Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

görüntü, amma bütün mənasızlığı ilə sənə duyduqlarımı ötürə bilir. Bir il keçdikdən sonra əzaba 

bir də incimə duyğusu əlavə olundu. Ġnsanların qurban edilməsinə son qoymaq üçün heç kimin 

bir səy göstərməməsinə inana bilmirdim. Sonra vəziyyətlə barıĢmaq məcburiyyətində qaldım. 

Orda neft quyuları deyil, yalnız qayalıq dağlar vardı. Zaman keçdikcə incikliyim qəzəbə döndü 

və bu qəzəb məni höcətcil bir ağac qurdu kimi hələ də içdən gəmirir. 

Bu yaĢımda bir döyüĢün məni belə təsirləndirməsi gülüncdü. Əslində dünyanın hər yerində, hər 

an döyüĢ gedir, səksən ildə buna alıĢmalı, bərkiməliydim. Doğulduğum gündən bəri Karsonun 

yüksək və sarı otları didərginlərin, məğlub olmuĢ, dağıdılmıĢ ordular tərəfindən tapdalandı; əvvəl 

yüksək yaylalarda partlayan bombalarla birlikdə döyüĢ piyadalarını daĢıyan qatarları, sonra 

Rusya və Yunanıstanın müharibə veteranları, faĢizmin və nasizmin qurbanları keçib ketdilər və 

indi sərhəddə yenə də top səsləri eĢidilir, Balkanlarda böyük qiyamdan xilas olmaq istəyən 

məsum insanlar toplu halında evlərini, yurdlarını tərk etmək məcburiyyətindədirlər. 

Bir neçə il əvvəl qatarla Triestedən Venedikə gedərkən bir ekstrasenslə eyni kupedə qaldıq. 

Məndən bir az gənc olan bu xanımın baĢında əzilmiĢ bir Ģapka vardı. Təbii olaraq onun bir 

ekstrasens olduğunu bilmirdim, yanımdakı xanıma söyləyəndə eĢitmiĢdim. 

Karsonun dağlarından keçəndə deyirdi ki, bilirsinizmi, mən burada piyada yerisəm bütün 

ölülərin çığırtılarını eĢidirəm, sarsılmadan keçməyim mümkün deyil. Hamısı qorxunc tərzdə 

bağırıĢırdılar, gənclər daha dəhĢətlə bağırırlar». Sonra o, xanıma harda bir təsirli əhvalat 

yaĢanmıĢsa atmosferində bəzi Ģeylərin sonsuza qədər dəyiĢdiyini baĢa salırdı: Hava tarazılığını 

itirir, pozulurdu və bu yerdə hava baĢqa fəlakətlərin yaranmasını yaradacaq bir gücə bünövrə 

yaradırdı. Belə ki, bu o deməkdir ki, qan tökülən bir yerə təkrar-təkrar qan töküləcəkdir. 

Ekstrasens sözünü bitirərkən demiĢdi: «Yer üzü bir vampirə bənzəyir, qanın dadını bir dəfə 

aldımı yenidən istəyir, yenisini və daha çox arzulayır». 37 

Ġllərlə özümdən soruĢdum ki, görəsən yaĢadığımız bu yerlərdə lənətlənibmi?! Bunu soruĢar, 

amma bir cavab tapmırdım. Səninlə həmiĢə Monrupino qayalığına gedərdik, xatırlayırsanmı? 

Quzey ruzgarları əsərkən mənzərəli yerləri saatlarla seyr edərək vaxt keçirirdik, özümüzü sanki 

bir təyyarədə oturub aĢağıya baxanlar kimi hiss edərdik. Üç yüz altmıĢ dərəcəlik bir görüntü 

meydanı vardı, kim daha qabaq Dolomitlərin zirvəsini tapacaq, kim Venediyi seçə biləcək deyə 

səninlə yarıĢırdıq. Ġndi oraya getmək üçün bədənimin taqəti olmadığından gözlərimi yummağım 

lazımdır. 

YaddaĢın böyüklüyü sayəsində sanki o qayaların seyr nöqtəsində oturmuĢam, hər Ģey gözümün 

önündə, ətrafımda peydə olur. Heç bir Ģey əksik deyil, hətta ruzgarın səsini, seçdiyim mövsümün 

qoxusunu da duyuram. Orada otururam, bir zaman yaranmıĢ əhəng sütunları, geniĢ bəhrəsiz 

torpaqların üstündə irəliləyən zirehli qoĢunları, dənizin maviliyinə doğru yüksələn Ġstria burnunu 

görürəm, ətrafımdakı hər Ģeyə bir-bir baxıram və özümdən, kimbilir, neçənci dəfə soruĢuram: 

«burda pozuq, kəskin bir not varsa hardadır?» 

Bu mənzərəni çox sevirəm və bəlkə də cavab verə bilməməyimin də səbəbi bu sevgidir, əmin 

olduğum tək Ģey bu mənzərələrin burda yaĢayan insanlara güclü təsiridir. Mən, ümumiyyətlə 

belə sərt və incik bir insanamsa, sən də eləsən. Buna görə Karsoya, onun aĢındırma gücünə, 

rənglərinə və onu qamçılayan ruzgara borcluyuq. Biz, nə bilim, Umbria təpələri arasında 

doğulsaydıq daha yumĢaq təbiətli olardıq, hiddət bizim xasiyyətimiz olmazdı. Daha yaxĢı olardı? 

Bilmirəm. YaĢanmayan bir Ģeyin xəyalı qurulmaz! 

Nə isə, bu səhər kiçik bir uğursuzluq yaĢadım; mətbəxə girən an balaca quĢu bezlərın arasında 

cansız gördüm. Son iki gündə nisgilləmiĢdi, az yeyir, hətta iki loxma arasında da yuxuya gedirdi. 

Gün doğmamıĢdan qabaq ölməliydi, çünki əlimə götürəndə sanki boynu qırılmıĢ yay kimi yana 

düĢdü. YumĢaq və soyuq idi. Onu bir parçaya bürüməmiĢdən qabaq bir xeyli oxĢadım. Bir az 

isitmək istəyirdim. Bayırda lopa-lopa qar yağırdı. Busku bir otağa salıb bayıra çıxdım. Kürəyi 

aldım, yeri qazmağa taqətim olmadığından torpağın ən yumĢaq olduğu ləki seçdim. Ayağımla 

kiçik bir çuxur açdım, quĢu oraya qoyub üstünü örtdüm və evə dönmədən quĢları basdırarkən 

etdiyimiz duanı oxudum: «Tanrım, bu balaca canı da o birilər kimi yanına qəbul et». 

Sən uĢaqkən nə qədər canlının köməyinə çatıb xilas etməyə çalıĢırdıq? Hər fırtınalı gündən sonra 

yaralı bir quĢ tapırdıq; sərçələr, qaratoyuqlar, qaranquĢlar… Onların yaĢaması üçün əlimizdən 




gələni edərdik, amma bizim səylərimiz hər zaman eyni nəticəni verməzdi. Bir gündən o birinə 

keçməmĢ ölərdilər. Aman Allah, o gün nəecə bir faciə yaranırdı, bu bir neçə dəfə təkrarlansa da 

sən pəriĢan olurdun. Onları basdırarkən burununu silər, gözlərini əllərinlə qurulayardın, sonra da 

otağına çəkilib yas saxlayardın. 

Bir gün məndən, ananı necə tapacağımızı soruĢdun, göy üzü o qədər böyük idi ki, itmək çətin 

deyildi. Mən də sənə göy üzünün böyük bir otelə bənzədiyini, yuxarıda hər kəsin bir otağı 

olduğunu, bir-birilərini sevən insanların o otaqlarda görüĢüb sonsuza qədər birlikdə yaĢadıqlarını 

söyləmiĢdim. Bu fikir səni bir müddət rahatlamıĢdı. Amma dördüncü, ya da beĢinci akvarium 

balığın öləndə mövzu yenə gündəliyə gəldi və mənə dedin: «YaxĢı da, yer qalmazsa?». «Yer 

qalmazsa, -deyə səni cavab verdım, -gözlərini bir an üçün yumub bir dəqiqə müddətində geniĢlən 

otaq!» -deyə düĢünmək bəsdir. O zaman otaq böyüyər və yer açılar». 

Bu uĢaqlıq anlarının xatirələrini hələ hafizəndə saxlayırsanmı, yoxsa zırhın onları sürgünə 

göndərdi? Bu gün quĢcuğazı basdırarkən ağlıma gəldi, «geniĢlən otaq!» - nə gözəl bir sehrdir! 

Əlbəttə anan, qaranquĢlar, sərçələr, akvarium balıqları deyərkən sənin otağın bir stadionların 

tribunaları kimi dolmuĢ olmalıdı. Yaxında mən də bu dünyanı tərk edəcəyəm, məni otağına 

qəbul edəcəksənmi, yoxsa yaxınlıqda bir yermi kirayələmək məcburiyyətində qalacam? Ġlk 

sevdiyim insanı da dəvət edə bilərəmmi, sonda səni həqiqi babanla tanıĢ edə bilərəmmi? 

38 


Həmin gün, sentyabr axĢamı Porretta dayanacağında qatardan enəndə nələri düĢünüb, nələri 

xəyal etmiĢdim? Qəti olaraq heç bir Ģeyi. Havada Ģabalıd ağaclarının qoxusu vardı və 

düĢündüyüm sifariĢ verdiyim pansionu tapa bilmək idi. O zamanlar daha çox təcrübəsiz, taleyin 

aramsız iĢlərindən xəbərsizdim. Tək inamım gələcəyimin iradəmi yaxĢı, ya da pis yolda 

istifadəmə bağlı olaraq peyda olacaqdı. Perona addımımı atdığım və çamadanı yerə qoyduğum 

anda iradəm zəiflədi, heç bir Ģey istəmirdim, ya da bir Ģey istəyirdim, o da rahatlığa qovuĢmaqdı. 

Babanla ilk axĢam qarĢılaĢdım, qaldığım pansionda bir nəfərlə yemək yeyirdi. Olduqca kəskin 

bir səslə siyasi mövzuda mübahisə edirdi, səsinin tonu məni o an narahat etdi. Yemək yeyərkən 

bir neçə dəfə qəzəblə gözlərimi ona dikdim. Sabahısı gün onun sanatoriyanın həkimi olduğunu 

öyrənəndə necə çaĢdım! On dəqiqəyə qədər mənə sağlamlığım mövzusunda suallar verdi. 

Qəlbimi dinləyərkən qıĢqırırmıĢ kimi: «Ey, bu nə qorxudur!» dedi və qəhqəhə çəkdi. Təzyiq 

cihazını qurmasıyla civə ən yüksək dərəcəyə çatdı. «Yüksək təzyiqdənmi gileylənirsiniz?»-deyə 

bu dəfə soruĢdu. Öz özümə çox qəzəblənmiĢdim, bu qədər qorxmalı bir Ģey yoxdu deyə 

təkrarlayırdım, bu yalnız vəzifəsini yerinə yetirən bir həkimdir, bu qədər həyəcanlanmaq nə 

normal, nə də doğru bir Ģeydir deyirdim. Amma nə qədər təlqin etsəm də heç cür sakitləĢə 

bilmirdim. Qapının ağzında resepti verərkən əlimi sıxdı; «Bir az dincəlin, nəfəs alın,- dedi, -

yoxsa səfalı sular iĢə yaramaz». 

Həmin axĢam yeməkdən sonra gəlib masamda oturdu. Hətta sabahısı gün kəndin küçələrində 

çənə vuraraq gəzintiyə də baĢlamıĢdıq. Əvvəllər məni narahat edən tükənməz enerjisi indi 

marağımı çəkməyə baĢlamıĢdı. Söylədiyi hər Ģeydə ehtiras, hərəkət vardı; onun yanında olarkən 

hər cümləsinin və bədəninin yaydığı hərarətin sənə keçməməsi qeyri-mümkünidi. 

Bir zamanlar qəzetdə oxuduğuma görə son nəzəriyyələr eĢqin ürəkdə deyil, burunda baĢladığını 

söyləyir. Ġki insan qarĢılaĢıb bir-birini xoĢladıqları zaman balaca hormonlar ifraz olurmuĢ. Bu 

hormonlar burundan girib beyinə qədər gələr və beynin gizli bir bükümdə fırtına yaradırmıĢ. 

Nəticə olaraq, duyğular gözlə görünməz qoxudan baĢqa bir Ģey deyildir - deyə məqalə bitirdi. Nə 

qədər mənasız! Həyatında əsl sevənlər bilir ki, bu iddialar ürəyi sügünə göndərmək səylərinin 

uğursuz bir nümunəsidir. Əlbəttə, insanın öz qoxusu da böyük həyəcan dalğaları yaradır. Amma 

onu xəbərdar etmək üçün əvvəl baĢqa bir Ģeyin olması lazımdır. 

O günlərdə Ernestonun yanında olarkən məndə belə bir düĢüncə yarandı ki, bədənimin hüdudları 

yoxdur. Ətrafımda toxunulmaz bir havanın olduğunu, sərhədlərimin daha da geniĢləndiyini və bu 

geniĢliyin hər hərəkətimlə havada titrədiyini hiss edirdim. Bilirsən ki, çiçəkləri bir neçə gün 

sulamasan nə olur? Yarpaqları gücsüzləĢir, iĢığa doğru yüksəlməkdənsə kədərli bir dovĢanın 

qulaqları kimi aĢağı sallanırlar. Budur, əvvəlki illərdə mənim də həyatım susuz qalmıĢ bir bitki 

kimiydi, gecənin Ģehi mənə sürünə biləcəyim qədər qida vermiĢdi, bundan baĢqa heç bir Ģey 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə