Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə39/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   35   36   37   38   39   40   41   42   ...   80

şaf  etdirmək  üçün  iqtisadi,  sosial  və  mədəni 
hüquqlara  malik  olduğunu  təsbit  edir.  Həmin 
Bəyannamənin  27-ci  maddəsi  hər  bir  insa­
nın  cəmiyyətin  mədəni  həyatmda  azad  iştirak 
etmək  hüququnu  təsdiq  edir:  "Hər  bir  şəxsin 
cəmiyyətin mədəni həyatında azad iştirak etmək, 
incəsənətdən  zövq  almaq,  elmi  tərəqqidə  iştirak 
etmək, onun nəticələrindən istifadə etmək hüququ 
vardır.  H ər bir insan müəllifi  olduğu  elmi,  ədəbi 
və  bədii  əsərlərin  nəticəsi  olan  və  onun  mənəvi, 
maddi  maraqlarının  müdafiəsi hüququna  malik­
dir.  Üzv  dövlətlər  elmi  və  mədəni  nailiyyətlərin 
qorunmasını,  inkişafını  və  yayılmasını  nəzərdə 
tutan hüquqların tam həyata keçirilməsi, eləcə də 
elmi  tədqiqatlar və yaradıcı fəaliyyət üçün zəruri 
olan  azadlıqlara  hörmət  etməyi  öhdəliklərinə 
götürürdülər.
İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqın- 
da'Beynəlxalq Paktın 15-ci maddəsinin 4-cü bəndi 
bilavasitə beynəlxalq mədəni və elmi əməkdaşlığa 
aiddir:  "Bu  paktda  iştirak  edən  Dövlətlər  elmi 
və  mədəni  sahələrdə  beynəlxalq  təmasların  və 
əməkdaşlığın  təşviqi  və  inkişafından  irəli  gələn 
fayda qəbul edirlər".
İqtisadi  Sosial  və  Mədəni  Hüquqlara  aid 
Beynəlxalq Paktın (Azərbaycan Respublikası ona 
21iyull992-ciildəqoşulmuşdur)15-cimaddəsində 
isə  qeyd  olunur  ki,  paktı  qəbul  etmiş  dövlətlər 
hər bir  insanın  cəmiyyəti  mədəni  həyatında  işti­
rak etmək,  elmi  tərəqqinin  nəticələrindən və on-: 
160
Sevda Ağamirzə qızı Əhədova
larin  əməli  tətbiqindən  istifadə  etmək,  müəllifi 
olduğu  istənilən  elmi,  əbədi  və  ədəbi  əsərləri 
əlaqədar  yaranan  mənəvi  və  maddi  maraqla­
rın  müdafiəsindən  istifadə  etmək  hüququnu  ta­
nıyırlar.  Mülki  və  Siyasi  Hüquqlar  Haqqında 
Beynəlxalq  Paktm  27-ci  maddəsində  göstərilir 
ki,  etnik,  dini  və  dil  azlıqlarının mövcud olduğu 
ölkələrdə  bu  azlıqlara  mənsub  insanlara  onların 
daxil  olduğu  qrupun  digər  üzvləri  ilə  birgə  öz 
. mədəniyyətindən  istifadə  etməyi,  dininə  sita­
yiş  etmək  və  onun  ayinlərini  yerinə  yetirməyi, 
həmçinin  öz  doğma  dilindən  istifadə  etməyi  qa­
dağan etmək olmaz.
Beləliklə,  adı  çəkilən  beynəlxalq  normativ 
sənədlərin  bu  maddələri  insan  hüquqları  ara­
sında  mədəni  hüququn  xüsusi  yer  tutduğunu 
təsdiq  edir.  Lakin  mədəni  hüquq  sahəsində  ta­
nınmış  ekspert  M.Beykin  qeyd  etdiyi  kimi,  bu 
müddəalar çox  məhdud  istiqamətdə öz ifadəsini 
tapmışlar,  ona görə də  "mədəniyyət"  anlayışı bu 
maddələrdə  çox  məhdud  mənada  başa  düşülür 
[182,  126-143].
"Hüquqlar nəsli"  adlanan  konsepsiyaya  görə 
mədəni  hüquq  "ikinci  nəsil"  hüquqlar  sırasına 
daxil edilir. "Birinci nəsil" hüquqlara insan hüquq­
ları  sahəsində  mövcud  olan  əksər  beynəlxalq 
normativ  sənədlərin  əsas  məğzini  təşkil  edən 
mülki  və  siyasi  hüquqlar  daxildir  (yaşamaq 
hüququ,  ədaləti  məhkəmə,  quldarlıqdan  imti­
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
161


na,  işgəncələrin  qadağan  edilməsi  və  s.).  "İkinci 
nəsil"  hüquqlar  Beynəlxalq  İqtisadi,  Sosial  və 
Mədəni  Hüquqlar  Paktında  göstərilmiş  hüquq­
lardır  (çalışmaq,  sosial  təminat,  təhsil,  mənzil və 
s.  hüquqlar).  Mütləq  xarakter  daşıyan  və  dərhal 
təmin edilməli  olan mülki və siyasi hüquqlardan 
fərqli  olaraq,  iqtisadi,  sosial və mədəni hüquqlar 
əksinə,  dərhal  təmin  edilməsi  tələb  olunmayan 
hüquqlara aiddir.
Mülki  və  siyasi  hüquqların  xarakterik  xüsu­
siyyətləri ondadır ki, onların təmin edilməsi döv­
lətin müdaxiləsi olmadan həyata keçirilir.  Sosial, 
iqtisadi  və  mədəni  hüquqlar  isə  əksinə  dövlətin 
fəal  müdaxiləsinin  və  bu  hüquqlarm  təmin 
edilməsi üçün zəruri şərtlərin yaradılmasını tələb 
edir.
İnsan  hüquqlarına  dair  beynəlxalq  hüququn 
inkişafını  nəzərdən  keçirərkən  məlum  olur  ki, 
mədəni  hüquqlar  həm  ümumdünya,  həm  də  re­
gional  səviyyədə  qəbul  edilmiş  sənədlərdə  elan 
edilmişdir.  Artıq  qeyd  edildiyi  kimi,  ümum­
dünya  səviyyəsində  bu  hüquqlar  ÜDİHB-nin  22 
və  27-ci  maddəsində  və  İSMHBP-ın  15  maddə­
sində öz əksini tapmışdır. Regional səviyyədə isə 
mədəni  hüquqlara  dair  maddələr  İnsan  H üquq 
və  Azadlıqlarına  Dair Avropa  Konvensiyasında, 
Mədəniyyət Haqqında Avropa  Konvensiyasında 
(Azərbaycan  1997-ci ildə  qoşulub),  İnsan Hüquq 
və Azadlıqlarına Dair Amerika Bəyannaməsində, 
İnsan  və  Xalqlann  Hüquqlarına  Dair  Afrika
Sevda Ağamirzə qızı Əhadova
Xartiyasında,  Mədəniyyət  Sahəsində  Meksika 
Bəyannaməsində mövcuddur.
Azərbaycan 
Respublikasının 
qanunverici­
lik  sistemində  və  dövlət  siyasətində  də  mədəni 
hüquqların təminatı, mədəni müxtəlifliyin qorun­
ması  və  dəstəklənməsi öz əksini  geniş  tapmışdır. 
Azərbaycan  Respublikası  Konstitusiyası  irqi  ay­
rı-seçkiliyin  və  ksenofobiyanın  bütün  -   dini,  et­
nik,  irqi  formalarını  qadağan  edir.  Bütün  vətən­
daşlar  bərabər  mədəni  hüquqlara,  o  cümlədən 
ölkənin  mədəni  həyatmda bərabər  iştirak  etmək, 
mədəni  irsindən bərabər  istifadə  etmək hüququ­
na malikdirlər.  Konstitusiyanın 40-cı maddəsində 
mədəniyyət hüququ təsbit edilmişdir. Bu maddəyə 
görə,  hər  kəsin  mədəni  həyatda  iştirak  etmək, 
mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən 
istifadə  etmək hüququ,  tarixi,  mədəni  və  mənəvi 
irsə hörmətlə yanaşmaq, ona qayğı göstərmək, ta­
rix  və  mədəniyyət  abidələrini  qorumaq  vəzifəsi 
mövcuddur.  Konstitusiyanın  51-ci  maddəsi  isə 
yaradıcılıq  azadlığını,  dövlətin  ədəbi-bədii,  elmi- 
texniki və başqa yaradıcılıq növlərinin azad həyata 
keçirilməsinə  təminat  verməsini  müəyyən  edir 
[26].
"Mədəniyyət haqqında" Azərbaycan Respub­
likasının  Qanunun  8-ci  maddəsində  (mədəni 
özünəməxsusluq  hüququ")  deyilir  ki,  hər  kəsin 
özünün milli-mədəni özünəməxsusluğunu  qoru­
yub saxlamaq,  mənəvi, estetik və digər dəyərləri 
sərbəst  seçmək  hüququ  vardır.  Dövlət  şəxsin
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə