Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə4/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   2   3   4   5   6   7   8   9   ...   92

12
Kitabda  öncədən  qeyd  etdiyim  kimi  Aygün  xanım  Tağıyevanın  da 
şeirləri özünə yer alıb. Onun şeirləri “Tarixi rəvayət”lə başlayır. Müəllif 
bu rəvayətdə XIX əsrin əvvəlindən vətənimizin başına gələn fəlakətlərdən 
ürək ağrısıyla söhbət açır. O, Rus çarı I Aleksandrdan üzü bəri millətimizin 
müsibətlərinə çevrilmiş can və torpaq itkisini nağılvarı qələmə alıb. Aygün 
xanım Gəncə xanı Cavad xanın, Bakı xanı Hüseynqulu xanın göstərdiyi 
şücaətlərdən söz açır. Rəvayətin sonunda müəllif İran və Rusiya arasında 
bağlanan bədnam 1813-cü il “Gülüstan” və 1928-ci il “Türkmənçay” sülh 
müqavilələrilə ölkəmizin ikiyə parçalanmasını və bu tarixi müsibətin indi 
də ürəyimizdə yara olub dərdinə çarə tapılmamasından bəhs edir. Sonrakı 
səhifələrdə onun qəzəlləri yer alıb. O bir qəzəlində yazır:
Torpağın qüdrətini, ruzisini hamı bilir,
Torpağın qədrini bil, sən də bu torpaqda çalış.
İtirilmiş yurdlarımızın ağrı-acısıyla yaşayan müəllif torpağın bərəkət və 
ruzi mənbəyi olmasından söz açır. 
Aygün xanım bir neçə rübaisini də topluya salmışdır. Oxucunun diq qə-
tini aşağıdakı iki rübaiyə cəlb etmək istəyirəm:
Su ilə, torpaq ilə paklaşır insan bədəni,
Vücudu saflaşanda bil olur insan mədəni.
Bu qoca fani dünyanın nökəri, həm şahı da
Aparır qəbir evinə zinyəti yox, ağ kəfəni. 
və yaxud:
Sökülür abidələr əyri köndələn Bakıda,
Binalar ucaldılır əyri göydələn Bakıda.
Tarixin məngənəsi bağışlayarmı bizləri?
Cavabı kim verəcək, hansı baş bilən Bakıda?
Aygün xanımın bu narahatlığına mən də qoşulub bu işlə məşğul olan 
insanlarımıza üzümü tutub demək istəyirəm ki, tarixdən hər nə qalıbsa bu 
ölkənin keçmişindən yadigardır və onun qədim xalq olmasına zəmanətdir. 
Bu zəmanətləri əmanət kimi qoruyub gələcək nəsillərə çatdırmaq isə bizim 
mənəvi borcumuz və bir insan olaraq bəşəriliyimizi sübut edən amillərdir. 
Müəllifin bir qəzəlində Azərbaycanın qədim və zəngin keçmişi olan bir 


13
ölkə olmasından, bu torpaqda Manna, Midiya, Atropatena, Albaniya kimi 
dövlətlərin keçmişimizə sönməz işıq salmasından şərəflə söz açılır. Bu tor-
paqda qədim zamanlarda müxtəlif dinlərin – atəşpərəstliyin, xaçpərəstliyin 
və ən sonda islamın bərqərar olmasından bəhs edir. Bu qəzəlin üç beytini 
diqqətə çəkmək istəyirəm:
Soy köküm qədimə gedir: Manna, Midiya, Atropatena,
Kür Araz vadisində bəlkə də Alban qızıyam.
Əcdadım etdi sitayiş alova, sonra xaça,
Kəlmeyi-şəhadətlə indi müsəlman qızıyam.
Aygünəm, sadə deyim öz sözümü dünyaya,
Mən də dünyada olan Azərbaycan qızıyam.
Aygün xanım, qoy müstəqil Azərbaycan vətəninin başı müsibətlərdən 
qurtulsun və siz də bu firavan və azad ölkədə rahatca yazıb-yaradasınız.
Əziz  oxucular! Artıq  qeyd  etdim  ki,  Mətanət  və Aygün  bacıları  rus 
dilində təhsil alıblar. Buna baxmayaraq ana dilinin şirinliyini və gözəlliyini 
qoruyub saxlayıblar. Bu onların yazdıqları şeirlərdə də açıq-aydın özünü 
büruzə  verir.  Hər  iki  bacı  bu  illər  ərzində  bir  çox  qurumlar  tərəfindən 
müx təlif diplomlarla təltif olunublar. Əlillərin III ümumrespublika bədii 
yaradıcılıq baxış – müsabiqəsində bəstəkarlığa görə ikinci dərəcəli diplo-
ma layiq görülmüş Mətanət xanım Tağıyevanın bəstəkarlıq qabiliyyəti də 
var. O, 1999-cu ildə keçirilmiş əlillərin ümumrespublika idman oyunları 
yarışında  şahmat  üzrə  birinci  yer  tutmuşdur.  Aygün  Tağıyeva  əlillərin 
IV  ümumrespublika  bədii-yaradıcılıq  baxış  müsabiqəsində  nümunəvi 
çıxışına görə ikinci dərəcəli qalib olmuşdur. 2003-cü ildə “Heydər Əliyev 
və  Süleyman  Dəmirəl,  Türkiyə  Azərbaycan  münasibətləri”  mövzulu 
məqaləsinə görə Qafqaz Universiteti tərəfindən III mükafata layiq görülüb. 
1999-cu ildə Bakı şəhəri üzrə əlillərin I idman oyunlarında şahmat növü 
üzrə II yeri tutmuşdur. 
 Anadan doğulandan dünya işığına həsrət qalmış bu qızların bacarıq və 
qabiliyyətləri önündə heyrətlənməyə bilmirsən. Bütün əzaları yerində, yüz 
faiz sağlam olan övladların bəzən valideynlərinə necə sitəm etdiklərinin 
tez-tez gündəlik həyatımızda şahidi oluruq. Bu gənclər ata və analarının 


14
da çox vaxt imkanı olmasına baxmayaraq həyatı məhvə aparan və orqa-
nizmi zəhərləyən içkiyə, beyni uyuşduran narkotik maddələrə aludəçilik 
edirlər. Məişətimizə və milliliyimizə zidd, dillə deyilməsi müşkül olan bir 
çox əxlaqı korlayan çirkinliklər girdabına düşürlər. Bu həyat tərzi onları 
qarşısıalınmaz  xəstəliklərə,  həbsxanalara,  ən  nəhayət,  vaxtsız-vədəsiz 
faciəvi ölümlərə sürükləyir.
Belə  oğlan  və  qızlarımıza  üzümü  tutub  deyirəm:  Mətanət  xanım  və 
Aygün  xanım  Tağıyeva  bacılarının  dəmir  iradəylə  hasarlanmış  həyatına 
diqqət kəsilsinlər. Allahın bir dəfə verdiyi ömrü biliyə, bacarığa, əməyə 
sərf edib xoşbəxtliyə nail olsunlar.
Əlbəttə, bu iki bacının qazandığı uğurların təməlində valideynlik borcu-
nu səbirlə, dəyanətlə, dözümlə, həm də deyərdim ki, qəhrəmancasına yeri nə 
yetirən Ata və Ana durur. Onlar sevimli övladlarının fiziki qüsurlu olmasından 
heç də həvəsdən düşməmiş, onların böyüyüb boya-başa çatmasıyla, oxuyub 
təlim-tərbiyə almasıyla məşğul olmuşlar. Öz şəxsi həyatını üstün tutub sağ ikən 
balalarını uşaq evlərinin küncünə atan, kasıblığı, həyatın min bir çətinliklərini 
bəhanə edib dünyaya gətirdikləri bu günahsız körpələrdən imtina edənlərin 
ürəyində, yəqin ki, Allah xofu yoxdur. Mən bu qızların valideynləri Səmayə 
Qasımbəy qızına və Rafiq Nemət oğluna üzümü tutub deyirəm ki, halal ol-
sun Sizin kimi mələksima valideynlərə! Daima İlahinin nəzər və diqqətində 
olasınız, əziz Rafiq bəy və Səmayə xanım! 
Ən nəhayət, Mətanət xanım və Aygün xanıma bir məlumatı çatdırmaq 
istəyirəm (bəlkə də onların bu məlumatdan xəbərləri var…), bu yaxınlarda 
Rusiya televiziya proqramlarının birində maraqlı bir veriliş gedirdi. Həmin 
verilişdə Amerika alimlərinin video-eynək kəşf etdikləri barədə xəbər ver-
ilirdi. Məlumat üçün deyim ki, hətta həmin video-eynək artıq təcrübədən 
də keçirilib. Bu video-eynəklərdə birbaşa beynin görmə üzvlərilə əlaqəsini 
yaradan kiçik cihaz quraşdırılıb. Bu cihaz vasitəsilə görmə qabiliyyəti ol-
mayan insanlar da adi görənlər kimi özünü hiss edir. Sadəcə, hələlik onun 
qiyməti çox bahadır. Elmin son dərəcə sürətli inkişaf etdiyi yaşadığımız 
bu dövrdə əminliklə deyə bilərəm ki, həmin video-eynəklər də kompüter, 
cib telefonları və bir çox elektron cihazları kimi ucuzlaşacaq və o video-
eynəklər bizim vətənə də gəlib çıxacaq. Mətanət xanım və Aygün xanım, 
mən də sizə arzu edirəm ki, yaxın vaxtlarda bu eynəklərdən asanlıqla alıb 
istifadə edə biləsiniz. Bir-birinizin üzünü görüb öz uğurlarınızı bir-birinizə 
söyləyəsiniz. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə