Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə14/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

 47
 
Köhnə düşmənlərin Sünnə  
haqda şübhələri 
 
 Ta 
qәdimdәn sapqın vә bidәtçilәrin Sünnә barәsindә 
şübhә vә iddiaları olmuşdur. Ancaq ümmәtin başbilәn alimlәri 
bu şübhәlәri puça çıxarmış, rәdd etmişlәr.  
 
İmam Şatibi yazır:  
 “Bir 
dәstә bidәtçi hәdislәri tәkzib mәqsәdilә onların zәnn 
ifadә etmәsi iddiasını ortaya atmışdır. Zәnn dә Qurani-Kәrimdә 
pislәnib:  
 
- “...Onlar (müşriklәr) yalnız zәnnә vә nәfslәrindәn gәlәn 
istәklәrә uyarlar...” (әn-Nәcm, 23);  
 
- “Onlar buna dair heç bir şey bilmir, yalnız zәnnә qapı-
lırlar. Zәnn isә  әsla hәqiqәt ola bilmәz!” (әn-Nәcm, 28). Vә bu 
mәnada digәr ayәlәr.  
 
Hәtta bu insanlar Quran ayәsinin deyil, hәdisin haram 
qıldığı şeylәri halal saymışlar. Bununla da ancaq öz zehniyyәt-
lәrinә görә yaxşı bildiklәri  şeylәri qәbul etmәyi mәqsәd güd-
müşlәr. Ayә vә hәdislәrdә söz açılan zәnn anlayışı onların iddia 
etdiklәri  şeydәn tamamilә  fәrqlәnir. Fikrimizcә, zәnn üç mә-
qamda mümkündür: 
 
a)  Dinin  əsaslarında  zənn. Zәnnә zidd şeyin doğru ola 
bilәcәyi ehtimalı üzündәn, alimlәrә görә, zәnn (etiqad mәsәlә-
lәrindә) bir şey ifadә etmir. Dinin ikinci dәrәcәli mәsәlәlәrindә 
isә  şәriәt alimlәrinә görә, tәtbiqinә  dәlalәt edәn dәlil olduğu 
üçün zәndәn istifadә mümkündür. İkinci dәrәcәli mәsәlәlәrdәn 
qeyri mәqamlarda, mәsәlәlәrdә zәnn qәbahәt sayılır. Bu doğru-
dur vә alimlәr onu sözügedәn mәqamlarda qeyd etmişlәr.  
 
b) Zәnn hәm dә optimal seçim variantı olmadan iki әks-
likdәn birini üstün tutmaqdır.  Şübhә yoxdur ki, bu cür zәnn 
pislәnir. Çünki bu zaman nәfsi istәk insana ağa kәsilir. Bu sә-


 48
bәbdәn nәfsә aldanmaq ayәdә  zәnnә qapılmaqdan sonra işlә-
dilib: 
 “...Onlar 
(müşriklәr) yalnız zәnnә  vә  nәfslәrindәn gәlәn 
istәklәrә uyarlar...” (әn-Nәcm, 23). 
 
Sanki onlar hәr hansı bir işә yalnız müәyyәn mәqsәd vә 
istәklә meyl göstәrirlәr. Bu sәbәbdәn belә zәnn pislәnib.  
 
Hәr hansı bir dәlilә әsaslanan zәnn isә bunun әksinәdir. 
Bu cür zәnn ümumiyyәtlә pislәnmәyib. Çünki bu zaman nәfsi 
istәyә deyil, hansısa bir dәlilә istinad edilir. Mәhz bu sәbәbdәn 
zәnn doğrudur vә  zәruri yerlәrdә  tәtbiq oluna bilәr. Buraya 
ikinci dәrәcәli mәsәlәlәr daxildir. 
 
v)  Zәnn iki növdür: a) qәti bir әslә  әsaslanan zәnn. Ha-
rada olursa-olsun, bu zәndәn  şәriәtdә istifadә edilib. Çünki o, 
mәlum әslә әsaslanır vә mahiyyәti mәlumdur. b) qәti әslә әsas-
lanmayan zәnn. Belә zәnn ya әsil olmayan şeyә – dediyimiz ki-
mi, belә zәnn pislәnib, – ya da özü kimi digәr zәnnә әsaslanır. 
Әgәr bu növ zәnn dә qәti әslә әsaslanarsa, birinci növ kimi olar. 
Yox  әgәr  әsil olmayan şeyә  әsaslanarsa, qәbahәt sayılar, pislә-
nәr. Hәr halda, istinadı doğru olan “ahad” xәbәrin dindә  qәti 
bir әslә әsaslanması lazımdır. Bu sәbәbdәn biz onu mütlәq qә-
bul etmişik. Hәmçinin, kafirlәrin  әsassız (heç bir şeyә  әsaslan-
mayan) zәnlәrini rәdd etmәk, etibar göstәrmәmәk lazımdır”.  
 Bu 
axırıncı cavab, Allaha hәmd olsun, İmam  Şatibinin 
“әl-Müvafәqat” kitabındakı  tәfsilatlı  mәlumatlara  әsasәn veri-
lib.  
Bәzi sapqınlar nәinki hәdislәri tәkzibdә  hәddi aşmış, 
hәm dә  hәdislәrә etimad göstәrәnlәrin fikirlәrin rәdd edәrәk, 
bu fikirlәri ağılsız, sahiblәrini dә mәcnun saymışlar.  
Tәfsirçi-alim  Әbubәkr ibn әl-Әrәbi danışır ki, axirәtdә 
Allahın görülәcәyini inkar edәnlәrdәn birinә belә bir sual veri-
lir: “Uca Allahın axirәtdә görülmәsi görüşündә olanlara kafir 
demәk olarmı?” Cavab verir ki: “Әsla, olmaz! Çünki Allahın 
görülә bilәcәyini iddia edәnlәr bunu ağlabatmaz (zәnn ifadә 


 49
edәn hәdislәr  әsasında) söylәmişlәr. Ağlın kәsmәdiyi  şeylәri 
söylәyәnlәr kafir adlandırılmazlar”. (İbn  әl-Әrәbi sözünә da-
vam edir:) “Bu da onlara görә bizim mәqamımız! Qoy müvәf-
fәq insanlar (bәndәni) nәfsә qul edәn mәsәlәlәrdәn ibrәt alsın-
lar! Öz lütfü ilә Allah bizi bu bәladan qorusun!”
1
 
“Tә`vil Müxtәlәf әl-Hәdis” kitabında İmam İbn Qüteybә 
Sünnәyә düşmәn kәsilәnlәrin bir çox ümumi vә xüsusi şübhәlә-
rini qeyd etmiş, bu şübhәlәri tәk-tәk puça çıxarmış, ocaqlarını 
söndürәrәk külә çevirmişdir. 
  
Yeni düşmənləri Sünnə  
barədə şübhələri 
 
Dövrümüzdә Sünnәnin yeni düşmәnlәri peyda olub. 
Onların bir hissәsi missioner vә şәrqşünaslar kimi yadellilәrdir. 
Digәrlәri isә “sapı özümüzdәn olan baltalar”dır. Bu “baltalar” 
missioner vә  şәrqşünasların yetirmәlәri olub onlardan ya bir-
başa, ya da dolayısı ilә tәsirlәnmişlәr.  
Yeni düşmәnlәr köhnә düşmәnlәrin  әnәnәvi silahların-
dan istifadә etmәklә yanaşı, hәm dә müasir dövrün üsullarına 
әl atıblar. Belәliklә, köhnәli-tәzәli bütün düşmәnlәr  әllәrindә 
olan hәr bir şeylә Sünnәyә, kitablarına, alimlәrinә, metodlarına 
qarşı hücuma keçmişlәr. Bu işdә onlara imkanlı  vә nüfuzlu 
şәxslәr, tәşkilatlar arxa çıxıb. Ancaq Uca Allah Sünnәni qoruya-
caq dahilәr yetişdirdi. Bu dahilәr şübhәbazların şübhәlәrini tu-
tarlı  dәlillәrlә, bayağı  şәxslәrin dә  әsasız iddialarını sarsıdıcı 
faktlarla puça çıxardılar. Bununla da:  
“Artıq haqq zahir, olanların uydurub düzәltdiklәri ya-
lanlar isә batil oldu. 
Onlar orada mәğlub edildilәr vә xar olaraq geri dön-
dülәr” (әl-Әraf, 118-119). 
                                                 
1
 İmam Şatibi. әl-Etisam, cild I, sәh. 235-237. 


 50
Belә alimlәrә  fәqih vә  dәvәtçi, mücahid ziyalı, mәrhum 
Şeyx Mustafa Sibaini misal göstәrә bilәrik
1
. Onun “Sünnә  vә 
onun islam qanunvericiliyindәki yeri” adlı qiymәtli  әsәri yu-
xarıdakı şübhәlәrә tutarlı cavabdır. Allah şeyximizә rәhmәt et-
sin, kitabını isә saleh әmәl dәftәrinә yazsın, mәqamını  dәrga-
hında yüksәltsin! 
 
“Quranın yolgöstərənliyi  
bizə bəsdir” iddiası 
 
Sünnә düşmәnlәri onu da iddia edirlәr ki, Quran hәr 
şeyi müfәssәl  şәkildә  bәyan etdiyindәn onun yolgöstәrәnliyi 
qarşısında Sünnәyә ehtiyac qalmır. Yәni, Quranın yolgöstәrәn-
liyi ilә kifayәtlәnmәk lazımdır. Onlar iddialarını aşağıdakı ayә-
lәrlә әsaslandırırlar: 
- “Biz Quranı sәnә hәr şeyi izah etmәklә, müsәlmanlara 
da bir hidayәt, mәrhәmәt vә müjdә olaraq nazil etdik!” (әn-
Nәhl, 89); 
- “(Peyğәmbәrlәrin) hekayәtlәrindә  ağıl sahiblәri üçün, 
sözsüz ki, bir ibrәt vardır. (Bu Quran) uydurma bir söz deyildir. 
Ancaq özündәn  әvvәlkilәrin (ilahi kitabların) tәsdiqi, (Allahın 
bәndәlәrindәn ötrü) hәr bir şeyin (bütün hökmlәrin, halal-hara-
mın) müfәssәl izahıdır. O, iman gәtirәn bir tayfa üçün hidayәt 
(doğru yolu göstәrәn rәhbәr) vә mәrhәmәtdir!” (Yusif, 111). 
                                                 
1
 Belә alimlәrdәn,  şәrqşünas  Şaxtın iddialarına cavab yazmış professor Mә-
hәmmәd Mustafa әl-Әzәminin, “Bәyan edәn nur” kitabının (bu kitab Sünnә 
vә sünnә elmlәri әleyhinә әsassız ittihamlar irәli sürәn Әbu Rәyyәyә cavab 
olaraq yazılıb) müәllifi  Şeyx  Әbdürrәhman ibn Yәhya  әl-Müәllimi  әl-Yә-
maninin, “Әbu Rәyyә zülmәti” kitabının müәllifi Şeyx Mәhәmmәd  Әbdür-
rәzzaq Hәmzәnin, “Sünnәni müdafiә” kitabının müәllifi  Şeyx Mәhәmmәd 
әbu Şәhbәnin, “Yazıya köçürülmәdәn qabaq Sünnә” vә “Әbu Hüreyrә” kita-
blarının müәllifi professor Әccac  әl-Xәtib vә başqalarının adlarını  çәkmәk 
mümkündür.   


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə