Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə5/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   2   3   4   5   6   7   8   9   ...   92

15
Sizə  həyatda  ürəyiniz  istədiyiniz  xoşbəxtlik  və  humanitar  elmlərdə, 
bədii yaradıcılıqda uğurlar arzulayıram. Mən Sizin kimi vətən qızlarıyla 
fəxr edirəm! Allah sizi qorusun! 
 05.06.2008
AZƏRBAYCAN RESpUBLİKASININ DÖVLƏT 
HİMNİ (fƏLSƏfİ-TEKSTOLOjİ TƏHLİL) 
MƏQALƏSİNİN MÜƏLLİfİ 
ƏMİRŞAH BABAŞAH OĞLUNA (HACILI)
AÇIQ MƏKTUB
Sizin  Azərbaycan  Respublikasının  Dövlət  Himninin  mətni  barədə 
verdiyiniz  təhlili  oxuyub,  bu  ölkənin  bir  vətəndaşı  kimi  çox  məyus  ol-
dum.  Ona  görə  ki,  biz  müstəqilliyimizin  17-ci  ilini  yaşayan,  sinəsi 
paramparça olmuş, Azərbaycan ölkəsinin kiçik bir hissəsində bəxtinə bu 
yaxınlarda istiqlal haqqı düşmüş bir xalqıq. Bu xalqın çox qismi dünyanın 
hər  yerinə  səpələnmiş,  ürəyi  vətən  həsrətilə  alışıb-yanan,  qürbət  ağrı-
acılarına köklənmiş bir ömür yaşayır, çünki onun torpağının cənub hissəsi 
İran,  şimal  hissəsində  yerləşən  Dərbənd  Rusiya,  Borçalı  isə  Gürcüstan 
qanunlarına tabe olmaq məcburiyyətində qalıb. İrəvan xanlığı mərkəz ol-
maqla, bütünlüklə Qərbi Azərbaycan ərazisində Rus imperiyasının amansız 
hökmü  və  himayədarlığıyla  indiki  Ermənistan  yaradıldı.  Bizim  erməni 
kimi tanıdığımız, əslində özlərinin özlərinə “hay” dedikləri gəlmə yağılara 
bu torpaq, xalqımıza qarşı edilən soyqırımı və repressiyayla bəxşiş edildi. 
Əslində göy türklər də, hunlar da, xəzərlər də, ərəblər də, monqollar da, 
ruslar da, farslar da Azərbaycanı işğal məqsədilə tapdalayıb keçiblər. Hər 
hökmdar da bu torpaqda öz izlərini qoyub gedib… Dili ilə, dini ilə, adət-
ənənələrilə, törətdikləri vəhşiliklərlə…
Allahın bizə bəxş etdiyi müstəqilliyin neçə əsrlərdir ki, həsrətində idik. 
Mən ona görə Allahın bizə bəxş etdiyi müstəqillik deyirəm ki, əgər im-
periya balıq kimi başından iylənməsəydi, rus “qardaşlarımızın” əsarətində 
yaşamağa məhkum idik və məhkumluqdan bizi Allah xilas etdi. Yaxşı ki, 
xilas dönəmində Heydər Əlirza oğlu Əliyev kimi ağıllı, uzaqgörən, tədbirli, 
millətinin ədəbi dilini sevən, şivələrdən uzaq, natiqlik qabiliyyətinə malik 


16
olan böyük insan, dilin sağalmaz yaralarına məlhəm edən, mənəvi təbibimiz 
oldu. Allah  ona  qəni-qəni  rəhmət  eləsin  və  ruhu  şad  olsun.  Hamımızın 
yaxşı yaddaşına həkk olmuş məşhur o müşavirədə millətin elm adamları 
qarşısında “Biz azərbaycanlıyıq və bizim dilimiz Azərbaycan dilidir” dedi. 
O uzaqgörən vətənpərvər bizi milli təfriqələrdən xilas etdi, amma hamıya 
məlumdur  ki,  bizim  indiki  danışdığımız  dil Azərbaycan  türkcəsidir,  bu 
ölkənin çox qismi türkdilli xalqdır.
Hörmətli Əmirşah müəllim! Sivil ölkələr yüz illərlə eyni himni və həmin 
himnə  yazılmış  eyni  mətni  işlədərlər,  heç  bunu  yeniləşdirmək  haqqında 
fikirləşməzlər. Siz himnin mətnində işlənmiş ərəb və fars dilindən dilimizə 
keçmiş  gəlmə  sözlərin  bolluğundan  şikayətlənirsiz.  Ərəb  dilindən  gələn 
Vətən sözünü dilimizə yad adlandırırsız və deyirsiz ki, bunu yurd sözü ilə 
əvəz etmək lazımdır və yaxud ərəb dilindən götürülmüş qəhrəman ifadəsini, 
monqol dilindən türk dilinə keçmiş, bahadur sözü ilə əvəz etmək lazımdır 
deyirsiniz. Əgər qəhrəman sözünü bahadur sözüylə əvəz etsək, onda Milli 
Qəhrəman yox, Milli Bahadur yazılmalıdır. Axı niyə sizin dediyiniz iradlar 
təkcə himnə yazılmış şeir parçasına aid olmalıdır? Sonra misraların sonun-
da “iz” şəkilçisinin işlənməsi şerə daha da axıcılıq verir. Əgər sizi şeirdə 
gedən qafiyə qüsurları narahat edirsə, bu da dahi Üzeyir bəyin musiqisinin 
sədaları altında cilalanır, yəqin ki, müəlliflər mətnin söz qüdrətini artırmaq 
və təsirli etmək üçün bu kiçik qüsurlara göz yumublar. Ümumiyyətlə, mahnı 
mətnlərində  bəstəkarlar  şerin  gücünü  artırmaq  üçün  bəzən  qafiyə  və  heca 
pozuntularına yol verirlər. Çox güman ki, himnin mətnində gedən bu xətalar 
da onun qüdrətini artırmağa xidmət edib və artırıb da. Mənim 53 yaşım var, ilk 
dəfə məktəbə gedərkən müəllim bizə yazı lövhəsində ana, vətən, ata sözlərini 
yazmağı öyrətdi. Əgər sizin yaz dı ğınız fikirlərlə razılaşsaq, onda vətən, məktəb, 
kitab, kitabxana, şəhid lər xiyabanı, salam, xeyr, bəli kimi minlərlə sözlər bizim 
dilimizdən çıxa rılmalıdır. Öncə klassik ədəbiyyata, Füzulidən tutmuş ən qəliz 
yazan Seyid Əzim Şirvaniyə, dahi Sabirə qədər, sonra müasir söz adamlarının 
yazıb-yaratdıqlarına əməlli-başlı əl gəzdirmək lazım olacaq. Hələ mən tibdə, 
texniki ədəbiyyatda və elmimizin bir çox sahələrində bizimkiləşmiş, ərəb, fars, 
rus, ingilis və sair dillərdən dilimizə keçib doğum şəhadətnaməsi qa zan mış 
sözlərdən danışmıram.
Biz hamımız yaxşı bilirik ki, ərəb sözlərinin doğmalaşması islam dini 
və  islami  həyat  tərzi  ilə  bağlıdır.  İslama  inancımızın  əksi  bayrağımızın 
üstündə  açıq-aydın  dalğalanmaqdadır.  Bizim  ölkədə  hansı  yerdə  yuva 


17
salıb  yurd  qurursansa  ora  yurd  deyilir.  Vətən  isə  geniş  anlam  kimi  bi-
zim ağlımıza, ruhumuza hopub. Böyük Səməd Vurğunun “Azərbaycan” 
şerindən iki misranı sizin diqqətinizə yetirmək istəyirəm:
“Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən”
Siz rəngi çalarlarla əvəz etmək istəyirsiniz. Onda Böyük şairimiz Rəsul 
Rzanın şerə başlıq kimi vermiş “Rənglər”i çalarlar ifadəsilə əvəz etmək 
lazım gələcək. Biz onsuz da vətənin çox hissəsini itirmiş, müstəqilliyimizi 
ikinci  dəfə  qazandığımız  dönəmdə  aran  və  dağ  Qarabağı  işğala  möhtac 
edilmiş,  hələ  istiqlal  sevincini  dadmamış  sinəsi  ağrılara  pərçimlənmiş 
ölkənin  vətəndaşlarıyıq.  Vətəni  yurda  qədər  qısaltmağa  ehtiyac  yoxdur. 
Bunu artıq düşmənlər bizə ərməğan edib. Bizim dilimizin inkişafını göy 
türklərin danışdığı məqamlara qaytarmaq lazım deyil. Nə tez müstəqillikdən 
doyduq ki, indi də bizi onun atributları narahat edir? 
HİMN,  HERB,  BAYRAQ  90  illik  istiqlal  tariximizin  daşıyıcılarıdır. 
Bunu da nəzərə alın ki, 90 il bundan qabaqkı danışıq və yazı dili ilə indiki 
danışıq və yazı dili arasında çox fərq var.
Baxmayaraq  ki,  siz  Əhməd  Cavadın  12  aprel  1913-cü  ildə  yazdığı 
«Dilimiz»  şerini,  dilimizə  fars  və  ərəb  dilindən  gələn  sözlərə  qarşı  nü-
mu nə  kimi  gətirirsiz. Yəqin  ki,  90  il  sonrakı  danışıq  dililə  indiki  bizim 
danışıq dili arasında da fərq olacaq. Zaman hərəkətdə olduğu kimi, dil də 
inkişafdadır.  Necə  müqəddəs  Qurana  toxunmuruqsa,  eləcə  də  himndəki 
sözlərə toxunmamalıyıq. O elə o sözlərlə də axıcıdır, dahiyanə bəstələnmiş 
musiqiyə uyğundur və qəlbimizə, canımıza hopub. Böyüklü-kiçikli ürəyi 
istəyənlər onu çoxdan seviblər. Hələ 90 ildə bu vətəndə onu ürəklərində, 
bağırlarında yaşadan yaşlılarımız olub. Onda belə çıxır ki, muğamatımızı 
da,  əruzumuzu  da  dəyişdirmək,  yeniləşdirmək  lazımdır.  Sizin  himnin 
sözlərini dəyişdirib yeni mətn kimi təqdim etdiyiniz o şeir parçasında (əgər 
ona şeir parçası demək mümkünsə) heç bir axıcılıqdan, şeriyyətdən söhbət 
gedə bilməz. Himnin mətnində “Ey qəhrəman övladın şanlı vətəni” deyilir, 
şeirdə övlad geniş mənada nəzərdə tutulur, çünki dədə də, baba da, ata da, 
oğul da, ana da, bacı da, qız da, uşaqlı-böyüklü biz hamımız bu başıbəlalı 
vətənin  övladlarıyıq.  Ona  görə  də  müəllif  övlad  deyəndə  təkcə  babaları 
yox, qadınlı-kişili bu vətən insanını nəzərdə tutur! 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə