Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

olduğunu söylədi, amma yola çıxmaqdansa kənddə bir müddət baĢını qatdı. VidalaĢmamıĢdan 

qabaq atamdan məni avtomobillə gəzdirmək üçün izn aldı və atam da mənə bir Ģey söyləmədən 

icazə verdi. Nahardan sonra kəndin küçələrində dolaĢdıq, az danıĢırdı. Mənə tarixi abidələr 

haqqında suallar verirdi. Sonra da səssiscə məni dinləyirdi. Məni dinləyirdi, bu mənim üçün 

həqiqətən də bir möcüzə idi. 

Yola çıxdığı gün mənə bir dəstə çiçək gördərmiĢdi. Anam çox həyəcanlanmıĢ, mənsə yarpaqların 

içindəki zərfi açıb oxumaq üçün bir saat keçməsini gözləmiĢdim. Qısa bir zaman ərzində bu 

ziyarətlər mütamadi hal aldı. Hər cümə ertəsi Triesteyə gəlir, bazar axĢamı öz kəndinə dönürdü. 

Kiçik Ģahzadənin tülkünü əhilləĢdirmək üçün nə etdiyini xatırlayırsanmı? Hər gün yuvasının 

önünə gəlib yuvadan çıxmasını gözləyirdi. Beləcə yavaĢ-yavaĢ tülkü onu tanımağa və 

qorxmamağı öyrəndi. Bununla da kifayətlənmədi, kiçik dostunun ona xatırlatdığı hər Ģey 

qarĢısında həyəcanlanmağı da öyrəndi. Mən də eyni üsulla baĢdan çıxarılıb onu gözləməyə, 

çərĢənbə axĢamından həyəcanlanmağa baĢladım. ƏhilləĢdirmə prosesi baĢlamıĢdı. Bundan bir ay 

sonra bütün həyatım həftənin sonunu gözləmək üstündə qurulmuĢdu. Qısa müddətdə aramızda 

dərin bir etibar yaranmıĢdı. Onunla söhbətləĢə bilirdim, mənim ağlımı və öyrənmə arzumu 

dəyərləndirirdı; mən də onun sakitliyindən, dinləmə mədəniyyətindən, gənc bir qadına yaĢca 

daha böyük bir kiĢinin bəslədiyi belə bir etibar duyğusundan xoĢum gəlirdi. 

1940-cı ilin iyun günlərinin birində sadə bir büsatla evləndik. On gün sonra Ġtalya müharibəyə 

qoĢuldu. Anam etibarlı bir yerə, Veneto bölgəsindəki dağlıq ərazidə yerləĢən bir kəndə sığındı, 

mənsə ərimlə Aquilaya getdim. 

Sən o illərin tarixini yalnız kitablardan oxumuĢ, amma yaĢamamıĢdın. Sənə o dövrün bütün 

hadisələrindən söhbət açmamağıma təəccüblənə bilərsən. FaĢizm vardı, irqi ayrılığa yol verən 

qanunlar vardı, savaĢ baĢlamıĢdı və mən özümü bədbəxt hiss edirdim və ona görə də ruhumdakı 

qımıltılarla məĢğul idim. Amma bu davranıĢımın qeyri-adi, qəribə bir hal olduğunu düĢünmə. 

Kiçik siyasi bir qrupdan baĢqa, kəndimizdəkilərin hamısı belə davranırdı. Məsələn, atam 

faĢizmin bir hoqqabazlıq olduğunu düĢünürdü. Evdəykən o, Dücedən- «o, qarpızsatandır» -deyə 

söz açardı. Amma sonra qrupun əhəmiyyətli adamlarıyla nahara gedir, uzun müddət onlarla 

söhbət edirdi. Eyni tərzdə mən də italyanların cümə ertəsinə getməyi, dul bir qadın kimi qara 

köynək geyininib gəzməyi, marĢ söyləməyi son dərəcə gülünc və cansıxıcı görürdüm. Yenə də 

gedirdim, bunu rahat yaĢaya bilmək üçün bir üsul olaraq xarakterizə edirdim. Bəli, yaxĢı bir 

davranıĢ deyildi, ama çox təsadüf olunan bir düĢüncə tərziydi. Rahat yaĢamaq insanın ən güclü 

arzularından biridir, o zaman da beləydi, indi də belədir. Aquilada Avqustonun ailəsinin evinə 

köçdük. Bu, kənd mərkəzində əsillilərə məxsus binanın birinci mərtəbəsində yerləĢən geniĢ bir 

ev idi. Tünd rəngli ağır mebellərlə bəzədilmiĢ, iĢığın çox az düĢdüyü, qorxünc görkəmli ev idi. 

Evə girər-girməz ürəyimin sıxıldığını hiss etdim. Altı ay ərzində tanıdığım bu adamla bir 

rəfiqəmin belə olmadığı bu kənddə və bu evdə necə yaĢayacağımı özümdən soruĢurdum. Ərim 

düĢdüyüm böhranı anlayaraq üç həftə baĢımı qatmaq üçün əlindən gələni edərdi. GünaĢırı 

avtomobillə ətrafdakı dağlara gəzintiyə çıxırdıq. Hər ikimiz təbiət gəzintilərinə vurğun idik. O 

gözəl dağları, təpələrdə qayalar kimi düzülmüĢ evləri gördükcə bir az rahatlaĢmıĢdım. Özümü 

elə hiss edirdim ki, sanki quzeyddən, evimizdən ayrılmamıĢam. Bol-bol söhbət edirdik. Avqusto 

təbiəti, xüsusilə də böcəkləri çox sevirdi. Gəzinərkən mənə çox Ģeyi izah edirdi. 

33 


Təbiət mövzusundakı məlumatlarımın bolluğuna görə ona borcluyam. Həmin iki həftə bizim bal 

ayımız olmuĢdu və sonra o, iĢinə dönmüĢ, mən də böyük evdə təkbaĢıma yeni həyata 

baĢlamıĢdım. Yanımda yaĢlı bir xidmətçi vardı, ev iĢləri ilə o məĢğul olurdu. Bütün kəndli 

xanımlar kimi nahar və axĢam yeməklərini planlaĢdırmaqdan baĢqa bir iĢim yox idi. Hər gün 

təkbaĢına uzun gəzintilərə aludə oldum. Əsəbi addımlarla küçə aĢağı, küçə yuxarı yol ölçürdüm, 

beynimdə çox fikir vardı, bu fikirlərimi açıqlaya bilmirdim. Onu sevirəmmi? -deyə özümdən 

soruĢurdum və yolun ortasında dururdum, yoxsa gözlərim qamaĢmıĢdımı? AxĢamlar, və ya 

süfrəyə oturanda, ona baxır, özümdən ona qarĢı nə hiss etdiyimi soruĢurdum: Bu qəti idi ki, ona 

qarĢı bir Ģəfqət, bir məhəbbət hiss edirdim. Onun da mənə qarĢı bəslədiyi duyğular bunlar 

olmalıydı. Amma bu eĢq idimi? Hamısı bu idimi? Bunu cavablandıra bilmirdim. 




Bir ay sonra ərimin qulağına ilk dedi-qodular dəydı. «Alman qadın,- deyirdilər, -bütün günü 

təkbaĢına küçələrdə gəzir». DəhĢətə gəldim. Mən bu məsum yeriĢlərin belə bir qarıĢıqlığa yol 

açacağını xəyal belə etməzdim. Avqusto üzülmüĢdü. Mənim üçün bunun ağlagəlməz bir Ģey 

olduğunu anlayırdı, amma yenə də kəndin rahatlığını və onun adının Ģərəfi üçün bu təkbaĢıma 

dolaĢmalarıma ara verməyimi xahiĢ etdi. 

Onunla evliliyimin altıncı ayında özümü təmamilə sönmüĢ, solmuĢ hiss edirdim. Ġçimdə olan o 

balaca ölü böyük bir ölüyə dönmüĢdü, robot kimi davranırdım, gözlərimin iĢığı sönmüĢdü, 

donuq-donuq baxırdım. DanıĢanda mənə elə gəlirdi ki, söylədiklərim sanki baĢqasının ağzından 

çıxır. Bu arada Avqustonun iĢ yoldaĢlarının xanımlarıynan tanıĢ olmuĢdum, çərĢənbə axĢamları 

kənd mərkəzindəki bir kafedə otururduq. O zaman eyni yaĢda olmağımıza baxmayaraq 

söhbətimiz tutmurdu. Bir tək ortaq nöqtə o idi ki, eyni dildə danıĢırdıq. 

Avqusto, iĢləri yoluna düĢdükdən az bir müddət sonra ordakı kiĢilər kimi davranmağa baĢladı. 

Artıq yemək zamanı da danıĢmırdıq, ona bir Ģey söyləməyə özümü məcbur etsəm də bir «bəli», 

və «yox»la cavablandırırdı. AxĢamlar, xüsusilə, kluba gedirdi, evdə qalanda da öz otağına 

çəkilib böcək kolleksiyası düzəldirdi. Ən böyük xəyalı o idi ki, heç kimin tanımadığı bir böcək 

tapsın. Bu böcək də öz adıyla adlandırılaraq elmi kitablara düĢsün. Mən isə adımın davamının 

təmamilə baĢqa bir yolla həyata keçməsini – bir övladımın olmasını arzulayırdım. Artıq otuĢ 

yaĢındaydım və zamanın surətlə keçdiyini hiss edirdim. Bu mövzuda da iĢlər çox pis gedirdi. 

Mənə elə gəlirdi ki Avqustonun istədiyi yemək saatlarında evdə birini tapmaq, bazar ertəsi 

kilsədə qürürla ətrafındakılara nümayiĢ etdirəcəyi birinin olmasıydı, amma bu rahatlıq verici 

qadın görüntüsündən xaric tək bir Ģey çatıĢmırdı. O xoĢ və incə adama nə olmuĢdu? Hər Ģey bu 

tərzdəmi davam edəcəkdi? Avqusto quĢların baharda diĢiləri baĢdan çıxarmaq üçün daha 

yüksəkdən oxuduqlarını, yuvanı birlikdə qurmağı qaranti etdiklərni anlatmıĢdı. O da eynilə belə 

etmiĢdi, məni yuvanın içində gördükdən sonra varlığımla maraqlanmağı unutmuĢdu. Ordaydım, 

onu isidirdim, ona bu qədər bəs idi. Ona nifrət edirdim? Xeyir. Sənə qəribə gələcək, amma nifrət 

etməyi də bacarmırdım. Bir insana nifrət etmək üçün onun səni incitməsi, sənə pislik etməsi 

lazımdı, deyilmi? Avqusto mənə heç bir Ģey etmirdi, iĢin ən pis tərəfi də bu idi. Acından 

ölməkdənsə, heç nədən ölmək daha asandır, əzaba üsyan edə bilirsən, heçliyə yox. 

Anam və atamla danıĢarkən onlara hər Ģeyin yolunda olduğunu söyləyir, xoĢbəxt gəlinlərə 

məxsus tərzdə danıĢmağa çalıĢırdım. Onlar da məni etibarlı əllərə əmanət etdiklərinə inanır, bu 

nizamın pozulmasını istəmirdilər. Anam hələ də dağda gizlənirdi, atam ona baxan uzaq bir əmisi 

uĢağıyla evimizdə olurdu. Ayda bir dəfə «yenilik varmı?» -deyə soruĢurdu, mən də ona davamlı 

olaraq «xeyir» -deyirdim. Çox istəyirdi ki, bir nəvəsi olsun, atamı yaĢlanmaqla bərabər heç sahib 

olmadığı bir sevinc bürümüĢdü. Xarakterindəki bu dəyiĢikliyə görə onu özümə bir az daha yaxın 

hiss edirdim. Gözlədikləri Ģey mövzusunda onlarda xəyal qırıqlığı yaratmaq xoĢuma gəlmirdi. 

Bir tərəfdən də bu sonsuzluğun səbəbini ona anlada biləcək qədər də yaxın deyildim. Anam hər 

sətrinə bəzəkli bir bahar ətri daman uzun məktublar yazırdı. «Mənim əziz qızım» 

34 


deyə kağızın yuxarısına, aĢağısına ən incə detallara qədər o gün olan-bitən hər əhvalatı 

sıralayırdı. Ən sonda da nəvəsi üçün, bilmirəm hördüyü neçənci kambinzonu bitirdiyini əlavə 

edirdi. Mənsə getdikcə içimə çəkilir, hər səhər aynada özümü daha çirkin görürdüm. AxĢamlar 

ara-bir Avqustodan nədən susduğunun səbəbini soruĢurdum. O da məndən böcəykləri analiz 

etdiyi böyüdücüdən gözlərini belə çəkmədən «nə haqqında?» - deyə soruĢduqda böcəkləri analiz 

etdiyi böyüdücüdən gözlərini belə çəkmədən «bilmirəm, -deyirdim, -bir-birimizə bəzi Ģeylər izah 

edək». Buna görə baĢını sallayır və: «Olqa sənin xəyal gücün həqiqətən xəstədir»- deyirdi. 

Necə ki, söyləyirlər ki, itlər uzun bir birlikdən sonra sahiblərinə bənzəyir, mənə elə gəlirdi ki, bu 

sözləri ərim haqqında da söyləmək olar. O da zaman keçdikcə bütövlükdə bir böcəyə bənzəyirdi. 

Artıq hərəkətlərində insana xas cəhətlər yox idi, yalnız geometrik hərəkətləriylə, tərpəniĢiylə 

seçilirdi. Səsində də bir qəribəlik vardı, boğazının aydın olmayan bir yerindən metala bənzər bir 

gurultuyla yüksəlirdi. Böcəklərinə və iĢinə ehtirasla bağlıydı və bunlardan baĢqa heç bir Ģey onu 

hərəkətə gətirməzdi. Bir maqqaĢla tutduğu iyrənc bir böcəyi, deyəsən köstəbək çəyirtkəsi idi, 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə