SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə51/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   48   49   50   51   52   53   54   55   56

saat 7 olurdu. İş zonasının keşikçiləri zəngləri çalırdılar. İş baş-
la
nırdı. 
Biz meşədə bütün işləri əl ilə görürdük: iri, əsrlik ağacları 
mişarlayır, qol-budağını qırır, lazım olan ölçülərdə doğrayır, at 
arabası ilə “Lesobirja” deyilən sahələrə daşıyıb yığırdıq. Bu iş 
n
əinki ömründə  əlinə  balta və  mişar  götürməyən,  ağır  iş  gör-
m
əyən, ac, zəif və üzgün məhbuslar üçün, hətta peşəkar meşə-
qıranlar üçün də çox ağır iş idi. 
B
əla burasındadır ki, biz oturub dincimizi də ala bilmir-
dik.  Doğrudur,  bizi  heç  kim  işləməyə  məcbur etmirdi. Lakin, 
əvvələn 35-40 dərəcə  şaxtada  işləməyib oturmaq –  donub 
ölm
ək demək idi. Buna görə  də  biz  dayanmadan  işləməli 
olurduq. 
İkincisi  də  biriqada  planı  doldurmasa  idi,  müxtəlif 
c
ərimələrə məruz qalırdı – çörək normasının azaldılması (guya 
ki, 
çox imiş), 1-ci və 2-ci yeməyin verilməməsi, çinmək vax-
tının  gecikdirilməsi, evə  məktub yazmaqdan məhrum olunma 
v
ə s. Bu sonuncu cərimə ən pisi idi, çünki bizə hər iki ayda bir 
m
əktub  yazmağa icazə  verilirdi. Bundan da məhrum olmaq –
dünyadan 
əl çəkmək demək idi. Məhz bu məktub məsələsi bizi 
var qüvv
əmizlə işləməyə məcbur edirdi.  
Gündüz saat 1-d
ə nahar tənəffüsünü bildirən zənglər çalı-
nırdı. Biz böyük tonqallar qalayır və donub buza dönmüş çö-
r
əyi  qızdırıb  yeyirdik.  Soyuqdan oturmaq mümkün olmurdu: 
od  üzümüzü  qarsır,  paltarlarımızı  ütürdüsə  də,  kürəyimiz so-
yuq
dan qovuşurdu. Belə olduqda biz bir-birindən aralı 2 tonqal 
qalayır və aralıqda otururduq. Qarı bir hisli vedrəyə doldurub 
odun üstünd
ən  asır,  əridib çay yerinə  içirdik.  Burada heç bir 
qab  olmadığı  üçün  çayı  elə  vedrədəncə  başımıza  çəkirdik. 
Şimalın  güclü  şaxtasında  çayın  (çaysız)  soyuması  üçün  1-2 
d
əqiqə vaxt lazımdır. 
Hiss olunmadan  t
ənəffüs  qurtarır  və  biz yenidən  işə 
başlayırdıq. 

194 

 


Axşam  saat  7-də  iş  qurtarırdı.  Bizi təzədən  sayıb  qaro-
vullara verirdil
ər.  Biz  düşərgəyə  tərəf həvəslə  irəliləyirdik, 
lakin yorğunluq və aclıq öz qüvvəsini bildirdiyindən o qədər də 
sür
ətlə  gedə  bilmirdik.  Səhər 1 saat 30 dəqiqəyə-2 saata 
g
əldiyimiz yolu qayıdarkən 2 saat 30 dəqiqəyə-3 saata qət 
edirdik. 
Bu zaman göz-gözü görmürdü,  biz tez-
tez  qalın  qarın 

ərisinə yıxılırdıq. Axşamın şaxtası üzümüzü yandırır, ağız və 
burnumuzdan  çıxan  hava  bığ  və  saqqallarımızda  donaraq 
salxım-salxım buza çevrilirdi. 
T
əxminən, saat 10-da düşərgəyə çatırdıq. Yenə də sayılır 
v
ə  baraklara  doluşurduq.  Tələsik  alt  paltarına  qədər soyunub 

ev paltarlarını” geyir və yeməkxanaya tərəf yüyürük.  
Axşam  yeməyi  sup,  sıyıq  və  100  qram  çörəkdən ibarət 
olurdu. Yorğunluq və yuxusuzluqdan biz bu yeməyi güclə çey-
n
əyirdik. Yeməyin  verilib  qurtarılması  adətən gecə  saat 11-ə, 
b
əzən isə lap 12-yə çəkirdi. Bundan sonra biz baraka qayıdır, 
ölü kimi düşüb qalırdıq.  
Otaq xidm
ətçisi olan məhbus (dnevalnıy)  bizim  yaş 
paltar v
ə keçə ayaqqabılarımızı dalına şəlləyib suşilkaya aparır 
v
ə səhər saat 4-ə bir az qalmış qalmış qaytarıb gətirirdi.  
Biz sutkada c
əmisi 4-5 saat yatırdıq. Özü də o cür aclığın 
v
ə ağır zəhmətin müqabilində.  
M
əhz buna görə  də  məhbusların  əksəriyyəti o dərəcədə 
üzgün idi ki, onlara “doxodyaka” (z
əiflikdən ölüm ayağına gə-
lib çatmış adam) deyirdilər. 
M
əhbusların acınacaqlı vəziyyəti xüsusilə hamamda daha 
aydın  görünürdü...  buğun  içərisində  yançaqlarında  və  budla-
rında belə ət qalmamış, sümükləri dikəlmiş, gözləri çuxura düş-
müş, saç-saqqal basmış, zəiflikdən güclə tərpənən insanlar...  
Bir neç
ə  kəlmə  düşərgənin sanitariya vəziyyətindən da-
nışmaq istəyirəm…  Bizi ayda iki dəfə  çimdirirdilər. Alt 

195 

 


paltarları  çox  çirkli  və  yamaqlı  olur,  hər 2-3 adama bir əl-üz 
d
əsmalı verirdilər.  
Otaqların divarlarına ikiqat nara (taxt) vurulmuşdu və biz 
onların üstündə yan-yana yatırdıq. Bizə, içərisinə vaxtilə küləş 
doldurulmuş  döşək və  balış  vermişdilər. Lakin uzun illər 
istifad
ə  olunduğu  üçün  bunların  içərisindəki küləş  əzilib un 
kimi  olmuş  və  artıq  heç  bir  şeyə  yaramırdı.  Buralarda  küləş, 
d
əniz otu və  s.  tapılmadığından  biz  bu  daş  kimi  yataqdan 
istifad
ə etməli olduq. Üstümüzə köhnə, cırıq, çirkli adyal örtür, 
bir-birimiz
ə qısılıb yatırdıq. Baraklarda daima peç yandırıldığı 
üçün çox da soyuq olmurdu. 
 M
ədəni-məişət məsələsi lap bərbad idi. Düşərgənin lek-
sikonunda radio, kitab, q
əzet, dəftər, qələm və  s.  kimi sözlər 
yox idi.  
Düşərgədə  istər böyük, istərsə  də  kiçik vəzifəli  şəxslər 
bizi “faşist” deyə çağırır, yerli-yersiz söyür, təhqir edir və hətta 
döyürdül
ər. Bu sahədə  qeyri-rus xalqlardan olan məhbusların 
v
əziyyəti daha pis idi. Onları “çuşmek”, “yoldaşi”, “salyonnıy” 
v
ə s. təhqiramiz, hətta biyabırçı adlarla çağırırdılar.  
Düşərgədə “sançast” adlanan, iki otaqdan ibarət bir tibb 
m
əntəqəsi var idi. Lakin burada həkimdən və dərmandan başqa 
n
ə desəniz tapmaq olardı. 
Doğrudur,  məhbusların  içərisində  nəinki çoxlu təcrübəli 
h
əkim, hətta tibb elmləri namizədi və doktoru olan adamlar da 
var idi. F
əqət onların heç birisi bu “tibb məntəqəsində” işləmək 
ist
əmirdi. Bir dəfə  bunun səbəbini professor Savelyevdən 
soruşduqda o dedi: 
–  Bilirsinizmi, h
əkimlik sənəti  yalnız  insanın  səhhətini 
qorumaq  üçündür.  İnsanın  səhhətini qorumayan həkim  həkim 
deyil. Bu tibb m
əntəqəsində  xüsusi qaydalar var: hər gün 
c
əmisi  25  adamı  işdən azad etmək, ancaq 10  adamı  palatada 
yatırtmaq  olar  –  normadan kənara  çıxmaq  olmaz.  Yaxşı,  bəs 
x
əstə  25  deyil,  artıq  olsa  necə  etməli? Xəstə  ola-ola  işəmi 

196 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə