Şərii rəy şəriətdir!



Yüklə 351,3 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix02.12.2017
ölçüsü351,3 Kb.
#13560
1   ...   5   6   7   8   9   10   11   12   13

42 

 

“Aləmi  yaradanın,  hər  bir  feli  qəsdi  və  ixtiyarıyla  etməsi, 



istəmədiyi  halda  nəyisə  etməyəcəyi”  qaydasının  əslinə  gəlincə, 

bunun dəlili Allahın bu ayəsidir:  



“Bətnlərə axıtdığınız nütfəni sizmi (insan şəklində) yaradırsınız 

yoxsa onu yaradan Bizik?!”.

67

 

Müşriklər  uşağı  özlərinin  yaratdığını  dəlillə  deyə  bilmədilər. 

Çünki  onların  uşaq  istəməsinə  baxmayaraq  O  istəmədikdə  uşaq 

olmurdu.


68

 

Bununla  onlara  bildirdi  ki,  yaradan  məxluqatı  istədiyi 



zaman istədiyi şəkildə var edəndir.  

Müxaliflərin  fikirlərini  münazərə  zamanı  çürütməyə  gəlincə, 

buna  aid  dəlilimiz,  seyyidimiz  Muhəmmədin  –sallAllahu  aleyhi  və 

əlihi və səlləm– sünnəsindən alınmışdır. Bu, Allahın –azzə və cəllə- 

ona öyrətdiyi bir şeydir. Belə ki, Allah Rəsulu –sallAllahu aleyhi və 

əlihi və səlləm- bir zaman kök bir yəhudi rahibiylə qarşılaşarkən ona 

belə demişdi: 

“Səni  and  verirəm  düzünü de  görüm  Allah  Təalanın  Tövratdan 

endirdiyi ayələrdə, Onun kök rahibə buğz etdiyini oxumusanmı?”.

69

 



   Onu bu cür ifşa etdiyini görən rahib qəzəblənir və belə deyir: 

“Allah insana heç nə nazil etməyib”.

70

 Buna cavab olaraq Allah 



Təala buyurur:  

                                                           

67

 Vaqiə: 58, 59. 



68

 Əşari, əl Lumə Fir Raddi Alə Əhliz Zeyği Vəl Bidə, 19. 

69

 Hədis səhih olarsa qınanan köklüyün özü yox, həddən artıq çox yemək, 



yeməkdə israf etmək olar. 

70

  Vahidi,  Əsbəbu  Nuzulil  Quran,  223;  Suyuti,  Lubəbun  Nuqul  Fi  Əsbəbin 



Nuzul, 116. 


43 

 

“De  ki,  Musanın  gətirdiyi  kitabı  nur/doğru  yol  olaraq  kim 



endiribdir?!”

71

 

Allah  Rəsulu  –sallAllahu  aleyhi  və  əlihi  və  səlləm-  onun 

ziddiyyətə düşdüyünü özünün də bildiyi bir şeylə isbat edir. Çünki 

Tövrat bir əşyadır, Musa -əleyhissalam– da insandır. Həmin rahib də 

Allah Təalanın, Tövratı Musaya endirdiyini qəbul edirdi.  

Bir  başqa  yerdə  isə  uca  Allah  batil  iddia  sahiblərinin  sözlərini 

ibtal  etmişdir.  Onlar  iddia  edirdilər  ki,  Allah  Təala  onlardan  odun 

yandıracağı  bir  qurban  gətirməmiş  heç  bir  Rəsula  iman 

etməmələrinə  dair  əhd  almışdır.  Allah  isə  “De  ki,  məndən  qabaq 

sizə  açıq-aydın  dəlillərlə  və  bu  tələb  etdiyiniz  şeylə  Rəsullar 

gəlmişdi.  Əgər  doğru  danışanlardansınızsa  onları  niyə 

öldürdünüz?”

72

 buyuraraq iddialarının yalan olduğunu üzə çıxarmış 

və iddia sahiblərini susdurmuşdur.  

Müxaliflərin hüccət gətirərkən yol verdikləri xətaları təsbit etmə 

üsulumuzun  səhih  bir  üsul  olması  yönündə  dəlilimiz  isə  Allah 

Təalanın bu ayəsidir:  

“Siz  və  Allahdan  başqa  ibadət  etdikləriniz  Cəhənnəmin 

yanacaqlarısınız,  hamınız  ora  girəcəksiniz.  Əgər  o  ibadət 

etdikləriniz ilah olsaydılar ora girməzdilər, (halbuki) onlar orada 

əbədi qalacaqlar. Onlar orada iztirab içində inləyər və (heç bir xoş 

söz) eşitməzlər”.

73

  

                                                           

71

 Ənam: 91. 



72

 Ali İmran: 183. 

73

 Ənbiya: 98-100. 




44 

 

Bu ayələr endikdə Abdullah bin əz Zəbəriyə çatır.



74

 O çox cidal 

edən və qarşı duran birisi idi. Bu ayələri eşidib belə deyir: 

“Kəbənin  Rəbbinə  and  olsun  ki,  Muhəmmədə  münazərədə 

göstərəcəyəm!”. 

Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm– onun yanına 

gəldikdə Abdullah bin əz Zəbəri belə deyir: 

“Ey  Muhəmməd!  Sən  iddia  etmirsənmi  ki  İsa,  Üzeyir  və 

Mələklərə ibadət edilib?” 

Peyğəmbər  –sallAllahu  aleyi  və  əlihi  və  səlləm–  susur.  Bu 

susqunluq  bilməməzlikdən  və  ya  cavabsızlıqdan  deyildi.  Əksinə, 

Peyğəmbər o adamın cahilliyinə təəccüb edərək susmuşdu. Çünki 

ayədə İsanı, Üzeyri və Mələkləri -əleyhimussalam- ümumi hökmün 

altına  salacaq  heç  bir  şey  yoxdur.  Ona  görə  ki,  ayədə  “ibadət 

etdikləriniz” deyə keçir. “Allahdan başqa hər ibadət etdiyiniz” sözü 

keçmir.


75

 

İbnuz Zəbəri, qövmünə sanki Peyğəmbərə –sallAllahu aleyhi və 



əlihi və səlləm- qalib gəlibmiş kimi bir vəziyyət göstərmək üçün onu 

xətalı çıxarmaq istədi. Buna cavab olaraq Allah –azzə və cəllə- bu 

ayəni nazil etdi:  

                                                           

74

 Vahidi, Əsbəbu Nuzulil Quran, 313-314; Suyuti, Lubəbun Nuqul Fi Əsbəbin 



Nuzul, 175. 

75

 İkisi arasında fərq budur ki, birincidə ibadət olunan şeylərin müəyyən bir 



qismi qəsd edilir. İkincidə isə tamamı. Misal üçün bir nəfər başqa birisinin 

etibarsız üç nəfərə bel bağladığını görür və belə deyir: “Sənin bel bağladığın 

kəslər etibarsızdır”. Təbii ki, İbnuz Zəbəri bu cümləni “Sənin bel bağladığın 

hər kəs etibarsızdır” kimi anlayacaqdı. Lakin burada müəyyən şəxslər qəsd 

edilir. Eləcə də ayədə. 



45 

 

“Haqlarında  xoş  sonluq  təqdir  edilənlərə  gəlincə  onlar 



Cəhənnəmdən  uzaq  tutularlar”.

76

  Yəni  İsa,  Üzeyir  və  mələklər  -

əleyhimussalam- kimi ibadət olunan kəslər. 

Peyğəmbər  –sallAllahu  aleyhi  və  əlihi  və  səlləm–  bu  ayələri 

oxuyanda,  münazərədə  tıxandıqları  və  xətaları  ortaya  çıxmasın 

deyə səs küy salır, İsanı -əleyhissalam– qəsd edərək belə deyirlər: 

“İlahlarımız xeyirlidir yoxsa ki o?”. Allah onların bu halını belə vəsf 

edir:  


“Məryəm oğlu (İsa) misal çəkildikdə qövmün (öz lehlərinə bir 

dəlil  tapıblarmış  kimi  lağlağı  edərək)  səsküy  saldılar. 

“İlahlarımızmı daha xeyirlidir yoxsa ki o?”  dedilər. O misalı ancaq 

(boş  boşuna)  mübahisə  etmək  üçün  çəkmişdilər  və  onlar 

mübahisəni sevən bir toplumdur”

77

 

Bütün bu zikr etdiklərimiz, eləcə də zikr etmədiyimiz bir çox dəlil, 

təfsilatlı şəkildə  zikr etdiyimiz şeylər haqdakı kəlamda bizim üçün 

bir əsas və hüccətdir. Baxmayaraq ki, (kəlama aid olan hər məsələ) 

müəyyən  şəkildə  Quranda  və  Sünnədə  yoxdur.  Az  öncə  qeyd 

etdiyimiz kimi müəyyən olaraq Peyğəmbərin –sallAllahu aleyhi və 

əlihi  və  səlləm–  və  səhabələrin  zamanında  baş  verən  etiqadi 

məsələlər haqda Peyğəmbər –sallAllahu aleyhi və əlihi və səlləm– 

və səhabələri artıq danışmışdılar. 

 

•“Əvvəlkilər Susubsa Susmalıyıq” şübhəsinin cavabı.



 

 

Üçüncüsü: Bu haqqında soruşduqları məsələləri Allah Rəsulu –

sallAllahu  aleyhi  və  əlihi  və  səlləm–  bilirdi.  O,  təfsili  olaraq 

                                                           

76

 Ənbiya: 101. 



77

 Zuxruf: 57-58. 




Yüklə 351,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə