Şərii rəy şəriətdir!



Yüklə 351,3 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix02.12.2017
ölçüsü351,3 Kb.
#13560
1   ...   5   6   7   8   9   10   11   12   13

46 

 

bunlardan heç bir məsələ barədə elmsiz deyildi. Sadəcə olaraq bu 



məsələlər,  onun  zamanında  müəyyən  bir  şəkildə  zahir  olmadığı 

üçün  haqqında  danışmamışdır.

78

  Baxmayaraq  ki,  bu  məsələlərin 



                                                           

78

 Bu cavab çox məqul bir cavabdır. Baxmayaraq ki, imam Ğazəli “İlcamul 



Avam” kitabında bu  cavabı keçərsiz sayır  və iddiasını aşağıdakı nöqtələrə 

əsaslandırır: 

1.  Səhabələr  fiqhdən  olan  məsələlərdə  vaxtlarında  çıxmayan  şeylər 

haqqında  belə  danışmışdılar.  Halbuki  bidəti  və  zəlaləti  dəf  etmək  daha 

önəmli məsələdir. Əgər lazımlı bir şey olsaydı zamanlarında olmayan fiqhi 

məsələlər  haqda  hökm  verdikləri  kimi  zamanlarında  çıxmayan  etiqadi 

şeylər haqda da danışardılar. 

2. Onlar öz zamanlarında xristyan və yəhudilərə Muhəmmədin –sallAllahu 

aleyhi və əlihi və səlləm- Peyğəmbərliyini isbatlamaq istəyirdilər. Həmçinin 

yenidən dirilişi inkar edənlərə cavab verməli idilər. Halbuki bu yöndə sadəcə 

Qurani  Kərimin  dəlilləriylə  kifayətlənmişdilər.  (Bax:  Əbu  Hamid  əl  Ğazəli, 

İlcamul Avam an İlmil Kəlam, 25-26). 

İmam Ğazəli əgər bu sözüylə kəlami üslubu bir kənara qoymağı qəsd edirsə 

bu dedikləri yanlışdır. İddiasını əsaslandırdığı birinci nöqtəyə gəlincə, fiqhi 

məsələlərlə  kəlami  məsələlərin  qiyaslanması  düzgün  deyil.  Çünki  vaqe 

olmamış  bir  fiqhi  məsələdən  danışmaq  insanın  etiqadına  zərər  verməz. 

Lakin vaqe olmayan kəlami bir bidət, kəlami bir məsələ haqda danışmaq az 

sonra gələcək olan Qarafinin Əbu Hənifədən nəql etdiyi sözdə də keçdiyi 

kimi eşidənlərin etiqadını zədələyə bilər. Birincidə təhlükə olmadığı halda 

ikincidə təhlükə var. 

Həmçinin bu işkalı əksinə çevirib belə deyirəm: O zaman Quranın məxluq 

olmadığı  fikrini  dəstəkləmək  də  əbəs  bir  şeydir.  Çünki  lazım  olsaydı 

səhabələr  zamanında  çıxmamasına  baxmayaraq  bu  məsələ  haqda  da 

danışardılar. 

İkinci  nöqtəyə  gəlincə,  o  məsələlər  barədə  Qurani  Kərimdə  gələn  ayələr 

muxatablarını  ağıl  işlətməyə  sövq  edirdi.  Məsələn  Allah  Rəsulunun  –



47 

 

                                                           



sallAllahu  aleyhi  və  əlihi  və  səlləm-  Peyğəmbərliyini  inkar  edənlərə  qarşı 

Allah –azzə və cəllə- belə buyurur: 

“Sən bundan öncə nə bir kitab oxuya bilirdin, nə də yaza bilirdin. Əgər elə 

olsaydı batil əhli şübhəyə düşərdi”. (Ankəbut: 48).  

Bu ayədə açıq-aydın Allah Təala inkarçıları məntiqlərini, ağıllarını işlətməyə 

səsləyir. Onlara “Sırf elə deyir deyə inanın” demir. Yazıb oxuma bilməyən 

birisi sonradan yer üzünün ən bəlağətli kəslərini aciz duruma düşürəcək bir 

kitab necə ortaya qoya bilər?! Bu tam əqli bir dəlildir. Sadəcə olaraq o əqli 

dəlili istifadə etmə əmri nəqli yolla gəlmişdir. 

Başqa bir ayəyə nəzər salaq. Allah Təala buyurur:  

“Biz  onların  “Onu  birisi  öyrədir”  dediklərindən  xəbərdarıq.  Qəsd  etdikləri 

adamın dili əcəmi bir dildir. Bu Quran isə açıq-aydın ərəbcədir”. (Nəhl: 103). 

Bu ayədə də Allah –azzə və cəllə- inkarçıları ağıla və məntiqə dəvət edir. 

Onların qəsd etdikləri kəs ərəb olmayan bir  əcnəbidir. Belə olduğu halda 

ərəbləri heyrətə sala biləcək bəlağətə sahib bir kitab necə yaza bilər? Bu da 

tam məntiqi və əqli bir dəlildir. Lakin onu istifadə etmə əmri nəqli olaraq 

gəlibdir. 

Dirlilişi inkar edənlərə qarşı enən ayələr də həmçinin. Məsələn bir ayədə 

Allah –azzə və cəllə- buyurur: 

“Məxluqatı ilk dəfə yaradan və sonra da (yaradılışı) təkrar edəcək olan Odur. 

Sonradan yaratmaq (sizə görə) Ona daha asan (olmalı)dır”. (Rum: 27). 

Bu ayədə Allah Təala müşrikləri ağıl işlətməyə sövq edir. İkinci dəfə diriliş 

necə qeyri-mümkün ola bilər ki, O sizi yoxdan yaradıbdır?! Axı sizin də qəbul 

etdiyiniz əqli qaydalara əsasən misli görünməmiş şəkildə yaranan bir şeyi 

sonradan yaratmaq daha asan olmalıdır. 

Bax belə! Səhabələr Quran ayələrindən istifadə edərkən əslində müşrikləri 

əqli  yolla  dəvət  edirdilər.  Yəni  o  ayələrin  hamısında  təfəkkürə,  məntiq 

istifadə  etməyə,  və  ağlı  çalışdırmağa  təşviq  edən  şeylər  var.  Dolayısıyla 

vəziyyət heç də imam Ğazəlinin –rahiməhullah- dediyi kimi deyil. Sonradan 



48 

 

əslləri  Quranda  və  sünnədə  mövcuddur.  Bu  məsələlərdən  ortaya 



çıxan və fiqhi yöndən dinlə əlaqəsi olan şeylər haqqında danışmış, 

bu barədə bəhsə dalmış, bu yöndə münazərə etmiş, cidala girmiş və 

dəlillər  ortaya  qoymuşlar.  Bunlara  misal  olaraq,  fəraiz 

mövzusundakı avl,

79

 nənələrə düşən pay və başqa hökmləri göstərə 



bilərik. Eləcə də “Mənə haramdır/haram olsun” deyərək qadından 

uzaqlaşma, bain talaq, qəti boşama, “İstədiyin yerə get, azadsan” 

sözüylə boşamaq və saydıqca uzanan talaq məsələlərini göstərmək 

olar.  Həmçinin  saydıqca  uzanan  bir  çox  hədd  məsələlərini  misal 

vermək  olar.  Bu  məsələlərin  hər  biri  (səhabə  və  sonrakı  nəsildən 

olan  alimlərin)  zamanında  baş  verən  və  hər  biri  haqda 

Peyğəmbərdən -sallAllahu aleyhi və əlihi və səlləm- açıq-aydın nass 

varid olmayan məsələlərdir. Əgər Peyğəmbər –sallAllahu aleyhi və 

əlihi və səlləm– bütün bunlar haqda açıq-aydın danışsaydı alimlər 

bu mövzularda ixtilafa düşməz və bu ixtilaf günümüzə qədər davam 

etməzdi. 

Bu məsələlər haqda Allah Rəsulundan –sallAllahu aleyhi və əlihi 

və səlləm– açıq-aydın nass varid olmasa da alimlər onları, haqqında 

Allah  Təalanın  Kitabı  və  Rəsulunun  –sallAllahu  aleyhi  və  əlihi  və 

səlləm–  sünnəsində  açıq-aydın  nass  varid  olan  məsələlərə 

döndərmiş, onlara qiyas etmiş və ictihad etmişlər. Bu fiqhi yöndən 

ortaya çıxan məsələlərin hökmləridir. Bu səbəbdən bunları fiqhə aid 

olan və hökmləri nəql və Rəsullar vasitəsiylə bilinən şərii məsələlərə 

döndərmişlər. 

                                                           

gələn mütəkəllimlər də bu ayələrə əsaslanaraq, onlardan bəhrələnərək əqli 

qaydalar  qoymuş  və  müxaliflərlə  münazərə  zamanı  onlardan  istifadə 

etmişdir. O qaydaların və Qurani Kərimdə, eləcə də sünnədə olan əsllərinin 

bir qismini müəllif az öncə keçdiyi kimi qeyd etmişdir. 

79

  Ölünün  tərk  etdiyi  mirasın  varislərə  düşəcək  paydan  az  olduğu  zaman 



uyğulanan bir sistemdir. 


49 

 

Üsul/etiqadla əlaqəli müəyyən şəkildə ortaya çıxan məsələlərə 



gəlincə,  hər  ağıllı  müsəlman  birisi  onların  hökmünü,  ağıl,  hiss, 

zərurət  və  bənzəri  şeylər  yoluyla  üzərində  ittifaq  edilmiş  əsllərə 

döndərməlidir. Çünki təsbit yolu nəql olan şərii məsələləri, Şəriətin 

təsbit yolu nəql olan əsllərinə döndərmək gərək. Elə bunun kimi əqli 

və  hissi  məsələləri  də  hərəsini  öz  babına  döndərmək  gərək.  Əqli 

məsələləri nəqliyə, nəqli məsələləri də əqlilərə qarışdırmaq olmaz. 

Əgər  Peyğəmbərin  –sallAllahu  aleyhi  və  əlihi  və  səlləm– 

zamanında Quranın yaradılması, cüz, tafra kimi məsələlər haqda elə 

bu  ləfzlərlə  mövzu  açılsaydı,  zamanında  çıxan  bəzi  məsələlərin 

hökmlərini  təyin  edib  açıqlıq  gətirdiyi  kimi  bu  ləfzlər  haqda  da 

danışar və açıqlıq gətirərdi.

80

 



                                                           

80

  Bu  şübhə,  “yəni  əvvəlkilər  susubsa  susmalıyıq“  məntiqi  də  özündən 



əvvəlki  şübhələr  kimi  çürükdür.  Məgər  sonradan  çıxan  bir  bidət  barədə 

“bizdən əvvəlkilər danışmayıb” deyərək susmalı və bidət əhlinə öz fikirlərini 

yaymaq üçün macalmı verməliyik?! Bunu hansı ağıl sahibi təklif edər?! 

Məgər Quranın məxluq olmadığını Allah Rəsulu -sallAllahu aleyhi və əlihi və 

səlləm– deyibmi?! Yoxsa ki, sonradan çıxan bir məsələ olduğu üçün elm əhli 

bu barədə danışıb?! Nəyə görə onlar bu əməllərində qınanmayıblar? Bu da 

kəlamı  inkar  edən  hənbəlilərin  və  onlardan  təsirlənənlərin  düşdüyü  çox 

saylı ziddiyyətdən biridir. 

Maliki alimlərindən olan məşhur üsulçu imam Şihəbuddin əl Qarafi özünün 

“əz Zəxira” adlı möhtəşəm kitabında deyir: 

“Əbu Hənifənin – radiyAllahu anhu – Malikin ona yazdığı bir yazıya cavabını 

gördüm. Malik – radiyAllahu anhu- yazır: “Sən usuluddin/əqidə məsələləri 

haqda danışırsan. Halbuki sələf bu mövzuda danışmayıb”.  

Əbu Hənifə belə cavab verir: “Sələfin – radiyAllahu anhum – zamanında bu 

bidətlər  ortaya  çıxmamışdı.  Bu  səbəbdən  (ortada  olmayan)  o  məsələlər 

haqda  danışmaq  o  bidətlərin  ortaya  çıxmasına  şərait  yaradardı.  Bu  da 




50 

 

Həmçinin  müxaliflərə  belə  deyilər:  Peyğəmbərdən  –sallAllahu 



aleyhi və əlihi və səlləm– Quranın qeyri məxluq və ya məxluq olması 

haqda heç bir səhih hədis yoxdur. Bəs siz nəyə görə onun məxluq 

olmadığını deyirsiniz?! 

Əgər  “Bunu  bəzi  səhabə  və  tabiun  nəslindən  olanlar  deyib” 

desələr  belə  cavab  verilər:  Sizin  qaydalara  görə  səhabənin  də 

tabiunun da sizin kimi bidətçi və zəlalət əhli olması lazımdır. Çünki 

Allah Rəsulunun –sallAllahu aleyhi və əlihi və səlləm– demədiyi bir 

şeyi demişlər. 

Əgər  biri  qalxıb “Mən  bu məsələdə  durur, məxluq və  ya  qeyri 

məxluqdur  demirəm”  deyərsə  ona  belə  deyilər:  (Sənin  etiqadına 

                                                           

böyük bir münkərə yol açardı. Buna görə də bu haqda danışmaq, onların 

zamanında tərk edilmişdi. 

Bizim  zamanımızda  isə  bu  bidətlər  ortaya  çıxıb.  Əgər  susarıqsa  bidəti 

iqrar/təsdiq etmiş olarıq. Sələflə aramızdakı hal fərqlidir”. 

Bu tutarlı bir cavabdır. O bidətlərin Əbu Hənifənin yaşadığı yerdə, İraqda 

çıxmasını (buna görə də Əbu Hənifənin bu məsələlər haqda danışmasını), 

Malikin  yaşadığı  yerdə,  Mədinədə  isə  çıxmadığını  və  bu  səbəbdən  o 

məsələlər  haqda  danışmağı  inkar  etdiyini  göstərir.  Bu  hər  iki  imamın 

sözlərinin cəmi yoludur”. (Şihəbuddin əl Qarafi, əz Zəxira, 13/243). 

Eyni mənalı sözü İmam Əbu Hənifə -radiyAllahu anhu- özünün məşhur “əl 

Alim  Vəl  Mutəallim”  kitabında  da  qeyd  edir.  Bu  şanlı  imam  adı  keçən 

kitabda belə deyir: 

“Əgər  onlar  “Sənə  Allah  Rəsulunun  –sallAllahu  aleyhi  və  əlihi  və  səlləm- 

əshabının  susduğu  bir  şeydə  susmaq  düşməzmi?”  deyərlərsə  belə  de: 

Əlbəttə! Əgər mən də onların durumunda olsa idim onlara düşən susmaq 

mənə  də  düşərdi.  Lakin  mənim  mübtəla  olduqlarımla  onların  zamanında 

yaşayanlar  bir  deyil.  Biz  bizə  tənə  edən  və  qanımızı  halal  görən  kəslərlə 

imtahan olunuruq”. (Əbu Hənifə, əl Alim Vəl Mutəallim, 9).  



51 

 

görə) sən bu məsələdə durmağınla bidətçi və zəlalət əhli olursan. 



Çünki  Peyğəmbər  –sallAllahu  aleyhi  və  əlihi  və  səlləm–  “Məndən 

sonra  belə  bir  məsələ  çıxarsa  o  barədə  susun  və  heç  bir  şey 

söyləməyin”  buyurmayıb.  Həmçinin  “Məxluq  olduğunu  və  yaxud 

olmadığını deyəni zəlalət əhli sayıb təkfir edin” də buyurmayıb. 

Yenə  belə  deyilər:  Deyin  görək  əgər  bir  nəfər  “Allahın  elmi 

məxluqdur”  deyərsə  bu  məsələdə  durarsınız  ya  yox?  Əgər  “yox” 

desələr onlara belə deyilər: Peyğəmbər –sallAllahu aleyhi və əlihi və 

səlləm- və əshabı bu barədə heç nə deməyib.  

Həmçinin birisi qalxıb Rəbbiniz (haşa) ... və ya cism və ya arazdır 

desə,  ...  və  buna  bənzər  şeylər  sorsa

81

  sizin  əqidəyə  görə  bütün 



bunlar haqda susmalısınız. Çünki Peyğəmbər –sallAllahu aleyhi və 

əlihi və səlləm– və əshabı bu şeylər haqda danışmayıb. 

Yaxud da susmayıb öz sözünüzlə bu sadalananlardan heç nəyin 

şanı müqəddəs Allah –azzə və cəllə– haqqında filan (əqli və nəqli) 

dəlillərə görə mümkün olmadığını deməlisiniz. 

Əgər biri “Bu barədə susar və ona heç nəylə cavab vermərəm, 

və ya onu tərk edərəm və yaxud da onun olduğu yerdən qalxar ya 

da ona salam vermərəm, yaxud xəstələndiyi zaman ziyarət etməz 

və  yaxud  da  öldüyü  zaman  cənazəsinə  qatılmaram”  deyərsə  ona 

belə  deyilər:  Sizin  qaydaya  görə  bu  zikr  etdiyin  bütün  cavab 

növlərində  bidətçi  və  zəlalət  əhli  olmalısan.  Çünki  Allah  Rəsulu  –

sallAllahu aleyhi və əlihi və səlləm– “Kim bu şeylərdən hər hansı biri 

haqda sorarsa susun” buyurmayıb. Həmçinin “Ona salam verməyin, 

                                                           

81

  Müəllif  nöqtə  qoyduğum  yerlərdə  Allah  haqda  söylənə  bilmə  ehtimalı 



olacaq  şeylər  qeyd  etmişdir.  Onları  sildim.  Onsuz  da  iki  üç  kəlimədir  və 

silinməsi  mövzunu  anlamağa  təsir  etmir.  Allah  haqda  fərziyyə  mahalında 

olsa belə bu cür şeylər işlənməməliydi. İki üç kəliməylə izah etmək olardı. 

Allah müəllifi əfv etsin. 




52 

 

olduğu  yerdən  qalxın”  da  buyurmayıb.  Bu  sadalananlardan  heç 



birini  əmr  etməyib.  Siz  bunu  edərsizsə  sizin  qaydalara  əsasən 

bidətçi olursuz. Nəyə görə Peyğəmbərdən –sallAllahu aleyhi və əlihi 

və səlləm– Quranın məxluq olmasını nəfy edən və məxluq olduğunu 

deyəni  təkfir  edən  bir  səhih  hədis  belə  olmadığı  halda  Quranın 

məxluq  olduğunu  deyən  kəs  haqda  susmadınız?  Onu  niyə  təkfir 

etdiniz? 

Əgər  “Çünki  Əhməd  bin  Hənbəl  –radiyAllahu  anhu–  məxluq 

olduğunu  nəfy  etmiş  və  belə  deyəni  təkfir  etmişdir”  deyərlərsə 

onlara bu cür cavab verilər: Niyə Əhməd bu haqda susmayıb? Niyə 

bu barədə danışıb?  

Əgər  “Çünki  Abbas  əl  Anbəri,

82

  Vaki  bin  əl  Cərrah,



83

  Abdur 


Rahmən  bin  Mehdi

84

  və  başqaları  onun  məxluq  olmadığını  və 



məxluq  olduğuna  etiqad  edənlərin  kafir  olduğunu  deyiblər” 

deyərlərsə belə cavab verilər: Niyə onlar Peyğəmbərin –sallAllahu 

aleyhi və əlihi və səlləm– susduğu məsələdə susmayıblar?  

                                                           

82

  Abbas  bin  Abdul  Azim  əl  Anbəri  əl  Bəsri.  Yəhya  bin  Səid,  Əhməd  bin 



Hənbəl,  Abdur  Rahmən  bin  Mehdi  və  başqalarından  hədis  dinləmişdir. 

Həmçinin ondan Muslim, Əbu Hatim ər Razi, Əbu Davud və başqaları hədis 

dinləmişlər. 

83

 Vaki bin əl Cərrah əl Kufi. İraq hafizlərindəndir. Fiqhdə Əbu Hənifənin rəyi 



ilə fətva verirdi. İmam Şafiinin iraqlı şeyxlərindəndir. 

84

  Abdur  Rahmən  bin  Mehdi  bin  Hassan  əl  Bəsri.  İmam  Malik,  Hişam  əd 



Dustuvai,  Muaviyə  bin  Saleh,  Şubə,  Sufyan  və  başqalarından  hədis 

dinləmişdir. Ondan İbn əl Mubərak, Əhməd bin Hənbəl, İshaq bin Rahaveyh 

və başqa zatlar hədis dinləmişlər.  



53 

 

Əgər  “Çünki  Amr  bin  Dinar,



85

  Sufyan  bin  Uyeynə,  Cəfər  bin 

Muhəmməd

86

  –radiyAllahu  anhum–  və  başqaları  “Nə  xalqdir  nə 



məxluq”  demişlər”  deyərlərsə  onlara  bu  cür  cavab  verilər:  Niyə 

onlar  Allah  Rəsulunun  –sallAllahu  aleyhi  və  əlihi  və  səlləm– 

haqqında danışmadığı bir məsələ haqda susmayıblar? 

Əgər  məsələni  səhabəyə  və  yaxud  onlardan  bir  topluluğa 

döndərərlərsə bu inad olar. Onlara bu cür deyilər: Nəyə görə onlar 

bu məsələdə susmayıblar? Axı Peyğəmbər –sallAllahu aleyhi və əlihi 

və  səlləm–  bu  məsələ  barədə  danışmayıb.  Nə  də  “Bunu  deyəni 

təkfir edin” buyurmayıb. 

Əgər “Alimlərin yeni çıxan məsələ haqda danışmaları zəruridir ki, 

cahil  insanlar  o  şeyin  hökmünü  bilsinlər”  deyərlərsə  onlara  belə 

deyilər:  Biz  də  sizdən  bunu  istəyirik.  Bəs  nəyə  görə  kəlamı 

əngəlləyirsiz?  Siz  istədiyiniz  zaman  (əvvəlkilərin  danışmadığı 

məsələlərdə)  danışırsınız,  cavab  verə  bilməyib  kəsildiyiniz  an  isə 

“Kəlamdan nəhy olunmuşuq” deyirsiniz. İstədiyiniz zaman (etiqadi 

məsələlərdə)  özünüzdən  əvvəlkiləri  dəlilsiz  və  açıqlamasız  təqlid 

edirsiniz. Bu şəhvətə tabe olmaq deyil də nədir? 

Peyğəmbər  –sallAllahu  aleyhi  və  əlihi  və  səlləm–  nəzirlər 

(növləri),  vəsiyyətlər,  qul  azad  etmək  eləcə  də  munəsəxatların 

hesablanması

87

  haqda  (təfsilatlı  şəkildə)  danışmayıb,  Malikin, 



                                                           

85

  Amr  bin  Dinar  əl  Məkki.  Tabiun  nəslindəndir.  Əbu  Hureyrə,  İbn  Ömər, 



Cabir və başqa səhabələrdən hədis rəvayət etmişdir. Ondan isə Əbu Hənifə, 

Həmmad bin Zeyd, Şubə, İbn Uyeynə və başqaları hədis rəvayət etmişlər. 

86

 Qəsd olunan Əhli Beytdən olan məşhur imam Cəfər əs Sadiqdir. 



87

  Fiqhdə  fəraiz  mövzularındandır.  Ölənin  mirası  bölüşdürülmədən  öncə 

varislərdən hər hansı birinin ölməsi zamanı dövrəyə girən hökmdür. 



54 

 

Sövrinin, Şafinin və Əbu Hənifənin yazdığı kimi kitablar yazmayıb.



88

 

Sizə  görə  onlar  da  bidətçi  və  zəlalət  əhli  olmalıdılar.  Çünki 



Peyğəmbərin –sallAllahu aleyhi və əlihi və səlləm– etmədiyini edib, 

müəyyən  şəkildə  açıq-aydın  demədiyi  bir  şey  haqda  danışıb, 

Peyğəmbərin  –sallAllahu  aleyhi  və  əlihi  və  səlləm-  yazmadığı 

kitabları yazmışlar. Eləcə də Peyğəmbərin –sallAllahu aleyhi və əlihi 

və  səlləm–  hökm  etmədiyi  halda  Quranın  məxluq  olduğunu 

deyənlərin təkfirinə hökm etmişlər. 

Bu zikr etdiyimizdə hər ağıl sahibi və inadkar olmayan biri üçün 

kifayət qədər izah var. 

Risalə burada bitdi. Həmd Allaha məxsusdur. Allahın salamı və 

rəhməti  Peyğəmbərin,  onun  pak  Əhli  Beytinin,  səhabələrinin  və 

Qiyamətə qədər onların yolu ilə gedənlərin üzərinə olsun.  

 

 



                                                           

88

  Zahir  olan  müəllifin  fiqhi  kitabları  qəsd  etdiyidir.  Çünki  öncədən  fiqhi 



məsələləri qeyd edir. Bu da onu göstərir ki, onun zamanında Əbu Hənifənin 

fiqhi sahədə yazdığı kitablar var idi. Doğrusunu Allah bilir.  

 



55 

 

Qeydlərdə İstifadə Olunmuş Qaynaqlar 



 

1. Qurani Kərim. 

2.  Əbu  Hənifə;  Əl  Alim  Vəl  Mutəallim;  Qahirə,  Mətbəatul  Ənvar, 

1368 h./1949 m; Təhqiq: Hafiz Muhəmməd Zahid əl Kövsəri.  

3. Buxari; Səhih; Dəməşq, Dar İbn Kəsir, birinci nəşr, 1423 h./2002 

m.  


4. Muslim; Səhih; Riyad, Darut Taybə, birinci nəşr, 1427 h./2006 m; 

Təhqiq: Əbu Quteybə Nazr Muhəmməd əl Fəryabi. 

5. Əbul Həsən əl Əşari; Əl Lumə Fir Raddi Alə Əhliz Zeyği Vəl Bidə; 

Mətbəatu Misr Şərikə Musəhəmə Misriyyə, 1955; Təhqiq: Həmudə 

Ğarabə.  

6. Əbul Həsən əl Əşari; Risələtun İlə Əhlis Səğr; Mədinə, Məktəbətul 

Ulumi  Vəl  Hikəm,  ikinci  nəşr,  1422  h./2002  m;  Təhqiq:  Abdullah 

Şakir əl Cuneydi.  

7. Əbul Həsən  əl Əşari; Məqalətul İsləmiyyin; Beyrut, Məktəbətul 

Asriyyə,  1411  h./1990  m;  Təhqiq:  Muhəmməd  Muhyiddin  Abdul 

Həmid. 

8.  Vahidi;  Əsbəbu  Nuzulil  Quran;  Beyrut,  Darul  Kutubil  İlmiyyə, 



birinci nəşr, 1411 h./1991 m; Təhqiq: Kamal Bəsyuni Zəğlul. 

9.  Əbul  Yusr  əl  Bəzdəvi;  Usuluddin;  Qahirə,  Darul  Əzhəriyyəti  Lit 

Turas, 1424 h./2003 m; Təhqiq: Hans Peterlans. 

10. Əbu Hamid əl Ğazəli; İlcamul Avam An İlmil Kəlam; Hindistanda 

nəşr edilmiş qədim nüsxə. 



56 

 

11. İbn Asəkir; Təbyinu Kəzibil Muftəri; Dəməşq, Mətbəatut Tövfiq, 



1347  h./1929  m;  Naşir:  Husəmuddin  əl  Qudsi;  Təqdim  və  təliq: 

Muhəmməd Zahid əl Kövsəri. 

12. İbnul Cövzi; Mənaqibul İməm Əhməd bin Hənbəl; Qahirə, Dar 

Həcr,  ikinci  nəşr,  1409  h./1988  m;  Təhqiq:  Abdullah  bin  Abdul 

Muhsin ət Turki. 

13. Qarafi; əz Zəxira; Beyrut, Darul Ğarbil İsləmi, birinci nəşr 1414 

h./1994 m; Təhqiq: Muhəmməd Hicci, Səid Ərab, Muhəmməd Bu 

Xabzə. 


14.  Tacuddin  əs  Subki;  Tabaqatuş  Şafiiyyətil  Kubra;  Qahirə,  Dar 

Həcr, ikinci nəşr, 1413 h./1992 m; Təhqiq: Mahmud Muhəmməd ət 

Tannəhi və Abdul Fəttah Muhəmməd əl Hulv.14. 

15. Suyuti; Lubəbun Nuqul Fi Əsbəbin Nuzul; Beyrut, Muəssəsətul 

Kutubis Səqafiyyə, birinci nəşr, 1422 h./2002 m. 15. Abdur Rahmən 

Bədəvi; Məzəhibul İsləmiyyin; Beyrut, Darul İlm Lil Mələyin, 1997. 

38  

16. Fuad Sezgin; Tərixut Turasil Arabi; Səudiyyə Ərəbistanı, İdəratus 



Səqafəti  Vən  Nəşri  Bil  Cəmiətil  İməm  Muhəmməd  bin  Suud  əl 

İsləmiyyə, 1411 h./1991 m. 39  

 

 



57 

 

 



 

 



58 

 

Mündəricat 



 

Tərcüməçinin Müqəddiməsi ....................................................... 5 

Əbul Həsən əl Əşari ..................................................................... 9 

Risalə Haqda .............................................................................. 16 

Müəllifin Müqəddiməsi ............................................................ 25 

Müxaliflərin Ortaya Atdıqları Şübhələr .................................... 27 

Müəllifin Bu Şübhələrə Verdiyi Cavablar ................................. 30 

Qeydlərdə İstifadə Olunmuş Qaynaqlar .................................. 55 

Mündəricat ................................................................................ 58 

 

 



 

 



59 

 

 



 

 



60 

 

 



Yüklə 351,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə