Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   2   3   4   5   6   7   8   9   ...   60

 
 
 
 
 
Quyuların qazılması haqqında ümumi məlumat 
 
  Qazıma işləri neft və qaz sənayesində böyük əhəmiyyət kəsb etməklə bərabər xalq 
təsərrüfatının başqa sahələrində də geniş tətbiq edilir. Buna görə də xalq təsərrüfatının 
inkişafı ilə əlaqədar olaraq, qazıma işləri də inkişaf etdirilir. Neft və qaz hasilatının 
inkişafı ilk növbədə qazıma işlərinin inkişafından asılıdır. Bu gün qazılan quyu sabah 
üçün neft və ya qaz deməkdir. 
     Neft və qaz sənayesindən başqa, xalq təsərrüfatının bir sıra müxtəlif sahələrində də  
qazıma işləri aparılır. Ən çox qazıma işləri xüsusilə, dağ, metallurgiya, daş kömür 
sənayelərində, kənd təsərrüfatında və kurortologiyada tətbiq edilir. Xalq təsərrüfatının 
müxtəlif sahələrində aşağıda göstərilən quyular qazılır: 
1)
 
yerin dərinliklərindən neft, qaz, duz məhlulları, mineral və müalicə 
sularının çıxarılması üçün qazılan quyular; 
2)  bərk faydalı qazıntıların çıxarılmasında havadəyişdirici boruların, yeraltı            
hava xətərinin, kabellərin və s. çəkilməsi üçün qazılan quyular. 
3) yeraltı məsaməli laylarda təbii qaz ehtiyyatını saxlamaq  məqsədi ilə   
qazılan quyular; 
   4)  Kömür sənayesində şaxtaların tikilməsi, güclü sulu layların qurudulması    
və dondurulması məqsədi ilə qazılan quyular; 
        5)Tikiləcək binaların özüllərinin qoyulması üçün süxurların tədqiq   
edilməsindən ötrü qazılan dayaz quyuylar; 
    6)  Yaşayış məntəqələrinin, kənd təsərrüfatının su ilə təchiz olunması üçün  
qazılan su quyuları; 
   7)Yataqların seysmik üsulla kəşfiyyatı zamanı partlayış aparmaq məqsədi ilə    
qazılan quyular; 
   8)Geoloji axtarış və xəritə alma məqsədi ilə qazılan quyular; 
        9)    Dağ-mədən sənayesində tunellərin və şəhərlərdə yerləşən metro 
yollarının çəkilməsi,  karxanaların tədqiq edilib istismara hazırlanması və s. 
işlərdə köməkçi məqsədlərlə qazılan quyular; 
            Qazıma quyusu hansı üsulla qazılmasından asılı olmayaraq yerin müəyyən 
dərinliyindəki laya qazılmış silindirik lülədir. Bu lülənin uçulmadan qorunması 
üçün araya salınmış boru kəmərinə qoruyucu kəmər deyilir.Lülənin yer səthindəki 
başlanğıcına quyunun ağzı, yer altındakı qurtaracağına isə quyunun dibi deyilir. 
13)
 
Geoloji axtarış və kəşfiyyat quyuları- laylarda və yerin qatlarında faydalı 
qazıntılar axtarışı məqsədi ilə qazılır və s. 
 Göstərilən quyular uyğun üsullarla həm şaquli, həm də maili, yaxud münasib halda 
üfqi istiqamətdə istər quruda istərsə də dənizdə qazıla bilər. Bunlarla əlaqədar olaraq 
hazırda müxtəlif qazma üsulları tətbiq edilir. 
   
 
Neft və qaz quyularının qazılması üsulları 
 
Neft və qaz quyuları iki üsulla; vurma və fırlanma üsulları ilə qazılır. Vurma üsulu ilə 
dağıdılır və dağıdılmış süxur hissəcikləri maye ilə birlikdə qazımada süxurlar şaquli 
istiqamətdə (yuxarıya və aşağıya) hərəkəti etdirilən baltanın zərbələri nəticəsində 


 
 
 
 
 
quyudan çıxarılır. Hazırda neft və qaz quyularının qazılmasında bu üsuldan istifadə 
edilmir. Fırlanma üsulu ilə qazımada isə süxurlar fırladılan balta vasitəsilə kəsilir, 
qoparılır və doğranılır və suxur hissəcikləri qazıma zamanı fasiləsiz dövran edən 
yuyucu maye vasitəsilə quyudan çıxarılır. Fırlanma üsulu üç növə ayrılır: 
4)
 
Rotor qazıması.Bu halda quyudibinə endirilmiş balta, qazma boruları ilə 
birlikdə quyuağzında yerləşdirilmiş rotor vasitəsilə hərəkətə gətirilir
5)
 
Turbin qazıması. Bu halda balta və onun üstündə yerləşdirilmiş turbin qazıma 
boruları ilə quyudibinə buraxılır. Turbin quyudibində qazma borularının 
içərisinə yüksək təzyiqlə vurulan yuyucu mayenin enerjisi ilə hərəkətə gətirilir 
və turbinin fırlanma hərəkəti baltaya ötürülür. 
6)
 
Elektrik qazması. Bu halda balta, onun üstündə yerləşdirilmiş xüsusi elektrik 
mühərriki vasitəsilə quyudibində hərəkətə gətirilir. 
Neft və qaz quyularının qazılması prosesi, qazıma üsulundan asılı olmayaraq, 
əsasən aşağıdakı işlərdən ibarətdir: 
 
 
                 1)Baltanın quyudibinə endirilməsi; 
                 2) Süxurların balta ilə dağıdılması;    
                 3) Baltanın quyudan qaldırılması; 
           4) Quyunun qoruyucu kəmərlə bərkidilməs və sementlənməsi 
                       . 
 Bundan əlavə, qazıma zamanı quyudan süxur və maye nümunələrinin 
götürülməsi, quyunun əyriliynin  ölçülməsi, karataj və digər köməkçi işlər də 
aparılır. 
      Fırlanma üsulu ilə müasir dərin qazıma qurğusunun  sxemi şəkildə göstərilmişdir. 
Balta (1), yüksək keyfiyyətli poladdan hazırlanmış qazıma boruları (2) vasitəsilə 
quyuya endirilir. Bu borular bir-birilə qazıma qıfılları (3) ilə birləşdirilir. Baltaya 
fırlanma hərəkəti rotorun (4) mühərriki (11) və işlək boru (5) vasitəsilə ötürülür. 
Baltanın quyuya endirilib –qaldırılması vışkanın (19) yuxarısında qoyulan kranblok,  
tal bloku (8), qaldırıcı qarmaq (7), tal kanatı (9) vasitəsilə həyata keçirilir. Tal 
kanatının işlək ucu qazma bucurqadının  (10) barabanına bağlanılır. Qazma prosesi 
zamanı buruq nasosu (12) yuyucu mayeni qəbul çənindən (14)  götürüb, monifold 
(16), rezin buruq şlanqı (17) və fırlanğıc (6) vasitəsilə qazma boru kəmərinə  vurur və 
baltanın deşiklərindən  sürətlə çıxan yuyucu maye süxur hissəciklərini həlqəvi 
fəzadan yer səthinə çıxarır. Quyudan çıxan məhlulnov sisteminə (15) daxil olur
təmizləyici qurğular vasitəsilə suxurlardan təmizlənir, qəbul çəninə daxil olur, oradan 
da nasos vasitəsilə qazıma boru kəmərinə vurularaq yuyucu mayenin fasiləsiz dövranı 
yaradılır. Quyunun konstruksiyası əsasən quyuya endirilmiş şaxta borusu (22),  
Konduktor( 20), texniki və istismar kəmərlərindən ibarətdir. Həmin kəmərlərin 
arxasında möhkəm sement qatı(21), yaradılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə