SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə49/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   45   46   47   48   49   50   51   52   ...   56

Axşamüstü  Kobılyatski daha yeriyə  bilmədi.  Özü  razı 
olmasa da biz onu növb
ə ilə dalımıza götürür, geridə qalmasına 
yol vermirdik. Çünki bunun n
ə ilə nəticələnəcəyini bilirdik.  
Lakin biz özümüz d
ə güclə hərəkət edirdik. Kobılyatskini 
dalımıza aldığımıza görə bir qədər də yavaş yeriməyə başladıq. 
Bu, n
əzarətçilərin gözündən  yayınmadı.  Onlar  dəstəni saxla-
dılar.  Bütün  yalvarış  və  təhdidlərimizə  baxayaraq,  Kobıl-
yatskini 
əlimizdən aldılar. 
Y
əhudi,  Savelyev,  Quruşeitski  və  mən  onların  üstünə 
atıldıq, biz  yoldaşlarımızı bəri, nəzarətçilər o  yana dartırdılar. 
Başımızın üstündən bir neçə güllə atıldısa da, buna əhəmiyyət 
verm
ədik. 
Savelyev dedi: 
–V
ətəndaş  nəzarətçilər,  bu  adamın  xəstəliyi  kor  bağır-
sağının  tutmasıdır,  tezliklə  sovuşub  gedəcək. Onsuz  da dura-
cağa az qalıb, qoyun dalımızda aparaq. 
– 
Axı  bunun  sizə  nə  ziyanı?  –  deyə  mən  yumşaqlıqla 
soruşdum. 
N
əzarətçi cavab əvəzinə əlindəki rezin şallağı iki-üç dəfə 
başıma endirib, məni dəstənin içərisinə itələdi.  
Yoldaşlarımı  da  döyə-döyə  dəstəyə  qoşdular  və  bizi 
ir
əliyə qovdular. 
Ko
bılyatski qarın içində qaldı. 
Heç 1 km 
aralanmamışdı ki, arxadan güllə səsi eşidildi. 
Hamı papağını çıxartdı; bizim əziz yoldaşımız belə həlak oldu.  
                                         *** 
– 
Ey, faşist! Zirək tərpənsənə! 
–  Tez olun, heyvanlar, sizd
ən  ötəri bu soyuqda çoxmu 
qalacağıq? 
– Hey, qoca köp
ək, bir az zirək tərpənsənə! 
10-15 n
əfər əli tüfəngli nəzarətçinin və bir sürü avçarka 
itl
ərinin  qabağına  qataraq  apardığı  çoxlu  dustaqların  hərəkət 
etdiyi yolda yalnız bu sözlər eşidilirdi. 

188 

 


Hava olduqca soyuq idi, 40
0
-
lik  bu  şaxtada  özlərini 
duracağa  daha  tez  yetirmək üçün nəzarətçilər bu məzlum 
insanları tələsdirir, söyür və təhqir edirdilər.  
M
əhbuslar içərisində qocalar və xəstələr də var idi. Əgər 
biz bu adamlara arxasındakı şələsi çox ağır olan bir-iki nəfəri 
d
ə əlavə etsək, dəstənin çox yavaş yeriməli olduğunu görərik.  
D
əstə  doğurdan  da  çox  yavaş  hərəkət edirdi. Həm yor-
ğunluq,  həm  aclıq,  həm də  ruhi  düşkünlük  tez-tez yeriməyə 
imkan vermirdi. N
əzarətçilər bu ağır tərpənmədən hiddətlənir, 
əllərindəki rezin  qamçılarla  geri  qalanların  kürəyini ölçür, 
insanı  didməyə  hazır  olan  afçarkaları  məhbusların  üzərinə 
qısqırdırdılar. 
Bird
ən  şimal  təbiətinə  uyuşmayan  sərt bir külək qopdu. 
N
əzarətçilər üç mərtəbəli  ana  söyüşləri söyərək  daha  artıq 
t
ələsməyə  başladılar. Külək  vıyıldayaraq  qarı  insanların  üzə-
rin
ə  çırpır,  qabağa  çıxan  qar  topaları  adamların  tez-tez yerə 
yıxılmalarına  səbəb olurdu. Tezliklə  yüklülər öz yüklərini at-
malı, zəiflərə və qocalara kömək etməli oldular.  
Gec
ə  düşürdü.  Duracağa  çatmaq  ümidindən  əl çəkən 
n
əzarətçilər dəstəni gecələmək üçün çölün ortasında saxlamağa 
m
əcbur  oldular.  Əldən  düşmüş,  yorulmuş  insanlar  bu 
dayanmağı  özləri  üçün  xoşbəxtlik hesab etdilər.  Hamı 
yorğunluğunu çıxarmaq üçün qalın qarın üstündə oturdu. Lakin 
tezlikl
ə  məlum oldu ki,  ayağa  durub  hərəkət etməsələr, bu 
tufanda donub m
əhv olacaqlar. Nəzarətçilər öz xizəklərinin 
üstünd
ə  dəstənin  başına  fırlanıb  və  nisbətən özlərini gümrah 
hiss edirdil
ər. Məhbusların  isə  aclıq  və  yorğunluqdan  ayağa 
durmağa  taqətləri  yox  idi.  Onlar  artıq  23 gün idi ki, belə 
şəraitdə  şimala  doğru  irəliləyirdilər. Lakin indi, donub 
öl
əcəklərini hiss etdikləri bir anda, sanki onlara pəhləvan 
qüvv
əsi verildi. Həyat eşqi bu adamları ayağa durmağa məcbur 
etdi. Onlar bir-birind
ən tutub göz-gözü görməyən zülmət 

ərisində kiçik bir sahədə dövrə vurmağa başladılar.  

189 

 


Yorğunluqdan dizlər  bükülür,  aclıqdan  mədə  ağrıyır, 
yuxusuzluqdan  başlar  partlamaq  dərəcəsinə  gəlirdi. Lakin 
çöllükd
ə donmamaq, məhbusluqda ölməmək üçün bu məzlum 
insanlar sabaha q
ədər  tufanın  qabağında  qarın  üstündə  təpik 
döym
əli oldular. Ara-sıra  yıxılanları  zorla  ayağa  qaldırıb 
yanlarınca  sürüyür,  ölmək  vacib  olan  bu  adamları  ölməyə 
qoymurdular.  
Keşiş  Milovanoviç  məndən 2 adam irəlidə  idi. Birdən 
d
əstədən  üzülüb  qarın  içərisinə  yıxıldı.  Ətəyindən tutduğum 
Qorbatovski bunu görc
ək  ayaq  saxladı.  Cəld  keşişin  yanında 
yer
ə çöməlib: 
– Siz
ə nə oldu, atacan, – dedi, – niyə yıxıldınız? 
Keşiş üzgün bir halda: 
– Ölür
əm, daha yeriməyə taqətim yoxdur, – dedi. 
Qorbatovski onu yerd
ən  qaldırmaq  istədikdə  keşiş  hirs-
l
əndi: 
–  Ay A
llahın bəndəsi, – dedi, – məndən əl çəksənə. Öl-
m
əyə də qoymayacaqsan? 
–  Yox,  –  dey
ə  Qorbatovski inamla səsləndi və  Milova-
noviçi 
ayağa durquzub özü ilə mənim aramda yeriməyə məcbur 
etdi.  Keşiş  bir-iki  addım  atdıqdan  sonra  özünü  təkrar yerə 
vurdu.  Bu d
əfə Qorbatovski onu ayağa qaldırıb, üzünə iki sərt 
sill
ə vurdu və: 
– 
Əgər yeriməsəniz, sizi döyə-döyə öldürəcəyəm, – dedi. 
Milovanoviçi zorla özümüzl
ə sürüməyə, yeritməyə başla-
dıq.  Ölüm  az  qala  ağzını  açaraq  yüzlərlə  qadının  və  uşağın 
intizarla gözl
əməkdə olduğu bu adamları məhv etməyə çalışır, 
lakin buna nail ola bilmirdi. 
Yavaş-yavaş  səhər  açılır,  dan  yerinə  səda  düşürdü. 
Fırlanmaqda  olan  bu  dəstənin irəlisində  gedən  Qorbatovski  
sabahın  alatoranlığında  fırlandıqları  sahənin  ortasında  3-4 
qaraltı  gördü.  İldırım  vurmuşlar  kimi  dəstədən ayrılıb  qaraltı-

190 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə