Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   15   16   17   18   19   20   21   22   23

yoxdu, ancaq sürünmək üçün gücüm qalmıĢdı, bu qədər. Özünə gəlməsi üçün çiçəyi bir dəfə 

sulamaq bəsdir, o an yarpaqları dirilir. Ġlk həftə mənə də belə oldu. Oraya getdikdən altı gün 

sonra səhər aynada özümə baxarkən baĢqa bir insan olduğumu gördüm. Tənim daha yumĢaq və 

hamar, gözlərim daha iĢıltılıydı, geyinəndə nəğmə söyləməyə baĢladım, bunu uĢaqlığımdan bəri 

etməmiĢdim. 

Hekayəni dinlədikdə, bəlkə də belə bir xoĢbəxtliyi yaĢayərkən narahatlıq, vicdan əzabı çəkib-

çəkmədiyimələ maraqlanırsan. Evli bir qadın idim, belə bir ehtiyatsızlıq edib baĢqa bir kiĢinin 

dostluğunu necə olur ki, qəbul edə bilirdim? Halbuki, özümə heç sual da vermirdim, heç 

Ģübhələnmirdim, üstəlik hiss etməyə qadir deyildim. Bunun əsl səbəbi yaĢadıqlarımın yalnız 

bədənimi maraqlandırmasıydı. QıĢda yollarda günlərlə süründükdən sonra isti bir yuva tapan bir 

piĢik balası kimiydim, soruĢulası heç bir Ģey 39 

yox idi, ordydım və bu hərarəti hiss edirdim. Üstəlik özümə inamım o qədər az idi ki, bir kiĢinin 

mənə qarĢı bu cür maraq duyacağını da xəyalıma gətirə bilmirdim. 

Ġlk bazar günü ayinə gedərkən Ernesto maĢını yanımda saxladı. Pəncərədən baĢını uzadaraq: 

«Hara gedirsiniz?» -deyə soruĢdu, mən cavab verər-verməz avtomobilin qapısını açdı və dedi: 

«Mənə inanın, kilsəyə getməkdənsə, meĢədə gözəl bir gəzintiyə çıxsanız Tanrı daha çox 

sevinər». Uzun dolanbaclı yollardan sonra Ģabalıd ağaclarının arasıyla uzanan bir cığırın baĢna 

gəldik. Belə daĢlı yolda yeriyə bilmək üçün ayaqqabılarım yaramırdı, tez-tez büdrəyirdim. 

Ernesto əlimdən tutanda bu mənə dünyanın ən mümkün Ģeyi kimi gəldi. Uzun zaman səssizcə 

yeridik. Havada payızın qoxusu hiss olunmağa baĢlamıĢdı, torpaq nəm idi, ağaclarda yarpaqların 

çoxu saralmıĢdı, onların arasından süzülən iĢıq rəngarəng çalarlarla əks olunurdu. Ağaclar 

seyrəkdi, bir anda nəhəng bir Ģabalıd ağacına rast gəldik. Öz çinarımı xatırlayaraq onun yanına 

getdim, əvvəl onu əlimlə oxĢadım, sonra yanağımı dayadım. Ernesto da baĢını ağaca dayadı. 

TanıĢlığımızdan bəri gözlərimiz heç bu qədər yaxın olmamıĢdı. 

Səhərsi gün onu görmək istəmədim. Dostluq baĢqa bir Ģeyə çevrilirdi və düĢünməyə ehtiyacım 

vardı. Artıq kiçik bir qız deyil, evli qadın idim, o da evliydi. Üstəlik bir uĢağı da vardı. Mən o 

gündən qocalıncaya qədər bütün həyatımı planlaĢdırmıĢdım. Hesaba almadığım və bu nizamı 

pozacaq hər hansı bir Ģey məni narahat edirdi. Yenilik ilk addımda qorxudur, irəliləmək üçün bu 

qorxu duyğusunu aĢmaq gərəkdir. Bu səbəbdən bir an «bu böyük bir axmaqlıqdı, həyatımın ən 

böyük axmaqlığı, hər Ģeyi unutmalıyam, olub bitən o çox az Ģeyi də silib atmalıyam» - deyə 

düĢünür, bir an sonra da axmaqlığın daha böyüyünün bu fürsəti qaçırmaq olacağını düĢünürdüm, 

çünki uĢaqlığımdan bəri ilk dəfə özümü canlı hiss edirdim, ətrafımda hər Ģey titrəyirdi, içimdə 

titrəyirdi, bu yeni vəziyyətdən imtina etmək mənə çətin gəlirdi. Bununla yanaĢı bir Ģübhə də 

duyurdum. Bu, az çox bütün qadınların duyduğu bir Ģübhəydi. Görəsən mənimlə zarafatmı 

edirdi, məqsədi mənimlə əylənməkdimi? Bütün bü düĢüncələr pansionda tək-tənha oturarkən 

ağlımı qarıĢdırırdı. 

O gecə dördə qədər yuxuya getmədim, çox həyəcanlıydım. Artıq ertəsi gün səhər özümü halsız 

hiss etmirdim, geyinərkən nəğmə söyləməyə baĢladım, bir neçə saatın içində içimdə dəhĢətli bir 

yaĢama arzusu doğmuĢdu. Ora getdiyimin onuncu günündə Avqustoya bir məktub göndərdim: 

«Hava xarüqə, yeməklər orta səviyyədədir, ümidliyəm»- deyə yazmıĢ və onu məhəbbətlə 

qucaqladığımı bildirmiĢdim. Bir əvvəlki gecəni Ernesto ilə keçirmiĢdim. 

O gecə qəfldən bir Ģeyi sezmiĢdim, bədənimizlə ruhumuz arasında çox kiçik pəncərə vardı, açıq 

olduqları zaman burdan duyğular keçirdi, bağlı olduqda heç nə keçə bilmirdi. yalnız sevgi 

hamısını birdənbirə Ģiddətli bir fırtına kimi aça bilirdi. 

Porrettada qaldığım son həftədə həmiĢə birlikdəydik. Uzun sürən gəzintilərə çıxırdıq, boğazımız 

quruyana qədər söhbət edirdi. Ernestonun söhbətləri Avqustonunkindən nə qədər fərqliydi. Onda 

hər Ģey ehtirasdı, həyəcandı, ən çətin mövzulara ustalıqla giriĢməyi bacarırdı. Tanrıdan çox söz 

açırdıq, əl-ələ tutulan bu real dünyanın o tərəfində baĢqa bir Ģeylərin olub-olmadığını mübahisə 

edirdik. O müqavimət hərakatına qatılmıĢ, dəfələrlə ölümlə üz üzə gəlmiĢdi. Elə o anlarda onda 

daha ali bir Ģeyin mövcud olması düĢüncəsi doğmuĢdu, qorxudan deyil, bu Ģüurun daha geniĢ bir 

məkana yayılmasıydı. 



Mənə deyirdi ki, dini qaydalara uymaram, əsla Tanrının evinə getmərəm, əsla doğmalara, mənim 

kimi insan oğullarının uydurduğu nağıllara inanmaram. Sözləri bir-birimizin ağzından tuturduq, 

eyni Ģeyləri düĢünürdük, eyni tərzdə dilə gətirirdik, sanki iki həftə deyil, uzun illərin tanıĢları 

kimiydik. 

Ernesto tale mövzusunda çox inamlı idi. «Hər kiĢinin həyatında»- deyirdi,- « mükəmməl tək bir 

qadın vardır, hər qadının da həyatında bütünlüyünə çata biləcəyi tək bir kiĢi vardır». Amma buna 

nail olmaq çox az insana nəsib ola n alın yazısıdı. Yerdə qalan hər kəs isə qənaətsizlik, davamlı 

bir intizar içində yaĢamaq məcburiyyətindədir». «Belə bir qovuĢmanı neçə insan bacara bilmiĢdir 

ki… -deyirdi, - on mində, milyonda bir insan 40 

olarmı? On milyondan biri ola bilər, bəli. Geridə qalan baĢqa evliliklər ara düzəltmələr, cinsi 

xoĢlamalardır, keçicidir, fiziki, Ģəxsi, ya da sosial məsələlər üzündən qurulmuĢdur». Bu 

hökmlərdən sonra da təkrarlamadan əlavə edirdi: «Biz necə də Ģanslıyıq, deyilmi? Kim bilir, bizi 

nələr gözləyir, kim bilir?». 

Yola çıxacağım gün o, qatar dayanacağında gözləyərkən mənə sarıldı və qulağıma pıçıldadı: 

«daha əvvəl həyatımızın hansı dövründə qarĢılaĢmıĢdıq. «Lap çoxunda»- deyə cavab verdim və 

ağlamağa baĢladım. Çantamda onun Ferraradakı ünvanını gizlətmiĢdim. 

Səfər zamanı yaĢadığım duyğuları sənə anlatmağıma gərək yoxdur, sarsılmıĢdım, hər Ģey çox 

qarıĢıqdı. O saatlarda artıq baĢqa fərqli bir həyatın lazım olduğunu anlayırdım, qatarda aynaya 

baxarkən üz ifadəmi nəzərdən keçirirdim. Gözlərimdəki iĢıq, parıltı yox olmalı, sönməliydi. 

Məndə havanın düĢdüyünün göstəricisi olaraq yalnız yanaqlarımın allığı qala bilərdi. Həm atam, 

həm Avqusto məni çox gümrah gördülər. Əslində atam: «suların möcüzələr yaratdığını bilirdim» 

- deyirdi. Avqusto da heyranlıqla tmənə iltilaflar yağdırırdı. 

Ürəyin azad qaldığı müddətdə heç kəsin diqqətini çəkməzsən; sonra bir insana bağlananda sən 

artıq baĢqalaryıla maraqlanmaz olarkən hamı arxanca düĢər, səni tərifləyər. Bu, sənə daha əvvəl 

söz açdığım pəncərələrlə bağlıdı. Bunlar açıq isə bədən ruha, ruh bədənə müdhiĢ bir iĢıq verir. 

Eyni tərzdə bir-birinə əks olarlar. Qısa bir zaman ərzində ətrafında qızıl rəngində, isti bir hava 

peyda olar, bu hava bütün kiĢiləri, balın ayıları çəkməsi kimi sənə doğru çəkər. Avqusto da 

özünü bu təsirdən uzaq saxlaya bilməmiĢdi və mən də, amma sənə qəribə gələcək, ona qarĢı incə 

davranmaqdan çətinlik çəkmirdim. Əlbəttə, Avqusto daha bu dünyanı bir az ürəkdən yaĢasa, bir 

az daha gözaçıq olsa baĢ verənləri anlamaqda çətinlik çəkməyəcəkdi. Evləndiyimizdən bəri ilk 

dəfə onun iyrənc böcəklərinə təĢəkkür etməyə borcluydum. 

Ernestonu düĢünürdümmü? Əslində bundan baĢqa heç nə etmirdim. Amma doğru termin 

«düĢünmək» deyildi. DüĢünməkdən çox ona görə yaĢayırdım, o mənim içimdə yaĢayırdı, hər 

hərəkətimdə, hər düĢüncəmdə eyni bir insan idik. Ayrılarkən öncə mənim məktub yazmağım 

mövzusunda razılaĢmıĢdıq, çünki onun yaza bilməsi üçün məktubların göndərilə biləcəyi etibarlı 

bir rəfiqə tapmağıma ehtiyac vardı. 

Ġlk məktubumu Bütün Əzizlər Yortusu ərəfəsində göndərdm. Bu müddət əlaqəmizin ən qorxunc 

dövrü oldu. Ən böyük, ən mütləq münasibətlər belə araya uzaqlıq girdikdə Ģübhələrə səbəb olur. 

O üç həftə hər Ģeyi yenidən düĢünürdüm. DüĢünürdüm ki, əyər Ernesto can sıxıntısından 

sanatoriyaya yalnız gələn qadınlarla könül əyləndirən bir adam isə? Günlər keçirdi, məktub 

gəlmirdi və mənim bu Ģübhəm reallığa çevrilirdi. O zaman «bəsdir!» deyirdim, bu zərərli bir 

təcrübə sayılmaz. Buna yol verməsəydim bir qadının nələr hiss edə biləcəyini öyrənmədən 

yaĢlanacaqdım. Anlayırsanmı, birtəhər özümü sakitləĢdirməyə, rahatlanmağa çalıĢırdım. 

Atam, deyəsən Avqusto da mənim kefimin olmadığını hiss etdilər: olmayan bir Ģey üstündə 

deyinirdim, biri otaga girərsə mən çıxırdım, tək qalmaq istəyirdim. Ernesto ilə birlikdə 

keçirdiyimiz günləri davamlı olaraq yenidən yaĢayırdım. Onun səhv bir hərəkətini tapmaq üçün 

hər an hər bir hərəkətini xatırlayıb nəzərdən keçirirdim. Məni bu, ya da baĢqa bir Ģübhəyə 

salacaq bir dəlil axtarırdım. Bu iĢgəncə nə qədər davam etdi? Ay yarım, ya da iki ay olardı. 

Noeldən əvvəlki həftə araçılıq edən rəfiqəmin evinə məktub gəldi, ehtiĢamla beĢ səhifəlik bir 

əlyazmayla yazılmıĢdı. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə