Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə6/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   2   3   4   5   6   7   8   9   ...   92

18
“Minlərlə can qurban oldu
Sinən hərbə meydan oldu” 
Bu misralarda fikir çox düzgün verilib, ona görə ki, minlərlə can qur-
ban  olmasaydı,  heç  vətənin  sinəsi  də  hərbə  meydan  olmazdı.  Yağılar 
asanlıqla gəlib bu torpağa qonardılar və Azərbaycan adında bu vətən dünya 
insanının yaddaşında qalmazdı. Qaldı mətndə işlədilən ərəb dilindən gələn 
“müştaq” sözünə, o da arzulayan, həsrət çəkən mənasını daşıyır və əksər 
yaşlılarımızın dilində bu söz hələ bu günə qədər də işlənir. Mətndə “Cümlə 
gənclər  müştaqdır”  deyilir,  siz  də  deyirsiz  “Cümlə  millət  müştaqdır”, 
biz  hamımız  bilirik  ki,  azadlıq  uğrunda  savaş  da,  işğala  qarşı  vuruş  da, 
döyüş də, yarış da bu kimi tutumlu qələbələr, gəlin etiraf edək ki, gəncliklə 
bağlıdır, çünki insanın 40 yaşından sonra yavaş-yavaş fiziki enmə dövrü 
başlayır.  Müəllif  bu  mənada  gəncliyə  ruhverici  amalı  üstün  tutaraq  bu 
misranı işlədib və nəticə də çox tutarlı alınıb. Siz misranı “Hüququndan 
keçən əsgər” əvəzinə “Öz başından keçən əsgər” kimi yazırsız. Əvvəla, biz 
orta əsrlərdə yaşamırıq ki, ölkənin himninin mətnində başdan keçməkdən 
danışılsın. Əsgər başından keçməməlidir, başını işlətməlidir. Siz görürsüz 
ki, baş işlədən millətlər hansı uğurlar qazanıb, hansı mərtəbələrə çatıblar. 
Dahi  Üzeyir  bəy  Hacıbəyovun  musiqisilə  vəhdət  təşkil  edən,  böyük 
Əhməd Cavadın ilhamından doğmuş o şeir parçası bilsəniz necə ruha qi-
dadır!  Deyilənə  görə  Üzeyir  Hacıbəyov  xəstəliklə  əlaqədar  dünyasını 
dəyişsə də repressiya qurbanı idi, çünki ona istəməyə-istəməyə bolşevik 
himni  yazdırdılar. Türkiyənin  ikinci  himni  kimi  səslənən,  musiqisi  dahi 
Üzeyir Hacıbəyova, sözləri böyük Əhməd Cavada məxsus olan “Çırpınırdı 
Qara dəniz, baxıb türkün bayrağına “şərqisi, yəqin ki, heç zaman türklər 
tərəfindən  müzakirə  məngənəsində  boğulmayıb.  Dahi  əsərlər  müəllifi 
Üzeyir bəy Hacıbəyov çox güman ki, bu himnin mətninin Əhməd Cavada 
məxsus olduğunu dəqiq bilirdi. Bu hər iki istedadlı müəllifin işinə şübhə ilə 
yanaşmaqdan savayı bir şey deyil.
Bəxti qara, sinəsi para, əyalı darmadağın Əhməd Cavad, sənin nə ağrılı 
taleyin varmış?! Sən hələ bu dünyada sağ olmayanda da repressiya atəşinə 
tuş olursan. İstiqlal da qazandıq, hələ də sənə qarşı hücumlar səngimək 
bilmir…  Himn  sözlərini  dəyişmək  eşqinə  düşüb  yeni  mətn  yazmağa 
cəhd  edənlərimizə  bir  Azərbaycan  qadını  kimi  demək  istəyirəm:  “Siz 
Allah,  gedin  istedadınızı  ədəbiyyatımızın  müxtəlif  sahələrində  sınayın”. 


19
Bizim himnimiz var, biz onun sözlərini də, musiqisini də sevirik. Himnin 
sözlərinə əl gəzdirmək İstiqlal mücahidlərimizin ruhuna hörmətsizlikdir, 
çünki bu himn, herb və bayraq istiqlalının şirinliyini az müddətə dadmış, 
sağlıqlarında əzab və əziyyətlərə düçar olmuş insanlarımızın ağrılı ruhlarını 
bir daha incitmək deməkdir.
Hörmətli müəllif, siz böyük bəstəkarımız Cavanşir Quliyevin yazdığı və 
hamımızın sevimlisi olan məşhur “Azərbaycan əsgəri” marşının sözlərinin 
zəifliyindən məqalənizdə bəhs edirsiniz. Biz sonuncu erməni işğalına qarşı 
xalqımızın haqq savaşında bu marşın necə insanlarımızın canında, ruhun-
da kök saldığının şahidi olduq. Mən “Məcməüş-şüəra” (“Şairlər məclisi”) 
və “Füzuli” ədəbi məclislərinə üzv idim. Məclislərin birində mətni yazan 
müəllifin üstünə düşdülər ki, bəs mətn zəifdir, əgər bu mətnin sözləri və 
musiqisi millətin canına və qanına hopubsa, deyin hansı zəiflikdən söhbət 
gedə bilər? Bizim qədimdən bir adətimiz var, hər hansı bir sahədə fərqlənən 
insanda uğurlu işartı gördükdə tez düşürük onun üstünə, çalışırıq ona özü-
müz bildiyimiz və qavradığımız kimi diktə etməyə… 
Vətən insanının bu saat ümdə problemi işğal altında olan torpaqlarımızın 
xilasıdır. Əgər bu xilasa nail olmasaq, bizim qazandığımız uğurlara köl-
gə salacaq, çünki dünya məğlubu sevmir, məğlub bütün zamanlarda ca-
hanın  hiddət  məngənəsində  boğulub.  Bunu  isə  uşaqlı-böyüklü  hamımız 
etməliyik: sözlə, dünyaya baxan açıq gözlə, ruhu ehtişama gətirən vərdişlə, 
aləmi heyrətdə qoyan gedişlə, ən nəhayət, qəvi-düşməni qandıra bilməsək 
ərzi titrədən döyüşlə, qələbəyə qədər vuruşla! Onda Xankəndinə, Şuşaya 
sancılacaq bayrağımızla şad olarıq, dünyanın yaddaşında qalib tək qalarıq. 
Qalibi isə hamı sevir!
Sonda hörmətli müəllifə bildirmək istəyirəm ki, əgər ərəb və fars söz-
lərinin bolluğundan qurtulmaq istəyirsə, onda birinci öz adından, soy adın-
dan, soy adının sonunda işlədilən rus dilindən gəlmə “ov” şəkilçisindən, 
təxəllüsündən azad olmalıdır. Qoy hörmətli müəllif rus dilindən dilimizə 
daxil olub dilimizi cinslərə bölən, dilimizin özünəməxsus xüsusiyyətlərinə 
kölgə salan, qadın cinsini kişi cinsindən ayıran və soy adının sonuna əlavə 
olunan mənfur “ov, yev, ova, yeva” şəkilçiləri haqqında düşünsün. Beləliklə, 
dilimizdə cinsi bildirən müəllimə, şairə, xadimə bu kimi ifadələrin dərdinə 
çarə edilməsinə yardımçı olsun, çünki bizim dildə cinslər yoxdur, sözlər 
cinslərə bölünməməlidir.


20
Əmirşah müəllim, bayrağımızın, herbimizin, himnimizin 90 illik tarixi 
var. Gəlin həm şərəfli, həm də şərəfli olduğu qədər də ağrılı tariximizin 
daşıyıcısı, bu üç atributdan biri olan himnimizin sözlərinin nəinki sətrinə, 
hətta vergülünə, nöqtəsinə belə toxunmayaq. Bunu nə Allah götürər, nə də 
istiqlal tariximizin banilərinin incik ruhları. 
 19.07.2008 
BÖLGƏLƏRDƏN GƏLƏN SƏSLƏR
Bu yaxınlarda anama baş çəkmək üçün doğulduğum yurda getdim. 
Bu  yurdun  adı  Tağaydır.  O, Azərbaycanın  şimal  bölgələrindən  biri 
olan,  Bakının  105  km-də  yerləşən  Siyəzən  rayonunun  ərazisinə  aid 
və  birbaşa  onun  tabeçiliyindədir.  Mən  Siyəzən  rayonunun  Tağay 
kəndində dünyaya göz açmışam. Məqsədim doğulduğum ocaqla sizi 
tanış  etmək  deyil,  çünki  bir  çoxları  yaxşı  bələddir,  Siyəzən-Quba 
zonasının Qalaaltısı, Nabranı, Qəçreşi və bir çox buna bənzər gözəl 
guşələrinə…
Mən  paytaxtın  el  arasında  “Şamaxinka”  adlandırıldığı  yerdən 
av tobusa əyləşib Siyəzənə üz tutdum. Adətən Bakıdan ora uzaqbaşı 
saat  yarım  vaxt  qət  edərdim,  amma  bu  dəfə  belə  olmadı,  çünki  şi-
mal yolu mənə nəhəng bir tikinti obyektini xatırlatdı. Nəhayət, ma-
şın  ləngiyə-ləngiyə  getsə  də,  beş  saata  Siyəzənə  çatdım.  Ömrümdə 
bu  qədər  çətin  və  uzun  yol  getməmişdim,  ancaq  bütün  bu  çətinliyə 
baxmayaraq düşünəndə ki, yaxın zamanlarda şimal yolu ilə maşınlar 
rahat gedib-gələcəklər, adamı qürur hissi bürüyür, çünki sovet zamanı 
da istəyirdilər şimal yolunu təzədən çəksinlər, amma iş yarımçıq qaldı 
və  bu  bizim  müstəqilliyimizə  nail  olduğumuz  zamana  düşdü.  Mü-
vəqqəti çətinlik olsa da bütün bunlar ürəkaçan və könlü riqqətə gətirən 
məsələlərdir. 
 Nə isə, mətləbdən uzaqlaşmayım. Siyəzənə çatan kimi bir taksi tutub 
Tağay kəndinə yollandım. Bu kənd Siyəzənin 7 km-də yerləşir. Kəndimizə 
yol Yenikənd və Gilgiçay kəndlərindən keçir. Bir tərəfi dağlarla, bir tərəfi 
dənizlə əhatələnmiş  kəndimizin  çox  gözəl havası,  içildikcə  doyulmayan 
şollar suyu və ara-sıra sönsə də işığı var. Buranın insanları əsasən əkin-
çilik, heyvandarlıq və tərəvəzçiliklə məşğuldur. Az bir qismi isə kənarda 
işləyir.  Suyunu  içməklə,  havasını  udmaqla  doymadığım  Tağayın  şərait 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə