Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   5   6   7   8   9   10   11   12   ...   60

 
 
 
 
 
 
 
                                 Baltanın dövrlər sayı. 
 
Baltanın  dövrlər  sayı  n  qazıma  göstəricilərinə  müxtəlif  təsir  göstərir.  Əgər 
qazımada  şaroşkalı  baltalardan  istifadə  olunursa,  o  vaxt  n-in  artması  ilə  balta 
dişlərinin  quyu  dibinə  endirdiyi  zərbələrin  sayı,  zərbənin  endirilmə  sürəti  və  zərbə 
yükünün  dinamik  əvəzləyicisi  də  artır.  Bu  da,  öz  növbəsində,  qazımanın  mexaniki 
sürətini 


yüksəldir.  Eyni  zamanda  bu  amillər  baltanın  quyu  dibində  işləmə 
müddətini  azaldır,  dövrlər  sayının  artması  ilə  balta  dişinin  süxurla  təmas  müddəti 
azalır. Süxurun dağılmasının səmərəliliyi azalır, bununla yanaşı mexaniki sürət azalır. 
burada e – şaroşkaların sayı; Z
ş
 – şaroşka dişlərinin sayı; D, d
ş
 – uyğun olaraq balta və 
şaroşkanın  diametrləridir.  Qopan  süxur  həcmini  V
h
  qəbul  etsək,  onda  vahid  zaman 
ərzində dağılan süxurun həcmi 1 dəqiqə ərzində 
                             
 
   .Şaroşkalı baltalarla  kövrək-plastik və əsasən plastik süxurları  qazdıqda  n-in 
artması ilə 

-nın dəyişməsi müşahidə olunur (əyri 2), yəni A nöqtəsinə qədər 

 və 

m

n-in  artması  ilə  artır.  Sonra  isə  B  nöqtəsinə  qədər  n-in  artması  ilə 

  azalır, 

m
  isə 
artmaqda davam edir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 9.4 V
m
=f(n), 

= f(n)asılılıqları 
1-almazlı balta ilə bərk və kövrək süxurları qazıdıqda; 
2-şaroşkalı balta ilə elastiki plastik süxurları qazıdıqda 
 
n  >  n
kr2
  olduqda 

  və 

m
  azalır.  Bu  onunla  əlaqədardır  ki,  n-in  artması  ilə  B 
nöqtəsindən  sonra  balta  dişinin  süxurla  təmas  müddəti  kiçilir,  dişin  süxura 
zərbələrinin  sürəti  artır,süxurun  dağılmağa  göstərdiyi  müqavimət  bir  qədər  artır. 
Süxurun  plastiklik  xassəsi  azalır.  Bu  halda  qazıma  kəmərinin  titrəyişi  artır,  quyu 
dibində  qazıma  məhlulunun  hərəkət  xarakteri  dəyişir,  qazıma  kəmərinin  boş 
fırlanmasına sərf olunan güc artır. 
 
 


 
 
 
 
 
 
  
 
                  
                   Qazıma məhlulunun sərfi və keyfiyyəti  
 
Qazıma prosesində quyuda qazıma məhlulunun fasiləsiz dövranı, quyu dibinin 
yaxşı  təmizlənməsini,  baltanın  soyudulmasını  təmin  etməli,  süxurun  dağıdılmasına 
kömək  etməlidir.Qazıma  məhlulunun  sərfinin  Q,  qazımanın  mexaniki  sürətinə  təsiri 

m
 = f (Q) şəkil 9.5 də göstərilmişdir.  
Qazıma  baltasının  təzə  olması  və  quyu  dibinin  doğranmış  süxur 
hissəciklərindən  tam  təmizlənməsi  halında  qazımanın  mexaniki  sürəti  qazıma 
məhlulunun sərfindən asılı olaraq demək olar ki, düz xətt qanununa uyğun olaraq artır 
(şəkil 9.5. I sahə). 
Praktiki  olaraq  qazıma  məhlulunun  sərfi  lazım  olan  həddə  çatdıqda  (Q=Q
1
), 
baltanın  quyu  dibində  yaxşı  soyumasına,  baltanın  və  quyu  dibinin  yaxşı 
təmizlənməsinə,  qazıma  məhlulunda  süxur  hissəciklərinin  miqdarının  və  həlqəvi 
fəzada  məhlulun  sıxlığının  həmçinin  quyu  dibinə  təsir  edən  hidrostatik  təzyiqin 
azalmasına baxmayaraq qazımanın mexaniki sürəti çox kiçik templə də olsa arta bilər 
(II sahə). 
 V.S.Fyodrov  da  isbat  etmişdir  ki,  qazıma  məhlulunun  miqdarının  optimal 
həddən  çox  olması,  qazımanın  mexaniki  sürətini  praktiki  olaraq  artırmır.  Qazıma 
məhlulunun  sərfinin  sonrakı  artımında,  yəni  Q 

  Q
max
  olduqda  həlqəvi  fəzada 
hidravliki  itkilərin  dəf  olunmasına  sərf  olunan  təzyiq  itkisi  artır  və  nəticədə  ümumi 
hidravliki  təzyiqin  quyu  dibinə  təsiri  artır,  bu  isə  qazımanın  mexaniki  sürətinin 
azalmasına gətirib çıxarır.  
Praktiki  olaraq  bu  hal  çox  az  əldə  olunur  (III  sahə).  Quyu  hidravliki 
mühərriklə  qazılan  zaman  qazıma  məhlulunun  sərfi  onun  iş  xarakteristikasını  təyin 
etdiyindən qazımanın mexaniki sürətinə əsasən Q > Q
1
 olduqda çox təsir göstərir. 
 
Quyu  dibinin  təmizlənməsini  yaxşılaşdırmaq  üçün  qazıma  məhlulunun  sərfini 
normadan 
yuxarı  artırmaqdansa,  qazıma  məhlununun  reoloji  xassələrini 
yaxşılaşdırmaq  balta  oymaqlarından  çıxan  şırnağının  quyudibinə  yönəldilməsini  və 
sürətini səmərəli təşkil etmək daha yaxşıdır. Qazıma məhlulunun əsas parametrlərinin 
mexaniki sürətə təsirini aşağıdakı qrafiklərdəki kimi izah etmək olar (Şəkil 9.6). 
 
 
                            
                                        Müasir qazıma üsulları 
 
Müasir  qazıma  üsulları  dağ  süxurlarına  təsiretmə  xüsusiyyətlərinə  görə  iki 
cürdür: 
1.
 
fiziki qazıma üsulları. 
2.
 
Mexaniki qazıma üsulları. 
Mexaniki  qazıma  üsulundan  fərqli  olaraq,  fiziki  qazıma  üsuluna  baltasız      
qazıma üsulu da deyirlər. 


 
 
 
 
 
Fiziki qazıma üsulları : 
Termoqazıma – alovla və plazma ilə qazımada istilik və temperaturun təsiri ilə 
dağ süxurlarının dağıdılmasına nail olunur. 
Partlayışla qazıma – partlayış nəticəsində quyu dibi süxurlar dağıdılır. 
Hidravlik  qazıma  –  yüksəktəzyiqli  maye  şırnağı  vasitəsilə  dağ  süxurları 
dığıdılır. 
Elektrik impulsu ilə qazıma – elektrik boşalmasının təsiri ilə dağ süxurlarının 
dağıdılmasına nail olunur. 
Kimyəvi  qazıma  –  bu  qazıma  üsulunda  dağ  süxurları  ilə  reaksiyaya  girən 
kimyəvi reagentlərin təsiri ilə süxurlar dağıdılır. 
Titrəyişlə qazıma – vibroqazıyıcının təsiri ilə qazıma aparılır və qazıma aləti 
yerin  təkinə  işləyir.  Bu  qazıma  üsulları  hələlik  laboratoriya  tədqiqatı  çərçivəsindən 
kənara çıxmayıblar. 
Bü üsullardan fərqli olaraq mexaniki üsulla qazıma öz universallığı sayəsində 
geniş  yayılmışdır.Hazırda  neft  və  qaz  quyularının  qazılması  əsasən  mexaniki  üsulla 
yerinə yetirilir. 
Mexaniki  üsulla  neft  və  qaz  quyularını  XIX  əsrin  ikinci  yarısından  qazımağa 
başlamışlar və bu quyuların dərinliyi illər keçdikcə 8000-12000 metrə çatdırılmışdır. 
Mexaniki qazıma üsulu öz növbəsində iki yerə ayrılır: 
-
 
vurma üsulu ilə qazıma; 
-
 
fırlanma üsulu ilə qazıma. 
Vurma  üsulu.  Vurma  üsulu  ilə  qazımada  balta  ardıcıl  zərbələrlə  quyudibi 
sahəyə vurulur və doğranmış süxur parçaları su ilə qarışaraq məhlul və ya qatı maye 
şəklində  jelonka  vasitəsilə  quyu  dibindən yerin  səthinə  çıxarılırdı.  Belə halda, quyu 
lüləsinin silindrik şəkildə alınması üçün qazıma aləti quyu ağzında işləyən açarçılar 
vasitəsilə müəyyən bucaq altında döndərilir. 
Vurma  üsulu  ilə  qazımada  ağır  qazıma  aləti  balta  ilə  birlikdə  dövrü  olaraq 
qaldırılıb  zərblə  endirilməklə  süxura  batırılır.  Qazıma  aləti  quyu  ağzında  yerləşən 
qazıma  dəzgahı  vasitəsilə  krivoşip  şatun  mexanizminin  köməyi  ilə  qaldırılıb  -
endirilir.  Krivoşip  şatun  mexanizmin  vasitəsilə  fırlanma  hərəkəti  irəli-geri  hərəkətə 
çevrilir.  Aşağıya  hərəkət  zamanı  balta  ilə  birləşdirilmiş  ağır  ştanq  enərək  quyudibi 
süxuru  dağıtmağa  kömək  edir.  Beləliklə,  ştanqla  vurma  qazımasında  süxurların 
dağıdılması  ardıcıl  əməliyyat  olmaqla,  iki  prosesin  nəticəsində  baş  verir;  bunlardan 
birincisi süxürün dağıdılması prosesi və ikincisi isə ştanqların qaldırılmasından sonra 
qazılmış  süxur  hissəciklərinin  quyu  dibindən  jelonka  ilə  çıxarılma  prosesidir.  Bu 
əməliyyatlar  ardıcıl  surətdə  təkrar  olduqca  quyu  dərinləşir.  Bu  prosesdə  quyu  boş 
olduğundan  süxurların  quyu  divarındakı  dayanıqsızlığını  nəzərə  alaraq,  müəyyən 
qədər qazılan quyu lüləsi içərisinə qoruyucu borular buraxılır və arxası sementlənir. 
Ştanqla  vurma  üsulu  dərinliyi  10-15m  olan  seysmik  kəşfiyyat  quyularının 
qazılmasında,  yeraltı  tikintilərdə,  tunellərdə  havanı  dəyişdirmək  məqsədilə  dərinliyi 
100m-ə qədər olan quyuların və ən çox su quyularının qazılmasında istifadə edilir. 
Sonralar  süxurların  quyudan  çıxarılması  vurma  prosesi  ilə  eyni  zamanda  icra 
edilirdi.  Bunun  üçün  bütöv  kəsikli  ştanqlar  daxili  kanalı  olan  ştanqlarla  (borularla), 
süxuru dağıdan baltalar isə yuma deşiyi olan baltalarla əvəz edildi, quyunun ağzına 
pistonlu  nasos,  qəbul  çəni  və  novlar  qoyuldu.  Bu  halda  quyu  çirklənmiş  qazıma 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə