Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə31/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   27   28   29   30   31   32   33   34   ...   80

da ifadə olunur. Bir dövlətin sərhədləri daxilində 
müxtəlif  etnomədəni,  konfessioal  və  digər  təsi­
satların  dinc  yanaşı  yaşaması  və  öz  mədəni 
xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək 
və qoruyub saxlamaq hüququna malik olması nə­
zərdə tutulur.
Müasir  Avropada  multikulturalizm  ölkənin 
mədəni  məkanına  üçüncü  dünya  ölkələrindən 
olan emmiqrantların mədəniyyətinə aid element­
lərinin daxil edilməsi məqsədini güdürdü.
Avropa  Şurasının  sənədlərində  çoxmədəniy- 
yətlilik  müxtəlif  etnik  və  mədəni  qrupların  as­
similyasiya  doktrinası  olaraq  -   müxtəlif  mədə­
niyyətlərin  mövcudluğu  və  müəyyən  əhatə  və 
sosial  təşkilatlar  çərçivəsində  mədəni  müxtəliflik 
və  çoxmədəniyyətlilik  kimi  anlayışların  qarşılıqlı 
təsirdə olması kimi önəmli faktı nəzərdə tutan xü­
susi yanaşma kimi başa düşülür [70a].
• Avstraliyada  bu  siyasət  milli  müxtəliflik  şə­
raitində  cəmiyyətin  birliyinin  təmin  edilmə­
sinin  yeganə  yolu  kimi  1990-cı  illərdən  həya­
ta  keçirilməyə  başlanmışdır.  Bu  ölkədə  mul- 
tikulturalizmə "müxtəlifliyin vəhdəti" kimi baxılır. 
Multikulturalizm siyasəti təkcə cəmiyyət daxilində 
müxtəlif mədəni dəyərlər sisteminin qəbul edilməsi 
deyil,  həmçinin insan  hüquqları,  qanunun  aliliyi, 
gender bərabərliyi kimi əsas dəyərlərə sadiqliyi də 
özündə  əks  etdirir.  Multikulturalizm  bu  mənada 
ауп-ауп  şəxslərin  öz  mədəni  dəyərlərini  ifadə 
etmək  və  yaymaqla  yanaşı,  qarşılıqlı  vətəndaşlıq:
Sevda Ağaminzə qızı Əhədova
123
vəzifələrini yerinə yetirmək öhdəliyini də nəzərdə 
tutur.  Bir  çox  dövlətlər  multikulturalizmi  rəsmən 
qəbul  etməsələr  də  mədəni  müstəsnalıq  proble­
minin  həllinə  və  ictimai  birliyə,  müxtəlifliyə 
hörmət kimi məqsədlərə nail olmaq üçün onun bir 
çox elementlərini öz milli və mədəni siyasətlərində 
geniş tətbiq edirlər.
Multikulturalizm 
tənqidçilərinin 
fikrincə 
multikulturalizmin  geniş  tətbiqi  çoxəsrlik  mə­
dəni  özüllərin,  ənənələrin  sıradan  çıxması­
na,  iflasına  gətirib  çıxarır.  Onların  nəzərincə, 
müxtəlif  mədəni  elementlərin  süni  qarışdırıl­
ması  nəticəsində  miqrantlarm  mədəni  səviyyəsi 
yüksəlsə də, bütövlükdə multikulturalist ölkənin 
yüksək  mədəni  səviyyəsi  aşağı  düşür.  2010-cu 
ildə Avropa ölkələrinin bir sıra sağ, sağ mərkəzçi 
və  mühafizəkar  baxışlı  liderləri  (A.Merkel, 
D.Kemeron,  N.Sarkozi)  öz  ölkələrində  multi­
kulturalizm  siyasətinin  iflasa  uğradığını  və 
buna  görə  də  ondan  rəsmən  imtina  etdiklərini 
bəyan  etmişlər  [231;  18,  402].  Onlar  ölkələrində 
müxtəlif  mədəniyyətlərin  ayrı-ayrılıqda  yanaşı 
yaşamasının rədd  edərək,  mədəni  inteqrasiyanın 
sürətlənməsinə  tərəfdar  çıxırlar.  İngiltərənin 
baş  naziri  D.Kemeron  multikulturalizm  əvəzinə 
"əzələli  liberalizm"  konsepsiyasım  təklif  edir. 
Bu  konsepsiyaya  görə  milli  identiklik  ənənəvi 
dəyərlər  əsasında  mədəni  əsasda  deyil,  liberal 
dəyərlər (demokratiya, bərbər hüquqlar, qanunun 
aliliyi və söz azadlığı) əsasında formalaşmalıdır.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
лг?


Milli 
fərqlərin 
mütləqləşdirilməsini 
və 
xüsusiləşdirilməsini  nəzərdə  tutan  multikultu- 
ralizm  tarixən  çoxmillətli  dövlət  kimi  təşəkkül 
tapmış,  çoxmilli mədəniyyətə malik Rusiyada da 
tənqidçilərin  narahatçılığına  səbəb  olur.  Onlar 
üçün  "immiqrant"  dövlətlərdə  yaranmış  "qərb" 
ideyalarının Rusiyada tətbiqi geriyə doğru bir ad­
dım olardı.
Çoxmillətli  Rusiya  cəmiyyətinin  mövcudlu­
ğunun multikulturalist modelinin tərəfdarları bu 
ideyam, əksinə, yeni "mədəni inqilab" kimi qəbul 
edərək,  qloballaşan  dünyada  ənənəvi  ksenefobi- 
yanı  ksenofiliya  ilə  əvəz  edəcəyinə  əmindirlər. 
Rusiyada 
çoxmillətli 
cəmiyyətin 
multimə- 
dəni  mövcudluq  forması,  onun  tərəfdarlarının 
nəzərincə,  ölkəyə  immiqrant  axının  artması 
şəraitində  obyektiv  zərurətə  çevrilir.  Bu  gün 
Rusiya  dünyanın  ən  çoxmillətli  dövlətlərindən 
biridir.  Onun  ərazisində  160-dan  çox  etnos  ya­
şayır  ki,  onların  əksəriyyəti  avtoxton  xalqlardır. 
Həmin  xalqlardan  beşinin  -   rusların,  tatarla­
rın,  başqırdlarm,  çuvaşların  və  çeçenlərin  sayı 
1  milyondan  artıqdır  və  onların  hər  biri  unikal, 
çoxəsrlik  mədəniyyətə  malikdirlər.  Çoxmillətli 
mədəniyyətin bu  təməl  əsaslanmn  qorunub  sax­
lanılması  Rusiyanın  bir  federativ  dövlət  kimi 
mövcudluğunun əsas  şərtlərindən biridir.  Çünki 
"ənənəvi xalq mədəniyyəti təkcə qiymətsiz irs və 
ümummilli dəyər deyildir, o həmçinin cəmiyyətdə 
əsas  birləşdirici  rol  oynayan,  insanlar  arasında
Sevda Ağamirzə qızı Əhədova
130
M ü a s ir dü nya da  m əd ən iyyətlə rara sı m ün asibətlə r
yaxınlaşmaya  və  qarşılıqlı  anlaşmaya səbəb  olan 
mühüm amildir". Məhz bu amilləri nəzərə alaraq 
Rusiya rəhbərliyi ölkə prezidenti səviyyəsində öz 
milli siyasətində multikulturalizmə sadiq qalaca­
ğını dəfələrlə bəyan etmişdir.
Görünür, etnikmüxtəliflikləməd əni müxtəliflik 
arasında  müəyyən  fərqləri  səciyyələndirmək 
zəruriyyəti ortaya çıxır. Mədəni müxtəliflik heç də 
etnik müxtəliflik  deyil,  həyat tərzlərinin,  mədəni 
oriyentasiya və meyllərin müxtəlifliyidir. Mədəni 
plüralizm  avtonom  identikliklərin  paralel  möv­
cudluğunu yox, onların bir-birinə nüfuz etməsini, 
transformasiyasını nəzərdə tutan qarşılıqlı əlaqəsi 
deməkdir.  Etnolinqivist  və  etnokonfessial  qrup­
lar arasında dialoqun təşviqi deyil, ümumi, təbiət 
etibarilə fövqəletnik (üst etnik) olan kommunika­
tiv (əlaqə) məkanın formalaşdırılmasına üstünlük 
verilir.
Multikulutralizm  etnikliyin  və  mədəniyyətin 
eyniliyi  prinsipindən  çıxış  edir.  Bu  ənənəvi 
cəmiyyətlər üçün müəyyən qədər məqbul olsa da, 
müasir  industrial  və  postindustrial  cəmiyyətlər 
üçün  qəbuledilməzdir.  Buna  görə  də  bir  sıra 
qərb  tədqiqatçıları  multikulturalizm  əvəzinə 
"konstruktiv  plüralizm"  terminini  işlətməyi 
tövsiyə edirlər.  Bu  məqsədlə hələ  1999-cu  il  yan­
varın  28-30-ca  Parisdə  YUNESKO-nun  mənzil 
qərargahında  "Konstruktiv  plüralizmə  doğru" 
mövzusunda  beynəlxalq  kollokvium  da  keçiril­
mişdir.


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə