Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   15   16   17   18   19   20   21   22   23

sevincliydim. Elə hiss edirdim ki, həyatımın ən yüksək, ən sağlam hissəsindəyəm, əmin idim ki, 

məni bu nöqtədən heç bir Ģey və heç kim tərpətməyəcək. Hər Ģeyi anlayan insanlara xas bir 

inama sahib olmuĢdum. Elə sanırdım ki, bu zamana qədər yolları öz ayaqlarımla aĢmıĢam, 

halbuki təkbaĢıma heç bir addım belə atmamıĢdım. Hiss etməsəm də altımda bir at vardı və 

irəliləyən elə o idi, mən yox. At itər-itməz ayaqlarımın nə qədər çəlimsiz olduğunu hiss etdim. 

Addımlarım kiçik bir uĢağın, ya da yaĢlılarınki kimi gücsüzdü. Bir anda hər hansı bir çəlikə 

söykənməyi düĢündüm: bu din, ya da bir iĢlə məĢğul olmaq ola bilərdi. Bu da qısa sürən bir 

düĢüncə oldu. O an düĢündüm ki, bu yeni bir səhvdən baĢqa bir Ģey olmayacaqdı. Artıq qırx 

yaĢında yeni səhvlərə yer yoxdur. Bir an üçün insan çılpaq olduğunu duyarsa, aynaya olduğu 

kimi baxmaq cəsarətini özündə tapmalıdır. Hər Ģeyə yenidən baĢlamalıydım. Söyləmək asan, 

ancaq həyata keçirilməsi çox çətindir. Mən harda idim? Mən kimi idim? Son dəfə mən özüm nə 

vaxt olmuĢdum? Söylədiyim kimi nahardan sonra bütün vaxtımı gəzinərək keçirirdim. Bəzən 

tənhalığın halımı daha da pisləĢdirəcəyini hiss edən an kəndə enir, kütləyə qarıĢır, tanıĢ 

küçələrdə təsəlli axtarırdım. Sanki mənim də bir iĢim vardı, Avqusto çıxan kimi çıxır, onunla 

birlikdə evə dönürdüm. Məni müalicə edən həkim ona söyləmiĢdi ki, bəzi ruh düĢkünlüyü 

zamanı belə davamlı hərəkət etmək istəyənlər də olur. Ġntihar fikrinə düĢmədiyimə görə 

gəzməyimin bir təhlükəsi yoxdur. Avqustoya görə, əlbəttə bir gün qaça-qaça yorulacaqdım. 

Avqusto həkimin bu açıqlaması ilə kifayətlənmiĢdi. Həqiqətən inanmıĢdımı, bilmirəm, bəlkə də 

soruĢmağa tənbəllik edirdi, ya da rahatlığını pozmaq istəmirdi, mən isə bir kənara çəkilib bu 

bədbəxtliyimi əngəlləmədiyi üçün ona minnətdar idim. 

Həkim bir məsələdə haqlıydı ki, bu böhranlı halımda intihar fikrinə düĢmürdüm. Qəribədi, amma 

həqiqətən beləydi. Ernestonun ölümündən sonra bir an olsa belə özümü öldürmək fikrinə 

düĢmədim, düĢünmə ki, Ġlaria buna əngəl olurdu. Söylədim ki, o anda heç bir Ģey fikrimdə 

deyildi. Daxilimdən bir səs mənə bu ani ölümün arxasında yatan həqiqətin belə olmadığını, 

olmamasının lazımlığını söyləyirdi. Burda bir məna vardı, bu məna isə mənim önümdə nəhəng 

bir nərdivan kimi yüksəlirdi. Görəsən bu ona görə önümdəydi ki, onu aĢım? Bəlkə də bəli, amma 

arxasında nə olduğunu kəĢf edə bilmirdim. Görəsən dırmaĢsam arxasında nəyi görəcəkdim? 

Bir gün avtomobillə əvvəllər heç görmədiyim bir yerə gəldim. Ətrafında kiçik qəbirstanlığı olan 

bir kilsə vardı, ağaclarla əhatəli yamacların birinin zirvəsindən tarixin izləri görünürdü. Kilsənin 

bir az o yanında iki-üç kəndlinin evi vardı, toyuqlar yollarda sərbəst gəzinir, ara-bir itlər hürürdü. 

«Tabelada Samatorza» yazılmıĢdı. Samatorza adı mənə tənhalığı, düĢüncələrin toplana biləcəyi 

bir yeri yada salırdı. Ordan daĢlı bir cığır baĢlayırdı. Haraya getdiyimi bilmədən qaçmağa 

baĢladım. GünəĢ batmağa baĢlamıĢdı, amma yeridikcə durmaq istəmirdim, arada-bir rastlaĢdığım 

canlılar məni həyəcanlandırırdı. 

Ġrəlidə məni çağıran nəsə vardı, bunun nə olduğunu irəlidə, ağacların seyrəldiyi yerdə anladım, 

ortada vüqarlı, məni qucaqlamaq üçün açdığı qollarıyla əzəmətli bir çinar vardı. 

Gülüncdü, amma onu görər-görməz ürəyim baĢqa cür döyünməyə baĢladı, döymək də deyil, dəli 

kimiydi, sanki sevinmiĢ bir heyvan idi, Ernestonu gördüyüm zaman belə 46 

döyünərdi. Çinarın altında oturdum, onu oxĢadım, çiynimi və peysərimi onun gövdəsinə 

dayadım. 

UĢaqkən köhnə yunan dəftərimin üzünə belə yazmıĢdım: «Gnosei Seauton». Çinarın altında 

hafizəmə hopmuĢ olan bu cümlə qəfldən ağlıma gəldi. «Özünü tanı» -söyləyərək dərin bir nəfəs 

aldım. 

16 dekabr 



Bu gecə qar yağdı, oyananda bağçanın ağappaq olduğunu gördüm. Busk çəmənlikdə dəli kimi 

qaçır, tullanır, hürür, ağzına bir budaq götürüb havaya atırdı. Sonra Razman xanım mənə baĢ 

çəkməyə gəldi, bir qəhvə içdik, Noel gecəsini birlikdə keçirmək üçün məni dəvət etdi. 

GetməmiĢdən: «Bütün günü nə edirsiniz?»-deyə soruĢdu. Çiynimi silkələdim. «Heç»-deyə cavab 

verdim, - «bir az televizora baxıram, bir az düĢünürəm». 

Sənin barəndə heç nə soruĢmur, sözü oraya gətirməyə çalıĢır, amma səs tonundan anlayıram ki, 

sənin nankor olduğunu düĢünür. Bunu xüsusilə deyir ki, gənclər qəlbsizdirlər, artıq onlarda 

əvvəlkilər tək hörmət yoxdur. Sözü uzatmasın deyə onu təsdiqləyirəm, amma ürəkdən inanıram 




ki, ürəklərdə heç bir dəyiĢiklik yoxdur, yalnız indi az saxtakarlıq var, bu qədər. DüĢünürəm ki, 

yaĢlıları təbiətləri qədər müdrik olmadıqları kimi, gənclər də təbiətləri qədər xudbin deyillər. 

Anlamaq və anlamamaq yaĢla deyil, hər kəsin haqq etdiyi yola əlaqəlidir. Yaxın zamanlarda bir 

yerdə oxuduğuma görə Amerika qızıldərililərinin belə bir deyimi vardır: «Bir insanı mühakimə 

etməmiĢdən qabaq göydə üç ay azalana qədər onun molekullarında yeri». O qədər xoĢuma gəldi 

ki, unutmamaq üçün telefonun yanındakı qeyd dəftərinə yazdım. Kənardan baxanda çoxlarının 

həyatı barədə səhv, məntiqsiz fikrə gələ bilərsən. Onlardan kənarda qaldığın müddətdə insanları 

və onların münasibətlərini səhv mühakimə edə bilərsən. Yalnız içindən, yalnız göydə üç ay 

dəyiĢənə qədər onun molekullarının içində yeriyərək stimullar, duyğular, insanı elə deyil, belə 

davranmağa istiqamətləndirənin nə olduğunu anlaya bilərsən. Anlamaq qürurlu savadla deyil, 

təvazökarlıqla yaranır. Görəsən bu hekayəni oxuduqdan sonra sən də mənim baĢmaqlarımı 

ayağına keçirəcəksənmi? Ümid edirəm ki, edərsən. Ümid edirəm mənim tərliklərimlə uzun 

müddət otağdan-otağa gəzər, bağçada bir dəfə dolanar, qoz ağacından gilas ağacına, gilas 

ağacından gülə, güldən bağın ətəyindəki o sevimsiz qara Ģam ağaclarına tərəf yeriyərsən. Bunu 

edəcəyini ümid edirəm. Bu sənin Ģəfqətini diləndiyim, gecikmiĢ bir bəraət üçün deyil, sənin 

üçün, sənin gələcəyin üçün lazımdır. Haradan gəldiyini, arxamızda nələrin olub-bitdiyini 

anlamaq, yalan-palansız irəliləyə bilmək üçün ilk addımdır. 

Bu məktubu anana yazmalıydım, halbuki sənə yazdım. Heç yazmasaydım onda mənim varlığım 

tam mənasız olardı. Hər kəs səhv edə bilər, amma bunlardan dərs götürmədən irəliləmək həyatın 

mənasızlığına yol açar. BaĢımıza gələnlər heç bir zaman səbəbsiz deyildir, hər birinin öz mənası 

vardır. Hər qarĢılaĢma, hər kiçik hadisə içində bir məna yerləĢdirir. Ġnsanın özünü anlaya bilməsi 

onu qəbul etmək səlahiyyətindən, hər vəziyyətdə yön dəyiĢdirə bilmə bacarığından, kərtənkələlər 

kimi mövsüm dəyiĢikliklərində köhnə dərini tərk edə bilməsindən yaranır. 

Təxminən qırx yaĢındaykən o gün yunan dəftərimdəki cümləni xatırlaya bilməsəydim, irəli 

getmədən orda bir nöqtə qoymasaydım, o ana qədər etdiyim səhvləri təkrarlayacaqdim. 

Ernestoya aid xatirələrdən yaxa qurtarmaq üçün yeni bir sevgili tapa bilərdim… Amma heç 

kimsə onun tayı olmayacaqdı. Bəlkə gülünc bir qarı olacaqdım. Ya da ki, Avqustoya nifrət edə 

bilərdim. Mənim daha cəsarətli qərarlara gəlməyimə əngəl olan onun varlığı deyildimi? 

Anlayırsanmı? Ġnsan öz daxili dünyasına baxmaq istəmədiyi zamanda daha asanlıqla bəhanələr 

tapır. Hər kəs günah iĢlədə bilər. Günahın – ya da məsuliyyətin – yalnız bizə aid olduğunu qəbul 

etmək çox cəsarət tələb edir. Yenə də sənə söylədiyim kimi irəliləlmək üçün tək yol budur. Əgər 

həyat bir yoldursa, həmiĢə yoxuĢ yuxarı gedən bir yoldur. 

47 

Qırx yaĢımdaykən anladım ki, yola hardan baĢlayacağam. Haraya çatacağımın lazım olduğunu 



anlamağım isə əngəlli, böyük bir enerji tələb edən proses oldu. Ġndi televizorda, qəzetlərdə 

görürük ki, saxta övliyalar, peyğəmbərlər törəyir; bugundən sabaha onların törəmələri də çayır 

otu kimi artır. Bütün bu təriqət liderlərinin, rahat və beynəlmiləl uyğunluğunu öz daxilində tapa 

bilmək üçün təklif etdiyi yolların artması məni ürküdür. Bunlar böyük və ümumi bir çaĢqınlığın 

antenalarıdır. Geci-tezi bir minilliyin sonundayıq, tarix bəsit bir ədəd sırasını göstərsə də yenə də 

insanı ürküdür, hər kəs qorxunc bir Ģeyin baĢ verəcəyini gözləyir, buna görə hazırlıqlı olmağa 

çalıĢırlar. Bu səbəblə də mollalara gedir, özləri tapmaq üçün məktəblərə yazılırlar, bu iĢlərə bir 

ay davam etdikdən sonra peyğəmbərləri, övliyaları fərqləndirə biləcək bir qürura bürünürlər. Nə 

qədər böyük, nə çox təkrarlanan, nə qədər qorxunc bir yalandır! 

Mövcud olan tək həqiqət və inanılası müəllim insanın öz vicdanıdır. Buna yiyələnmək üçün 

tənha və sakitlikdə qalmaq, çılpaq torpağa, çılpaq və ətrafında heç bir Ģeyin olmaması Ģərtiylə 

sanki ölmüĢ kimi oturmalısan. Əvvəla, heç bir Ģey hiss etməzsən, tək dərk etdiyin qorxudur, 

amma sonra dərindən, uzaqdan bir səs eĢitməyə baĢlayarsan, bu durğun bir səsdir, və bəlkə də ilk 

anda yeksənəkliyi səni narahat edir. Qəribədir, ən ali sözləri eĢitmək istəyərkən qarĢına ən 

əhəmiyyətsizləri çıxar. Bunlar elə kiçik və tanıĢ Ģeylərdir ki, bağırmağın gəlir: «Necə yəni, 

hamısı budurmu?». «Həyatın bir mənası varsa, – səs sənə deyəcəkdir, –bu məna ölümdür, baĢqa 

Ģeylər onun ətrafında fırlanır». Bu nöqtədə kəĢf etdim deyəcəksən, amma qorxunc kəĢfdir, hər 

insan, ən uzunömürlü insan belə bilir ki, gec-tez öləcəkdir. Doğrudur, düĢüncələrimizdə bunu 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə