10
də bu üstünlüyünü ömrü boyu qoruyub saxlamalıdır. Bunu qoruyub sax-
layanlar ulu Tanrının sevdiyi bəndələr olurlar.
Bu yaxınlarda paytaxtın sayılıb-seçilən ədəbi mətbuat orqanlarından
olan “Kredo” qəzetinin redaksiyasına getmişdim. Qəzetin baş redaktoru
Əli Rza Xələfli mənə “İki ürəyin sözü” adlı bir şeir kitabı verdi. Bu toplu
iki müəllifin imzasıyla qələmə alınmışdır. Kitabın müəllifləri Mətanət və
Aygün Tağıyeva bacılarıdır. Mətanət xanım 25 yanvar 1973, Aygün xanım
isə 8 yanvar 1974-cü ildə Bakıda anadan olublar. Hər ikisi Bakı Dövlət
Universitetini bitirib. Mətanət xanım filologiya, Aygün xanım isə tarix
fakültəsinin məzunlarıdır. İkisi də rus dilində təhsil alıblar. Hər ikisi şeir
yazır. Şeirlərini isə əsasən ana dilində yazırlar. Mətanət xanım Tağıyeva
artıq AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi və filologi-
ya elmləri namizədidir. Aygün xanım Tağıyeva isə tarix üzrə magistrdir.
Qızlar buraxdıqları şeir kitabını ataları Rafiq Nemət oğluna və anaları Sə-
mayə Qasımbəy qızına ithaf ediblər. Bu iki ziyalı xanım qızlarımızın ömür
tarixçəsinə diqqət kəsiləndə adamın ürəyini riqqət və heyrət hissi bürüyür,
çünki bu qızlar ana bətnindən dünyaya göz açarkən hər ikisi eyni tale ilə
doğulublar. Dünya işığına həsrət acısı ömürləri boyu onlarla yol yoldaşı
olub. Bu iki xanım qızlarımız təbiətin onların bəxtinə ərməğan etdiyi
fiziki qüsurun ağrısının burulğanında batıb qalmayıblar. İki gözün acısını
dəf edib elmin zirvələrinə doğru yol getməkdədirlər. Mətanət xanım və
Aygün xanım təkcə elmlə kifayətlənməyib bədii yaradıcılıqla da məşğul
olurlar. Elə bu səbəbdəndir ki, məhz “İki ürəyin sözü” toplusu onların birgə
əməyinin məhsuludur. Qızlar qələmlərini təkcə heca və sərbəst vəzndə
deyil, hətta əruz vəznində də sınayıblar. Kitab ilk əvvəl Mətanət xanımın
şeirlərilə başlayır. Onun “Qatar”, “Getdi əldən vətən bağı”, “Səninlə sənsiz
(pul)”, “Məndən başqa kimin var?”, “Sən mənim yolumu gözləyəcəksən” və
sair şeirləri kitabda özünə yer alıb. Müəllif “Qatar” şerində insan həyatına
daxil olmuş, onun mənzil başına çatmaq ehtiyacını ödəyən qatardan söz açır.
Şeirdə uzun yolları tələsmədən, həm də buna baxmayaraq yubanmadan gedən
müasir dövrün ən kara gələn texnikasını öz şerində əks etdirir:
Qoy ötməsin günün hədər, vaxtın əbəs,
Tükənməsin səyahətə səndə həvəs,
Yetir məni öz arzuma tələs, tələs,
Polad yolun uzaq, rəvan olar qatar.
11
Müəllif “Getdi əldən vətən bağı” şerində işğal altında olan vətən tor-
pağının acısını belə ifadə edir:
Getdi əldən vətən bağı,
Bitməz burda xarı bülbül.
Torpağımda gəzir yağı,
Oxu, sazla, sarı bülbül.
Taleyim daha çağlamaz,
Halıma heç kəs ağlamaz,
Yaralarım köz bağlamaz,
Gəl yaramı sarı, bülbül.
Əlinə qələm alıb ağlının duyğularını, ürəyinin atəşini vərəqlərə tökən
qələm sahibləri kimi Mətanət xanım da düşmən əlində qalan torpaqlarımızın
ağrı-acısını bu üç bəndlik şeirlə izah edir. Onun “Nəsrin” şeri əruz vəznində
yazılıb:
Bənzərin çoxdu gülə, ol gülə mehman, Nəsrin!
Səndə də mən danışım, ver mənə imkan, Nəsrin.
Məskənindir uca dağlar, meşələr, çay kənarı,
Hərdən də bağçalarda var sənə ünvan, Nəsrin.
O dərman otu kimi istifadə olunan Nəsrini gül təki tərənnüm edir və
bu tərənnüm insan qəlbini riqqətə gətirir. Özünə məxsus dəsti-xətti olan
Mətanət xanım bir çox tanınmış adamlara müşəxxəslər yazıb. Onun
“Dün yada” şeri cavan bir qələm sahibinin həyat həqiqətlərini öz könül
süzgəcindən keçirib aləmə bəyan edən ürək çırpıntılarıdır:
Vətənim bəzəkdir bəşəriyyətə,
Heç kəs qalmayacaq bil qiyamətə,
Düşsəm cəhənnəmə, ya da cənnətə,
Qalacaq bəlkə də gözüm dünyada.
Mətanət xanım, sizə yaradıcılıq uğurları eşqilə deyirəm ki, sizin kimi
dəmir iradəli, həyatını halallıqla quran bəndələrin yeri cənnətdədir.