Qafqaz Barometri



Yüklə 15,47 Kb.
tarix25.06.2018
ölçüsü15,47 Kb.
#51470

Qafqaz Tədqiqat Resurs Mərkəzi –Azərbaycan

Avrasiya Əməkdaşlıq Fondunun proqramı


“Qafqaz Barometri” sorğusu üçün Nəzarətçi və İntervyüer vəzifələrini

elan edir:



Qafqaz Barometri Sorğusu Cənubi Qafqazda sosial transformasiya prosseslərinin müxtəlif tərəflərini anlamaq üçün etibarlı və empirik məlumat əldə etmək məqsədini daşıyan illik sorğudur. Bu sorğunun həyata keçirilməsində lazımi keyfiyyət nümayiş etdirə biləcək Nəzarətçiİntervyüer vəsifəsinə namizədlər tələb olunur. İntervyüerlər və nəzarətçilər Azərbaycanın müxtəlif bölgələrinin sakinləri ola bilər.

Nəzarətçi vəzifəsi

Öhdəlikləri:

  • Nəzarətçiyə təhkim olunmuş intervyüerlər tərəfindən sorğunun keyfiyyətli aparılmasına nəzarət etmək;

  • Respondentlərin seçilməsi və sorğu anketlərinin doldurulmasına dair nəzarətçiyə təhkim olunmuş intervyüerlərə təlim keçmək;

  • Sahə işini koordinasiya etmək;

  • Sahə işinin qrafikinə nəzarət etmək;

  • Sahə işi zamanı yaranan çətinliklər barədə QTRM ofisinə dərhal məlumat vermək və onları, imkan daxilində həll etmək;

  • İntervyüerlərin sorğu ilə bağlı suallarını cavablandırmaq;

  • Sorğu anketlərinin düzgün doldurulmasına nəzarət etmək.


Seçilmiş namizədlərdən gözlənilir:

  • Sahə tədqiqatı başlamazdan əvvəl, həyata keçirilən müddətdə və sonra tam ştat işləmək (sahə tədqiqatının ilkin tarixi Oktyabrın axırı - Noyabr);

  • Sahə tədqiqatı zamanı bölgələrə müntəzəm səfər etmək;

  • İntervyüerlərin işini ciddi yoxlamaq.


Tələblər:

  • Rus və Azərbaycan dillərində səlist bilmə;

  • Sorğu aparılmasında təcrübə;

  • Təlimlərin keçirilməsində və müəllimlik sahəsində təcrübə;

  • Yeni fəaliyyətlərin öyrənilməsinə maraq və səyin olması;

  • İş prossesinin idarə və rəhbərlik edilməsində bacarıq;

  • Təzyiq altında işləyə bilmə bacarığı.


Müqavilənin müddəti: 1-2 ay

Müraciət etmək istəyənlər: Azərbaycan və ya Rus dilində olan 2 səhifəlik CV- nizi (sahə təcrübənizi və müraciət etdiyiniz vəzifəni qeyd edərək) seymur@crrccenters.org elektron poçtuna göndərə və ya ofisimizə gətirə bilərsiniz.

Ünvan: Bəşir Səfəroğlu küç. 122, Xəzər Universiteti, 2-ci mərtəbə, Tel: (012) 596-87-35, Məsul şəxs: Seymur Cavadov

Ərizələrin son qəbul tarixi: 12 Oktyabr 2012-ci il.

Sahə intervyüerinin vəzifəsi:

Öhdəlikləri:

  • Sahə işi başlamamışdan öncə QTRM-nin sorğu ilə bağlı təşkil etdiyi bütün təlimlərdə iştirak etmək;

  • Nəzarətçi tərəfindən verilən təlimatlara riayət etmək;

  • Verilən ərazilərdə üzbəüz müsahibələr aparmaq;

  • Sorğu anketlərini təlimatlara uyğun doldurmaq;

  • Doldurulmuş anketləri mütəmadi olaraq nəzarətçiyə təhvil vermək;

  • Sahə işi zamanı yaranan fövqəladə hallar barədə nəzarətçiyə məruzə etmək.


Seçilmiş namizədlərdən gözlənilir:

  • Xoş, düzgün və özünə inamlı olmalı;

  • Səlist danışıq bacarığı olmalı;

  • 7-10 gün işləməli (sahə tədqiqatının ilkin tarixi Oktyabrın axırı - Noyabr);

  • Təhvil-təslim işini vaxtında və ehtiyatla həyata keçirməli.


Tələblər:

  • Azərbaycan dillində səlist bilmə;

  • Sorğu aparılmasında təcrübə;

  • Yeni fəaliyyətlərin öyrənilməsinə maraq və səyin olması;

  • Təzyiq altında işləyə bilmə bacarığı.


Müqavilənin müddəti:10 gün

Müraciət etmək istəyənlər: Azərbaycan və ya Rus dilində olan 2 səhifəlik CV- nizi (sahə təcrübənizi və müraciət etdiyiniz vəzifəni qeyd edərək) seymur@crrccenters.org elektron poçtuna göndərə və ya ofisimizə gətirə bilərsiniz.

Ünvan: Bəşir Səfəroğlu küç. 122, Xəzər Universiteti, 2-ci mərtəbə, Tel: (012) 596-87-35, Məsul şəxs: Seymur Cavadov

Ərizələrin son qəbul tarixi: 12 Oktyabr 2012-ci il.
Yüklə 15,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə