Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə17/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   13   14   15   16   17   18   19   20   ...   74

 58
Bu “cәsur” nadanların arqumenti budur ki, islamdakı 
әhәmiyyәtinә rәğmәn, hәdisdә cihad haqında danışılmayıb. Bu 
isә göstәrir ki, o uydurmadır.  
Bu nadanların xәbәri yoxdur ki, cihad bütün insanlara 
fәrz deyil. Cihad yalnız müәyyәn  şәraitlәrdә, xüsusi hallarda 
fәrzi-eynә
1
 çevrilir. Halbuki islamın beş  tәmәli bunun әksinә 
olaraq bütün insanlar üçün yerinә yetirilmә baxımından vacib-
dir.  
Әgәr bu nadanların mәntiqi doğru olsaydı, onda bir sıra 
ayәlәr dә  rәdd edilmәli idi. Çünki Allahın tәriflәdiyi, cәnnәt 
vәd etdiyi möminlәrin, müttәqilәrin, Rәhmanın qullarının, 
әmәlisalehlәrin, yaxşılıq edәnlәrin, ağıl sahiblәri vә başqaları-
nın keyfiyyәtlәrini sadalayan ayәlәrdә onların keyfiyyәtlәri ara-
sında cihaddan, mücahidlikdәn söz açılmayıb.  
İstәsәniz, “әl-Bәqәrә” surәsinin 2-5-ci ayәlәrindә müttә-
qilәrin, 177-ci ayәsindә yaxşı әmәl sahiblәrinin, “әl-Әnfal” surә-
sinin 2-4-cü ayәlәrindә möminlәrin, “әr-Rәd” surәsinin 20-22-ci 
ayәlәrindә  ağıl sahiblәrinin, “әl-Muminun” surәsinin 1-10-cu 
ayәlәrindә Firdövs cәnnәtlәrinin varislәri olan möminlәrin, “әl-
Furqan” surәsinin 63-77-ci ayәlәrindә  Rәhmanın qullarının, 
“әz-Zariyat” surәsinin 15-23-cü ayәlәrindә tәqva vә yaxşı әmәl 
sahiblәrinin, “әl-Mәaric” surәsinin 22-35-ci ayәlәrindә cәnnәtdә 
ehtiram göstәrilәcәk  şәxslәrin keyfiyyәtlәrini, vәsflәrini oxuya 
bilәrsiniz. Bu ayәlәrin heç birindә cihadın adı  çәkilmir.  İndi 
görәk hәmin nadanlar Uca Allahın kitabındakı bu ayәlәri inkar 
edәcәklәrmi?! 
Şeyxülislam  İbn Teymiyyә  mәlum hәdisdә  nә üçün is-
lamın yalnız beş  әsasından söz açıldığı, cihad, valideynlәrlә 
yaxşı keçinmәk vә qohumluğu qoruyub-saxlamaq (sileyi‐rəhm
kimi digәr әsas әmәllәrin xatırlanmamağı haqda yazır: 
                                                 
1
 Fərzi‐eyn  (әrәb. “özlüyündә  fәrz”): bütün müsәlmanların birlikdә yerinә 
yetirmәlәri zәruri olan ibadәt növlәrinin ümumi adı – tərcüməçinin qeydi


 59
“Tez-tez soruşurlar ki, Allahın vacib etdiyi zahiri әmәllәr 
bu beş  әsasdan çox olduğu halda nә üçün Peyğәmbәr: “İslam 
bu beş şeydir”, – deyib? Bәzilәrinә görә, bu beş әsas islamım әn 
açıq-aydın, әn böyük ayinlәridir. Bir bәndә onlara әmәl edәrsә, 
müsәlman sayılır. Tәrk edәrsә, islama bağlılığı yox olar (islam-
dan üzülüşәr).  
Bu mәsәlәni araşdırdıqda görürük ki, Peyğәmbәr (Ona 
Allahın xeyir-duası  vә salamı olsun!) burada (hәdisdә) qulun 
rәbbinә mütlәq tәslimiyyәtini ifadә edәn dini nәzәrdә tutub. 
Yәni, bu beş әsas әmәl Allaha ibadәt baxımından hamıya fәrz-
dir; ibadәtә gücü yetәn hәr kәs dini yalnız Allaha xas qılmaqla 
bu beş  әsasda Ona bәndәlik etmәlidir. Bu beş  әsasdan qeyri 
әmәllәr isә müxtәlif mәnafelәr sәbәbi ilә  fәrzdir vә onların ic-
rası heç dә bütün insanlara vacib deyil. 
Cihad, yaxşılığı  әmr edib pislikdәn çәkindirmәk (əmr 
bil‐mə`ruf və nəhy ənil‐münkər) idarәçilik, hökm çıxarmaq, fit-
va vermәk, Quran oxumaq, hәdis rәvayәt etmәk vә bu cür digәr 
mәsәlәlәr ya fәrzi-kifayәdir
1
, ya da qul haqqı üzündәn fәrzdir. 
Kimin ki, boynunda başqalarının qul haqqı var, (dediyimiz 
әmәllәrin icrası) hәmin kәslәrә  fәrz sayılır. Bu haqq olmazsa, 
hәmin  әmәllәrin icrası vacib (fәrz) deyil. Yәni, mәnafe tәmin 
olunduqda, ya da borclar bağışlandıqda qul haqqı deyilәn  şey 
qalmır. Qul haqqı – borcu ödәmәkdir, qәsb olunmuş  şeylәri, 
әmanәtlәri geri qaytarmaqdır, cana, var-dövlәt vә  şәrәfә  tәca-
vüzdә haqqın insaflı şәkildә bәrpasıdır. Bütün bunlar qul haq-
larıdır.  İnsanlar bu әmәllәrin icrasında mәsuliyyәt daşımadıq-
ları zaman hәmin  әmәllәrin icrasının vacibliyi dә qüvvәsini 
itirir. Qul haqqına aid işlәrin icrası bәzi şәxslәrә fәrz olsa da, bә-
zilәrinә bunun aidiyyәti yoxdur. Belә  işlәrin icrasının vacib 
                                                 
1
 Fərzi‐kifayə  (әrәb. “mümkün fәrz”): hәr hansı bir әrazidә yaşayan 
müsәlman toplumundan bir nәfәr vә  ya  bir  qrupun  etdiyi  tәqdirdә yerdә 
qalanların etmәsindәn azad olduqları fәrz növü – tərcüməçinin qeydi.  


 60
olub-olmamağı haldan-hala, vәziyyәtdәn-vәziyyәtә  dәyişir. Bu 
әmәllәr gücü yetәn  şәxslәrә Allaha ibadәt baxımından fәrz 
edilmәyib. Bu sәbәbdәn müsәlmanlar, yәhudi vә xristianlar bu 
әmәllәrin icrasında müştәrәkdirlәr. Ancaq adı keçәn beş ibadәt 
әmәl yalnız müsәlmanlara xasdır.  
Hәmçinin, qohumluq әlaqәlәrini qorumaq (sileyi‐rəhm), 
әr-arvadın, uşaqların, qonşuların, ortaqlar vә kasıbların hüquq-
ları, şahidlik, fitva çıxarmaq, hökm vermәk, idarәçilik, yaxşılığı 
әmr edib pislikdәn çәkindirmәk (əmr  bil‐məruf  və  nəhy  ənil‐
münkər) vә cihad – bütün bunlar faydanı  tәmin edib zәrәri 
uzaqlaşdırdığı üçün müәyyәn  şәrti sәbәblәrdәn bәzi insanlara 
fәrz qılınıb. İcrası insanlardan asılı olduğu üçün bu әmәllәr fәrz 
әmәllәr sayılır. Әgәr bir işi müştәrәk icra etmәk mümkündürsә, 
onda bu fәrzi-kifayәdir. Yox әgәr mәsәlә  şәxsidirsә, onda o, 
Әmrә deyil, yalnız Zeydә fәrzdir (yәni, aidiyyәti şәxsә fәrzdir). 
Gücü yetәn insanlar yuxarıdakı beş әmәldәn başqa icrası fәrzi-
eyn sayılan digәr işlәrin icrasında ortaq deyillәr. Mәsәlәn, Zey-
din zövcәsi vә qohumları Әmrin zövcәsi vә qohumları deyil. Bi-
rinә vacib qılınan şeylәr o birinә qılınmır. Ancaq Ramazan oru-
cu, hәcc, beşvaxtlıq namaz vә  zәkat fәrqlidir. Doğrudur, zәkat 
imkan (maliyyә) mәsәlәsi olsa da, Allah qarşısında hәr bir mü-
sәlmanın borcudur; (“әt-Tövbә” surәsinin 60-cı ayәsindә gös-
tәrilmiş) sәkkiz qәbil insana verilir. Bu sәbәbdәn zәkatda niyyәt 
vacibdir.  İcazәsini almadan kiminsә adından zәkat çıxmaq zә-
kat ibadәtinin yerinә yetirilmәsi demәk deyildir. Habelә, zәkat 
vermәk kafirlәrdәn tәlәb edilmir. Qul haqqında isә niyyәt  şәrt 
deyil.  İcazәsi alınmadan kiminsә adından onun qul haqqını 
ödәmәk olar vә bu mәqbul işdir. Bunu kafirlәrdәn dә tәlәb et-
mәk mümkündür”
1
.  
 
 
                                                 
1
 İbn Teymiyyә. Fitvalar toplusu, cild VII, sәh. 314-316. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə