Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   10   11   12   13   14   15   16   17   ...   60

 
             
 
 
Balta  öz  oxu  ətrafında  saat  əqrəbi  istiqamtəində 
fırlandığı halda, şaroşkalar saat əqrəbinin əksi istiqamətində öz 
oxları ətrafında fırlanırlar. Şaroşkalı baltaların effektliliyi, quyu 
dibində  işləmə  müddəti  və  mexaniki  sürəti  –  əsasən  şaroş-
kaların və onların səthlərindəki dişlərin həndəsi formalarından, 
şaroşkaların  düzülüşündən  və  yastıqların  quruluşundan,  yuma 
dəliklərinin  diametrindən  və  istiqamətindən,  dişlərin  sərt 
xəlitələrlə örtülməsindən və s. asılıdır. 
Hazırda  şaroşkalı  baltalardan  daha  geniş  istifadə 
edilməsi onların pərli baltalara nisbətən bir çox üstünlükləri ilə 
izah olunmalarıdır. 
1.
 
Şaroşka  dişlərinin  ümumi  süxurla  görüşən  uzunluğu 
kəsici  tipli  baltanın  pərlərinin  kəsici  səthinin  ümumi 
uzunluğundan xeyli artıqdır, lakin şaroşkalı baltaların 
quyu  dibi  ilə  təmas  səthi  kəsici  tip  baltalarınkından 
çox  kiçikdir.  Odur  ki,  eyni  oxboyu  yükdə  xüsusi 
təzyiqin  böyük  olması  hesabına  qazıma  gedişi 
şaroşkalı baltalarda yüksək olur. 
2.
 
Kütləşənə  qədər  şaroşkalı  baltaların  kəsici  tip 
baltalara nisbətən gedişi daha çox olur, çünki süxurun 
hər  dişə  təsir  müddəti  pərli  baltalara  nisbətən  çox 
azdır və yeyilmə çox saylı dişlərə paylanır. 
3.
 
Bərk  süxurlarda  işlədilərkən  şaroşkalı  baltalar  üçün 
tələb olunan fırladıcı moment çox kiçikdir, bu baltalar 
pərli  baltalara  nisbətən  daha  müntəzəm  və  səlis 
işləyir. 
4.
 
Şaroşkalı  baltalar  quyu  lüləsinin  silindrik  formasını 
daha yaxşı təmin edir. 
Şaroşkalı baltaların əsas nöqsanları onların quruluşunun 
nisbətən  mürəkkəb  və  qiymətinin  baha  olması,  şaroşka 
dayaqlarının  kifayət  qədər  möhkəm  olmamasıdır.  Pərli 
baltaların  şaroşkalı  baltalarla  müqayisədə  üstünlükləri  onların 
nisbətən sadə quruluşlu və qiymətlərinin ucuz olmasıdır. 


 
             
 
 
Şaroşkaların  sayına  görə  baltalar  bir,  iki,  üç  və  çox 
şaroşkalı olurlar.  
Üç şaroşkalı baltalar. Bu baltalar iki üsulla hazırlanır. 
Birinci  üsulla  hazırlanan  baltalar  bir-biri  ilə  tikişlə  qaynaq 
edilmiş  3  seksiyadan  ibarət,  diametri  46

346mm  olur.  İkinci 
növ  şaroşkalı  baltalar  tökmə  üsulla  hazırlanır  (diametrləri 
394

490mm olur). Bu növ baltaların  yuma dəlikləri də iki cür 
hazırlanır.  Baltalardan  bəzilərinin  yuma  dəliklərindən  çıxan 
maye şırnağı balta dişlərini təmizləmək məqsədilə şaroşkaların 
üzərinə yönəldilir (şəkil 4.5). Bəzi baltalarda isə maye şərnağı 
quyu  dibinə  istiqamətləndirilir  ki,  bu  da  quyu  dibi  süxurların 
dağıdılmasına  və  quyu  dibinin  yaxşı  təmizlənməsinə  kömək 
edir. Yuma dəlikləri baltanın mərkəzində və yan səthində açılır. 
Belə  baltalar  hidromonitor  effektli  baltalar  adlanır  (şəkil  4.5), 
rotor və elektrik üsulu ilə qazımada daha yüksək nəticələrə nail 
olmağa  imkan  yaradır.  Qeyd  edilməlidir  ki,  bir  çox  xarici 
ölkələrdə,  o  cümlədən  ABŞ-da  üç  şaroşkalı  baltalardan  geniş 
istifadə  edilir.  Hazırda  üçşaroşkalı  baltalar  aşağıdakı  tiplərdə 
istehsal olunur (şəkil 4.6.). 
Şaroşkalı  baltanın  quyu  dibi  ilə  qarşılıqlı  əlaqəsi 
belədir:  baltaya  verilən  oxboyu  yükün  təsiri  nəticəsində 
şaroşkalar  üzərindəki  dişlər,  süxürün  dağılmaya  göstərdiyi 
müqavimətindən çox olan hallarda süxura batır və onu dağıdır. 
Qazımanın  texniki-iqtisadi  göstəricilərini  yüksəltmək  üçün 
çalışmaq lazımdır ki, qazıma prosesinin əvvəlindən sonunadək 
oxboyu  yük  süxurun  dağılmaya  göstərdiyi  buraxıla  bilən 
gərginlik həddindən böyük olsun. 
Müasir  üç  şaroşkalı  baltaların  ayrı-ayrı  elementlərinin 
dayanıqsız  olması,  dayaqlarının,  işçi  səthlərinin,  yuma  dəlik-
lərinin və onların hazırlandığı materialların  yüksək keyfiyyətli 
olmaması  kiçikdiametrli  quyu  lüləsinin  qazılmasında  özünü 
doğrultmur.  Odur  ki,  çox  dərin  quyuların  qazılmasında  iki  və 
birşaroşkalı baltalardan istifadə olunur. 


 
             
 
 
İkişaroşkalı baltalar. İkişaroşkalı baltanın gövdəsi bir-
biri  ilə  qaynaq  edilmiş  iki  konusvari  seksiyadan  ibarət  olur 
(şəkil 4.7.). 
 
 
 
 
 
Şəkil 4.5. Adi və hidromonitor baltalarla quyu dibinin yuyulması 
 
 
 
     
 


 
             
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4.5. Adi və hidromonitor baltalarla quyu dibinin yuyulması 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Şəkil 4.6. Hazırda istehsal olunan  
 üçşaroşkalı baltaların tipləri 
 
 a b 


 
             
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4.7 İki şaroşkalı baltalar  
1-seksiya (pəncə); 2-dayaq hissəsi; 3- şaroşka;4-şaroşka  
səthindəki dişlər 
 
 a  
 
 b  
 
 
v  
 
q  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4.8. Bir şaroşkalı baltaların növləri 
a  –kütləvi  şəkildə  istehsal  edilən  baltalar;  b-üzəri  halqavari  şəkildə 
yonulmuş baltalar; c-aşağı yumadeşikli balta; ç-konusvari dişli balta 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə