Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   4   5   6   7   8   9   10   11   ...   60

 
 
 
 
 
borularının, balta pəncələrinin, sapfasının və ya şaroşkalarının sınıb quyuda qalması 
kimi qəzaların baş verməsinə səbəb ola bilər. 
Qazımanın  səmərəliliyini  daxili  imkanlar  hesabına  artırmaq  üçün  rejim 
parametrləri  arasında  ən  münasib  və  əlverişli  qarşılıqlı  əlaqəni  araşdırıb  tapmaq  və 
bunların balta, qazıma aləti və avadanlığa olan təsirlərini müəyyənləşdirmək lazımdır. 
Əgər  qazılan  quyuda  balta,  qazıma  aləti  və  avadanlıq,  qazımanın  optimal  rejiminə 
uyğun seçilmişsə o zaman baltanın bir gedişi müddətində qazımanın mexaniki sürəti 
ən böyük qiymət alacaqdır. 
a)
 
Qazımanın orta mexaniki sürəti : 
                                   h
b
 
                   V
m
  =  -------------  ; 
                              t

h
b    --   
bir baltanın gedişi – m ilə ;  t
b  --
 bir baltanın quyu dibində yalnız qazımaya sərf 
etdiyi vaxt, saat ilə; 
 
                    
 
 
 
                              Baltaya verilən oxboyu yük. 
 
Mexaniki üsulla qazıma zamanı quyu dibində dağ süxurunun dağıdılması balta 
üzərinə oxboyu yükün yaradılması nəticəsində mümkün olur. 
Baltaya  verilən  oxboyu  yükün  (P
b
)  qazımanın  mexaniki  sürətinə  (V
m
)  təsiri 
(sabit  kiçik  dövrlər  sayında  n  =  60  dövr/dəq.  və  quyu  kifayət  dərəcədə  yuyulmuş 
olduqda,  kiçik  vaxt  ərzində  baltanın  yeyilməsini  nəzərə  almamaqla)  şəkil  9.2  -də 
göstərilmişdir. 
Neft və qaz quyularının qazılması zamanı dağ süxurlarının effektli dağıdılması 
bir çox amillərdən asılıdır. 
Belə ki, süxurların, balta tipinin, onun dişlərinin sayının ,ölçülərinin və yeyilmə 
dərəcəsinin  eləcə  də  oxboyu  yükün  müxtəlif  qiymətlərdə  olması  quyu  dibində 
süxurun  dağılma  xarakterini  dəyişdirir.  Baltaya  verilən  oxboyu  yükün  qazımanın 
mexaniki  sürətinə  təsiri  asılılığını,  baltanın  diametrinin  1sm
2
-nə  düşən  yükün  P
x
 
(xüsusi  oxboyu  yükün),  süxurun  birinci  sıçrayış  da  dağılmasına  göstərdiyi 
müqavimətə P
1
 nisbəti kimi ifadə etmək yaxşı olardı 
P
x
 - xüsusi təzyiqdir, (1 sm
2
 sahəyə düşən təzyiq) 
F
k
 - balta dişlərinin süxurla təmas sahəsidir. 
F
k
  -  nın  qiymətini  təyin  etmək  çətindir,  ona  görə  də  F
k
  yeyilməmiş  dişlərin  bir 
dövrdəki başlanğıc təmas sahəsinin orta qiyməti kimi qəbul edilir. 
     Verilmişdir.  Baltaya  verilən  ox  boyu  yükün  kiçik  qiymətində  yəni  I  zonada 
süxurun  səthi  dağılması  (sürtülmə)  baş  verir,  II  zonada  süxur  hissəciklərlərinin 
qopması  yəni  səthi  və  həcmi  dağılmalar  bir-birini  əvəz  edir,  III  zonada  isə  xüsusi 
təmas  gərginliyinin  qiyməti  süxurun  möhkəmlik  həddini  aşır  və  həcmi  dağılma  baş 
verir.  Əgər  quyu  ideal  dərəcədə  yuyulursa  onda  bu  dəyişmə  düz  xətt  boyunca  baş 
verir  (1),  natamam  yuyulma  zamanı  (1

 
)  istiqamətində  olur,  qazıma  məhlulunun 
sərfini artırsaq (1

) xəttini alarıq. 


 
 
 
 
 
Bunu aşağıdakı kimi izah etmək olar. Nisbi xüsusi təzyiqin kiçik qiymətlərində 
0 < p
o
 < 0,6 (I sahə) süxurun əsasən səthi dağılması (abraziv yeyilmə), mikroqopma 
əzilmə, ölçüləri balta dişlərindən kiçik olan kələ-kötürlərin sürüşməsi baş verir). Bu 
sahədə  sürətin  dəyişməsini 

m
  =  ap
b
o
  ifadəsindən  əldə  etmək  olar,  burada,  a  və  b 
dağılma sahəsini səciyyələndirən əmsallardır

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 9.2. V
m
 = f (P)asılılığı   
 Şəkil 9.3. V
m
 = f (P
o
)asılılığı 
1-yumşaq dağ süxurlarını qazıdıqda;      (M.Q.Binqhemə əsasən) 
2-orta bərklikli süxurları qazıdıqda; 
3-bərk süxurları qazıdıqda; 
4-çox bərk süxurları qazıdıqda 
 
Səthi  dağılma  üçün  b=1-dir.  Praktiki  olaraq  bu  növ  dağılma  çox  bərk  süxurların  kiçik  oxboyu 
yükdə, böyük təmas səthi olan küt dişlərlə qazımada, həmçinin kiçik sərtlikli süxurları böyük təmas 
səthinə malik İSM baltaları ilə qazıdıqda müşahidə olunur. Bu halda qazımanın mexaniki sürəti 1


m/saat intervalında olur. 
Nisbi  xüsusi  təzyiqin  0,6  <  P
o
  <  0,9  qiymətlərində  yorucu  dağılma  baş  verir  (II  sahə).  Bu 
sahə  üçün  xarakterik  cəhət  ondan  ibarətdir  ki,  həcmi  dağılması  eyni  sahəyə  balta  dişinin  bir  neçə 
zərbə endirməsi nəticəsində baş verir. 
İkinci  sahədə  də  qanunauyğunluq  aşağıdakı  tənliklə  ifadə  olunur. 

m
  =  ap
b
o
  .  Burada  b 
əmsalının qiyməti 1 < b < 1,5 olmaqla süxurun mexaniki xassəsindən və baltanın növündən asılıdır. 
Bu halda süxur qırıntılarının ölçüləri birinci hala nisbətən bir qədər böyükdür. Ona görə də qazıma 
məhluluna  süxurun  bərkliyini  aşağı  salmaq  üçün  səthi  aktiv  maddələrin  (SAM)  əlavə  olunması 
məqsədəuyğundur. Şaroşkalı baltalarla böyük dövrlər sayında qazımada bərk süxurların dağıdılması 
əsasən  yorucu  dağılma  zonasında  birinci  sıçrayış  sahəsində  qazılır.  Bu  halda  qazımanın  mexaniki 
sürəti 10 m/saat-dan çox olmur. 
Həcmi dağılma sahəsində (sahə  III) P
o
  >  0,9  olduqda  süxurun  vahid  həcminin  dağıdılması 
üçün sərf olunan enerji sərfi əvvəlki iki sahəyə nisbətən xeyli az olur. Bu halda 

m
 = ap
b
o
 ifadəsində 
b  əmsalının  qiyməti  böyük  intervalda  (1  <  b  <  3)  dəyişir  və  P
o
-ın  qiymətindən  və  süxurun 
xassəsindən asılı olur. 
Beləliklə quyu dibinin mümkün qədər yaxşı təmizlənməsi üçün qazımada yüksək mexaniki 
sürət  əldə  etmək  məqsədilə  qazıma  kəmərinin  dayanıqlığı  və  ötürülən  fırladıcı  an  məhdudluğu 
daxilində  böyük  oxboyu  yük  yaratmaq  lazım  gəlir.  Lakin  quyu  qazılmasının  texniki-iqtisadi 
göstəriciləri  nöqteyi  nəzərincə  bu  heç  də  belə  deyildir.  Çünki  böyük  oxboyu  yükdə  baltanın 
dayaqları  və  dişləri  tez  yeyilib  sıradan  çıxır,  bu  da  öz  növbəsində  qazımanın  kəmiyyət 
göstəricilərinə  mənfi  təsir  göstərir.  Deməli,  başqa  parametrləri  nəzərə  almaqla  oxboyu  yükü  elə 
seçmək lazımdır ki, yüksək texniki-iqtisadi göstəricilər əldə etmək mümkün olsun. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə