Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   15   16   17   18   19   20   21   22   23

NəĢəm o an yerinə gəldi. Məktub yazıb, cavabını gözləməklə qıĢ, sonra bahar da qurtardı. 

Dayanmadan Ernestonu düĢünməyim zamanı dərk etmə qabiliyyətimi dəyiĢdirmiĢdi, bütün 

enerjim qeyri-müyyən bir gələcəyə - onu təkrar görə biləcəyim hər hansı bir ana yönəlmiĢdi. 

Məktubundakı dolğunluq bizi bir-birimizə bağlayan duyğudan əminliyimi saxlamıĢdı. Bəlkə bu 

uzun ayrılığın bizdə dərin bir əzab yaratmaması sənə qəribə görünə bilər, amma doğru deyildi ki, 

əzab çəkmirik. Mən də, Ernesto da bu məcburi ayrılıq uzündən 41 

məhv olurduq, amma bu baĢqa duyğulara qarıĢmıĢ bir əzab idi, həsrət həyəcanı içində əzab ikinci 

plana keçirdi. Evli və yetkin insanlarıq, hadisələrin baĢqa cür olmayacağını bilirdik. Bəlkə bunlar 

bu gün olsaydı mən bir ay belə keçmədən Avqustoya boĢanmaq istədiyimi söyləyərdim, o da 

arvadından ayrılardı və Noeldən qabaq eyni evdə yaĢamağa baĢlayardıq. Hələ də mənə elə gəlir 

ki, münasibətlərdəki asanlıq sevgini ucuzlaĢdırır, xəfiflədir. Necə ki, keksi hazırlayarkən mayanı 

yaxĢı qarıĢdırmasan onda keksin üzü eyni formada qabarmaqdansa, yalnız bir tərəfi qabarar, 

partlayar, keks dağılar və qabdan lava kimi axmağa baĢlayar. Ehtirasın oxĢarsızlığı da belədir, 

axıb gedər. 

O dövrlərdə sevdiyin bir insanın olması çox sadə bir Ģey deyildi. Əlbəttə Ernestoyçün daha asan 

idi. Həkim olduğu üçün hər zaman seminar, yarıĢ, təcili bir hadisə uydura bilərdi, evdarlıqdan 

baĢqa bir peĢəsi olmayan mənim kimilər üçün bu, qeyri-mümkün idi. Heç Ģübhə yaratmadan bir 

neçə saat, ya da bir neçə gün evdən uzaqlaĢmaq üçün tutarlı bir bəhanə tapmalıydım. Bu 

səbəbdən Pasxa bayramından əvvəl Latın dili həvəskarları adlı bir dərnəyə üzv oldum. Mənim 

qədim dillərə maraq göstərdiyimi bilən Avqusto nə Ģübhələndi, nə də bunun əksinə çıxdı, hətta 

deyərdim ki, buna həvəsim olduğuna görə sevindi. 

O il gözlərimi yumub açınca yaz gəldi. Ġyunun sonunda hər il olduğu kimi Ernesto isti sulara 

döndü, mən də Avqusto və atamla birlikdə dəniz kənarına getdim. O ay Avqustoya bir övlad 

sahibi olmaq arzumu bildirdim. Otuz bir avqustda erkəndən Avqusto məni Porretta qatarına 

apardı. Yol boyunca həyəcandan yerimdə dura bilmirdim, pəncərədən keçən il gördüyüm yerləri 

görürdüm, yenə də hər Ģey mənə bambaĢqa görünürdü. 

Ġsti sularda üç həftə qaldım, bu üç həftəni həyatımın geridə qalan hər günündən mənalı yaĢadım. 

Bir gün Ernesto iĢdəykən parkda gəzirdim: o an ağlıma ölümün nə qədər gözəl olacağı gəldi. 

Qəribə görünə bilər, amma ən mənalı xoĢbəxtlik ən qorxunc bədbəxtlik qədər zidd bir arzunu 

yarada bilər. Sanki uzun müddətdir yeriyirəm, illərdir bu mövzuda torpaq yolları aĢıram: daha 

irəli gedə bilmək üçün kiçik bir külünglə özümə bir tunel açırdım, irəliləyirdim və ətrafımda, 

ayaqlarımın altında heç bir Ģeyi görə bilmirdim. Önümdə bir uçurum, bir çuxur, böyük bir kənd, 

ya da bir çöl ola bilərdi - deyə düĢünərkən qoruq birdən-birə açılmıĢdı, hiss etmədən təpəyə 

dırmaĢmıĢ, özümü qəflətən bir təpənin zirvəsində görmüĢdüm. Bir az əvvəl günəĢ doğmuĢdu, 

önümdə dağlar fərqli tonlarda üfüqə doğru uzanırdı, hər Ģey açıq-maviydi, yüngül bir yel təpəni, 

təpəni və baĢımı, baĢımı və içindəki düĢüncələri oxĢayırdı. Hərdən aĢağıdan bir gurultu, bir it 

hürüĢməsi, bir kilsə zənginin səsi eĢidilirdi. Hər Ģey qəribə bir xəfiflikdə və intensiv idi. Ġçimdə 

və çölümdə hər Ģey bir-birinə əngəl yaratmadan nizamla yerləĢmiĢdi. Artıq buradan enmək, o 

meĢəyə dönmək istəmirdim, özümü maviliyə atmaq, sona qədər orda qalmaq, həyatla zirvədə 

vidalaĢmaq istəyirdim. Bu düĢüncələr axĢamadək, Ernestonu görənə qədər beynimdə dolaĢdı. 

Amma axĢam yeməyində ona söyləməyə cəsarət etmədm, güləcəyindən qorxdum. Gecə otağıma 

gəlib mənə sarılanda söyləmək üçün ağzımı qulağını yaxınlıĢdırdım. Ona demək istəyirdim ki, 

ölmək istəyirəm. Halbuki nə söylədim: «Bir uĢaq istəyirəm». 

Porrettadan ayrılanda hamilə olduğumu bilirdim. Zənn edirəm Ernesto da bilirdi, çünki son 

günlərdə canı sıxılırdı, az danıĢırdı. Mənsə elə deyildim. Bədənim, içimdə yeni bir can doğduğu 

səhərdən baĢlayaraq dəyiĢməyə baĢladı, uzüm daha iĢıltılı oldu. Belə qısa zamanda insan 

fiziologiyasının yeni vəziyyətə uyğunlaĢması inanılmazdı. Bir anda özümü sonsuz bir 

xoĢbəxtliyə bürünmüĢ hiss edirdim. O ana qədər heç zaman belə bir Ģey yaĢamamıĢdım. 

Qatarda tənha qalanda beynimə qorxunc düĢüncələr daraĢdı. Ernestonun yanında olduğum 

müddətdə uĢağı qoruyacağımdan əmin idim. Avqusto, Triestedəki həyatım, insanların dedi-

qodusu, hər Ģeydən o qədər uzaq idik ki. Artıq təhlükənin yaxınlaĢdığını hiss etməyə 

baĢlamıĢdım, hamiləliyimin sürətlə davam edəcəyini düĢünüb tez bir qərara 42 




gəlməliydim. Verdiyim qərardan vaz keçməməliydim. Üstəlik anladım ki, uĢağı məhv etmək 

saxlamaqdan daha çətindi. Bunu Avqustodan gizlədə bilməzdim. Bu qədər müddətdə bir övlad 

sahibi olmaq arzusundan sonra ona bunu necə izah edə bilərdim ki? Əslində mən onu heç 

aldırmaq istəmirdim; içimdə böyüməkdə olan bu canlıdan bir an qabaq azad olmaq ən böyük 

səhv idi. Bu bir arzumun reallaĢması idi, o bəlkə də bütün həyatımın ən böyük və ən davamlı 

arzusuydu. 

Bir insanı sevəndə-onu bütün bədən və ruhunla sevəndə ondan bir uĢaq istəmək ən təbii Ģeydir. 

Burada zehni, məntiqi təməllərə dayanan bir seçim əsas məsələ deyildir. Ernestonu 

tanımamıĢdan qabaq bir övladımın olmasını xəyal edirdim və bunu niyə istədiyimi, artıq və 

əksiklikləri çox yaxĢı blilirdim. Bu məntiqi bir seçimdi, çünki artıq müəyyən yaĢdaydım və çox 

tənhaydım. Çünki bir qadın idim və ana olmaq qadınların vəzifəsidir. Anlayırsanmı? Amma o 

gecə Ernestoya arzumu söylədiyim zaman bu, ayrı bir Ģeyi idi, tam olaraq yaxĢı niyyətli bir qərar 

deyildi, amma bu qərar bütün yaxĢı niyyətlərdən güclü idi. Sonra qaldı ki, bu, bir qərar da 

deyildi, bir çılğınlıqdı, dili olmayan bir sahib olma arzusunun finalı idi. Ernestonu mənimlə, 

yanımda sona qədər olmasını istəyirdim. Ġndi necə davrandığımı oxuyarkən bəlkə də ürpəcəksən, 

belə düĢük, bəsit xüsusiyyətlərimin olduğunu daha qabaqlar hiss etmədiyinə görə 

təəcüblənəcəksən. Trieste stansiyasında bacardığım tək Ģeyi etdim və aĢiq bir qadın rolunu 

oynadım. Avqusto məndəki bu dəyiĢiklikdən o an təsirləndi, suallar verməkdənsə oyunuma 

qatıldı. 

Bir ay sonra bu uĢağın özündən olduğuna əmin idi. Ona test nəticələrini bildirəndə səhər erkən 

ofisindən gəldi, körpənin gəliĢi ilə evdə nə kimi dəyiĢikliklər edəcəyimizi qərarlaĢdırdıq. Atamın 

qulağına yaxınlaĢıb ona yüksək səslə xəbəri söyləyəndə əllərmi əllərinin arasına aldı, tutdu və 

beləcə gözləri yaĢardı, qızardı. Xeyli müddətdir ki, karlıq onu həyatdan ayırmıĢdı, düĢünmə və 

danıĢma qabiliyyətini itirmiĢdi, iki cümlə arasında fasilə verir, ya da araya dəxli olmayan 

xatirələrini salırdı. Heç bilmirəm, nədənsə onun gözyaĢları məni duyğulandırmaqdansa, azacıq 

hirsləndirdi. Bunda bir sünilik hiss etmiĢdim. Əslində nəvəsini görə bilmədi, hamiləliyimin 

altıncı ayında yuxudaykən heç bir əzab çəkmədən öldü. Onu tabutun içində uzanmıĢ görəndə nə 

qədər zəiflədiyinə və yaĢlandığına təəcübləndim. Üzündə hər zaman olduğu kimi qeyri-müəyyən 

bir ifadə vardı. 

Test nəticəsini Ernestoya da yazdım; on gün keçmədən cavabı gəldi. Məktubu açmamıĢdan xeyli 

gözlədim. Çox həyəcanlıydım və zərfin içindən xoĢ olmayan nəyinsə çıxacağından qorxurdum. 

Ancaq nahardan bir müddət sonra oxumağa cəsarət etdim. Söylədikləri anlaqlı və məntiqliydi: 

«ən yaxĢı həll budurmu bilmirəm? Amma belə qərar verdinsə qərarına hörmət edirəm». 

O gündən sonra bütün əngəlləri aĢmıĢ bir halda gözləməyə baĢladım. Özümü bir canavar kimi 

hiss edirdimmi? Elə idimi? Bilmirəm. Hamiləliyim boyunca və sonrakı illərdə nə bir Ģübhə, nə 

peĢimanlıq hiss etdim. Bətnimdə, həqiqətən sevdiyim insanın uĢağını daĢıyarkən necə olur ki, 

özümü baĢqa bir adamı sevirmiĢ kimi hərəkət edirdim. Amma, görürsən həyatda heç bir Ģey bu 

qədər bəsit deyil, mütləq qara, ya da bəyaz yoxdur, hər zövq içində fərqli tonlar daĢıyır. 

Avqustoyla incə və mehriban davranmaqda çətinlik çəkmirdim. Çünki onu həqiqətən sevirdim, 

bu Ernestoya hiss etdiyimdən fərqli bir sevgidi. Onu bir qadının bir kiĢiyə bəslədiyi sevgi ilə 

deyil, bir bacının ağılsız böyük bacısına bəsldiyi duyğularla sevirdim. O, mənimlə pis 

davransaydı hər Ģey baĢqa Ģəkildə olardı. O zaman bir övlad dünyaya gətirib onun yanında 

qalmağı xəyal belə edə bilməzdim, o, yalnız ölümü üçün sistemli və planlı bir adamdı, bundan o 

tərəfə baxanda zərif və gözəl ürəkliydi. Bu uĢağa sahib olduğu üçün xoĢbəxt idi. Mən də ona 

övlad bəxĢ etdiyim üçün xoĢbəxt idim. Niyə bu sirri ona açmalıydım ki? Bunu etməklə üç həyatı 

sona qədər bədbəxtliyə məhkum edərdim. Ən azından o zaman belə düĢünürdüm. Ġndi qadınların 

belə müstəqilliyi, seçim Ģansı varkən etdikləri hərəkətlər həqiqətən qorxunc görünə bilər, amma 

o zamanlar – mən bu vəziyyəti yaĢadığım dövrdə- çox yayılmıĢ bir hal idi, hər cütlüyün yaĢadığı 

bir əhvalat deməyəcəyəm, amma qadınlar evli olsalar da, 

43 


baĢqa kiĢilərdən uĢaqları olurdu. YaxĢı, sonu nə ilə bitirdi? Mənə olduğu kimi heç bir Ģeylə. 

UĢaq dünyaya gətirir, o biri bacı-qardaĢlarıyla bərabər səviyyədə heç kim heç nədən 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə