəlirdi, mənalı cizgiləri olan ciddi üzü məndə dağlarda böyümüĢ bir 

insan təsirini bağıĢlayırdı. 

Əvvəllər onun rahib olması məni qorxudurdu, söylədiklərimin yarısını gizlədirdim, bir qarıĢıqlıq 

yaratmaqda günahlanıb mərhəmətsizcəsinə mühakimə edilməkdən qorxurdum. Qəfldən bir gün 

bir daĢın üstündə oturub dincələrkən mənə dedi: «Özünüzə pislik edirsiniz, bilirsinizmi? Yalnız 




özünüzə». O andan sonra yalan söyləməyi tərgitdim, Ernestonun ölümündən bu yana heç 

kimsəyə açmadığım ürəyimi ona boĢaltdım. DanıĢdıqca qarĢımda bir din adamı olduğunu 

unutdum. Tanıdığım o biri keĢiĢlərin əksinə o, təqsirləndirici, ya da ovuducu sözlərdən istifadə 

etmirdi; ürküdücü mesajları Ģirin bir dillə söyləməyə də səy göstərmirdi. Ġlk anda insana sərt 

təsiri bağıĢlayırdı. «Yalnız əzab insanı təkamilləĢdirir, -deyirdi,- amma əzabla sinə-sinəyə 

gəlməliyik, qaçmağa çalıĢan, ya da ağlayıb sızlayanlar itirməyə məhkumdurlar». 

Qazanmaq, itirmək; istifadə etdiyi bu terminlər sakit və daxili döyüĢümü tamamlamağa 

yarayırdı. Ona görə insan ürəyi bir üzündə aydınlıq olarkən, bir üzü qaranlıq olan yer kürəsi 

kimidi. Övliyaların belə hər yanını iĢıqlırdırmazdı. «Bir bədən sahibi olduğumuz üçün 

kölgədəyik, qurbağalar, həm quruda, həm də suda yaĢayan heyvanlar kimi, bir yanımız burda – 

yerdə yaĢayarkən bir yanımızla yüksəklərə göz dikirik. YaĢamaq yalnız bunun mənasını 

anlamaq, bunu bilmək, iĢığın kölgəyə məğlub olmaması üçün mübarizə aparmaqdır. Mükəmməl 

olduğunu söyləyən hər kəsə etibar etməyin, böyük həqiqətlərin onların cibində hazır olduğunu 

söyləyənlərə inanmayın, yalnız ürəyinizin səsinə qulaq asın» -deyirdi. Onu heyranlıqla 

dinləyirdim, uzun müddət çölə çıxmaq üçün içimdə çırpınan düĢüncələri belə gözəl bir tərzdə 

dilə gətirə bilən bir insan tapa bilməmiĢdim. Sözləri ilə düĢüncələrim nizama düĢürdü, qəfldən 

qarĢımda bir yol açılırdı, bu yolu aĢmaq artıq mənə o qədər mümkünsüz görünmürdü. 

Arada bir çiyninə saldığı çantadan xüsusilə sevdiyi bir kitabı çıxarırdı, fasilə verib, aydın, amma 

inamlı səsiylə bölmələrdən oxuyardı. Onunla rus keĢiĢlərinin dualarını, ürək duasını kəĢf etdim. 

Ġncilin və müqəddəs kitabların o günə qədər anlamadığım bölmələrini anlaya bildim. Ernestonun 

ölümündən sonrakı bu illər boyunca bəli, daxilimə yürüĢ etmiĢdim, amma bu yalnız öz 

bildiklərimin sərhədləri arasında təĢkil olunmuĢ bir səfər idi. Bu səfər zamanı özümü bir nöqtədə, 

bir divarın qabağında görürdüm. Bilirdim ki, yol bu divarın o biri tərəfində daha aydın və 

geniĢdir. Amma necə aĢağağımı bilmirdim. Bir gün qəflətən leysan yağdığından bir mağazanın 

giriĢinə sığındıq. «Ġnsan inam necə sahibi olar?»- deyə içəridəykən ondan soruĢdum. «Buna səy 

göstərilməz, inam özü 49 

gəlir. Sizin inamınız var, amma qürurunuz bunu qəbul etməyinizə əngəl olur, çox sual verirsiniz, 

sadə olanı mürəkkəbləĢdirirsiniz. Həqiqətdə dəhĢətli dərəcədə qorxursunuz. Özününüzü rahat 

buraxın, ortaya çıxacaq nə varsa çıxacaqdır». 

Bundan sonra evə daha qərarsız və ağlım qarıĢıq halda dönürdüm. Bu sözlər məni yaralayırdı. 

Dəfələrlə onu görmək istəmədim, çərĢənbə günü düĢündüm ki, zəng edim və gəlməyin, xəstəyəm 

deyim, amma zəng etmirdim. ÇərĢənbə günü nahardan sonra həmin vaxtında qapıya çıxıb 

gözləyirdim ki, pastaları və bel çantasıyla nə zaman görünəcəkdir. 

Gəzintilərimiz bir ildən çox davam etdi, günlərin bir günü onu vəzifəsindən azad etdilər. 

Sənə anlatdıqlarımdan Tomas atanın qürurlu bir adam olduğunu, sözlərinin və dünyagörüĢünün 

Ģiddət və təəssüb etifa etdiyini düĢünə bilərsən. Halbuki belə deyildi, o bütün varlığıyla tanıdığım 

ən həlim və üzüyola insan idi, Tanrının bir əskəri deyildi. ġəxsiyyətində bir mistizm vardısa da, 

bu tamamilə real, gündəlik dünyaya kök salmıĢ bir mistizm idi… 

«Bu anda burdayıq» -deyə həmiĢə təkrarlayardı. Son dəfə eyni vaxtda ayrılarkən qapıda mənə bir 

zərf verdi. Ġçində dağ mənzərəsi olan bir kart vardı. Üzündə almanca yazılmıĢdı: «Tanrının 

krallığı sizin içinizdədir». Arxasındasa əlyazmayla yazılmıĢdı: «Çinarın altında oturanda özünüz 

deyil, çinar olun, meĢədə meĢə, düzdə düz, insanların arasında insanlarla olun». 

Tanrının hökmranlığı içinizdədir, xatırlayırsanmı? Bu cümlə hələ məni Aquilada olarkən 

təsirləndirmiĢdi. O zaman gözlərimi yumub, baxıĢlarımla daxilimə nəzər salarkən heç bir Ģey 

görə bilməzdim. Tomas Atayla qarĢılaĢdıqdan sonra nəsə dəyiĢmiĢdi, yeni bir Ģey görmürdüm, 

amma bu artıq mütləq bir korluq deyildi, qaranlığın dibində bir iĢıltı hiss edirdim, arada-bir 

fasilələrlə özümü unutmağı bacara bilirdim. Bu, balaca, zəif bir iĢıqdı, kiçik bir qığılcımdı. 

Söndürmək üçün bir dəfə üfürmək bəs idi. Amma bunun varlığı mənə qəribə bir yüngüllük 

verirdi. Daddığım bu duyğu xoĢbəxtlik deyildi, sevinc idi. Özümü daha müdrik, daha 

təkmilləĢmiĢ hiss etmirdim. Daxilimdə böyüyən rahatlıq düĢüncəsi idi: Çöldə çöl, çinarın altında 

çinar, insanların arasında insanlarla ol. 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə