Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə34/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   30   31   32   33   34   35   36   37   ...   80

təhlükəyə gəldikdə isə multikulturalizm müxtəlif 
etnosların  və  mədəniyyətlərin  bir-birindən  ay­
rıldıqda  mövcudluğunu  deyil,  inteqrasiyasının 
nəzərdə  tutduğundan  etnik  mənsubiyyətindən 
asılı  olmayaraq  o  insanlar  arasında  yaxınlaşma­
ya, qarşılıqlı anlaşmaya, tolerantlıq prinsiplərinin 
bərqərar olmasına kömək edir. Buna görə də mul­
tikulturalizm  anlayışı  tolerantlıq  anlayışına  çox 
yaxındır, ancaq bu anlayışlar eyni deyildir.
Multikulturalizməsosialsubyektlərin,müxtəlif 
mədəniyyətlərin  bərabərhüquqlu  inkişafına,  ic­
timai  həyatın  bütün  sahələrində  müxtəlif  əhali 
qruplarına  münasibətdə  ayrı-seçkiliyin  aradan 
qaldırılmasına  yönəlmiş  ideya  və  fəaliyyətlərin 
kompleksi kimi də yanaşırlar.  Multikulturalizmə 
bu cür yanaşma Azərbaycan Respublikasının P re­
zidenti  İlham  Əliyevin  2010-cu  ilin  oktyabrmda 
Bakıda  "XXI əsr:  ümidlər və çağırışlar"  devizi ilə 
keçirilmiş Beynəlxalq Humanitar Forumdakı çıxı­
şında  öz  əksini  tapmışdır:  "Multikulturalizmin 
alternativi  yoxdur.  Multikulturalizmin  alternati­
vi  özünü təcrid dir.  Mən inanmıram  ki, XXI  əsrdə 
qloballaşan  dünyada  hər  hansı  bir  siyasi  qüvvə 
özünütəcrid  siyasətini  aparmağa  cəhd  etsin. 
Multikulturalizmin  dəyərləri,  əsasları  möhkəm­
ləndirilməlidir.  Multikulturalizm  başqa  xalqın 
nümayəndəsinə hörmət, başqa dinlərə hörmətdir. 
Öz  dininə  hörmət  başqa  dinə  hörmətdən  başla­
yır.  Multikulturalizm  ayrı-seçkiliyə  yol  vermir, 
əksinə,  bütün  xalqları  birləşdirir.  Mən  əminəm
Sevda Ağamirza qızı Əhədova
мо
ki,  bu  anlayışların  sintezi  nəticəsində  bu  gün 
müxtəlif  dairələrdə  multikulturalizmlə  bağlı 
səslənən  bədbin  fikirlər  aradan  götürüləcəkdir" 
[8].  İlham  Əliyevin  "biz  Azərbaycanda  əsrlər 
boyu  multikulturalizm  şəraitində  yaşamışıq. 
Həyatımız,  xüsusilə,  son  20  il  ərzində  müstəqil 
ölkə kimi təcrübəmiz göstərir ki, multikulutraliz- 
min  gələcəyi  vardır"  fikirləri  multikulturalizmin 
məhz bu aspektini nəzərdə tutur.
Bir sıra müəlliflər Azərbaycan mədəniyyətinin 
tarixən  multimədəniyyət  olduğunu,  hazırda  da 
onun  multikultural  məzmun  daşıdığım  vurğu- 
layırlar.  Əgər  multikulturalizmə  biz  müxtəlif 
avtonom  mədəniyyətlərin  paralel  mövcudluğu 
faktı kimi yanaşsaq, onda bu iddianın heç də real 
vəziyyəti  əks  etdirmədiyi  qənaətinə  gələ  bilərik. 
Əlbəttə, Azərbaycan  tarixən  polietnik bir  məkan 
kimi  formalaşmış,  onun milli  mədəniyyəti də öl­
kəmizin  etnik  rəngarəngliyinin  güzgüsü  olmuş­
dur.  Hər  bir  mədəniyyət  digər  komponentlərlə 
yanaşı  demoqrafik  və  etnik  komponentləri  də 
özündə əks etdirir. Mədəniyyətimizin inkişafında, 
bugünkü inkişaf səviyyəsinə çatmasında Azərbay­
canda  yaşayan bütün  etnosların,  etnik  qrupların 
töhfəsi  danılmazdır.  Lakin  Azərbaycanın  milli 
mədəniyyəti  mahiyyəti  etibarilə  ayrı-ayrı  avto­
nom, etnik mədəniyyətlərin ekletik məcmusu de­
yildir, bütöv, tam bir hadisədir.
Bu  yanaşmanın  mövcudluğunun  səbəblərin­
dən  biri  də  xalq,  etnos,  millət  kimi  kateqoriya-
Müasir dünyada mədəniyyatlərarası münasibətlər
m


larm 
məzmununun 
müəyyənləşdirilməsində 
konkretliliyin  çatışmaması,  onlar  arasında  dəqiq 
sərhədlərin  olmamasıdır.  Biz  bu  kateqoriyalarm 
elmi-fəlsəfi  mahiyyətinə  varmadan  yalnız  onu 
deyə bilərik ki, insanların etnik birliyinin mənbəyi 
genetik xüsusiyyətlərin və  təbii-məişət şəraitinin 
ümumiliyi ilə fərqlənən ilkin qrupdur. Millət isə et­
nik inkişafın daha sonrakı və yüksək mərhələsidir. 
Etnoslar tarixin bütün dövrlərdə  mövcud olmuş­
larsa,  millətlər  bəşəriyyətin  nisbətən  son  inkişaf 
mərhələsinin,  yeni  və  müasir  dövrün  məhsulu 
hesab  edilir.  Qərb  etnologiyasında  millət  sosial- 
siyasi  birlik,  dövlətin  vətəndaşlarının  məcmusu, 
dövlət  yaradan  xalq  anlamında  işlədilir.  "Milli 
dövlət",  "milli  maraqlar",  "milli  təhlükəsizlik" 
anlayışlarını  da  məhz  bu  mənada  qəbul  etmək 
lazımdır.  Birləşmiş  Millətlər Təşkilatı  millətlərin 
deyil,  dövlətlərin  birliyi  kimi  başa  düşülür.  Çox 
zaman "siyasi millət" termini də işlədilir.
Millət  bir,  bir  neçə,  hətta  çoxlu  sayda  etnik 
qrupların  məcmuyundan  da  formalaşa  bildi­
yindən  [17,  62]  milli  mədəniyyət  də  həm  mono, 
həm  də  polietnik  əsasda  yaranaraq  inkişaf  edir. 
Milli  mədəniyyətin  formalaşmasının  mühüm 
amillərindən  biri  də  milləti  təşkil  edən  etnoslar 
arasında  dil,  din,  əqidə,  adət-ənənə  birliyinin, 
mədəni  ümumiliyin  olmasıdır.  Eyni  zaman­
da  müştərək  tarix,  ümumi  tale  və  yaddaş  da 
cəmiyyət  daxilində  ünsiyyət  və  inteqrasiyanın 
sürətlənməsinə,  vahid  mədəni  dəyərlər  sistemi-
Мг
Sevda Ağamirza qızı Əhədova
nin yaranmasına şərait yaradır.
R.Aslanova  mədəniyyətin  üç müstəvidə —
 et­
nik,  milli  və  ümumbəşəri  müstəvilərdə  inkişaf 
etdiyini  göstərməklə  etnik  və  milli  müstəvilərin 
mahiyyətcə  çox  yaxm  olsa  da,  milli  müstəvinin 
daha mürəkkəb,  səviyyəcə daha sonrakı  pillə  ol­
duğunu qeyd edir.
Milli  mədəniyyət  dedikdə  əsasən  millətin 
formalaşması  ilə  bağlı  olaraq  müəyyənləşən 
mədəniyyət başa düşülməlidir. Millət birdən-birə 
formalaşdığı  kimi  milli  mədəniyyət  də  birdən- 
birə müəyyənləşmir.
Əlbəttə,  ədəbiyyatda  indi  də  "etnik  mədə­
niyyət"  anlayışına  rast  gəlinir,  bu  isə  daha 
çox  mədəniyyətin  etnik  köklərini  araşdırmaq 
zərurəti  ilə  bağlıdır.  Bəzən  kiçik  etnik  qrupla­
rın  mədəniyyətini  xalq  (folklor)  mədəniyyəti 
də  adlandırırlar.  Onun  əsas  elementləri  olan 
adət-ənənələr,  ayinlər,  bayramlar,  mif  və  folk­
lor  həmin  xalqın  yaddaşında,  şifahi  nitqində 
qorunub  saxlanılır.  Bu  elementlər  xüsusi  ha­
zırlıq  və  texniki  vasitələr  tələb  etmir.  Belə 
mədəniyyətin  sonrakı  nəsillərə  ötürülməsi  üçün 
yazıya  ehtiyac  olmadığından  onu  yazıyaqədərki 
mədəniyyət  də  adlandırırlar.  Mənşə  birliyi  (qan 
qohumluğu) ilə müəyyənləşən etnik tipə məxsus 
mədəniyyətlərdən  fərqli  olaraq milli  mədəniyyət 
daha geniş məkanda yaşayan, birbaşa və ya dola­
yısı ilə belə qohumluq əlaqələrinə malik olmayan 
insanları birləşdirir.
m
Müasir dünyada mədaniyyətlararası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə