Şərii rəy şəriətdir!



Yüklə 351,3 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix02.12.2017
ölçüsü351,3 Kb.
#13560
1   ...   5   6   7   8   9   10   11   12   13

36 

 

qorumaq, göbəyin kəsilməsi və  bənzəri prosseslərlə olur. Bundan 



sonra  isə  uşağı  bələyərək  qorumaq,  dişlərin  çıxması  və  başqa 

prosseslər baş verir. Bütün bunlar isə insana ağrı və əziyyət verən 

prosseslərdir.  Onu  geri  gətirmək  və  yenidən  yaratmaq  isə  bu 

prosseslərdən  hər  hansı  biri  olmadan  birdən-birə  baş  verir.  Belə 

olduqda (sizə görə) bu, Ona daha da asan (olmalı)dır. Bu ilk yaradılışı 

qəbul  edənlərə,  lakin  sonradan  dirilişi  inkar  edənlərə  verdiyi 

cavabdır.

50

 



İlk və ikinci yaradılışı inkar edən və aləmin əzəli olduğuna etiqad 

edən qrupa gəlincə, onlara şübhə düşmüşdür. Belə ki, onlar bu cür 

demişlər: Biz həyatı yaş və hərarətli, ölümü isə soyuq və quru bir 

şey 


bilirik. 

Bu 


isə 

(quruluq 

və 

soyuqluq) 



torpağın 

xüsusiyyətlərindəndir. Belə olduğu halda birisinin həyatı, torpağı və 

ovxalanmış sümükləri cəm edərək onları doğru düzgün bir məxluqa 

çevirməsi  necə  mümkün  ola  bilər?!  İki  zidd  şey

51

  bir  araya  gələ 



bilməz. Onlar məhz bu yöndən dirilməni inkar etmişlər. 

 

                                                           



50

  Müəllif  ayənin  zahirindən  çıxacaq  yanlış  anlaşılmanın  qarşısını  almaq 

üçün  belə  bir  izah  verdi.  Ayənin  məalında  “daha  da  asandır”  sözündən 

zahirən  anlaşılan,  ilk  yaradılışın  asanlıq  yönündən  sonradan  yaratmadan 

qəliz olmasıdır. Sözsüz ki, qəsd olunan bu məna deyil. Allah –azzə və cəllə- 

üçün istənilən şeyi yaratmaq olduqca asandır. Sadəcə olaraq müəllifin də 

izah etdiyi kimi Allah bu cür deməklə ilk yaradılışı qəbul edən insanların öz 

aralarında  yayğın  olan  bir  şeylə  onlara  izah  edir.  Sanki  “Ey  dirilişi  inkar 

edənlər! Allah sizi yoxdan yaratmadımı? Sizin məntiqinizə görə var olan bir 

şeyi  yenidən  yaratmaq,  o  şeyi  yoxdan  var  etməkdən  daha  asan  deyilmi? 

Əgər  sizə  görə  daha  böyük  bir  şeyi,  yəni  yoxdan  yaradılışı  rahat  şəkildə 

qəbul  edirsinizsə,  sizə  görə  daha  asan  olanı,  sonradan  yaradılışı  təəccüb 

edərək necə inkar edirsiniz?” deyir. 

51

 Hərarətli həyatla soyuq torpaq və ovxalanmış sümüklər. 




37 

 

Bəli, iki zidd şey bir yerdə və bir cəhətdə cəm ola bilməz. Eləcə 



də bir yerdə mövcud olan şeydə bir araya gəlməz. Lakin bu iki ziddin 

iki  ayrı  yerdə  biri-birinə  birləşik  şəkildə  bir  arada  olması 

mümkündür. 

Allah  “Sizin  üçün  yaşıl  ağacdan  od  çıxardan  birisi 



(dirildəcəkdir).  Siz  də  o  oddan  (lazım  olduqca)  yandırırsınız”

52

 

deyərək onlara cavab vermişdir. Belə etməklə onları bu məsələdə, 



quru  və  isti  olmasına  baxmayaraq  odun,  soyuq  və  rütubətli 

olmasına  baxmayaraq  bir  ağacdan  çıxması  kimi  bildikləri  və 

müşahidə  etdikləri  şeyə  döndərmişdir.  Beləliklə  (bu  gördükləri 

şeylərdəki) ilk yaranmanın mümkünlüyünü ikinci dəfə yaranmanın 

(dirildilməyin)  mümkünlüyünə  dəlil  etmişdir.

53

  Çünki  bu,  həyatın, 



torpağın  və  ovxalanmış  sümüyün  bitişik  şəkildə  bir  olub  doğru 

düzgün  bir  məxluq  olmasının  mümkünlüyünü  göstərir.

54

  Bundan 



sonra  isə  Allah  Təala  “İnsanları  ilk  dəfə  yaratdığımız  kimi  geri 

gətirəcəyik”

55

 buyurur.  

Mütəkəllimlərin  qeyd  etdiyi,  “Yaradılmışların  əvvəli  var”  kimi 

qaydalara,  “Hər  bir  hərəkətdən  qabaq  bir  hərəkət,  hər  gündən 

                                                           

52

 Yasin: 80.   



53

  Əvvəlcə  ilkin  yaranmanı  isbat  etdikdən  sonra.  Onlar  iki  zidd  şeyin  bir 

arada  olmasını  inkar  edərək  torpaqla  həyatın  və  sümüklərin  bir  araya 

gəlməyəcəyini  iddia  edirdilər.  Allah  da  ilk  olaraq  onların  bu  iddiasını 

özlərinə tanış olan bir şeylə çürüdür. Yaş və soyuq bir ağacdan çıxan quru 

və  hərarətli  odun  bir  araya  gəlməsini  göstərərək.  Daha  sonra  isə 

mümkünlüyü isbat edilmiş ilkin yaradılışı sonradan diriltməyə dəlil gətirir və 

“İnsanları ilk dəfə yaratdığımız kimi geri gətirəcəyik” buyurur. 

54

 Əşari, əl Lumə Fir Raddi Alə Əhliz Zeyği Vəl Bidə, 21-22; Risələtun İlə Əhlis 



Səğr, 160-161. 

55

 Ənbiya: 104. 




38 

 

qabaq bir gün var” deyən Dəhriyyə



56

 firqəsinə rəddiyə vermələrinə 

və “Hər bir cüz başqa cüzlərə bölünə bilər. Bu prosses (bölünməz 

cüzə varmayacaq şəkildə) sonsuza qədər davam edər” deyənlərə

57

 

qarşı işlətdikləri kəlama gəlincə bunun da əslini Allah Rəsulunun –



sallAllahu  aleyhi  və  əlihi  və  səlləm–  sünnəsində  görürük. 

Peyğəmbər -sallAllahu aleyhi və əlihi və səlləm- deyir:  



“Yoluxma  yoxdur,  işin  sonunu  quş  uçmasıyla  təyin  etmək  də 

batildir”. 

Bunu eşidən bir bədəvi ərəb belə deyir: “Bəs nəyə görə ceyran 

kimi bir dəvə xəstə bir dəvəylə bir araya gəldikdə xəstələnir?” 

Peyğəmbər  –sallAllahu  aleyhi  və  əlihi  və  səlləm–  belə  cavab 

verir: “Bəs birincisini kim xəstə edir?”

58

 



Bunu eşidən bədəvi ərəb, Peyğəmbərin məsələni ona əqli dəlillə 

izah etməsi səbəbiylə sakit durur.

59

 

                                                           



56

  Dəhriyyə  firqəsi  kainatın  əzəli  olduğuna  etiqad  edərək  Yaradanı  inkar 

edən kafir bir firqədir. 

57

 Bunu filosoflar və mötəzilədən bəziləri deyir. Onlara görə bölünməz cüz 



yoxdur. Məsələnin təfsilatı və müxaliflərə rəddiyə kəlam kitablarındadır. 

58

 Buxari: 5770. 



59

  Hədisdə  nəfy  olunmuş  yoluxma,  Allahın  izni  olmadan  müstəqil  şəkildə 

yoluxmadır. İlk xəstəliyi səbəb edərək Allahın bir xəstəliyi yoluxdurması isə 

mümkün və vaqeədə görünən bir şeydir. Allah Rəsulunun –sallAllahu aleyhi 

və əlihi və səlləm- çəkindirdiyi xəstəlikdən qaçmaq deyil, xəstəliyin mütləq 

bir  yerdən  yoluxduğuna  inanmaq  fikridir  ki,  bu  da  Dəhriyyənin  “əzəli 

sonsuzluq” prinsipinə əsas təşkil edir. Allah Rəsulunun –sallAllahu aleyhi və 

əlihi  və  səlləm-  başqa  hədislərində  xəstənin  sağlam  kəsin  yanına 

gəlməməsini,  cüzamlı  kəsdən  uzaq  durulmasını,  taun  xəstəliyi  olan 

yerlərdən qaçılmasını əmr etməsi və ən əsası bu hədisin başqa rəvayətində 




Yüklə 351,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə