SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə50/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

lara  yanaşdı.  Bunlar gecə  vaxtı  taqətsizlikdən  yoldaşlarından 
üzülüb, qar iç
ərisinə yıxılanların cəsədi idi.  
M
əhbuslar  Qorbatovskinin  ardınca  cəsədlərə  yanaşdılar, 
b
əziləri  onları  ovmaq,  süni  nəfəs vermək niyyətinə  düşsə  də
professor Savelyev ir
əli  yeriyib  qısa  müddətli müayinədən 
sonra ayağa qalxdı və:  
– 
Onları narahat etməyin, – dedi. 
Havanın  hədsiz  soyuq  olmasına  baxmayaraq,  hamı  bir 
n
əfər kimi papağını çıxartdı. 
Müs
əlmanlar yoldaşlarına baxaraq papaq çıxartdılarsa da, 
ür
əklərində  öz adətlərincə  nəsə  pıçıldadılar.  Hətta  qoca  Əsəd 
kişi tələsik bir “Fatihə” surəsi də oxudu. Bu cəsədlərin önündə 
müxt
əlif dinlərə və təriqətlərə mənsub olan bir neçə ruhani var 
idi.  Lakin  onların  hamısı  vaxtsız  ölən yoldaşlarını  əfv etmək 
üçün Allaha yalvarırdılar. 
Siz ey insanlar! M
əgər burada da sizi çətin gündə ölümün 
ağzına verən Allaha sitayiş etməkmi lazım idi? 
*** 
24-cü gün biz n
əhayət  ki,  lazım  olan  yerə  gəlib  çıxdıq. 
M
ən gəlib  çıxdıq  deyirəm.  Lakin  axrıncı  km-ləri biz demək 
olar ki, addımlamır, sürünürdük. Həyat eşqi çox qüvvətli olur-
muş.  Mən vaxtilə  Cek Londonun əsərlərini oxuyan zaman 
insanın  həyat  uğrunda  bu  qədər böyük əziyyətlərə  dözə  bilə-
c
əklərinə inanmırdım. Amma bunu görəndə, öz bədənimdə hiss 
ed
əndən sonra  başa  düşdüm  ki,  Cek  London  insanı  həyat 
eşqinə  aid tam həqiqət  deyil,  onun  yalnız  kiçik  bir  hissəsini 
t
əsvir etmişdir.  
Bizi  qapı  ağzında  çox  saxlamadılar.  Tələm-tələsik yox-
layıb yeməkxanaya apardılar. Burada daxili nəzarət dəstəsinin 
r
əisi məhbuslara müraciət edib:  
– 
İndi  onları  özünüz  yerbəyer edin, –  dedi,  –  bu gecə 
vaxtı düşərgə rəisini narahat etməyə dəyməz.  

191 

 


Dustaqlar köm
əkləşib  bizi  baraklara  çəkdilər və  öz im-
kan
ları daxilində rahatladılar. 
 
 
BEŞİNCİ MƏKTUB 
 
Əzizim!  
B
əziləri sənədlərə əsasən sübut edə bilərlər ki, bizdə heç 
bir  zaman  katorqa  olmamışdır.  Mən mübahisə  etmək istəmi-
r
əm. Lakin Qorki vilayəti ilə Kostroma vilayətinin meşələrində 
yerl
əşən Unja və Vetluqa, Komi MSSR, xüsusilə Sibir və Koli-
ma h
əbs  düşərgələrində  saxlanılan  siyasi  məhbusların  vəziy-
y
ətini qısaca da olsa danışmaq istəyirəm. Bundan sonra kimin 
haqlı, kimin haqsız olduğu bəlli olar.  
Biz s
əhər saat 4-də verilən “qalx” işarəsilə ayağa durub 
basa-
basla suşilkadan (paltar qurudulan yer) gətrilmiş qıcqırmış 
iy ver
ən paltar və  keçə  ayaqqabılarımızı  geyir,  qonşu  otaqda 
yerl
əşən əlüzyuyanda yuyunur, tələsik sıraya düzülür,  yemək-
xanaya gedirdik.  
Yem
əkxana təqribən,  500 adam otura bilən böyük bir 
zaldan ibar
ət idi.  (Buradan  eyni zamanda, iclaslar,  qlavə 
yığıncaqları üçün də istifadə edilirdi.)  
Heç vaxt qızdırılmayan bu zalda titrəyə-titrəyə oturub ye-
m
əyin verilməsini gözləyirdik.  
Yem
əklərin təkcə adı (hələ dadı o  yana dursun) adamın 
iştahasını  küsdürürdü:  “Balıq  supu”  darı,  perlovka  və  ya 
seçkadan  bişirilmiş  yağsız,  bozbulanıq bir mayenin içərisinə 
tökülmü
ş,  qoxuverən  balıq  sümüklərindən ibarət idi.  Bu supu 
yey
ə bilmirdilər. Əslinə baxsan, ağzına batır, boğazına ilişirdi. 
H
ər halda ac mədəni doldurmaq üçün biz bu supdan istifadə 
edirdik. Bundan öt
əri hər 2-3 adama bir parça kətan götürür, 
onu boşqabın üstünə salır və supu kətandan keçirib yeyirdik. 

192 

 


T
əsədüfi hallarda “qaluşki” və “noxud supu” da verilirdi. 
“Qaluşki”  qaynanmış  suyun  içərisinə  tökülmüş  fındıq  boyda 
x
əmir parçalarına deyilir. “Noxud supu” nun isə içində noxudu 
ancaq axmaqlar axtara bil
ərdilər, çünki bu, deyilənlərə  görə 
yaşıl noxudun əzilməsi imiş. Müxtəsər desək, yaşıl rəngli qatı 
bir su. 
İkinci  yemək sıyıq olurdu. Ruslar buna “kaşa ni s çem” 
(heç  n
əsiz  sıyıq)  deyirdilər.  Bu  sıyıqlar  suda  bişirilmiş  və 
büsbütün yağsız verilən darı, seçka, perlovka, vələmir, arpa və 
qaraca yarmasından ibarət olurdu. Həm də bunları gah həddən 
ziyad
ə şit, gah da qədərindən şor edirdilər. 
Bundan sonra h
ər adama 3 kilkə  balığı  verilirdi.  Qarnı-
mıza bir şey getsin deyə, biz onları bütöv-bütöv ağzımıza atıb 
yeyirdik. Çör
əyi ən axırda verirdilər ki, özümüzlə işə götürək. 
200  qram  palçıq  kimi  qara  çörək bizim səhər və  günorta 
normamız idi.  
Yem
əkxanadan  birbaşa  darvazaya  tərəf gedirdik. Orada 
bizi sayıb iş  yerinə aparan qaravolçulara təhvil verirdilər. Biz 
iki-iki 
əl-ələ tutub getməli idik. Belə olduqda guya bizi saymaq 
asan  olurmuş.  Hər  2  biriqadanı  bir  qrup  gözətçi  aparırdı. 
Göz
ətçilərin 2-si irəlidə, 2-si arxada, 2-si  sağda  və  2-si solda 
gedirdi. Qabaqda ged
ən gözətçilər  əllərindəki nazik uzun 
k
əndirin  ucunu  daldakı  gözətçilərə  verirdilər. Beləliklə, biz 
k
əndirlərin arasında gedirdik. Kəndirlərə zəncirli ovçarka itləri 
buraxılırdı ki, kənara tərpənən olmasın.  
T
əxminən, 5-6 km yol getdikdən sonra dincəlməyə daya-
nırdıq. Lakin ayaq üstə durmağa icazə verilmədiyindən biz ya 
çönb
əltmə oturmalı, ya da qalın qarın üstündə uzanmalı idik. 5 
d
əqiqəlik dincəldikdən sonra (perekur – papiros çəkmək üçün 
vaxt) yola düşürdük.  
T
əxminən, saat 6-da, 7-yə bir qədər işləmiş gəlib iş zona-
sına çatırdıq. Burada bizi sayıb zona keşikçilərinə təhvil verir-
dil
ər. Buradan gedib alətləri götürənə və iş yerinə çatana kimi 

193 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə